Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə90/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   86   87   88   89   90   91   92   93   ...   112

Нс yciar Əliyev sivosati: TO LERANTLIQ
vəıəri torpaqlarımızın 20 faizini işğal edibdir. Demək, hərbi nöq­
teyi-nəzərdən  üstünlük əldə edibdir.  Ona görə  də deyir ki,  mən 
sənin  ərazini  işğal  etmişəm.  Sən  mənim  bu  şərtimi  yerinə  yetir, 
mən  işğal olunmuş torpaqları azad  edim.  Dünya  ictimaiyyəti də 
buna  bir söz  demir.  Ona  görə  də biz  çox  mürəkkəb,  çətin  danı­
şıqlar aparırıq.  Amma  bu  danışıqları  aparan  adam  kimi,  bu  işlə 
gecə-gündüz  məşğul  olan  adam  kimi  mən  sizə  deyirəm  ki,  biz 
buna  nail  olacağıq.  İndiyə  qədər  dözmüşük,  bir  az  da  dözmək 
lazımdır.  Mütləq buna nail olacağıq.
Kərşivəz Quliyev: İnşallah,  istəyinizə nail olacaqsınız.
Cənab Prezident, gələn ilin  bugünkü  günü  indi getdiyiniz ob­
yektin  açılışı  münasibətilə burada bir də görüşək.  Bu,  gələn əsrə 
düşür.  Sizə Allahdan  uzun ömür diləyirəm.
Heydər  Əliyev:  Orucluq  bayramı  münasibətilə  sizi  bir  daha 
təbrik edirəm, sizə cansağlığı arzulayıram.
Sağ olun.
388
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN XALQINA TƏBRİK
Əziz həmvətənlərim!
Sizi  dünya  müsəlmanlannm  müqəddəs  Ramazan bayramı  mü­
nasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklə­
rimi  yetirirəm.  İlahi  hikmətlər xəzinəsi  olan  Qurani-Kərimin  nazil 
olduğu mübarək Ramazan ayı əxlaqi saflıq, kamillik, xeyirxah niy­
yətlər,  mənəvi  zənginlik  ayıdır.  Ramazan  bayramı  qəlbində  inam 
və  vətən  sevgisi  daşıyan  insanların  əzm  və  iradəsini,  xeyirin  şər, 
mənəvi ucalığın nəfs üzərində qələbəsini nümayiş etdirir.
Allah  və din yolunda  müqəddəs borcunu  ləyaqətlə yerinə ye­
tirən  müsəlmanlarımız  ürəkləri  həmrəylik,  mərhəmət  və  şəfqət 
duyğuları  ilə  döyündürən  Ramazan  günlərini  böyük  məmnun­
luqla başa  vurur, bayram sevinclərini bölüşürlər.  Milli müstəqil­
liyimiz,  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  canlarını  fəda 
etmiş şəhidlərimizin  ruhuna  dualar oxunur,  xalqımızın  və döv­
lətimizin  əmin-amanlığı  üçün diləklər edir.
Bu  niyyət və diləklərə, bayram sevincinizə qoşularaq Sizi əmin 
etmək  istəyirəm  ki,  bu  gün  ovqatımıza  sıxıntı  gətirən  mövcud 
çətinliklər  tezliklə  arxada  qalacaq,  torpaqlarımız  düşmən  tapda­
ğından  azad  ediləcək,  xalqımız  layiq  olduğu  firavan  həyata  və 
rifaha  qovuşacaqdır.  Bunun  üçün  ölkənin  hər bir  vətəndaşından 
əsl  vətənpərvərlik,  sarsılmaz  birlik,  milli-mənəvi  dəyərlərə  və 
müstəqillik ideallarına daim sədaqətli olmaq tələb edilir.
Əziz bacı  və qardaşlar!
Yola salmaqda olduğumuz iyirminci yüz illiyin son  Ramazan 
bayramında  hər  birimizə  xoşbəxtlik,  ailələrinizə  sevinc,  evləri­
nizə xeyir-bərəkət arzulayıram.
Etdiyiniz dua və niyyətlər çin olsun!
Allah orucunuzu qəbul etsin!
Heydər Əliyev, 
Azərbaycan Respublikasının  Prezidenti 
26 dekabr 2000-ci il
_________________________________________________ Heydar Əliyev siyasMi: TOLERANTLIQ
389


Hı'vdor Əliyev siyasoti: TOLERANTLIQ
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
MÜSƏLMAN ÖLKƏLƏRİNİN  BAKIDAKI 
DİPLOMATLARI  İLƏ  GÖRÜŞDƏ  SÖHBƏT
Prezident sarayı,  27 dekabr 2000-ci il
Heydər Əliyev: Mən bu bayram günü sizi narahat etmək istə­
mirdim.  Amma  mənə  məlumat  verildi  ki,  bu  bayramı  keçirən 
müsəlman  ölkələrinin  səfirləri  mənimlə  görüşmək,  məni  təbrik 
etmək  istəyirlər.  Mən  buna  çox  şad  oldum.  Çünki  bu  bayram­
la  əlaqədar sizinlə birinci  dəfə görüşürük.  Azərbaycanda böyük 
İslam  dininə etiqad göstərən  xalqların, ölkələrin  səfirləri  vardır. 
Azərbaycan da uzun  illərin dini məhrumiyyətindən qurtarıbdır. 
Xalqımız  indi  sərbəstdir,  azaddır  və  dini  bayramları  da  keçirir. 
Mən  şübhə  etmirəm  ki,  sizin  hər biriniz,  yəni  səfirlər  Ramazan 
ayında  oruc  tutublar,  ac  qalıblar,  dini  adətlərə  riayət ediblər və 
bu gün  bayram edirlər.
Mən sizin ölkələrin,  dövlətlərin başçılarına  Ramazan bayramı 
münasibətilə  təbriklərimi  göndərmişəm,  amma  bu  fürsətdən is­
tifadə  edərək,  sizin  hər  birinizi  Ramazan  bayramı  münasibətilə 
bir  daha  təbrik edirəm.  Eyni  zamanda,  ölkələrinizi,  xalqlarınızı 
bu bayram münasibətilə ürəkdən təbrik edirəm.
Mənə verilən  məlumatlara görə,  indi Azərbaycanda Ramazar 
ayınm  adətlərinə  riayət  edənlər,  yəni  oruc  tutanlar  bəlkə  də  biı 
çox ölkələrdə olduğundan çoxdur. Bu  da  müsbət haldır. Demək 
Azərbaycanda biz tarixi, mənəvi, dini ənənələrimizi bərpa edirik
Burada  səfirlər  var  ki,  onların  ölkələrində  kommunist  ideo 
logiyası olmayıbdır. Amma elə səfirlər də vardır ki, onlar bizim­
lə  birlikdə  Sovetlər  İttifaqının  tərkibində  yaşayıblar.  O  illər  bu 
ölkələrdə dinin əleyhinə təbliğat gedirdi. O vaxt belə bir söz var­
dı  ki,  din  xalq üçün  tiryəkdir.  Bu,  Marksm  sözləridir.  Ona  görə 
də 70 il təbliğ ediblər ki, əgər dinlə məşğul olsanız, demək, tiryək 
çəkəcəksiniz. Yəqin bunu o mənada deyiblər ki, insanları qorxut­
390
Hcydor Əliyev siyasotL TOLERANTLIQ
sunlar. Necə ki, insanlar narkotik maddələrdən, tiryəkdən bihuş 
olur,  sonra xəstələnir,  dindən  də belə xəstələnə bilər. Ancaq din 
insanların  əksəriyyətinin  qəlbində  yaşayıbdır.  Əlbəttə ki,  Azər­
baycanda  gənc  nəslin  çox  hissəsi  dindən  uzaq  olubdur,  amma 
dinə etiqad nəsildən-nəslə keçibdir.
İndi isə biz müstəqil dövlət olandan sonra dini adət və ənənələ­
rimizin hamısı bərpa olunur. O cümlədən Ramazan bayramımız 
da bəıpa olunmuşdur. Biz də Azərbaycanda həm Ramazan ayını 
keçiririk,  həm  də bu  gün  bayram  edirik.  Doğrudur,  biz  bir gün 
bayram edirik, amma bəzi ölkələrdə 3-4 gün bayram edirlər. Mən 
çox  məmnunam ki, sizinlə görüşürəm və bayramı qeyd edirik.
Mən Ramazan ayının müsəlmanlar üçün nə qədər əhəmiyyətli 
olması barədə danışmaq istəmirəm.  Bunu siz məndən yaxşı bilir­
siniz.  Bir  də  qeyd  etmək  istəyirəm  ki,  Azərbaycanda  bu  bayram 
öz yerini tutubdur. Sizi  Ramazan bayramı  münasibətilə bir daha 
təbrik edirəm. Mənim sizə deyəcəklərim budur.
Qədri Ecvet Tezcan (Türkiyənin Azərbaycandakı səfiri): Cənab Pre­
zident,  mən  bizim  dinimizin  ən  qiymətli  bayramı  olan  Ramazan 
bayramı  münasibətilə müsəlman ölkələrinin -  Liviya, Özbəkistan, 
Pakistan, Misir, Səudiyyə Ərəbistanı, İran, İraq, Türkmənistan, Qa­
zaxıstan və Türkiyənin səfirləri adından Sizi təbrik edir və bizi qə­
bul etdiyinizə görə öz minnətdarlığımızı bildirirəm.
Cənab  Prezident,  bu  bayram  başqa  əlamətdar  günə  təsadüf 
etmişdir.  Dekabrın  31-i  Dünya  Azərbaycanlılarının  Həmrəyliyi 
günüdür.  Eyni  zamanda,  qarşıdan  Yeni  il  gəlir.  İcazə  versəydi­
niz, mən bütün bunlarla bağlı Sizi və bizim üçün çox dəyərli olan 
Azərbaycan  xalqını  təbrik etmək istəyirəm.
Siz  çox  dərin  və  mənalı  fikirlər söylədiniz.  Həqiqətən,  bizim 
dinimizdə Ramazan ayının, bu bayramın xüsusi yeri vardır. Əgər 
kimin  imkanı  varsa,  səhhəti  buna  yol  verirsə,  Ramazan  ayında 
oruc tutmaq insana iki mənada çox böyük fayda verir. Bunun bi­
rincisi,  insanın  dünyada  ən  çətin  olan hallardan  biri  ilə, öz  nəfsi 
ilə mübarizə aparmasıdır.  İkincisi  isə,  dünyada  kasıb  insanların 
nə vəziyyətdə olduqlarını başa düşməkdir.
391


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə