Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə82/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   78   79   80   81   82   83   84   85   ...   112

diyik  ki,  ölkənizdə  sabitlik  vardır  və  buraya  sərmayə  qoymaq 
fikrimizi sizə bildiririk.
Eyni  zamanda,  biz  əl-Əzhər  Universitetində  təhsil  alan  tələ­
bələrə  yardım  fondu  yaratmışıq.  Həmin  universitetdə  azərbay­
canlı  tələbələrin  böyük  bir  qrupu  da  təhsil  alır.  Arzu  edirik  ki, 
həmin  tələbələr  buraya  qayıdandan  sonra  öz  ölkələrinə  xidməl 
göstərmək  üçün,  ölkələrinin  tərəqqisi  üçün  əllərindən gələni  et­
sinlər.
Biz Sizin  müdrik  rəhbərliyiniz  sayəsində  Azərbaycana  daim 
inkişaf  və  tərəqqi  arzulayırıq.  İcazə  verin,  fürsətdən  istifadə 
edərək,  möhtərəm  Şeyx  həzrətlərinə  təşəkkürümü  bildirim.  O 
bizim rahatlığımız, səfərimizin yaxşı keçməsi üçün əlindən gələ­
ni edir.  Buna  görə də biz qəlbən  onu  Küveytin  və yaxud  ərəblə­
rin Azərbaycandakı  səfiri  kimi qəbul edirik.
İndi isə icazə verin, həmkarlarımı Sizə təqdim edim.
Biz  Sizi  Küveytdə  böyük  səbirsizliklə  gözləyirik.  Bir  il-il  ya­
rım  bundan  əvvəl  Siz  vəd  etmişdiniz.  Ona  görə  də biz  bu  səfə­
rin həyata keçirilməsini  böyük səbirsizliklə gözləyirik. Təşəkkür 
edirəm.
Heydər Əliyev: Sağ olun. Sizə təşəkkür edirəm  ki,  nümayən­
də  heyətinizin  üzvlərini  mənə təqdim  etdiniz.  Çox  mötəbər nü­
mayəndə  heyətiniz  var.  Mən  çox  məmnunam  ki,  siz  hamınız 
Azərbaycana  gəlmisiniz,  ölkəmizlə  tanış  olursunuz.  Hiss etdim 
ki,  Azərbaycanda  ilk  dəfə  deyilsiniz.  Qeyd  etdiniz  ki,  Azərbay­
candakı  bu  inkişafı,  sabitliyi  görürsünüz və buna  görə  də Azər­
baycana sərmayə qoymaq  fikrindəsiniz.
Mən  bunu  dəstəkləyirəm.  Sizi  əmin  edə  bilərəm  ki,  indi 
Azərbaycanda  xarici  sərmayəçilərin  fəaliyyət  göstərməsi  üçün 
həqiqətən,  çox  gözəl  imkanlar  yaranıbdır.  Birincisi,  sizin  qeyd 
etdiyiniz  kimi,  ölkədə  sabitlik  var  və  artıq  dönməzdir.  Yəni  bu 
sabitlik həmişə olacaqdır. Hər bir sərmayəçi üçün sabitlik xüsusi 
rol oynayır.
İkincisi,  xarici  sərmayəçilərin  işini  təmin  etmək  üçün  bizim 
çox  əlverişli  qanunlarımız var.  Bunlar həm  xarici  sərmayəçilərə
Hevdar Əliyev siyasali: TOLERANTLIQ________
356
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
sərmayə  qoymaq  imkanları  yaradır,  həm  də  sərmayəçilərin 
hüquqlarını qoruyur. Yol sizin  üçün  açıqdır. İndi hər şey sizdən 
asılıdır.  Buyurun,  gəlin,  sərmayə  qoyun  və  öz  sərmayənizdən 
faydanızı götürün.
Təbiidir  ki,  gördüyünüz  işlər  yaşayacaqdır.  Mən  bilirəm,  siz 
;ox  yerlərdə  məktəblər,  xəstəxanalar,  universitetlər  tikmisiniz. 
Bunlar da çox əhəmiyyətlidir.
Qeyd  etdiniz  ki,  Ermənistanın  Azərbaycana  təcavüzünü  siz 
daha  da  yaxşı  hiss edə bilirsiniz,  çünki  vaxtilə özünüz belə bir tə­
cavüzə məruz qalmışdınız. Mən o günləri xatırlayıram. Doğrudan 
da, İraq tərəfindən sizin ölkəyə qarşı hərbi təcavüz edilmişdi və bu
ölkənizə çox zərərlər gətirmişdi. Amma tezliklə sizə yardım etdilər 
və bunun  nəticəsində də  təcavüzdən  tezliklə xilas oldunuz.  Təca­
vüzkarı da cəzalandırdılar, indi də öz cəzasmı çəkir.
Ancaq  Azərbaycana  edilən  təcavüzün  qarşısını  heç  kəs  al­
mayıbdır.  Bəzi  ölkələr  isə  təcavüzkara  -   Ermənistana  kömək 
göstəriblər və indi  də kömək edirlər.  Bilirsiniz ki,  Azərbaycanın 
orpaqlarınm 20 faizi  işğal  olunubdur.  Bir milyondan artıq azər­
baycanlı -  müsəlman öz yerindən-yurdundan çıxarılıb və çox il­
lərdir ki, çadırlarda yaşayırlar.
Bizim yardıma ehtiyacımız var. Əgər siz xeyriyyəçilik işinizdə 
verindən-yurdundan  didərgin  düşmüş həmin  qaçqınları  nəzərə 
alsanız,  çox  xeyirxah  iş  görmüş olarsınız.  Bu,  Allaha  da  çox  xoş 
gedər. Rica edirəm, bu barədə bir az düşünün.
Qahirədə oxuyan  azərbaycanlı  tələbələrə yardımınıza, qayğı- 
uza görə sizə təşəkkür edirəm. Güman edirəm ki, sizin Azərbay­
cana daha çox yardım etməyə imkanlarınız vardır.
Ölkənizin  əmirinin,  dostumun  mənə  göndərdiyi  salamlara 
görə  təşəkkür  edirəm.  Hörmətli  dostum  əmir Cabir  əs-Sabahın 
dəvətini  mən  çoxdan  almışam,  ürəyim  çox  istəyir  ki,  Küveytə 
gedim.  Birincisi,  sizin ölkəni görməmişəm,  ikincisi  də, qardaşla­
rında görüşmək istərdim. Bu dəvəti mütləq həyata keçirəcəyəm. 
Amma indi yəqin ki, sizdə havalar bizdə olduğundan da istidir.
357


Əbd əl-Əziz Səd əl-Babteyn:  Bizdə havanın istiliyi 50 dərəcə­
dən yuxarıdır.
Heydər Əliyev: Ola bilər ki, indi əmir də ölkədə yoxdur, sərin 
yerlərə gedibdir.
Əbd  əl-Əziz Səd əl-Babteyn: O ölkədədir. Çoxları gedib,  tək­
cə əmir ölkədədir.
Heydər  Əliyev:  Görürsünüzmü,  mən  sizin  xasiyyətinizi  bi­
lirəm.  Mən  bu  dəvəti  mütləq  həyata  keçirəcəyəm.  Xahiş edirəm 
mənim salamlarımı, hörmət və ehtiramımı əziz dostum əmir Ca­
bir  əs-Sabaha  çatdırasınız.  Mən  sizin  ölkənizlə  dostluğu  Azər­
baycan üçün çox əhəmiyyətli  hesab edirəm.
Oktyabr  ayında  Qələrdə  İslam  Konfransı  Təşkilatının  zirvə 
görüşü  olacaqdır.  Əgər sizin  əmir orada  olsa,  onunla  görüşərik 
və manim səfərim  üçün yaxşı  bir vaxt müəyyən edərik.  Mən sizə 
uğurlar arzulayıram.
Əbd  əl-Əziz Səd  əl-Babteyn: İcazə versəydiniz bir söz deyər­
dim.  Keçən  il Sizə  vəd etmişdik ki,  qaçqın  düşərgəsində məktəb 
tikib  istifadəyə  verəcəyik.  Biz o  vədimizə  əməl  etmişik.  Bu  gün 
Sizinlə görüşdüyüm üçün başqa bir iş görməyi, yerinə yetirməyi 
vəd edirəm.  Biz bilirik ki, Siz dünən Avstriyadan Vətəninizə gec 
qayıtmısınız və vaxtınız məhduddur.  Mənim Sizdən bir xahişim 
var. Təbiidir ki, biz Sizin  vaxtınızın az olduğunu bilirik və bunu 
qiymətləndiririk.  Təşəkkür  edirik  ki,  bu  gün  bizim  üçün  vaxl 
tapdınız.  Bizim  bu axşam  bir ziyafətimiz vardır. Əgər imkanını/ 
olarsa, vaxt  tapıb gəlsəniz biz Sizin  iştirakınızdan şad  olarıq.
lleydər Əliyev: Çox sağ olun. Təşəkkür edirəm.
Adil  Abdulla əl-Fələh (Beynəlxalq Asiya Müsəlmanları  Komitəsi 
İdarə  Heyətinin  sədri):  Zati-aliləri  cənab  Prezidentin  vaxtının  az 
olmasına  baxmayaraq  bizim  üçün  bu  şəraiti  yaratdığına  və biza 
bu  şərəfi  göstərdiyinə  görə  bir  daha  minnətdarlığımızı  bildiri­
rik.  Bu  gün  şeyx  Əbd  əl-Əziz  əl-Babteynə  göstərilən  diqqət  və 
qayğı, onun mükafatlandırılması, ona elmi dərəcə verilməsi eyni 
zamanda,  bütün  Küveyt  xalqına  olan  hörmətin,  diqqətin  bir tə­
zahürüdür,  ölkələrimiz arasında  dostluğun,  qarşılıqlı ehtiramın
Heydor Əliyev siyasoti: 
T O LERANTLIQ 
__________________ _ _ _________________________
358
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
daha  da  möhkəmləndirilməsinə  həm  bu  gün,  həm  də  gələcək 
üçün möhkəm zəmindir.
Mən  sizinlə  bu  görüşümüzdən  istifadə edərək,  Asiya  Müsəl­
manları  Komitəsi  haqqında  çox  müxtəsər,  qısa  bir  şey  demək 
istəyirəm.  Asiya  Müsəlmanları  Komitəsi  Azərbaycanda  1992-ci 
ildən  fəaliyyət  göstərir.  Bu  komitə,  hesab edin  ki,  həm  də  sizin 
komitənizdir.  Onun  fəaliyyəti  bir  çox  sahələri  -   xeyriyyə,  mə­
dəni,  din  və bir sıra  başqa  sahələri  əhatə edir. Azərbaycan  onun 
fəaliyyətində,  məcazi  mənada  desək,  "şir payı"  -  çox  böyük  bir 
pay götürübdir.  Bu  vaxta qədər də mən çox düşünürəm -  bunun 
səbəbi  nədir  ki,  komitənin  fəaliyyətinin  böyük  bir  hissəsi  Azər­
baycana  verilibdir?
Mən  elə  düşünürəm  ki,  bu,  Azərbaycana  olan  sevgi-məhəb­
bətdir. Mən hesab edirəm ki, cənab Şeyxülislam  Hacı Allahşükür 
Paşazadənin  səyinin  nəticəsidir  ki,  komitənin  burada  xeyriyyə 
işləri uğurla  həyata  keçirilir.
Gördüyümüz işlərdən biri  1993-cü ildə Sizin həyatınıza və fəa­
liyyətinizə  həsr edilmiş kitabın  ərəb dilinə  tərcümə olunub ərəb 
ailələri arasında yaymağımız oldu. Azərbaycanın Qahirədəki sə­
firi  İsrafil  Vəkilovun  köməyi  ilə,  onunla  əməkdaşlıq  şəraitində 
biz bunu  həyata  keçirə bildik.  Bu  gün  də  biz  Küveyt  dövlətinin 
əmiri  Şeyx  Cabir  əs-Sabahm  həyat  və  fəaliyyətinə  həsr  edilmiş 
kitabın Azərbaycan dilinə tərcüməsinin yayılmasına nail olduq.
Zati-aliləri,  biz Azərbaycanda gördüyümüz nailiyyətlərə görə 
Sizi  təbrik  edirik.  İcazə  verin,  Sizin  müdrikliyiniz,  rəhbərliyiniz 
sayəsində  Azərbaycanın  ən  gərgin,  ən  çətin  mərhələlərini  keçə 
bildiyinizə görə Sizə öz  heyranlığımı  bildirim.  Mən Sizin çıxışla­
rınızı, nitqlərinizi izləyirəm və İslam hüququnun, İslam əxlaqının 
bu ölkədə geniş yayılması üçün Sizin göstərdiyiniz səyləri yüksək 
qiymətləndirirəm. Asiya Müsəlmanları Komitəsinin 1993-cü ildən 
başlanmış  fəaliyyəti  xüsusilə  qaçqmlara  həsr olunmuş  konfrans­
dan sonra  daha  geniş inkişaf etmişdir.  Yəni  o konfransdan  sonra 
bizim ölkələrdə qaçqınların  məsələləri ilə məşğul olan bütün  təş­
kilatların fəaliyyətinin  məqsədyönlü şəkildə istiqamətləndirilmo-
359


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə