Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə85/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   81   82   83   84   85   86   87   88   ...   112

çox sıx ünsiyyət saxlayırıq. Bir də təkrar edirəm, hərəkatımız cavan 
olsa da. Siz ona bütünlüklə etibar edə bilərsiniz, biz isə həm Sizin 
etimadınızı  həqiqətən  doğrultmağa  çalışır,  həm  də  həmvətənləri­
mizin -  Rusiyada yaşayan azərbaycanlıların mənafelərini layiqincə 
təmsil etməyə söz veririk.
Hörmətli cənab Prezident, biz bu gün Sizinlə görüşü səbirsiz­
liklə  gözləyirdik  və  nümayəndə  heyətinin  bəzi  üzvləri  də  Sizə 
cəmi bir neçə kəlmə demək istərdilər.
Heydər Əliyev: Sağ olun. Sizin buraya  gəlməyinizlə əlaqədar 
mən  bir  daha  məmnun  olduğumu  bildirmək  istəyirəm.  Mənim 
xəbərim  vardı,  ancaq  bu  gün  sizin  "Rifah"  ictimai  təşkilatınız 
haqqında  bəzi  məlumatlarla  tanış  oldum.  Hesab  edirəm  ki,  siz 
düz  yoldasınız,  düzgün  iş  görürsünüz,  çünki  keçmiş  Sovetlər 
İttifaqına  daxil  olan  indiki  bütün  müstəqil  dövlətlərdə  dəyişik­
liklər  baş  verir,  onlar  demokratiyanı  inkişaf etdirmək,  demok­
ratikləşmə,  azadlıq  yolu,  hər  bir  millətdən  olan  insana  bərabər 
hüquqlar  vermək  yolu  ilə  gedirlər.  Siz  tamamilə  düzgün  edir­
siniz  ki,  əvvəla,  Rusiyanın  ictimai-siyasi  həyatında  fəal  iştirak 
etmək,  ikincisi,  Rusiyanın  müvafiq  seçkili  orqanlarında,  həm də 
təkcə  seçkili  yox,  ola  bilsin,  icra  orqanlarında  təmsil  olunmaq 
üçün  Rusiya  müsəlmanları  olaraq səylərinizi bu  ictimai  təşkilat­
da  birləşdirirsiniz.  Digər tərəfdən isə,  bunu  öz milli  ənənələrini­
zi, milli  adətlərinizi  inkişaf etdirmək üçün edirsiniz.
Biz  hamımız  bir  ölkədə,  Sovetlər  İttifaqında  yaşamışıq,  So­
vetlər  İttifaqı  çoxmillətli  ölkə  idi.  Hamımız  deyirdik  ki,  Sovet­
lər  İttifaqında  100-dən  çox  millət  və  xalq yaşayır.  Mən  Sovetlər 
İttifaqının,  Kommunist  Partiyasının  xadimlərindən  biri  idim.  14 
il  Azərbaycan  Kommunist  Partiyasına  rəhbərlik  etmiş,  5  ildən 
çox Moskvada Sov. İKP MK Siyasi  Bürosunun tərkibində olmuş, 
SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci  müavini  işləmişəm.  Yəni 
mən də bu siyasəti həyata keçirənlərdən biri idim, özümü kənara 
çəkmirəm. Amma həyat göstərdi ki, bu siyasət düzgün olmamış­
Hovıbr Əliyev siyasotfc TOLERANT L I Q _________________________________________
368
Heydar Əliyev siyawii: TOLERANTLIQ
dır. Çünki hər bir xalqın öz tarixi, öz kökləri, öz etnik tərkibi  var, 
hər bir xalq öz əcdadlarının dininə mənsubdur.
Odur ki,  bunların hamısını  bir yerə cəmləmək,  hamısını  eyni 
şəklə salmaq olmazdı. Təbliğ etdiyimiz belə bir nəzəriyyə var idi 
ki, Sovetlər İttifaqında insanların yeni birliyi—sovet xalqı yaranır. 
Hələ vaxtilə Stalinin belə bir nəzəriyyəsi var idi ki, bütün millət­
lər yaxınlaşmalıdırlar,  nə vaxtsa  fərqlər olmayacaq,  vahid  millət 
və vahid  dil olacaqdır. O zaman çoxları  buna  inanırdı,  çünki biz 
hamımız  doğulduğumuz və boya-başa  çatdığımız ölkədə  təbliğ 
olunan bu ideologiyaya böyük mam bəsləyirdik. Özü də ölkə qa­
palı  idi və biz başqa bir şey bilmirdik.
Bunların  hamısının  əsassızlığı  və  tarixi  proseslərə  uyğun 
olmadığı  aşkara  çıxdı.  Yer  kürəsi  böyükdür,  burada,  dünya­
da  müxtəlif  millətlərə,  müxtəlif  dinlərə  mənsub  olan,  müxtəlif 
mənəvi,  əxlaqı  və milli  dəyərlərə  malik adamlar yaşayır.  Bütün 
bunları  getdikcə  itirmək,  sıxışdırmaq  və  hansısa  vahid  əxlaqi, 
milli  dəyərlər  modeli  yaratmaq,  sadəcə  olaraq,  mümkün  deyil­
dir.  Məsələn, xristianlar var,  özü  də onların arasında  da  pravos­
lavlar,  katoliklər,  protestantlar və b. var.  Müsəlmanlar, buddist­
lər və digərləri vardır. Sovetlər İttifaqında nə qədər dinlər təmsil 
olunurdu.
Din  nə  deməkdir?  Din  -   xalqların  müxtəlif  dövrlərdə  qəbul 
etdikləri  əsas yaşayış qaydaları  və  mənəviyyatının  başlıca  qay­
naqlarıdır.  Odur ki,  ateist təbliğatı,  ateizm o zaman  heç bir nəti­
cə  vermədi.  Doğrudur  ki,  din rəsmən  qadağan  edilmişdi,  lakin 
adamların böyük əksəriyyəti qəlbən özünün dinə, milli dəyərlərə 
mənsub  olduğunu  yaddan  çıxarmır,  dilini  unutmurdu.  Halbuki 
Sovetlər İttifaqında hamının ancaq rus dilində, millətiərarası ün­
siyyət dilində danışmalı olması, digər dillərin isə getdikcə ölməli 
olması  fikri  təlqin  edilirdi.  Bəli,  bunu  çoxmillətli  ölkədə  qəbul 
etmək olardı,  lakin  bir şərtlə  ki,  hər bir xalq öz  dilini  də  inkişaf 
etdirsin.  Çünki  dil  insanın  milli  mənsubiyyətini,  milli  köklərini 
müəyyənləşdirən mühüm amillərdən biridir.
369


Bu haqda çox danışmaq olar. Siz yaxşı bilirsiniz ki, bütün bun­
ları  man  də  görmüşəm  və  hesab  edirəm  ki,  bu  fikirlərin  hamısı 
səhv və hətta zərərli idi. Fikir verin, kommunist ideologiyası səh­
nədən  gedən  kimi,  Sovetlər  İttifaqı  dağılan  kimi,  əvvəla,  müttə­
fiq  respublikalar  öz  dövlət  müstəqilliyini,  öz  azadlıqlarını  elan 
etdilər,  ikincisi isə,  hər bir insan öz köklərinə,  tarixi,  milli  köklə­
rinə qayıtmağa başladı.
Odur  ki,  məsələn,  əgər  sovet  hakimiyyətinin  ilk  dövrlərində 
insanları  xalqların  əsrlər bovu  topladığı  dəyərlərdən  zorla  məh­
rum  etməyə  çalışırdılarsa,  indi  bütün  bunların  bərpası  prosesi 
gedir.  Özü  də  tətbiq  edilən  zorakılıq  tədbirləri,  əlbəttə  ki,  sərt 
repressiyalarla  müşayiət  olunurdu  və  bu,  dövlət  siyasəti  idi. 
Buna baxmayaraq, həmin siyasət uğur qazanmadı. Xalqlar azad­
lıq qazandıqdan  sonra  isə heç kim, heç bir dövlət heç bir siyasət 
yeritmir.  Hər  bir  xalq  özü  öz  tarixi  köklərinə,  milli  köklərinə, 
milli dəyərlərinə, milli adət-ənənələrinə qayıtmağa başladı və bu 
çox qısa müddətdə baş verdi.
Yəni  bütün  bunları  qadağan  etmək mümkün  deyildi,  bu  eks­
periment çox zərərli oldu. Lakin bəlkə də insan cəmiyyətinin bö­
yük tarixi baxımından, görünür bəşəriyyət bununla da üzləşməli 
idi  ki,  belə bir  ideologiyanın  bir daha  yaşamaq  hüququ  olmadı­
ğını  yəqin etsin.
İndi,  Sovetlər  İttifaqı  dağılandan  sonra  Rusiya  özünü  suve­
ren  federativ  dövlət  elan  etmişdir.  Biz  hamımız  -   vaxtilə  Sovet 
İttifaqının  tərkibinə  daxil  olan  müttəfiq  respublikalar  öz  dövlət 
müstəqilliyimizi elan etmişik, öz suverenliyimizi elan etmişik və 
hər  birimizdə  milli  dövlətçilik  quruculuğu  prosesi  gedir.  Mən 
bilirəm  ki,  keçmiş  Sovetlər  İttifaqına  daxil  olan  bütün  ölkələrdə 
demokratikləşmə  prosesi,  demokratik,  hüquqi,  dünyəvi  dövlət 
quruculuğu prosesi gedir, iqtisadiyyatda böyük dəyişikliklər baş 
verir.  Dövlət  mülkiyyəti  öz  gücünü  itirir,  özəl  sektor  özünə  la­
yiq  olan  yeri  tutur.  Bu  proseslər  çətin,  mürəkkəbdir.  Ona  görə
Hivdor Ohvov siyjsoti: TOLERANTLIQ
370
də  Rusiyada  da,  Azərbaycanda  da,  digər  ölkələrdə  də  olduqca 
çox  çətinliklər  -   iqtisadi  xarakterli  çətinliklər,  əhalinin  yaşayış 
səviyyəsi  ilə  bağlı  çətinliklər,  sosial,  siyasi  xarakterli  çətinliklər 
mövcuddur.  Mən  deyə bilərəm  ki, bütün  bu  çətinliklərə baxma- 
varaq, Azərbaycan  bu yolla  qətiyyətlə irəliləyir.  Azərbaycan  gö­
rünməmiş  dərəcədə  fəxr  edir  ki,  biz  azad  millətik,  azad  xalqıq, 
əz torpağımızda  müstəqil  dövlətimiz var,  Dünya  Birliyinə daxi­
lik və öz taleyimizin sahibiyik, öz təbii sərvətlərimizin, hər şeyin 
sahibiyik.
Rusiya yenə də çoxmillətli dövlət olaraq qalmışdır.
Demokratikləşmənin  ən  vacib prinsiplərindən  biri  milli  mən­
subiyyətindən,  dilindən,  dərisinin  rəngindən,  dini  etiqadından 
asılı olmayaraq, hamının hüquq bərabərliyi prinsipidir. Azərbay­
canda bu azadlıqların hamısı verilmişdir. Azərbaycan da çoxmil- 
iətli  dövlətdir,  hansı  millətə  mənsub  olmasından  asılı  olmaya­
raq,  bizdə  insanların  hamısı  bərabər  hüquqlardan  istifadə  edir, 
mlar  vətəndaşlardır.  Azərbaycanda  üç  konfessiya  -  müsəlman, 
xristian  və yəhudi  konfessiyaları  var. Onlar tamamilə sərbəst şə­
kildə, müstəqil  fəaliyyət göstərirlər və çox xoşdur ki, müsəlman, 
xristian və yəhudi konfessiyaları arasında sıx qarşılıqlı əlaqə var.
Rusiya bu baxımdan daha  rəngarəngdir,  Rusiyada xalqlar daha 
çoxdur. Rusiya genişdir, ərazisi böyükdür, proseslər daha çətin ge­
dir. Bu  mənada sizin  "Rifah"  ictimai təşkilatını yaratmaq  təşəbbü­
sünüz -  mən belə başa düşürəm  ki, o, dövlətlə də fəal  əməkdaşlıq 
edir, yeni prezident Vladimir Vladimiroviç Putinin xəttini dəstəklə­
yir və siz Dövlət Dumasında  "Yedinstvo" birliyinə daxilsiniz -  çox 
yaxşıdır. Biz hesab edirik ki, müsbət amildir.
Bax, siz öz mənəvi dəyərlərinizi, öz milli dəyərlərinizi dirçəldir- 
siniz.  Rusiya müsəlmanlarının da dini birdir, ancaq müxtəlif adət­
lər, mərasimlər, müxtəlif fərqlər var. Amma bunlar onları bir-biriıı- 
dən çox  fərqləndirmir.  Çünki,  hər halda, xalqlarımız  İslamı  qəbul 
edəndən  bəri  bu din  onların  mənəvi  həyatında  mühüm  rol  oyna­
Heyder Əliyev sly.is.rti: TOLERANTLIQ
371


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə