Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə86/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   82   83   84   85   86   87   88   89   ...   112

mışdır. Davranış normaları da, milli dayərlar də, adətlər də, məra­
simlər  də  dini  prinsiplər  əsasında,  Quranda  yazılmış  müddəalar 
əsasında  yaranmışdır.  Ona  görə  də  birləşmək  Rusiyanın  müsəl­
man  mənşəli  xalqlarını  daha  da  zənginləşdirir.  Hesab  edirəm  ki, 
siz böyük  uğurlara  nail  ola  bilərsiniz.  Mən  bilmirəm,  Rusiyada 
nə qədər müsəlman  yaşayır...
Əbdülvahid  Niyazov: Təxminən 20 milyon.
Heydər Əliyev:  Kimsə bir nəfər deyirdi  ki,  çoxdur.  Bu  az de­
yildir, həm də milli respublikaları götürsək, Rusiya Federasiyası­
na  daxil  olan  milli  respublikaların  əksəriyyəti  müsəlman  dininə 
malik  respublikalardır.  Ona  görə də sizin  hərəkatın böyük pers­
pektivi,  böyük  gələcəyi  vardır.  Əvvələ,  mən  sizin  gördüyünüz 
işi dəstəkləyirəm və hesab edirəm ki, düz yoldasınız. Ancaq eyni 
zamanda,  əlbəttə,  Rusiya  ilə  müsəlman  dövlətləri  arasında  mü­
nasibətlərin  inkişafı  və  möhkəmlənməsi  bizim  üçün  çox  vacib­
dir.  Bilirsiniz,  hər  halda,  keçmiş  vaxtlarda  Rusiyada  şovinizm 
olub,  sovet dövründə də daha  çox  yerli  millətçilik haqqında  da­
nışırdılar.  Yeri  gəlmişkən,  deyim  ki,  biimirəm  Leninə  kim  necə 
yanaşır, amma bu baxımdan Leninin çox düzgün fikirləri var idi. 
O deyirdi  ki,  bu  da,  o birisi  də -  şovinizm  də,  millətçilik də təh­
lükəlidir.  Mən  bunu  bu  gün  də  düzgün  hesab  edirəm.  Amma 
onun  başqa  sözləri  də  var  idi.  O  deyirdi  ki,  qeyri  millətin  rus- 
laşmış nümayəndəsi  rus pəzovəngiııdən pisdir. Yadınızdadırım? 
Bilirsiniz,  bu  çox  dəqiq  ifadədir.  Rusiyada  bəzən  başqa  millətin 
nümayəndəsi -  hələ çarizm  vaxtında,  Lenin bunu  əsrin  əvvəlin­
də demişdi -  digər millətdən olan insanlar ruslaşıb daha  çox rus 
olurdular,  necə  deyərlər,  "Roma  Papasının  özündən  də qatı  ka­
tolik  olmaq  istəyirdilər".  Bu  da  var.  Bizdə  hələ  elə adamlar  var 
ki, assimilyasiyaya  uğrayır, öz milli  köklərini, dilini  itirirlər.
Biz,  milli  respublikalar  Sovetlər  İttifaqının  tərkibində  heç  nə 
itirmədik.  Biz  azad  deyildik,  yəni  müstəqilliyimiz,  dövlətçiliyi­
miz yox idi. Amma öz dilimiz vardı, onu qoruyub saxladıq, nəin­
Hovdor Əliyev siyasoti: TOLERANTLIQ_________ _ _ ____________________________
372
Hcydor Əliyev siyasoli: TOLERANTLIQ
ki saxladıq, həm də zənginləşdirdik. Məsələn, əgər əsrin əvvəlin­
dəki Azərbaycan  dilini  və bugünkü Azərbaycan dilini  müqayisə 
etsək -  bugünkü  çox  zəngin  dildir.  Yəni  biz öz  dilimizi  zəngin­
ləşdirmişik,  dilimiz  tədricən  inkişaf etmişdir.  Biz  milli  məktəb­
lərimizi,  milli  mətbuatımızı,  milli  elmimizi  qoruyub  saxlamışıq, 
bütün  milli  kadrları  -  hər şeyi qoruyub saxlamışıq.  Ona  görə də 
müstəqillik  qazananda  heç  bir  problemimiz  olmadı.  Amma  bir 
üstünlük var,  rus dilini yaxşı bilən adamlar vardır -  bu da çox la­
zımdır, o, dünya səviyyəli  dillərdən biridir -  onlar öz dillərini də 
yaxşı bilirlər. Doğrudur, elələri var ki, rus dilini öz dilindən yaxşı 
bilir. Bu da var. Amma bu da müvəqqəti haldır. Hesab edirəm ki, 
ənlar  da  rus dilini  yaxşı  bilməklə  yanaşı,  öz  milli  dilində danış­
mağı, ondan yaxşı  istifadə etməyi öyrənəcəklər.
Ona  görə sizin  hərəkatın  bir əhəmiyyəti  də ondadır ki,  ümumi 
dövlətin  tərkibində olan,  Rusiya Federasiyasının  normaları,  Kons­
titusiyası  çərçivəsində  yaşayan  hər  bir  milli  respublikada  hər  bir 
xalq Rusiya Federasiyası dövlətinin siyasətinə uyğun olaraq fəaliy­
yət göstərə bilsin, eyni zamanda, öz milli dəyərlərini -  dilini, adət- 
ərini, ənənələrini inkişaf etdirsin.
Məsələn,  müxtəlif bayramlar  var -  xristianların  bir cür,  müsəl- 
ııanlann başqa cür. Hər ikisinə hörmətlə yanaşmaq lazımdır. Başqa 
•özlə, bizə qarşılıqlı hörmət lazımdır. Din baxımından sayca böyük 
xalqlardır,  sayca  kiçik  xalqlardır  -  heç bir ауп-seçkilik olmamalı­
dır.  Mənə elə gəlir ki, Vladimir Vladimiroviç Putin prezident seçil- 
likdən  sonra  Rusiyada  məhz  bu  istiqamətdə  çox  düzgün  siyasət 
parılır. Sizin qeyd etdiyiniz kimi, ilk dəfə məhz o,  vergi məcəlləsi 
leyil,  əxlaq  məcəlləsi  yaratmaq  lazımdır demişsə,  bu  çox  doğru­
lur. Hər bir xalqın əxlaqı isə onun mənəvi dəyərlərindən başlayır, 
vlənəvi  dəyərlər  isə dinlə,  milli  köklərlə sıx bağlıdır.  Hər bir mil- 
ətin  öz  xüsusiyyətləri,  öz  mərasimləri  var.  Onları  heç  vaxt əldən 
'İmaq  olmaz.  Bizi  Novruz  bayramından  məhrum  etməyə  cəhd 
göstərirdilər, halbuki o, 3000 ildir mövcuddur və heç bir dini məna­
373


sı yoxdur. Bu bayramı  rssmən keçirmirdilər, lakin hər bir azərbay­
canlı ailəsi onu bayram edirdi. İndi isə Novruz bayramı ümumxalq 
bayramıdır, hamıya sevinc bəxş edir. Burada pis nə var ki?
Rusiya  ilə  Azərbaycan  arasında  qarşılıqlı  münasibətlərə  gəl­
dikdə isə, biz həmişə çalışmışıq və çalışırıq ki, münasibətlərimiz 
dostcasına,  lakin  bərabər  hüquq  əsasında  olsun.  Biz  müstəqil 
dövlətik və Rusiya da  müstəqil dövlətdir.  Heç bir ölkə, respubli­
ka  barəsində  keçmişdəki  kimi  diktə  olmamalıdır.  Hər  şey  bəra­
bər hüquq  və  qarşılıqlı  surətdə  faydalı  əsasda  olmalıdır.  Hesab 
edirəm ki, bu barədə Rusiya hökuməti də, Azərbaycan hökuməti 
də eyni  mövqedədirlər, aramızda heç bir fikir ayrılığı  yoxdur.
Azərbaycanda  rus  dili  çox  işləkdir.  Çoxlu  rus  məktəbləri var 
Hətta  azərbaycanlıların  bir  çoxu  da  rus  məktəblərində  oxuyur 
Məsələn,  bəlkə  də  Rusiyanın  daha  yaxın  müttəfiqi  sayılan  Er­
mənistanda  rus dilində tədris  tamamilə qadağan edilmişdir,  rus 
məktəbləri  yoxdur.  Bizdə  isə  var.  Azərbaycanda  təxminən  15( 
min  rus  əhali  də  yaşayır,  heç bir problem  yoxdur.  Onlar öz  hə 
yatlarından, öz vəziyyətlərindən razıdırlar. Heç bir şəkildə sıxış- 
dırılmırlar.  Yeri  gəlmişkən,  rusdilli  əhaliyə  münasibət  baxımın 
dan  Moskvada Azərbaycanı  tez-tez nümunə gətirirlər.
İndi  münasibətlərimizi  genişləndirmək  və  inkişaf  etdirməl 
üçün  yaxşı  imkanlarımız  var. Tez-tez  nümayəndə heyətləri mü 
badiləsi  edirik.  Məsələn,  bu  yaxınlarda  Azərbaycanda  Rusiy. 
Federasiyası  mədəniyyəti  günləri,  Moskva  mədəniyyəti  günləı 
keçirildi.  Bütün  xalqımız  bir neçə  gün  böyük  ruh yüksəkliyi  il> 
bu  tədbirlərdə iştirak etdi.  Eyni  tədbirlər Moskvada  da keçirilir.
Sizin  hərəkatınız  bu  y'öndə  bizə  kömək  edə  bilər.  Mən  bu 
yaxınlarda  Moskvada  olanda  orada  Rusiya  azərbaycanlılarının 
birinci konqresi keçirildi. Mən orada çıxış etdim. Mən onlara çox­
lu  arzularımı  bildirdim.  Bu  haqda  hər şey  yazılıbdır. Orada  Ru­
siya  Federasiyasında  Azərbaycan  icmasının  olduğu  50  vilayətin 
nümayəndələri  iştirak  edirdi.  Mən  onlara  dedim  ki,  siz  Rusiya
Hevdor vDliwv sivasoti: TOLERANTLIQ
374
vətəndaşlarısınız,  bir  hissəniz  Rusiya  vətəndaşıdır,  bir  hissəniz 
isə orada  müvəqqəti yaşayır.
Rusiya  vətəndaşları  Rusiyanın  tam  hüquqlu  vətəndaşları  ol­
malıdırlar.  Başqa  sözlə,  necə  deyərlər,  tamamilə  Rusiya  qanun­
larına  müvafiq  hərəkət  etməli  və  Rusiya  vətəndaşlarının  bütün 
hüquqlarından  istifadə  etməlidirlər.  Orada  müvəqqəti  yaşayan 
azərbaycanlılar Rusiya qanunlarına hörmət etməli, bütün qayda­
lara  tabe  olmalı  və  əlbəttə,  Azərbaycan  ilə  Rusiya  arasında  mü­
nasibətlərin  möhkəmlənməsinə  kömək  göstərməlidirlər.  Ümu­
milikdə,  bizim  arzumuz  budur və  mən  bu  vəzifəni  Azərbaycan 
Konqresi qarşısında qoydum.
Siz deyirsiniz ki,  Rusiyada  2  milyon  azərbaycanlı  yaşayır.  Belə 
məlumat bizdə də var. Onlann vəzifəsi normal yaşamaq, öz bacarıq- 
lannı gerçəkləşdirmək, uşaqlarına təhsil vermək, Rusiya  vətəndaş­
larının hüquqlarından və digər hüquqlardan istifadə etmək, Rusiya 
ilə Azərbaycan arasında  münasibətləri  möhkəmləndirməkdən,  bil­
də Azərbaycan  haqqında  həqiqəti  yaymaqdan  ibarətdir.  Bilirsiniz, 
təəssüf ki, Azərbaycan haqqında heç də hər yerdə düzgün təsəvvür 
yoxdur.  Xüsusilə də Ermənistanla Azərbaycan arasında münaqişə 
yarandıqdan sonra.
Axı  bu  münaqişə  hələ  1988-ci  ildə,  Sovetlər  İttifaqı  mövcud 
olduğu  dövrdə  yaranmışdır.  Sovet hökuməti  Azərbaycana  qar­
şı  olduqca  ədalətsizlik  etdi.  Əgər  sovet  hökuməti  həqiqətən  də 
istəsəydi,  bu  münaqişənin qarşısını  ala bilərdi  və o  bu  qədər in­
sanın  ölümünə və qan  tökülməsinə səbəb olan müharibəyə çev­
rilməzdi. Lakin onlar bunu etmədilər və bunda hökumət və döv­
lət, Siyasi Büro və şəxsən Qorbaçov günahkardır.
Sonra  bu  münaqişə  müharibəyə  çevrildi.  Bu  müharibədə 
Azərbaycan  daha  pis  vəziyyətə  düşdü.  Çünki  Ermənistana  Ru­
siya qoşunları tərəfindən də -  o zaman hələ sovet qoşunları idi -  
digər qüvvələr, xaricdəki erməni diasporu tərəfindən də yardım 
olunurdu.  Azərbaycana  isə heç  kim  yardım  göstərmirdi.  Digər
Hey dor Əliyev siyosoli: TOLERANTLIQ
375


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə