Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə92/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   88   89   90   91   92   93   94   95   ...   112

keçən  illərdə onlar  bizim  xeyrimizə  səs  vermişdilər.  Təbiidir ki, 
biz bunu araşdıracağıq, səbəblərini  öyrənəcəyik.
Yenə  də  deyirəm,  müsəlman  dövlətlərinin  əksəriyyəti  həm­
rəylik,  birlik  göstərmiş,  Azərbaycanın  bu  problemi  haqqındakı 
vacib  fikirlərin sənəddə bərpa olunmasını  özlərinin birliyi  ilə tə­
min etmişlər.
Bütün  bunları  xatırlayaraq,  bir daha  onu  demək  istəyirəm  ki, 
bizim  İslam  dininə  məxsus  olan  xalqlarımız,  dövlətlərimiz  bir 
çox hallarda birlik, həmrəylik nümayiş etdirirlər və bu da hər bir 
İslam ölkəsinin sabit nailiyyətlərə çatmasına kömək edir.
Mən arzu edərdim ki,  bu birlik, həmrəylik daimi, əbədi olsun. 
Bu  da  İslam  dövlətlərinin,  xalqlarının  gələcək  inkişafı  üçün  əsas 
şərtlərdən biridir.
Mən bu  fürsətdən  istifadə edib  sizin  hamınızı  qarşıdan  gələn 
Yeni  il  münasibətilə  təbrik  edirəm.  Dekabr  ayının  31-i  Dünya 
Azərbaycanlılarının  Həmrəylik  günüdür.  Bu  bizim  üçün  çox 
əziz  gündür.  Siz  də  bizim  dostlarımızsınız.  Yəqin  bu  günü  də 
unutmayacaqsınız.  Bizim  hər  birimiz,  yəni  hər  bir  müsəlman 
dövləti,  xalqı XXI  əsrə,  üçüncü  minilliyə müstəqil,  azad bir döv­
lət kimi, xalq kimi daxil oluruq. Arzu edirəm ki, müstəqilliyimiz, 
milli azadlığımız daimi  və əbədi  olsun.
Hər  birinizə  və  sizin  şəxsinizdə  ölkələrinizin  vətəndaşlarına, 
dövlətlərinizə  Yeni  il  salamlarımı  çatdırıram.  Yeni  ildə  hər  biri­
nizə  cansağlığı,  səadət  və  xalqlarınıza,  ölkələrinizə  sülh,  əmin- 
amanlıq və firavanlıq arzulayıram. Sağ olun.
C ö riişd ə  T ü rkiyə səfiri  Q ədri  E cvet  Tezcatı,  İran   sə firi  Ə h əd   Q əzai, 
Pakistan  səfiri  xan m ı  Ə snıa A n ican ,  M isir  səfiri  x a n ım   C a h an   Ə m in 
M əh əm m əd   Əli,  İraq səfiri Q alib  əbdii  H iiscyn   ət-T əm im i,  Ö zbəkistan  
səfiri  Ə bdiilqafu r  Ə bdiilrəhm an ov,  T ü rkm ən istan   sə firi  M u ra d   Çart- 
yev,  L iviya  səfiri  N asir  M əh əm m əd   Ə bd iissəm in ,  Q a z a x ısta n ın   m ü ­
vəqqəti  işlər  vək ili  O yrat  B ayrari,  S əu d iy y ə  Ə rəb ista n ın ın   m ü vəqqəti 
işlər vək ili Z iiheyr əl-S iiley h i iştirak etm işlər.
Hcydor Əliyev siyasdti: TOLERANTLIQ
396
Heydər Əliyev siyasəli: TOLERANTLIQ
AZƏRBAYCANIN  XRİSTİAN  İCMASINA
Əziz həmvətənlər!
Sizi -  respublikanın bütün xristianlarını İsa peyğəmbərin  mü­
barək  doğum  günü  -   Müqəddəs  Milad  bayramı  münasibətilə 
ürəkdən  təbrik edirəm.
Azərbaycanda  Xristianlığın  qədim  tarixi  vardır.  Pravoslav 
xristian  icmasının  respublikamızda  məskunlaşması  da  iki  əsrə 
yaxın bir dövrü əhatə edir. Ölkəmizdə yaşayan bütün dini icma­
ların  nümayəndələri,  o cümlədən  müsəlmanlarla  xristianlar  hə­
mişə mehriban ailə kimi yaşamış, bir-birinin sevincinə,  kədərinə 
yaxından şərik olmuşlar.
Xristianlar Azərbaycanda  tarixən  mövcud  olan  milli-dini  dö­
zümlülük şəraitində adət və ənənələrini,  dilini, dinini,  mədəniy­
yətini  qoruyub saxlamış,  cəmiyyətimizin tam  və bərabərhüquq­
lu  vətəndaşları  kimi yaşayıb-yaratmışlar. Bu  gün onlar müstəqil 
Azərbaycanda  bərqərar  edilmiş  demokratik  hüquqi  prinsiplər­
dən,  insan  və vətəndaş haqlarından  tam  yararlanaraq,  respubli­
kamızın  ictimai-siyasi,  elmi-mədəni həyatında  və  müstəqil  döv­
lət quruculuğu prosesində fəal iştirak edirlər.
İyirminci  əsrin  son  ilində  İsa  peyğəmbərin  mövludunun  iki 
minilliyini geniş qeyd etdik. Qlobal  tarixi hadisələrlə, kəşməkəş- 
lərlə  dolu  iyirminci  yüzillik  artıq  arxada  qalmış,  dünya  xalq­
ları  böyük  ümidlərlə  yeni  əsrə,  yeni  minilliyə  qədəm  qoymuş­
dur.  İnanıram  ki,  xristianlığın  iki  minilliyini  təntənə  ilə  bayram 
edəcəyimiz  iyirmi  birinci  yüzillik  bəşəriyyətin  həyatında  sülh, 
əmin-amanlıq və tərəqqi əsri, müstəqil ölkələrimiz, üçün yeni in­
kişaf və çiçəklənmə dövrü olacaqdır.
Əziz dostlar!
Müqəddəs  Milad  bayramını  qeyd  etdiyiniz  bu  nurlu  gündə 
hər  birinizə  cansağlığı,  ailələrinizə  xoşbəxtlik,  süfrələrinizə  xe­
yir-bərəkət arzulayıram.  Bayramınız mübarək olsun!
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri,  6 yaııvar 2001-ci il
397


Heyıi.ır Oiiyev siyasati:  TOLERAN FLIQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Əziz həmvətənlərim!
Sizi  dünya  müsəlmanlarının  həmrəylik  və  qardaşlıq  rəmzi 
olan  müqəddəs  Qurban  bayramı  münasibətilə  ürəkdən  təbrik 
edir, bütün  xalqımıza ən səmimi arzu  və diləklərimi yetirirəm.
Uca  Tanrının  İslamı  bir  din  kimi  tamamlayıb  insanlar  üçün 
hidayət yolu seçdiyi bu mübarək gün  Xaliqin bəxş etdiyi nemət­
lərə görə minnətdarlıq duyğularını,  insanlar arasında mehriban­
lıq, şəfqət,  dostluq və qardaşlıq  münasibətlərinin təntənəsini tə­
cəssüm etdirir.
Müstəqil  Azərbaycanda  hər  il  dövlət  səviyyəsində  qeyd  olu­
nan Qurban  bayramı  xalqla  dövlətin  yekdil birliyini,  dərin  kök­
lərə bağlılığımızı,  adət-ənənələrə,  milli-dini  dəyərlərə  sadiqliyi­
mizi nümayiş etdirir.
Bu  əziz  gündə  torpaqlarımızın  bütövlüyü  uğrunda  canların­
dan  keçmiş  şəhidlərimizin  müqəddəs  ruhuna  dualar  oxunur, 
ölkəmizin  əmin-amanlığı,  xalqımızın  xoşbəxt  gələcəyi  naminə 
diləklər  edilir.  Bu  xeyirxah  dua  və  niyyətlərə,  bayram  sevinci­
nizə qoşularaq,  əmin  olduğumu  bildirirəm  ki,  biz bu gün üzləş­
diyimiz  bütün  çətinliklərin  öhdəsindən  milli  həmrəyliyimizlə, 
xalqımızın  mətin,  əzm  və  iradəsi  ilə  uğurla  gələcək,  vətənimi­
zin yüksək tərəqqisinə, dövlət müstəqilliyimizin əbədiliyinə nail 
olacağıq.
Əziz bacı  və qardaşlarım!
Ulu  Tanrıdan  hər  birinizə  xoşbəxtlik,  ailələrinizə  firavanlıq, 
ocaqlarınıza xeyir-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
Heydər Əliyev, 
Azərbaycan  Respublikasının  Prezidenti 
Bakı şəhəri,  2  mart 2001-ci il
398
Heydor Əliyev siyaseti: TOLERANTLIQ
AZƏRBAYCANIN  PRAVOSLAV XRİSTİANLARINA
Əziz həmvətənlər!
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə ürək­
dən  təbrik edir,  hamınıza  ən səmimi  arzularımı yetirirəm.
Cəmiyyətdə  əxlaqi  dəyərlərin,  əmin-amanlığın,  dostluq  və 
humanizm  prinsiplərinin  bərqərar  olunmasında  dinin  rolu  da­
nılmazdır.  Bu  xeyirxah  niyyətin  gerçəkləşməsi  işində  Azərbay­
canda  tarixən  mövcud  olmuş başqa  konfessiyalarla  yanaşı,  Rus 
Pravoslav  Kilsəsi  də  yaxından  iştirak  edir,  insanların  ilahi  kə­
lama  tapınması  və  mənən  saflaşması  yolunda  layiqli  xidmətlər 
göstərir.
Vicdan və dini etiqad azadlığı cəmiyyətimizin mənəvi sərvəti­
dir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, 
bütün Azərbaycan vətəndaşları bu əzəli haqdan yararlanaraq öz 
milli  adət-ənənələrini,  dini  bayram  və  mərasimlərini  sərbəst  şə­
kildə icra edirlər.  Belə mərasimlərdən biri də hər il Azərbaycan­
da  təntənə  ilə  keçirilən,  insanlara  mənəvi  rahatlıq,  həmrəylik, 
şəfqət duyğuları bəxş edən Pasxa bayramıdır.
Bu əziz gündə hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-aman­
lıq arzulayıram.
Bayramınız mübarək olsun!
Heydər Əliyev, 
Azərbaycan Respublikasının  Prezidenti 
Bakı şəhəri,  34 aprel 2001-ci il
399


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə