Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Н.ччЬг Əlivw şiyasoti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə94/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   90   91   92   93   94   95   96   97   ...   112

Н.ччЬг Əlivw şiyasoti: TOLERANTLIQ
bərabərliyi  şəraitində  yaşamışlar.  Bu,  keçmiş  vaxtlarda  da  ol­
muşdur,  bu,  Sovet  İttifaqı  illərində -  dinin  yasaq  edildiyi,  lakin 
bununla  belə,  mövcud  olduğu  illərdə  də  olmuşdur.  Əks  halda, 
sizin  gördüvünüz  bu  məbədlər,  sadəcə,  olmazdı,  axı  onlar  heç 
də  indi  tikilməyibdir.  Bu  sözləri  məscidlər  haqqında  da  demək 
olar. Yasaq vardı, din elədir ki, o, bütün əsrlərdə həm sıxıntılara, 
həm də  təqiblərə  məruz qalmışdır.  Bunu  istənilən  dinin  tarixinə 
aid etmək olar.  Lakin bununla belə, din həmişə həyata yol açmış, 
mövcud  olmuşdur və indiyədək mövcuddur.
Sovetlərin dövründə burada insanlar tam hüquq bərabərliyi şə­
raitində  yaşayırdılar,  hərçənd  indi,  adətən,  belə  hesab  edirlər ki, 
sovetlərin  dövründə  insanların  hüquq  bərabərliyi  ümumən  ol­
mamışdır.  İndi  mən  bu  mübahisələrə qoşulmaq istəmirəm, çünki 
dini  mənsubiyyət  baxımından  hüquq  bərabərliyi  Azərbaycanda 
kiminsə  rus,  ukraynalı,  azərbaycanlı,  belarus  olmasından  asılı ol­
mayaraq, tam  şəkildə vardı. İndi isə biz bir-birimizdən  ayrılmışıq. 
Rusiya  öz  dövlət  suverenliyini  Sovet  İttifaqının  bütün  müttəfiq 
respublikalarından  əvvəl  elan  edərək,  Sovet  İttifaqının  dağılması 
prosesinin  bünövrəsini  qoydu.  Digər  respublikalar  da,  görünür, 
birlikdə olsalar da,  müstəqillik,  azadlıq  haqqında  daha  çox  düşü­
nürdülər.  Odur ki,  1991-ci  ildə Azərbaycan da  özünün  dövlət su­
verenliyini,  müstəqilliyini  elan  etdi.  Biz  bu  ilin  axırlarında  dövlət 
müstəqilliyinin bərpa olunmasının 10-cu ildönümünü qeyd edəcə­
yik.  1918-ci  ildə məhz bu  gün  -  mayın 28-də Azərbaycan  ilk dəfə 
öz  dövlət  müstəqilliyini  bəyan  etmiş  və  demokratiya  prinsipləri 
əsasında  Xalq  Cümhuriyyəti  yaranmışdı.  Lakin  o  çox  yox,  23  ay 
yaşadı,  sonra  isə  sosialist  inqilabı,  bolşevizm  dalğası  Qafqaza  da 
gəlib çıxdı. Ona görə do bu  suveren dövlət,  təbii ki, daha  mövcud 
ola bilmədi, sovet hakimiyyəti qıırııldu. Sonrakı tarix isə sizə yaxşı 
məlumdur.
Yeri  gəlmişkən,  çox  maraqlı  və  bəlkə  də  hətta  rəmzi  haldır 
ki,  bu  gün  mən  sizinlə  milli  bayramımız  günü  -   Azərbaycanın 
Müstəqilliyi  günü,  Respublika  günü  görüşürəm.  Biz  bu  günü 
təntənə ilə qeyd  edirik,  ayın  26-da  böyük  təntənəli  yığmcaq ke­
404
Hevdor Əliyev siyasdr TOLERANTLIQ
çirdik.  İnsanlar bu  bayram  gününü  dünən  də  qeyd  etmişlər,  bu 
gün də qeyd edirlər.
1991-ci  ildə Sovet İttifaqı  dağılarkən Azərbaycan öz  müstəqil­
liyini  bəyan  etdi  və  1920-ci  ildə  itirilmiş  dövlət  müstəqilliyini 
bərpa  etdi.  Bu  on  ildə  Azərbaycanda  mürəkkəb  proseslər  baş 
vermişdir.  Lakin ölkədə vəziyyəti  ən çox mürəkkəbləşdirmiş və 
bu  gün  də  qalmaqda olan  hadisə budur  ki,  hələ  1988-ci  ildə  Er­
mənistanın Azərbaycana qarşı ərazi iddiaları  ilə, yəni əzəli Azər­
baycan torpağını -  Dağlıq Qarabağ vilayətini özünə birləşdirmək 
arzusu,  niyyəti  ilə  əlaqədar  Ermənistanla  Azərbaycan  arasında 
münaqişə başlanmışdır.
Ona  görə  də  1991-ci  ildə  Azərbaycan  müstəqillik  əldə  etdik­
də o, Ermənistanla, əslində,  müharibə vəziyyətində idi. Bundan 
başqa,  Azərbaycanda  daxili  xarakterli  olduqca  çox  çətinliklər, 
mürəkkəb hallar var idi.  Əlbəttə,  sizə çox yaxşı  məlumdur,  mən 
bunu bütün insan əxlaqı prinsiplərinə və mənəvi prinsiplərə zidd 
olan çox kədərli, ağır bir fakt hesab edirəm  ki, 1990-cı ilin yanva­
rında sovet hökuməti Azərbaycanda ancaq bir şeyi -  Ermənistan­
la  münaqişədə  Azərbaycana  ədalətli  münasibət  göstərilməsini 
tələb edən xalqın çıxışını yatırmaq üçün sovet qoşunlarının iri bir 
kontingentini  göndərdi.  Halbuki  bundan  ötrü  buraya  bu  qədər 
qoşun yeritmək lazım deyildi, o mənada ki, Azərbaycanda sovet 
qoşunları  kifayət  qədər  idi.  Sizin  ziyarət  etdiyiniz qəbiristanlıq 
-  Şəhidlər xiyabanı da əslində, elə onda yaranmışdır.  Bu, şübhə­
siz,  adamların  əhval-ruhiyyəsinə  müəyyən  təsir göstərdi,  çünki 
o  vaxt  insanların  çoxu  sovet  rəhbərliyini  Rusiya  ilə,  yaxud  da, 
məsələn,  Sovet  İttifaqındakı  bütün  xalqların  nümayəndələrinin, 
o cümlədən də azərbaycanlıların xidmət etdikləri sovet qoşunla­
rını  Rusiya  qoşunları  ilə eyniləşdirirdi.  Açığını  deyəcəyəm,  ona 
görə  də  o  vaxt  antirus,  antirusiya  əhval-ruhiyyəsi  burada  geniş 
yayıldı. Doğrudur, o vaxt mən burada yaşamırdım, buna baxma­
yaraq,  bütün  o  illər,  o günlər mənə yaxşı  məlumdur.  Odur  ki, o 
vaxt  rus əhalisinin  müəyyən hissəsi buradan  köçüb getdi. Sonra 
daxili  proseslər başlandı, ölkəmizdə sabitlik pozuldu  və əlbəttə,
405


bəzi  adamlar  belə  qeyri-sabit  şəraitdə  qalmaq  istəməyərək,  öz­
lərinə,  sadəcə  olaraq,  başqa  yaşayış  yeri  axtarırdılar.  Ona  görə 
də, məsələn.  1990-cı  ildə baş vermiş hadisələrdən əvvəlki  dövrlə 
müqayisədə, burada rusdilli əhalinin sayı azaldı.
Lakin  biz bu məsələni sabitləşdirdik və siz yəqin bunu bilirsi­
niz.  1993-cü  ildən,  burada  vətəndaş  müharibəsinin  qarşısını  al­
mağa və Azərbaycanda vəziyyəti ardıcıl surətdə sabitləşdirməyə 
müvəffəq  olduğumuz  vaxtdan  başlayaraq,  bütün  millətlərdən 
olan adamlar, o cümlədən və ilk öncə ruslar Azərbaycanda rahat 
yaşamağa  imkan  tapdılar.
Şübhə yoxdur ki,  rus xalqı  Azərbaycan  xalqının  həyatında ol­
duqca böyük rol oynamışdır -  mən elmin, təhsilin, mədəniyyətin 
inkişafını,  iri  sənaye kompleksləri  tikilməsini  nəzərdə tuturam.
İlk  universitet Azərbaycanın  müstəqilliyini  elan  etmiş həmin 
hökumətin  qərarı  ilə  1919-cu  ildə yaradılmışdır.  Lakin  bizim  öz 
kadrlarımız  yox  idi,  professor-müəllim  heyəti  əsasən  yerli  rus­
lardan  və  ya  rusdilli  millətlərin  nümayəndələrindən  ibarət  idi, 
yaxud  bu  kadrlar Rusiyadan dəvət edilmişdilər. Ona görə də biz 
XX əsrdə ölkəmizdə elmin,  təhsilin,  mədəniyyətin,  ümumən  iq­
tisadiyyatın bütün sahələrinin inkişafında  Rusiyanın rolunu,  rus 
xalqının rolunu  çox yiiksok qiymətləndiririk.
Bunların  hamısı  öz  izini  qoymuşdur  və  gərək  ki,  sizin  bunu 
şəxsən yəqin etməyə imkanınız olmuşdur. Mənə dedilər ki, burada 
çoxlu kilsə var. Mən bunu bilirdim, ancaq sizin gəlişinizlə əlaqədar 
dedim ki, mənə daha dəqiq rəqəmlər verin. Siz bir neçə il əvvəl bu­
rada  Bakı  və  Xəzəryanı  bölgə yeparxiyası  yaratdınız.  Bu,  əvvəllər 
var  idi,  lakin  sonralar  ləğv  edilmişdi,  indi  siz  onu  yenidən  yarat­
dınız. Yeri  gəlmişkən, sizin burada  çox layiqli  nümayəndəniz var, 
onunla görüşmək, söhbət etmək həmişə xoşdur, çox ağıllı adamdır. 
Bir sözlə, din yaşayır, mövcuddur, bütün dini adətlər -  müsəlman 
adətləri də, pravoslav adətləri də, başqa dinlərin adətləri də bərpa 
olunmuşdur.  Biz ümidvarıq  ki,  bu,  hər bir ölkənin,  hər bir xalqın 
inkişafına kömək edəcəkdir. Çünki biz onu əsas tuturuq ki, din hə­
mişə müsbət rol oynamalıdır, xüsusən də insanın mənəvi inkişafın­
HowW Oliu'v sivasJti: TOLERANTLIQ
4 0 6
Hevd.ır Əliyev siy.is.Mi:  TOLERANTLIQ
da, insanlann mənəvi tərbiyəsində və onların yüksək mənəviyyat, 
yüksək  əxlaq  prinsipləri  əsasında  sıx  birləşməsində.  Ümidvaram 
ki, siz bu  günlər ərzində müəyyən təəssürat toplaya bildiniz. Mən 
bu görüşdən istifadə edərək, özüm də bəzi şeylər söyləməyi qərara 
aldım, indi sözü sizə verirəm.
II  Aleksi: 
Mən  çıxışımın  birinci  hissəsini  ayaq  üstündə  söy­
ləmək  istərdim,  çünki  bu  gün  Azərbaycan  Respublikası  üçün 
əlamətdar gündür və belə əlamətdar gündə,  Respublika  günün­
də  Siz  bizi  qəbul  edirsiniz.  Ona  görə  da,  icazə  verin,  zati-alilə­
ri,  çox  hörmətli  Heydər  Əliveviç,  Sizi  nümayəndə  heyətimizin 
adından,  şəxsən  öz  adımdan  Azərbaycanın  bizim  də  iştirakçısı 
olduğumuz bu  milli  bayramı münasibətilə ürəkdən  təbrik edim 
və Sizin  müdrik rəhbərliyiniz altında  Azərbaycan Respublikası­
na xeyir-dualı uğurlar və tərəqqi arzulayım. Biz do ümidvarıq ki, 
Azərbaycan  həqiqətən  inkişaf edəcəkdir.  Sizin  müdrik  siyasətçi 
olmağınız, danılmaz nüfuza  malik olmağınız, Azərbaycanda  və­
ziyyəti  sabitləşdirməyiniz bunun böyük rəhnidir.  Əlbəttə,  çətin­
liklər də var, lakin hər halda, XXI əsrə başlayaraq, biz həmişə təzə 
əsrə  ümidlə baxırıq  ki,  o,  Sovet  İttifaqının  yeni  yol -  suverenlik 
və müstəqillik yolu  tutmuş keçmiş respublikalarından hər birinə 
tərəqqi və uğur gətirəcəkdir. Sizi bugünkü bayram -  Respublika 
günü  münasibətilə ürəkdən  təbrik edirəm  və bu gün Sizinlə gö­
rüşməyimizi əlamətdar hadisə bilirik.
Nikolay Ryabov 
(Rusiyanın Azərbaycandakı səfiri): Heydər Əli- 
yeviç,  icazə verin  mən də ayağa qalxım. Milli bayram münasibə­
tilə Rusiya prezidentinin Sizə təbrikini  oxumaq  istəyirəm  (Soma 
səfir  təbrik  teleqramım  oxuyur).  Müsaidənizlə,  bu  teleqramı  Sizə 
verim.
Heydər Əliyev: 
Çox sağ olun.
Nikolay  Ryabov: 
Mən  də  bu  təbriklərə qoşulmaq  və  xalqımız 
arasında hamının sevdiyi,  hörmət və ehtiram bəslədiyi bütün Ru­
siya patriarxımn səfərinə göstərdiyiniz çox böyük qayğı və diqqətə 
görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istəyirəm.
4 0 7


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə