Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə83/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   79   80   81   82   83   84   85   86   ...   112

sinə nail  ola  bilmişik.  Biz qaçqınların  problemləri  ilə,  demək olar 
ki,  gündəlik  məşğul  oluruq.  Mən  hər  gün  komitənin  nümayən­
dəlikləri  ilə əlaqə saxlayıram  və onlardan  kifayət qədər məlumat 
alıram.  Öyrənirəm  ki,  qaçqınlara  hansı  yardımlar  göstərilib,  və­
ziyyət necədir.
Qaçqınlarla  bağlı  bizim  bəzi  təkliflərimiz,  fikirlərimiz  vardır. 
Bu  təklifləri Baş nazirin müavini,  Dövlət qaçqınkomun sədri  Əli 
Həsənova  təqdim  etmişik.  Biz  Sizdən  icazə  istəyirik  ki,  qaçqın­
ların  işləri  ilə,  onların  problemləri  ilə  daha  məqsədyönlü,  daha 
faydalı,  səmərəli  məşğul  olmaq  üçün  xüsusi  bir komissiya  yara­
dılmasına  razılıq  verəsiniz.
Asiya  Müsəlmanları  Komitəsi  öz  xeyriyyəçilik  fəaliyyətini 
daha da artıraraq digər sahələrə də keçməyə başlamışdır. Bu  ko­
mitə Azərbaycanla  Küveyt arasında  bir vasitəçi,  bağlayıcı  təşki­
lat rolunu  oynayır.  Biz Azərbaycana  etdiyimiz hər səfər zamanı 
ən önəmli adamlarımızı, şəxsiyyətlərimizi buraya gətiririk ki, bu 
işlərdə bizə yardımçı olsunlar.  Biz istərdik elə bir müəssisə yara­
daq ki, orada iki yüz, üç yüz, bəlkə də min nəfər işləyə bilsin. Bu, 
min nəfərin vəziyyətinin yüngülləşdirilməsinə kömək edər. Mən 
onu  demək  istəyirəm  ki,  bizim  tacirlərimizin,  iş  adamlarımızın 
Azərbaycanda  işləmək  üçün  olduqca  böyük  istəkləri  vardır.  İn­
şallah, Sizin  diqqətiniz və qayğınız sayəsində onlar burada  əllə­
rindən gələni etməyə hazır olduqlarını bildirirlər. Tacirlərdən, iş 
adamlarından başqa,  burada  yazıçılar,  ədiblər  vardır  ki,  onların 
Azərbaycan haqqında yazıları ilə minlərlə, on minlərlə oxucu ta­
nış olur.
Zati-aliləri  cənab  Prezident,  eyni  zamanda,  Sizə  məlumat 
verirəm  ki,  biz  Azərbaycan-Küveyt  Dostluq  Cəmiyyətinin  ya­
radılmasını  bitirmək  üzrəyik.  Küveyt  tərəfindən  bu  cəmiyyətə 
tanınmış xeyriyyəçi, iş adamı Şeyx Əbd  əl-Əziz Səud  əl-Babteyn 
başçılıq edir.
Bu  fürsəti  bizə  verdiyinizə,  öz  fikirlərimizi  Sizə  çatdırmağa 
imkan  yaratdığınıza  görə  Sizə  bir  daha  minnətdarlığımızı  bil­
diririk.
Heydor Əliyev' siyasoti: TOLERAN П- I Q
_______________________________________________
360
Mən öz adımdan  və dostlarım  adından Sizə təşəkkürümü ye­
tirirəm.
Heydər  Əliyev: 
Asiya  Komitəsinin  Azərbaycanla  əlaqədar 
gördüyü  işlərə görə sizə təşəkkür edirəm.
Asiya  Komitəsinin Bakıda  keçirdiyi konfrans mənim xatirim- 
dədir.  Yəqin  siz  də  xatırlayırsınız  ki,  mən  o  konfransda  iştirak 
etmişəm  və nitq söyləmişəm.  Ona  görə  də sizin  verdiyiniz  mə­
lumatlar məni sevindirir ki, o konfransdan sonra iş güclənibdir. 
Küveyt-Azərbaycan  Dostluq  və  Əməkdaşlıq  Cəmiyyətinin  ya­
radılması  təklifini  də  mən  dəstəkləyirəm  və cənab  Əbd  əl-Əziz 
Səud  əl-Babteynin bu işə rəhbərlik etməsi,  təbiidir ki, bu cəmiy­
yətin  fəaliyyətinin  çox  güclü  olmasını  təmin  edəcəkdir.  Azər­
baycan  tərəfdən  bu  cəmiyyətə  rəhbərlik  edəcək  şəxsi  biz  təyin 
edərik.
Hamınızı  Azərbaycanda  qaçqın vəziyyətində  yaşayan  insan­
lara  yardımınızı  əsirgəməməyə  bir  daha  çağırıram.  Yardımınızı 
əsirgəməyin, hətta artırmağa çalışın.
Təşəkkür edirəm. Mənim salamlarımı Küveyt xalqına, Küveyt 
əmiri Şeyx Cabir əl-Əhmədə çatdırın. Sağ olun.
__________________________________________________Heydar Əliyev siyasolı: TOLERANTLIQ
361


(IvvAn O lh w  -ıy.».'tı: TOLERANTLIQ
ÜMUMRUSİYA “ RİFAH”  İCTİMAİ-SİYASİ 
HƏRƏKATININ  NÜMAYƏNDƏ 
HEYƏTİ  İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı,  21  iyul 2000-ci il
Heydər Əliyev: Hörmətli dostlar, hörmətli qonaqlar,  mən sizi 
salamlayıram.  Məmnunam ki, təşəbbüs göstərmiş və Azərbayca­
na  gəlmisiniz.  Mən sizin fəaliyyətinizlə bir qədər tanış olmuşam 
və  görürəm  ki,  faydalı  iş  aparırsınız.  Azərbaycanda  olmağınız, 
təbii  ki,  sizə  ölkəmizin,  həyatımızın,  xalqımızın  bugünkü  real­
lığına  baxmaq  imkanı  verəcəkdir.  Təbii  ki,  bu  da  sizə  gələcək 
praktiki  fəaliyyətinizdə kömək edəcəkdir.
Əbdülvahid  Niyazov <Ümumrusiya  "Rifah" İctiınai-Siyasi lıərə- 
katmın  sədri,  Dövlət  Dumasının  Parlament  və  İşin  Təşkili  Komitəsi 
sədrinin ıniiavini):  Hörmətli cənab Prezident! Səmimi qəbula görə 
Sizə təşəkkür edirik.
362
Hyydor Olive* siyjMli: TOLERANTLIQ
Şübhəsiz ki, dünya siyasətinin patriarxlarındaıı biri, təkcə keç­
miş postsovet məkanının, müasir birlik ölkələrinin deyil, həm də 
ümumən bütün türk,  müsəlman dünyasının şəksiz liderlərindən 
biri  tərəfindən  qəbul  olunmağımız  bizim  üçün  böyük  şərəfdir. 
Əlbəttə,  hesab  edirəm  ki,  bugünkü  gün  çoxlarımız  üçün  tarixi 
bir gün olacaq, biz uşaqlarımıza böyük siyasətçi Heydər Əliyeviç 
Əliyevlə necə görüşdüyümüz barədə danışacağıq.
Şübhəsiz, mən və həmkarlarım başa düşürük ki, bu görüş bizə 
bir növ  avans olaıaq  göstərilən,  əlbəttə,  Rusiya  Federasiyasında 
yaşayan  20  milyon  müsəlmanın  hamısına,  ümumiyyətlə,  Azər­
baycan  Respublikasına,  Azərbaycan  xalqına  qardaş  olan  ölkə­
mizə, xalqımıza hörmət əlaməti olaraq göstərilən böyiik şərəfdir. 
Ölkəmizə  və  xalqımıza  sizin  necə  səmimi  hisslər  bəslədiyinizi 
bilirik.  Siz görkəmli  həyatınızın  praktiki olaraq çox  hissəsini  va­
hid  ölkədə yaşamısınız və şübhəsiz ki,  biz bu  görüşü  məhz belə 
qiymətləndiririk.
Siz yəqin bilirsiniz, bizim hərəkat çox gəncdir,  iki ildən də az 
bir  müddətdir  ki,  qeydiyyatdan  keçmişik,  bir  ilə  yaxındır  real 
siyasi  fəallıq  rejimində  çalışırıq.  Ancaq  biz  Qorbaçovun  yeni­
dənqurmasından sonrakı on  illik təcrübəyə-m üsəlm an  ictimai 
fəaliyyətinin  mümkün  olduğu  dövrün  təcrübəsinə  əsaslanırıq. 
Hazırda  biz həqiqətən  ən  böyük müsəlman  ictimai-siyasi  hərə­
katıyıq.  Bundan əlavə, biz -  Rusiyanın yerli  türkdilli xalqları da 
digər  xalqlar  arasında  iş  aparılmasına  böyük  diqqət  yetiririk. 
Çünki  həmin  25  milyon həmvətənimiz də Rusiya  Federasiyası­
nın  20 milyonluq müsəlmanlarının qarşılaşdıqları  problemlərlə 
üzləşmişdir,  onların qarşısında  da eyni  vəzifələr durur.
Bizim  təşəbbüs  göstərərək  Azərbaycana  gəlməyimiz  müsəl­
man ölkəsinə rəsmi, yüksək səviyyədə ilk səfərimizdir.  Bununla 
biz istər hərəkatımızın,  istərsə də  Rusiya müsəlmanlarının Azər­
baycana  böyük  əhəmiyyət  verməsini  vurğulayır və  ümid edirik 
ki,  yeni  Prezident  Vladimir  Vladimiroviç  Putin  başda  olmaqla.
363


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə