Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hcvdor Əliyev siyasoti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə97/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   93   94   95   96   97   98   99   100   ...   112

Hcvdor Əliyev siyasoti: TOLERANTLIQ
tapmış ənənədir. Lakin o, çadırda ölür və çadırların yaxınlığında 
yeni qəbiristanlıqlar salmaq lazım gəlir, onun cənazəsini öz doğ­
ma  torpağına  aparmağa  isə imkan  yoxdur,  çünki orada  hər şey 
dağıdılmış, yağmalanmışdır. Mən hələ onu demirəm ki, bu işğal 
edilmiş torpaqlarda bütün qəbiristanlıqlar,  müqəddəs yerlər da­
ğıdılmışdır.
Öz fikirlərimi belə  faciəli  notlarla davam etdirmək istəmirəm. 
Bu  baxımdan  Ermənistanla  vəziyyətimiz  bərabər  deyildir.  On­
lar  bu  baxımdan  üstünlüyə  malik  olduqlarına  görə  təkid  edir­
lər ki, şərtləri qəbul edilsin. Onların şərtləri isə Dağlıq Qarabağa 
müstəqillik  statusu  verilməsindən  ibarətdir.  Azərbaycan  ərazi­
sində  ikinci  bir erməni  dövləti  ola  bilməz,  ola  bilməz!  Eləcə  də 
Dağlıq  Qarabağ  Ermənistana  birləşdirilə  bilməz!  Beynəlxalq 
hüququn, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in əsas prinsip­
ləri  hər bir  dövlətin  ərazi  bütövlüyündən,  mövcud  sərhədlərin 
toxunulmazlığından ibarətdir.  Ermənilər isə tələb edirlər ki, əra­
zimizin  bir  hissəsini  onlara  verək,  bunun  əvəzində  onlar  Dağ­
lıq  Qarabağın  ətrafında  yerləşən,  işğal  etdikləri  rayonları  azad 
etsinlər.  Yəqin  ki,  bu  rayonlar  azad  edildikdən  hələ  50  il  sonra 
da insanlar öz ev-eşiklərini qurmaqla məşğul olmalıdırlar, çünki 
orada  hər şey dağıdılmış, hər şey talan edilmişdir.
Minsk qrupu həmsədrlərinin -  Amerika  Birləşmiş Ştatlarının, 
Rusiya və Fransanın nümayəndələri bu yaxınlarda burada oldu­
lar.  Onlar Ağdam  rayonunda  atəş  xəttini  keçdilər,  Dağlıq Qara­
bağa  getdilər.  Bizim  belə  bir  iri  rayonumuz  var,  orada  160-170 
min adam  yaşayırdı.  Özü  də o, qədim  mədəniyyət mərkəzlərin­
dən  biri,  öz gözəlliyi,  öz  xüsusiyyətləri  olan  şəhərdir.  Ən  başlı­
cası  isə budur ki, orada bu  qədər adam  yaşayırdı.  Həmsədrlərin 
nümayəndələri  əvvəllər də orada  olmuşlar,  indi  isə təsdiqləmiş­
lər  ki,  orada  hər  şey  dağıdılmış,  hər  şey  qarət  edilmişdir.  Ona 
görə  də  biz  sülh  istəyirik,  biz  məsələni  sülh yolu  ilə həll  etmək 
istəyirik. Lakin eyni zamanda, erməni tərəfi də daha konstruktiv 
mövqe  tutmalıdır.  Təəssüf ki,  biz bunu  hələlik  görmürük.  Əgər 
vəziyyət  belə  qalsa,  onda  bunun  çox  ağır  nəticələri  ola  bilər.
416
Heydor Oliycv siyasoli: TOLERANTLIQ
Çünki  xalqımızda,  əhalimizdə  belə  bir  əhval-ruhiyyə  getdikcə 
güclənir  ki,  axı  torpaqlarımızın  işğalına  nə  qədər  dözmək  olar, 
biz  vuruşmalıyıq,  torpaqlarımızı  öz  qanımızla,  nəyin  bahasına 
olursa  olsun, azad  etməliyik.
Son  vaxtlar  Rusiya  münaqişənin  dincliklə  nizama  salınması­
na fəal kömək göstərir. İyunun  1-də Minskdə Müstəqil Dövlətlər 
Birliyi  ölkələri  dövlət  başçılarının  görüşü  keçiriləcəkdir.  Yəqin 
ki,  orada  prezident  Vladimir  Vladimiroviç Putinin,  Azərbaycan 
və  Ermənistan  prezidentlərinin  üçtərəfli  görüşü  olacaqdır.  Ru­
siya  prezidenti  Vladimir Vladimiroviç Putinin Azərbaycana  rəs­
mi  səfər etməsi,  özü  də yeni  əsrin  əvvəlində, yeni  minilliyin əv­
vəlində  səfər  etməsi  çox  mühüm  rol,  müstəsna  rol  oynamışdır. 
O,  yanvarın  9-da  buraya  gəldi.  Xalqımız  bunu  çox  yüksək  qiy­
mətləndirdi.  Mən  inciklik  hissi  ilə  deməliyəm  ki,  biz  neçə  illər- 
di  Rusiya  prezidentini  də,  Baş nazirini  də  dəvət  edirdik,  amma 
müsbət bir cavab almırdıq. Lakin mənim dəvətimdən sonra qısa 
müddətdə Vladimir Vladimiroviç Putin  onu  qəbul  etdi  və bura­
ya gəldi.  Siz gördüyünüz kimi, o da vəziyyəti özü gördü.
Fəxri  doktor  adına  layiq  görüldüyünüz  elə  həmin  Slavyan 
Universitetində o da fəxri doktor adı aldı. Yeri gəlmişkən, univer­
sitetin  tarixində iki nəfər onun  fəxri doktoru olmuşdur -  Rusiya 
prezidenti  Vladimir Vladimiroviç Putin  və  Moskvanın  və bütün 
Rusiyanın müqəddəs patriarxı. Əlbəttə, bütün bunlar onun üçün 
müəyyən  dərəcədə  gözlənilməz  idi,  eləcə  də  sizin  üçün.  Yəni 
Azərbaycanla  Rusiya  arasında  münasibətlərin  gərginləşməsi 
üçün  müxtəlif qüvvələrin  yaratdıqları  əhval-ruhiyyə bu  gün  də 
var.  Lakin  bununla  belə,  prezidentin  hər şeyi  öz  gözü  ilə  gör­
məsinin  və hər hansı informasiyadan istifadə etmədən vəziyyəti 
artıq özünün  qiymətləndirməsinin və bütün Rusiya  patriarxınm 
hər  şeyi  öz  gözü  ilə  görməsinin,  özünün  qiymətləndirmək  im­
kanına  malik olmasının böyük əhəmiyyəti  var.  Biz buna ehtiyac 
duyuruq. Təkrar edirəm, ehtiyac duyuruq.
Çünki respublikamızda bir milyon qaçqın var, hər şey bir yana, 
onlar  faciəli,  qeyri-insani  şəraitdə yaşayırlar.  Bu  isə bizim  üçün
417


Heydir 
Əliyev 
sivasoti  TOLERANTLIQ
maliyyə çətinlikləri,  maddi çətinliklər də yaradır. Çünki onlar iş­
ləmirlər,  öz  torpaqlarında  işləsəydilər,  əvvəllər nə  əkib-becərir­
dilərsə.  onu  da  əkib-becərərdilər.  Bu  torpaqlar  çox  bərəkətlidir. 
Onlar  məhsul  istehsal  edərdilər  və  ya  özlərinin  başqa  işləri  ilə 
məşğul olardılar.
Respublikamız  belə  bir  mürəkkəb  vəziyyətdə  inkişaf  edir, 
Qərblə Şərq arasında, Qafqazda yerləşdiyinə görə son dərəcə bö­
yük coğrafi-strateji  əhəmiyyəti  var.  Respublika  böyük  təbii ehti­
yatlara  malikdir və öz  xalqımıza  daha  yaxşı  həyat  şəraiti  təmin 
etmək  üçün  də, əlbəttə,  qonşularımızla,  Rusiya  ilə  ticarət müna­
sibətlərini və digər münasibətləri daha fəal genişləndirmək üçün 
do  bütün  bunlardan  daha  səmərəli  istifadə  etmək  imkanımız 
var.  Bizim  bəzi  layihələrimiz var,  məsələn,  Rusiyanın  "LUKoyl" 
şirkəti  burada  fəal  işləyir  və  təbii  ki,  fayda  götürür  və  bu  birgə 
işdən Azərbaycan da  faydalanır.
II Aleksi:  Hər halda,  iş yerləri  də açılır.
Heydər  Əliyev:  Əlbəttə,  indi  bizdə  32  Qərb  şirkəti  işləyir. 
Təəssüf ki,  Rusiyanın  təkcə  bir şirkəti  var,  halbuki  mən  Rusiya­
nın  bir çox şirkətlərini  dəvət etmişəm.  Görünür,  onların  Rusiya­
da hələ çox nefti  var, ona görə də bir yana getmək istəmirlər.
Bütün  bunlar  nəzərə  alınaraq,  sizin  sülhyaratma  missiyanız 
böyük  əhəmiyyətə  malikdir.  Odur  ki,  sizdən  öz  fəaliyyətinizi 
davam etdirməyinizi xahiş edirəm.  Bizim Şeyxülislam bu  baxım­
dan  fəaldır.  O sizinlə görüşləri  barədə,  əlaqələr barədə,  köməyi­
nizə bəslədiyi ümid barədə mənə tez-tez məlumat verir. İstərdim 
ki,  bütün  bunlar səmərəli  nəticələnsin.  Sülh  hər yerdə  lazımdır. 
Minskdə  Qafqaz  dördlüyünün  görüşü  olacaqdır.  Çünki  indi 
dünyada,  xüsusən,  postsovet  məkanında  hamı  beynəlxalq  ter­
rorizm,  ekstremizm  sarıdan  narahatdır.  Şimali  Qafqazda  nələr 
baş verdiyini siz çox yaxşı bilirsiniz, Gürcüstanda  münaqişə var, 
Ermənistanla Azərbaycan arasında münaqişə var.
Dünyanın  Qafqaz  kimi  nadir  diyarı  hazırda  elə  bir vəziyyət­
dədir ki,  burada  terrorçular üçün  də, hər cür ekstremistlər üçün 
də şərait mövcuddur.
4 1 8
Bizi narahat edən daha  bir məsələ var.  Bu,  dini ekstremizmin 
yayılmasıdır.  Din  cəmiyyətdə  insan  fəaliyyətinin  həmişə  ən  nə­
cib sahəsi hesab olunmuşdur və hesab edilir. Ayrı-ayrı dini cərə­
yanların  qarşılarına  terrorizm,  ekstremizm  vəzifələri  qoyması, 
yaxud  din  pərdəsi  altında  tamam  əks  əməllərlə  məşğul  olması 
və  xalqlara,  ölkələrə,  ayrı-ayrı  insanlara  ziyan  vurması,  əlbəttə, 
qətiyyən  dözülməz haldır.  Yeri  gəlmişkən,  biz  təkcə Azərbayca­
nı deyil,  bütün  Qafqazı bundan  qorumalıyıq. Siz Şimali Qafqaz­
dakı,  Mərkəzi Asiyadakı  vəziyyəti  bilirsiniz.  Biz bundan  da  qo­
runmalıyıq.
Əlbəttə,  mən  hər  şeydən  çox  istərdim  ki,  siz  Ermənistanla 
Azərbaycan  arasında sülh yaradılmasına,  işğal olunmuş torpaq­
ların  azad  edilməsinə,  Azərbaycanın  ərazi  bütövlüyünün  təmin 
edilməsinə və qaçqınların öz yaşayış yerlərinə qayıtmasına daha 
fəal  kömək  göstərəsiniz.  Lakin  bununla  yanaşı,  mən bu  işə eqo­
istcəsinə, ancaq Azərbaycanın məhdud mövqelərindən yanaşmı­
ram.  Mən sizinlə bu  söhbəti  apararkən  onu  nəzərdə  tuturam  ki, 
bir siyasi  xadim kimi,  məni bütün bəşəriyyətin, hər halda,  regio­
numuzun, Yer kürəsinin  bu guşəsinin  taleyi narahat edir,  bütün 
bu  təhlükələrin daha da  inkişaf etməməsi  üçün siz müvafiq qüv­
vələri  onlara qarşı qaldıra biləsiniz.
Başa  düşürəm,  sizin  imkanlarınız elədir ki,  sizdən  xahiş etdi­
yim məsələlərin həllinə ancaq bu  imkanlar daxilində kömək edə 
bilərsiniz.  Bu gün  vəziyyətin  necə olduğunu, gələcəkdə daha nə 
kimi  çətinliklərin  yarana  biləcəyini  və xalqlar,  ölkələr,  dövlətlər 
arasında  sülhün  və dinc qarşılıqlı  münasibətlərin  təmin edilmə­
si  üçün  bizim  nə  kimi  işlər  görməli  olduğumuzu  xatırlatmaq 
məqsədi  ilə öz  fikirlərimi  sizinlə bölüşürəm.  Yeri  gəlmişkən,  di­
nin həmişə ən birinci  məqsədi  sülh olmuşdur.
Mən  təbliğat  aparmıram  və  bu  məlum  həqiqətləri  sizə  söy­
ləmək istəmirəm.  Siz onları gözəl bilirsiniz.  Mən,  sadəcə olaraq, 
öz baxışlarımı, öz fikirlərimi bildirirəm. Mən Sizə bir daha və ye­
nidən  təşəkkür edirəm.  Məni  təltif etdiyiniz ordenin  isə  mənim 
üçün  müstəsna  əhəmiyyəti  var. Təbii ki,  bu  hadisə bioqrafiyam­
da öz layiqli  yerini tapacaqdır. Sağ olun.
__________ _____ _______ _______________   _________Heydor Əliyev siyasoh: TOLERANTLIQ
4 1 9


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə