Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə84/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   80   81   82   83   84   85   86   87   ...   112

Rusiya dövləti də belə addımlar atacaqdır. Biz görürük ki. Xəzər 
regionu barəsində xarici siyasətə öncül yer verilməsi nəzərə çar­
pır. Bizim böyük dostumuz, xarici işlər nazirinin müavini Viktor 
İvanoviç  Kalyujm  prezidentin  xüsusi  nümayəndəsi  təyin  edilib 
və  o  bu  vaxınlarda  burada  olmuşdur.  Biz  bilirik  ki,  siz  onunla 
görüşmüsünüz.
Şübhəsiz ki,  bu  gün Azərbaycan  həm  Xəzər regionunun,  həm 
böyük Qafqaz regionunun  istər siyasi,  istərsə də  iqtisadi  baxım­
dan  lideridir.  Ona  görə  də ölkələrimizin sabitliyi,  iqtisadi  və si- 
vasi  tərəqqisi  də  xeyli  dərəcədə  Rusiyadan  və  Azərbaycandan 
asılı olacaqdır.  Bizim  ölkələrimiz çox  ciddi separatizm problemi 
ilə qarşılaşmışdır  və yəqin ki,  biz  bu  ümumi  problemdən məhz 
birlikdə, bəlkə də regionun Gürcüstan kimi digər ölkələri ilə bir­
likdə çıxmalıyıq.
Təəssüf  ki,  son  vaxtlar  istər  Rusiya  Federasiyasının,  istərsə 
do  Azərbaycanın  bədxahları  Çeçenistandakı,  Şimali  Qafqazda­
kı  hadisələrlə  əlaqədar,  ölkəmizin  keçirdiyi  çətin  vəziyyətdən 
istifadə  edərək,  ərazisinin  xeyli  hissəsinin  işğal  edilməsi  və  bir 
milyondan  çox qaçqının  olması -  biz  bu  gün  onların bəziləri  ilə 
görüşdük  -   nəticəsində  Azərbaycanın  keçirdiyi  çətinliklərdən 
istifadə  edərək,  ölkələrimiz  arasındakı  qarşılıqlı  münasibətləri 
zəiflətməyə cəhd göstərirlər. Mətbuatda vaxtaşırı fitnəkar xarak­
terli  yazılar  verilir.  Ancaq  biz  əminik  ki,  rus  xalqı  da,  Heydər 
Əliyeviç Əliyev  kimi  lider  başda  olmaqla,  Azərbaycan  Respub­
likası  və Azərbaycan  xalqı  da  bir-birini  tərəfdaş  kimi  görür.  Biz 
yeni  Prezidentimiz  Vladimir  Vladimiroviç  Putinə  çox  inanırıq, 
ilk  günlərdən,  hələ  keçən  ilin  avqustunda  "Yedinstvo"  hərəkatı 
yaradaraq onu birincilər sırasında  dəstəklədik.
Əminik ki, mehriban qonşuluq, qardaşlıq münasibətlərinin da­
vam  etməsi  və  möhkəmlənməsi,  çox  vaxt  süni  şəkildə  yaradılan 
narahatlıqların  aradan qaldırılması  üçün  iki  lider  mümkün  olan 
hər  şeyi  edəcəkdir.  Biz  -   Rusiya  müsəlmanları  Rusiya-Azərbay­
Heydər Əliyev siyəsoti: TOLERANTLIQ_______ ___________________________________________
364
can  tandeminin  region  ölkələrinin  rifahı  naminə.  Müstəqil  Döv­
lətlər Birliyi  naminə,  böyük Qafqaz  regionunda,  Xəzər dənizi  re­
gionunda yaşayan bütün xalqların rifahı naminə möhkəmlənməsi 
üçün əlimizdən gələni etməyə hazırıq.
Cənab  Prezident,  icazə  verin,  Bakıda  olduğumuz  iki  gün  ər­
zində burada hansı hissləri keçirdiyimizi bəri  başdan bildirək.
Axırıncı  dəfə  biz  Bakıda,  zənnimcə,  1992-ci  ildə  olmuşuq.  O 
vaxtkı  Bakı  və  bugünkü  Bakı  bambaşqa  şəhərlərdir.  Bugünkü 
Bakı  sürətlə  inkişaf edən  perspektivli  ölkənin  gündən-günə  də­
yişən paytaxtıdır. Adamların üzü gülür, yeni binalar tikilir, başqa 
sözlə,  ölkə  hər cəhətdən gələcəyə doğru  istiqamətlənmişdir. Əl­
bəttə,  bütün  bunlar xeyli  dərəcədə Sizin sayənizdə  mümkün ol­
muşdur. Siz 1993-cü ildə yenidən hakimiyyətə gələndə özünüz­
də güc tapdınız və ölkəni  məhv olmaq,  gələcəyini,  bütövlüyünü 
itirmək təhlükəsindən  həqiqətən  xilas etdiniz.  Bu  7 il  ərində gö­
rülmüş  işlər bizi  heyran  edir,  təəccübləndirir.  Hətta bəzən  yaxşı 
mənada  qibtə  ilə  baxırıq  və  ümid  edirik  ki,  yeni  Prezidentimiz 
Vladimir  Vladimiroviç  Putin  də  Sizin  kimi  ağsaqqalların  sayə­
sində,  Sizin  təcrübənizdən  istifadə edərək  ölkəmizi  ona  irs  qal­
mış  çətinlikdən  çıxara  biləcəkdir.  Biz  bunu  çox  istəyirik,  çünki 
biz da ölkəmizi  güclü,  vahid,  çox  dinamik inkişaf edən,  iqtisadi 
və  siyasi  cəhətdən  sabit ölkə  kimi  görmək  istəyirik.  Bizim  üçün 
çox xoşdur ki, hazırda Azərbaycan həqiqətən tanınmış, sabit, de­
mokratik dövlətdir.
Parlament seçkilərinə hazırlıqla əlaqədar biz dünən parlamen­
tin  rəhbərliyi  -  spiker cənab Ələsgərovla  və onun  müavinləri  ilə 
görüşdük.  Hadisələrin  necə  maraqlı  cərəyan  etdiyini  bilirik.  Bu 
göstərir  ki,  Azərbaycan  həqiqətən  demok-ratik  dövlətdir.  Onu 
da qeyd  etmək bizə xoşdur ki, bunların hamısında, şübhəsiz, Si­
zin xidmətiniz var.  O  da  xoşdur ki, Siz bizə,  bizim  gənc hərəka­
tımızı,  Rusiya  müsəlmanlarını,  Rusiyada  yaşayan  türkləri  şərəf­
ləndirdiniz  və Rusiya  dövlətinə bəslədiyiniz xoş münasibəti  bir
_________________________________________ Heydor Əliyev siyasoli; TOLERANTLIQ
365


Hevtidr Əliyev siyasoti: TOLERANTLIQ
daha  nümayiş  etdirdiniz.  Heydor  Əliyeviç,  buna  görə  Sizə  çox 
minnətdarıq.
İcazə verin, nümayəndə heyətini Sizə təqdim edim. Nümayən- 
heyətimizdə müxtəlif regionlar, təşkilatımızda birləşən bütün 
qüvvələr təmsil olunmuşdur.  Biz ictimai-siyasi hərəkat olsaq da, 
mənəviyyat  və  əxlaqa  böyük  diqqət  yetiririk.  İndiki  prezident 
Putinin  hələ  prezident  vəzifəsini  icra  edərkən  "ölkəni  bərpa  et­
məyə, dirçəltməyə yeni qanundan və ya vergi  məcəlləsindən de­
vil,  mənəviyyatı  yüksəltməkdən  başlamaq  lazımdır  ,  — deməsi 
bizim  üçün  çox  vacib  idi.  Bizim  dini  hamilər  şuramız  var.  Ona 
görkəmli  müsəlman dini liderləri, o cümlədən ölkənizin çoxdan­
kı  dostu,  Qafqaz  Müsəlmanları  İdarəsində  Şeyxülislam  Paşaza­
dənin  müavini,  Şimali  Qafqaz Müsəlmanlarının  Əlaqələndirmə 
Mərkəzinin  əlaqələndiricisi  və  rəhbəri,  Rusiya  Müftiləri  Şurası­
nın  həmsədri,  İnquşetiyanın müftisi Şeyx  Məhəmməd  Alboqaçi- 
yev daxildir.
Məndən sağda "Yedinstvo"nun siyahısı üzrə uzaq Xantı-Man- 
si  mahalından  seçilmiş  Qurban  Əmiroviç  Əmirov  əyləşibdir. 
Mahalın  inkişafı  həmyerliniz  Salmanovun  sayəsində  mümkün 
olmuşdur.  Bu  gün  biz  Elmlər  Akademiyasında  onu  xatırladıq. 
Qurban  Əmirov Büdcə  Komitəsinin  üzvü,  hərəkatımızın  İcraiy­
yə Komitəsinin sədridir.
Hərəkatımızın həmsədri,  prezident seçkilərində Vladimir Vla- 
dimiroviç  Putinin  vəkili,  Rusiyanın  Türk  Xalqları  Assambleya­
sının  prezidenti  Brontoy  Yanqoviç  Bedyıırov  da  burada  bizim­
lədir.  O  əvvəllər  Altay  Respublikası  Baş  nazirinin  müavini  ol­
muşdur. Ora bizim ümumi vətənimizdir, üç il əvvəl İslamı qəbul 
etmişdir.
Bundan sonra Altayın bir çox ziyalıları, gəncləri, ictimaiyyətin 
liderləri  də  İslamı qəbul  etmişlər.  Mən  Dolores Xaliulini  də  təq­
dim etmək istərdim. O, hərəkatımızın beynəlxalq departamenti- 
ııin  rəhbəridir.  Onun  səfir  dərəcəsi  var,  Rusiya  Federasiyasının
366
Ciddədə  baş  konsuludur.  Siz  müqəddəs  yerlərdə  olmusunuz, 
səfərinizin yekunlarına dair müsahibənizə baxmışıq.
Azərbaycan diasporu ilə yaxından iş aparmağımız bizim üçün 
çox  xoşdur.  Yəqin  ki,  onu  icma  adlandırmaq  daha  düzgün  olar­
dı,  bu,  2  milyonluq  icmadır.  Onların  bir  milyona  yaxını  Rusiya 
vətəndaşıdır, daha bir milyona qədəri isə orada müvəqqəti yaşa­
yır.  Lakin  onlar da  getdikcə  Rusiyada  daha dərin  köklər salırlar 
və  odur  ki,  Azərbaycan  icması  hazırda  Rusiya  Federasiyasının 
ən  iri  müsəlman  icmalarından  biridir.  Biz  onu  ölkəmizin  tərkib 
hissəsi  sayırıq  və  ona  görə  də  Azərbaycan  icmasının,  Rusiyada 
yaşayan  azərbaycanlıların  mənafelərini  öz  mənafeyimiz  bilir, 
onları  elektoratımızın  tərkib  hissəsi  hesab  edirik.  Bu  gün,  təəs­
süf  ki,  Dövlət  Dumasında  azərbaycanlı  deputat  yoxdur,  amma 
siz tam  əmin  ola  bilərsiniz ki,  "Rifah"ın  Dövlət  Dumasındakı  12 
deputatı Azərbaycan icmasının, Rusiya Federasiyasında yaşayan 
2  milyon  azərbaycanlının  da  mənafelərini  layiqincə  təmsil  edə­
cəkdir.
Azərbaycan  ictimaiyyəti  Azərbaycanlıların  Ümumrusiya 
Konqresini  yaradanda  biz  bunu  çox  yüksək  qiymətləndirdik 
və  ruh  yüksəkliyi  ilə  qarşıladıq.  Konqresin  üzvləri  onun  yara­
dılmasında,  liderləri  ilə  ilk  görüşdə  Sizin  şəxsən  iştirak  etmə­
yinizdən  çox  ruhlanmışdılar.  Bu  gün  burada  Azərbaycanlıların 
Ümumrusiya  Konqresi  rəhbərliyinin  nümayəndələri  -   İcraiyyə 
Komitəsinin sədri  Məmməd  Bağırov,  konqresin  vitse-prezidenti 
hörmətli  Oqtay  Hüseynov  iştirak  edirlər.  Bizim  fəallarımız  da 
buradadırlar,  onlar eyni zamanda,  Azərbaycan  icmasının  fəalla­
rı,  onun  liderləridir.  Burada  Dağıstan  azərbaycanlılarının  lide­
ri,  Dərbənddən  olan  hörmətli  Seyran  Rəhimov  da  var. Türkdilli 
ölkələrlə əlaqələr üzrə müşavirimiz Malik Kərimov və "Azərbay­
can  tayms"  qəzetinin  redaktoru,  bizim  fəal  tərəfdarlarımızdan 
biri Məmməd  Nəsibov da  buradadır.
Yəni  biz Rusiya Federasiyasında yaşayan Azərbaycan icması ilə 
həqiqətən çox  fəal  işləyirik,  səfirliklə,  Ramiz Həsənoviç Rizayevlə
_____________________________________ ________  
Heydər Oliyov siyasaij; TOLERANTLIQ
367


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə