Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə89/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   85   86   87   88   89   90   91   92   ...   112

vat tərəfi, yəni bizim müstəqilliyimiz həmişə ağır gəlir, o biri yuxa­
rıya qalxır. Mən istəyirəm ki, hamı bunu başa düşsün, hamı bunu 
bilsin.  Elə bu abidənin özü mən dediyim sözlərə sübutdur.
Mən  Mirmövsüm  ağanı  görmüşəm.  1944-cü  ildə  onun  evində 
olmuşam.  Onda  mənim  bir  problemim  var  idi,  nəzir  demişdim. 
Getdim həm nəzirimi  verdim,  həm də ziyarət etdim.  Müharibə il­
ləri  idi. Çox çətin  illər  idi. Ancaq  o vaxt  heç kəs  təsəvvür edə bil­
məzdi ki, əgər o sistem qalsaydı, Mirmövsüm ağanın bu cür qəbri, 
bu cür abidəsi olacaq, bura böyük bir ziyarətgaha çevriləcək, bizim 
dini bir məbədimiz olacaqdır. Son illər, biz müstəqilliyi əldə edən­
dən  sonra,  keçmiş  quruluşdan  imtina  edəndən  sonra  əldə  etdiyi­
miz nailiyyətlər, bax, bundan ibarətdir.
Mən bilirəm  ki, sizin  hamınız dindar adamlarsınız,  bu sözləri 
sizə deməyim  bəlkə də artıqdır.
Yerdən səslər: Möhtərəm Prezident, çox xoşdur.  Hamısını qə­
bul edirik.
Heydər  Əliyev:  Siz  bu  işləri  məndən  yaxşı  bilirsiniz.  Ancaq 
bir halda ki, görüşmüşük, öz fikirlərimi sizə çatdırmaq istəyirəm. 
Hər halda,  Prezidentin də fikrini bilmək sizin  üçün artıq olmaz.
Yerdən  səslər:  Allah  Sizə  cansağlığı  versin,  kölgənizi  bizim 
üstümüzdən əskik eləməsin!
Arif Niftullayev (Buzovnadakı  "Həzrət  Əli" ocağının şeyxi): Cə­
nab  Prezident,  Siz  bu  ocağa  bu  qədər böyük qiymət vermisiniz. 
Azərbaycanda dinə, İslama böyük qiymət vermisiniz. Allah Sizdən 
razı olsun.  Bunun xatirinə Azərbaycan Dövlət Teleradio Verilişləri 
Şirkətinin  sədri  Nizami  Xudiyevə  göstəriş  verin  ki,  həftənin  dör­
düncü  günlərində  "Haqqın  dərgahı"  verilişini  bərpa  etsin.  Onun 
aparıcısı  professor Vasim Məmmədəliyev Azərbaycanın gülü-çiçə­
yidir.  O  həmin  verilişdə  cəmi  20  dəqiqə  danışırdı.  İndi  o  verilişi 
aradan  götürüblər.  Mirmövsüm  ağanın  xatirinə,  xahiş edirik,  hə­
min verilişi bərpa etdirəsiniz.
Heydər Əliyev: Niyə götürübdür?
Hovd.tr Oliyov siyasoti: T O L E R A N T L I Q _____________________________________________
384
Arif  Niftullayev: 
Biz  bunu  bilmirik.  Bir  prezident  kimi,  Siz 
ki, bu ocağa böyük qiymət verirsiniz, Allah-Təala Sizə cansağlığı 
versin.  Mirmövsüm  ağanın  xatirinə,  buradakı  insanların  adın­
dan xahiş edirəm, həmin verilişi bərpa etdirin.
Heydər Əliyev: 
Arxayın ol, darıxma, onu bərpa etdirmək mə­
nim  üçün  çətin bir şey  deyildir.  Onu  mən bu  gün  bərpa  etdirə­
cəyəm.
Arif Niftullayev: 
Çox sağ olun, çox razıyıq.
Heydər Əliyev: 
Narahat olmayın.
Bahadur Allahverdiyev 
(Şahid atası, zən gilan lı  m əcbu ri k öçkiin ): 
Möhtərəm  Prezident,  mən çox xoşbəxtəm ki, Sizinlə beşinci dəfə 
görüşürəm,  Sizi  bağrıma  basıram.  Allah-Təala  Sizi  bizim  xalqı­
mızın üstündən əskik eləməsin. Bütün qaçqınlar və məcburi köç­
künlər, yerli camaat adından Sizə dərin  minnətdarlığımızı bildi­
rirəm.
Cənab  Prezident,  Əzizbəyov Rayon  İcra  Hakimiyyətinin  baş­
çısı Hacı Gülağa İslamov bizə -  məcburi köçkünlərə daim kömək 
göstərir.  Buraya  gələndən o bizə arxa,  kömək olubdur.  Hər biri­
mizə əl tutub, imkanı daxilində kömək edibdir.
Şəhid atası kimi Sizdən xahiş edirəm,  mənim  bu məktubumu 
qəbul edəsiniz.
Kərşivəz  Quliyev: 
Möhtərəm  Prezident,  Sizə  müraciət  edən 
Azərbaycan Dövlət Neft Akademiyasının  professorudur.
Heydər Əliyev: 
Mən səni yaxşı  tanıyıram.
Kərşivəz  Quliyev: 
Hörmətli  Heydər  Əlirza  oğlu,  xoşbəxtik 
ki,  Sizinlə  yenidən  görüşürük.  Bu  gün  axırıncı  əhya  axşamıdır. 
Mübarək Ramazan ayının bu gözəl günündə Siz harayasa  təməl 
qoymağa  gedirsiniz.  Allah-Təala  taleyinizə  elə  bəxş  edibdir  ki, 
demək olar, Azərbaycanda  qurulanların 85 faizini Siz yaratmısı­
nız, təməlini qoymuşunuz.
Sizin  bura  gəlməyinizdən  camaatımız  çox  sevinir.  Bayaq  Si­
zin  dediyiniz  kimi,  biz  qarın  camaatı  deyilik.  Müsəlman  qarın 
müsəlmanı  ola  bilməz.  Biz  Sizə  baxırıq,  Sizin  işlərinizə  dəstək 
veririk. Müsəlman kimi hamımız Sizi dəstəkləyirik.
______________________________________________ Heydar ƏHyevsivaso»: TOLERANTLIQ
385


Allah-Təala  Mirnıövsüm  ağanın  xatirinə  Sizə  cansağlığı  ver­
sin.  İnşallah,  Azərbaycanı  bundan  sonra  da  inkişaf  etdirəsiniz. 
Qoy xalq özü görsün ki, Siz həqiqətən bu işlər uğrunda, bu amal 
uğrunda həyatınızı  fəda edirsiniz. Sizə, ailənizə, bütün Əliyevlər 
ailəsinə cansağlığı arzu edirik.
Başda  Gülağa  İslamov  olmaqla,  Hacı  Nizamın  və  başqaları­
nın  Mirmövsüm  ağanın  ziyarətgahının  ərsəyə  gəlməsində  zəh­
mətləri çox böyükdür.  Bütün  Əzizbəyov  rayonunun  möminləri, 
ziyalıları, camaatı adından Sizə təşəkkür edirəm.  Sizə cansağlığı 
arzulayıram.
İnşallah,  biz  bu  yaxınlarda  Buzovnada  məscidin  tikintisini 
başa çatdıracağıq. Oranın açılışını bir yerdə edəcəyik.
Heydər Əliyev:  İnşallah, oraya  gələcəyəm.
Zərifə  Manafova  (Əzizbəyov  Rayon  Ağsaqqallar  Şurası  sədrinin 
miiavini):  Cənab  Prezident,  icazə  verin,  bütün  ağbirçəklər adın­
dan Sizə xeyir-dua  verim,  cansağlığı arzu  edim.  Balaca  Heydərə 
də  cansağlığı  arzulayıram.  O  gün  olsun  ki,  torpaqlarımız  azad 
edilsin.  Siz  özünüzün  əməkhaqqınızdan  12  qurban  alıb,  gətirib 
burada  kəsəsiniz.  Mənim  arzum  budur.  Allah,  İmam  Hüseyn 
köməyiniz olsun.
Heydər Əliyev: İnşallah.
Bilirsiniz,  burada  məşhur,  çoxdankı  elektrik  stansiyası  var 
oraya  gedirəm.  Onu  tamamilə  yenidən  tikmək  haqqında  qəraı 
qəbul  etmişəm.  Bilirsiniz  ki,  indi  bizim  vəsaitimiz  yoxdur.  Ora­
dan,  buradan  vəsait  axtarmışam.  1998-ci  ildə  Yaponiyaya  get­
dim. Oranın hökuməti ilə, imperatoru  ilə, başqaları ilə danışıqlaı 
apardım. Yaxşı əlaqələr qurmuşuq. Onlar bizə 360 milyon dollaı 
uzunmüddətli -  40 ilə kredit veribiər və onunla mən bu stansiya­
nı  yenidən qurmaq istəyirəm.
Bilirsiniz  ki,  onun  əsası  1942-ci  ildə  qoyulubdur,  amma  ti­
kintisi  60-cı  ildə qurtarıbdır və o öz  xidmətini  göstəribdir.  Daha 
tələbatı  ödəmir.  İndi  bizim  elektrik  enerjisi  sarıdan  çətinliyimiz 
vardır. Bəzən görürsən ki, bir yerdə işıq söndü, qaz çatmadı -  bə­
dxah  adamlar oradan  qalxırlar,  buradan qalxırlar,  nə bilim, tele­
viziyada  göstərirlər,  filan edirlər, camaatı qıcıqlandırırlar.
Heydor Əl i vcv siyasati: TOLERANTLIQ______ ________________________________________
386
Yerdən səslər: 
Biz elələrinə nifrət edirik.
Heydər Əliyev: 
Başa düşürsünüz, bu həyatdır. Ola bilər, bir gün 
sənin  işığın  olsun,  bir gün  olmasın.  Bu,  vacib bir şey  deyildir.  Əl­
bəttə,  mən  istəyirəm  ki, hamının evində gecə-gündüz  işıq  vansın. 
Amma hələlik imkan yoxdur, bu  imkanları axtarırıq.
Məsələn,  mən  Avropa  şirkətlərindən  kredit  aldım.  Xətai  rayo­
nunda qədim bir istilik-elektrik mərkəzi var idi. 50 milyon dollara 
onun birinci  növbəsini  yenidən  tikdirdik.  İndi onun  ikinci növbə­
sinin tikilməsi üçün 50 milyon dollar da almışıq. O, elektrik enerji­
si verəcəkdir.  Hətta evləri qızdırmaq üçün  buxar da verir. Bu  gün 
təməli  qoyulan  blok  isə  400  meqavat  elektrik enerjisi  verəcəkdir. 
Biz bununla Bakının çox hissəsini təmin edəcəyik.
İndi  Bakıya  elektrik  enerjisi  Mingəçevirdən,  Əli  Bayramlıdan 
gəlir.  Buraya  gələnə  qədər  itkilər  olur,  ikinci  tərəfdən  isə,  nə 
bilim,  orada  məftil  qırıldı,  filan  oldu,  peşməkan  oldu  -  qəzalar 
baş  verir.  Bunu  aradan  qaldırmaq  üçün  6-7  saat  vaxt  lazım  gə­
lir. Bədxah adamlar da qalxırlar ki, niyə elektrik enerjisi yoxdur? 
Doğrudur,  biz onlara  fikir  vermirik.  Onlar  hamısı  Azərbaycana 
düşmən olan adamlardır.
Mən bununla  demək istəyirəm  ki, bizim  müstəqil dövlətimiz 
əhalinin həyatını  yaxşılaşdırmaq üçün  ardıcıl  surətdə lazımi  iş­
lər görür və bundan sonra da görəcəkdir. Onların bir nümunəsi 
bax,  budur.
O  ki  qaldı  işğal  olunmuş  torpaqların  azad  edilməsinə,  əmin 
olun,  azad  ediləcəkdir.  Ancaq  mən  bunu  sülh  yolu  ilə  etmək 
istəyirəm.  Bilin,  yenidən  müharibəyə başlamaq istəmirəm.  Çün­
ki  bilirsiniz,  müharibə  həm  böyük  qanlara  gətirib  çıxarır,  həm 
də  nəticəsi  nə  olacaq  -   bilmək  mümkün  deyildir.  Axı  biz  mü­
haribə edəndə,  o biri  tərəf də müharibə edir. Onun  da gücü var, 
bizim  də  gücümüz  vardır.  Bəzən  o  tərəfin  gücü,  özünün  gücü 
yox, dünyadan ona göstərilən yardımlar bizimkindən üstündür. 
Ona görə də biz bunu gecə-gündüz ölçürük,  biçirik.  Bunun yolu 
sülh  yoludur.  Amma  bu  sülh yolunu  həyata  keçirmək  üçün  çə­
tinliklərimiz vardır. O da ondan ibarətdir ki, erməni silahlı qüv-
______________________________________Heydar Əliyev sivasaH: TOLERANTLIQ
387


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə