Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydər Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə91/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   87   88   89   90   91   92   93   94   ...   112

Heydər Əliyev siyasəti: TOLERANTLIQ
Amma  bizim  dinimiz, sadəcə,  mərasimlərdən ibarət deyildir. 
Bizim dinimiz  ürəkdədir. Düşünürəm ki,  təkcə bizim dinimizdə 
Allahla  bəndə  arasında  heç  bir  elçiyə  ehtiyac  yoxdur.  Dinimiz 
insanlara o qədər sevgi, məhəbbət, hörmət bəsləyən bir dindir ki, 
bütün ömrümüzü  etiqad  etmədən  keçirsək  belə,  son nəfəsimiz­
də  kəlmeyi-şəhadətimizi  deməklə,  bütün  digər  müsəlmanların 
sahib olduqları savablardan yararlanmaq imkanı əldə etmiş olu­
ruq.  Cənab  Prezident,  bir  olan  Allah dünyada  bütün  insanların 
birliyini, onların yaşaması üçün bütün nemətləri istər.
İslam  dininin  gözəl  bir  tərəfi  də  budur  ki,  həmişə  insan  sev­
gisindən,  rifahından,  dinlərin  dözümlülüyündən  -   tolerantlı­
ğından  danışır.  Biz  hamımız  bilirik  və  Siz  də  öz  nitqlərinizdə 
dəfələrlə demisiniz  ki, Azərbaycan gənc dövlətdir. Amma Azər­
baycan  xalqında,  azərbaycanlılarda  qədim  olan  bir  xüsusiyyət 
vardır.  Bu  da  insanların  bütün dinlərə dözümlülüyü,  tolerantlı­
ğı,  insanlara xoş arzularıdır.
Bu  gün  hamımız  bilirik  ki,  Azərbaycanda  yaşayanlar  təkcə 
müsəlmanlar deyildir.  Burada  yəhudilər də,  xristianlar da  yaşa­
maqdadırlar. Amma onların hamısı eyni şəraitdə, bir-birinə hör­
mət etməklə,  Sizin  başçılıq etdiyiniz  məmləkətdə əmin-amanlıc 
və sakitlik içərisində yaşamaqdadırlar.
Cənab  Prezident,  Azərbaycan  Respublikası, Türkiyə  Cümhu­
riyyəti,  digər  müsəlman  ölkələri  də  dünyəvi  dövlətlərdir.  Yəni 
bizdə din  və  siyasət  bir-birindən  ayrıdır.  Amma  insanlar  dinsi> 
yaşaya bilməzlər. Din insanları birləşdirən, böyüyün kiçiyə, kiçi 
yin böyüyə hörmətlə, ehtiramla yanaşmasını öyrədən ən önəml 
amildir.
Cənab  Prezident,  Siz  qeyd  etdiniz  ki,  sovetlər  dövründə  dir 
tiryək hesab edilmiş,  belə  təbliğ olunmuşdur.  Əgər  dinin  insan 
lara  nə  səbəbə göndərildiyini  daxilən,  həqiqi mənada başa düş­
məsək,  ondan  kənara  çıxmağa,  yəni  fanatikliyə,  radikallığa  yo 
versək, cəhd etsək, bu, doğrudan da,  insanları yolundan azdırar, 
mədəniyyətdən,  tərəqqidən,  xoşbəxtliklərdən  -   bütün  nemət­
lərdən  təcrid  edər.  Bu  mənada  dindən  danışmaq  istəyən  bəlkə 
də  ilahiyyatçı  olmalıdır.  Hər  kəsin  bu  barədə  danışması  ilə  din
392
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
düzgün  yolla  gedə  bilməz.  Heç  bir  din  insanlara  əzab  vermək 
üçün yaradılmamışdır. Bu dinlərin də ən gözəli  mənim, Sizin və 
burada əyləşən insanlarm dinidir. Burada 8 milyon azərbaycanlı, 
dünyada isə bir milyard müsəlman bu dinə etiqad edir.
Cənab Prezident, mən dünyanın çox yerində olmuşam. Amma 
Sizin  qədər gözəl nitqə malik bir prezidentin yanında  danışmaq 
mənim üçün çətindir.
Cənab Prezident, sözümün sonunda arzum budur ki, ev-eşik­
lərindən  didərgin  düşmüş  Azərbaycan  vətəndaşları  gələcəkdə 
bu  bayramı  öz  doğma  yurdlarında,  el-obasında  keçirsinlər.  Al­
lah onlara bu  günü  nəsib etsin.
Cənab Prezident, qarşıdakı minillikdə insanlara uğurlar, sülh, 
rifah, əmin-amanlıq şəraitində yaşamağı arzulayıram. Bizi qəbul 
etdiyinizə  görə  zati-alinizə  bir  daha  təşəkkür  edir,  Azərbaycan 
xalqına  layiq  olduğu  xoş  günlər,  rifah  və  əmin-amanlıq  dilə­
yirəm. Sağ olun.
Heydər Əliyev: 
Hörmətli səfir, təşəkkür edirəm. Siz bu bayra­
mın  fəlsəfəsini çox  dərindən  izah etdiniz.  İslam dininin dəyərlə­
ri haqqında mühüm  fikirlər söylədiniz.  Mən  bunların hamısı ilə 
tam  razıyam.  Güman  edirəm  ki,  hamımız  razıyıq.  Azərbaycan 
xalqına arzularınıza görə sizə təşəkkür edirəm. Sağ olun.
Əhəd  Qəzai 
(İran  İslam  Respublikasının ssfirı):  Cənab  Prezident, 
mən  də  Azərbaycan  xalqının  Ramazan  bayramını  təbrik  edirəm. 
Bizi  qəbul  etdiyinizə  görə  Sizə  öz  təşəkkürümü  bildirirəm.  Səfir 
həmkarlarıma da bu görüşə göstərdikləri marağa görə öz razılığı­
mı  bildirirəm.  Bu  gün  İslam ölkələrinin səfirlərini qəbul etməyini­
zi  bu  ölkələrə,  onlarla  əməkdaşlığa  göstərdiyiniz diqqət və  qayğı 
kimi  dəyərləndiririk.  Dünya  Azərbaycana  müsəlman  ölkəsi  kimi 
baxır və dəstəkləyir. İslam Konfransı Təşkilatı iclaslarının qərarları 
göstərdi  ki,  bu  təşkilata üzv olan ölkələr Azərbaycanla  bir yerdə­
dirlər.  Qətərdə  keçirilmiş sonuncu  iclasın qəbul etdiyi  qərarın  üç 
bəndi Azərbaycan haqqında idi. Bu bəndlərin birincisində konfrans 
Dağlıq Qarabağ  münaqişəsində Azərbaycanın  mövqeyini  dəstək­
lədi  və ona  tərəfdar olduğunu  bildirdi.  İkinci bənd Azərbaycanın
393


Ermənistan  tərəfindən  işğal  edilmiş  torpaqlarının  azad  olunması, 
üçüncüsü  isə,  Dağlıq  Qarabağda  və  işğal  edilmiş  digər ərazilərdə 
tarixi və mədəni abidələrin qorunması barədə idi. Hər halda, Azər­
baycanın  müstəqil  ölkə  kimi  İslam  aləminə  daxil  olmasının  əhə­
miyyəti böyükdür.
Dünən  Ramazan  bayramı  münasibətilə  müsəlmanlara,  Azər­
baycan  xalqına  Sizin çox ətraflı,  dərin  mənalı  müraciətiniz oldu. 
Bu  müraciətdə  əsas  müddəalar  odur  ki,  Azərbaycan  xalqında 
vətənpərvərlik,  vətənə  sədaqət  hissləri  yüksəlsin,  İslam  dininə 
etiqad  artsın,  dini  dəyərlər  qorunsun,  müstəqillik  əbədi  olsun. 
Bunların  hamısı  İslam  əqidəsinə uyğundur.  İslam  bu  dəyərlərə, 
belə  nəsihət  və  təlim-tərbiyəyə  istinad  edir,  əsaslanır.  Siz  də  öz 
müraciətinizdə  bunları  vurğuladınız,  Azərbaycan  xalqından 
bunu  tələb etdiniz.
Türkiyə  səfiri  də  burada  İslam  dəyərləri  barədə geniş  və mə­
nalı  söhbət etdi.
Cənab Prezident, bizi qəbul etdiyinizə görə yenə də Sizə təşək­
kür edirəm.  Sizə cansağlığı,  Azərbaycan  xalqına  firavanlıq,  asa­
yiş  və  səadət,  işğal  olunmuş  ərazilərin  azad  edilməsini,  qaçqın 
və köçkünlərin doğma yurdlarına qayıtmasını,  bu bayramı gələ­
cəkdə öz ev-eşiklərində keçirmələrini  arzulayıram.
Heydər Əliyev:  Hörmətli  səfir,  təbriklərinizə,  dostluq  müna­
sibətinizə və xoş sözlərinizə görə sizə təşəkkür edirəm.  Eyni za­
manda,  İslam  Konfransı  Təşkilatının  bir  müddət  bundan  öncə 
Tehranda  keçirdiyi  konfransda,  yenə  də  bu  yaxınlarda  Qətərdə 
keçirdiyi  konfransda  Azərbaycanı  dəstəkləməsi  haqqında  dedi­
yiniz  fikirlər  tamamilə  doğrudur  və  bizim  üçün  böyük  mənəvi 
dayaqdır.
Sizə  onu  çatdırmaq  istəyirəm  ki,  Ermənistanın  Azərbaycana 
etdiyi  təcavüz  bütün  günü  mənim  gözümün  qarşısındadır.  Çün­
ki  Ermənistan  Azərbaycana  hərbi  təcavüz  edib,  respublikamızın 
torpaqlarının 20 faizini işğal edibdir.  Bir milyondan artıq vətənda­
şımız yerindən-yurdundan  didərgin  düşübdür.  Ancaq  biz bir çox 
beynəlxalq  təşkilatlarda,  o  cümlədən  ATƏT-də  toplaşarkən  belə 
qərarların çıxarılmasına nail ola bilmirik.  Doğrudur,  1992-1993-cü
Hevdar Əliyev siyasoti: T O L E R A N T L I Q _____________________________ ___________
394
Heydor Əliyev siyasoli: TOLERANTLIQ
illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azər­
baycan  torpaqlarını  işğal  etmiş  Ermənistan  silahlı  qüvvələrinin 
qeyd-şərtsiz,  təcili  bu  torpaqlardan  çıxarılması  haqqmda  qət­
namələr qəbul edibdir.  Ancaq  təəssüflər olsun  ki,  bu  qətnamələr 
indiyə  qədər  yerinə  yetirilməyibdir,  Ermənistan  bunlara  məhəl 
qoymur və Birləşmiş Millətlər Təşkilatı da həmin qərarların həya­
ta keçirilməsində acizlik göstərir.
Bütün  müsəlman  dövlətlərinin  daxil  olduğu  İslam  Konfransı 
Təşkilatı mənim  iştirak etdiyim  toplantılarda  -  həm  Mərakeşdə, 
həm  də İranda,  habelə Qətərdə daim  bizi  dəstəkləmiş, Azərbay­
canın  vəziyyəti  ilə  əlaqədar  ardıcıl  mövqe  tutmuş  və  yekdillik 
göstərmiş,  Ermənistanın təcavüzkar olması, Azərbaycan torpaq­
larının  işğaldan azad edilməsi barədə qərarlar çıxarmışdır.
İslam  ölkələrinin  birliyini  nümayiş  etdirən  bir  mühüm  faktı 
da  qeyd  etmək  istəyirəm.  Birləşmiş  Millətlər  Təşkilatının  son 
sessiyasında  Birləşmiş  Millətlər  Təşkilatı  ilə  ATƏT  arasında 
əməkdaşlıq  barədə  qətnamənin  layihəsində  Dağlıq  Qarabağın 
Azərbaycana  məxsus olması  barəsindəki sözlər yox  idi.
Biz  bundan  çox  narahat  olduq.  Ona  görə  də  bizim  həm 
ABŞ-dakı  səfirimiz,  həm  də  BMT-dəki  nümayəndəmiz  mənim 
göstərişimlə bu işlərlə ciddi məşğul oldular. Məlumat verdilər ki
ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  guya  Ermənistan-Azər­
baycan  prezidentlərinin  bilavasitə  görüşlər  keçirdiyi  zaman  bu 
cümlənin  oraya  salınmasını  münasib  bilməyiblər.  Mən  buna 
etiraz etdim.  Minsk  qrupunun  həmsədrləri  bu  otaqda  mənimlə 
görüşə gəlmişdilər, mən onlara etirazımı çox ciddi şəkildə bildir­
dim.  Onlar öz  mövqelərini  dəyişdilər və həmin  sənəddə  Dağlıq 
Qarabağın Azərbaycana məxsus olması barədə fikir əvvəlki illər­
də olduğu kimi saxlandı. Onlar bu sənədin qəbul olunmasına səs 
verdilər.  Ancaq  bu  düzəlişin  qəbul  olunmasının  həllini  müsəl­
man  dövlətlərinin  nümayəndələrinin  hamısının  verdiyi  səslə 
hesablayırlar.  Eyni  zamanda,  qeyd  etməliyəm ki, az da  olsa,  bir 
neçə İslam dövləti, keçən ildən fərqli olaraq, nədənsə bu düzəlişə 
Azərbaycanın  xeyrinə  səs  verməkdən  imtina  etmişlər.  Halbuki
395


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə