Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə81/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   77   78   79   80   81   82   83   84   ...   112

Hcyd 
jr  
Əliyev  siyasoti: 
TOLERANT LIQ
Qoy bu bahar bayramı  günlərində etdiyiniz bütün  xoş dilək­
lər, xeyir-dualar yerinə yetsin, ailələrinizə firavan və xoşbəxt hə­
yat nəsib olsun!
Bayramınız mübarək olsun!
Heydər Əliyev,
Azərbaycan Respublikasının  Prezidenti 
Bakı şəhəri, 29 aprel 2000-ci il
350
Hcydar Əliyev slyasali: TOLERANTLIQ
AZƏRBAYCANIN YƏHUDİ  İCMASINA
Hörmətli  həmvətənlər!
Hər  il  yəhudi  xalqının  ümummilli  matəm  günü  kimi  qeyd 
olunan  "Holokost"  günü  münasibətilə  günahsız  qurbanların 
xatirəsini  ehtiramla  yad  edərək  sizə  və  bütün  dünya  yəhudilə­
rinə dərin kədər və hüzn hisslərimi  ifadə edirəm.
Faşistlərin Almaniyada  hakimiyyətə gəlməsi  ilə başlanmış və 
İkinci  Dünya  müharibəsinin  sonuna  qədər  davam  etmiş  "H o­
lokost"  siyasəti  nəticəsində  altı  milyon  insan  yalnız yəhudi  ol­
duqlarına  görə  qətlə  yetirilmişdir.  Həmin  illərdə  yəhudilərin 
kütləvi  şəkildə  təqib  olunması  və  məhv  edilməsi  siyasəti  bəşər 
tarixinin  ən  müdhiş səhifələrindən  birini  təşkil edir.
Belə müsibətlər təkcə soyqırım siyasətinə məruz qalmış xalqın 
milli  faciəsi  hesab  edilə  bilməz  və  bütün  bəşəriyyətə  qarşı  ağır 
cinayət  kimi  qiymətləndirilməlidir. Zorakılıq,  irqçilik,  soyqırım 
kimi antihumanist siyasətin bütün təzahürlərinə qarşı birmənalı 
mövqe  bildirmək,  onların  qarşısının  alınması  yolunda  qətiyyət 
və  həmrəylik  nümayiş  etdirmək  yüksək  bəşəri  ideallara  sadiq 
olan  hər bir insanın  ali  vəzifəsi  və borcudur.
Azərbaycanda  tolerantlıq,  dözümlülük  və  qarşılıqlı  hör­
mət  şəraitində  yaşayan  bütün  xalqlar  bir-birinin  sevincinə  də, 
dərdinə  də  həmişə  şərik  olmuşlar.  Yəhudi  həmvətənlərimiz 
də  Azərbaycanın  müxtəlif  konfessiyalara  mənsub  olan  digər 
vətəndaşları  kimi,  ölkəmizdə  bütün  hüquqlara  və  azadlıqlara 
tam  malikdirlər.  Onlar müstəqil  respublikamızda  gedən  siyasi, 
sosial-iqtisadi  və  mədəni  proseslərdə  yaxından  iştirak  edirlər. 
Yəhudi  icması  Azərbaycan  xalqına  qarşı  mərhələ-mərhələ  hə­
yata  keçirilmiş  soyqırım  və deportasiya  siyasətini,  zəbt edilmiş 
ərazilərimizdə baş alıb gedən erməni vandalizmini, azərbaycan­
lıların tarixi  torpaqlarından didərgin salınmasını, qətl və qırğın­
ları,  misli görünməmiş vəhşilikləri və talanları həmişə pisləmiş,
351


Heydar Əliyev siyasəti: TOLERANTLIQ
buna  qarşı  etiraz  səslərini  həm  ölkəmizin  daxilində,  həm  də 
beynəlxalq aləmdə ucaltmışdır.
Əziz həmvətənlər!
Yəhudi  xalqının  müsibəti  günündə  -   bu  hüznlü  anlarda 
Azərbaycan  xalqı  adından  kədərinizə bir daha  şərik olduğumu 
bildirirəm. Qoy belə  müsibətlər heç bir  xalqm  həyatında  bir də 
təkrar olunmasın.
Heydər Əliyev,
Azərbaycan  Respublikasının Prezidenti 
Bakı şa/ıari,  1  may 2000-ci il
352
VATİKAN DÖVLƏTİNİN  BAŞÇISI 
PAPA II  İOHANN  PAVEL HƏZRƏTLƏRİNƏ
Əlahəzrət!
80 illik yubileyiniz münasibətilə Sizi ürəkdən  təbrik edirəm. 
Siz  yer  üzündə  sülhün  və  əmin-amanlığın,  insanlar  arasın­
da  dostluq  və  qardaşlıq  münasibətlərinin  bərqərar  olunması 
məqsədlərinə fədakarcasına xidmət edirsiniz.
Sizə  möhkəm  cansağlığı,  uzun  ömür,  nəcib  amallar  uğrunda 
yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şsltari,  18 may 2000-ci il
___________________________________________________
Heydər 
Əliyev sivəsəti: 
TOLERANTLIQ
353


Ыо\ dor 
Oltwv 
sivosoti: TOLERANTLIQ
Ə R Ə B   Ö L K Ə L Ə R İ  N ÜM A YƏ N D Ə LƏ Rİ  İLƏ  
G Ö R Ü ŞD Ə   SÖ H B Ə T
Prezident sarayı,  7 iyul 2000-ci il
Heydər  Əliyev:  Hörmətli  qonaqlar,  Azərbaycana  xoş  gəlmi­
siniz!
Hörmətli Şeyxülislam sizinlə yaxın əlaqədədir və mən bilirəm 
ki,  burada  görüşlər  keçirmisiniz.  Mədəniyyət,  ədəbiyyat  sahə­
sində bəzi  görüşləriniz olubdur.
Mənə  verilən  məlumata  görə,  siz  çox  işlərlə  məşğulsunuz, 
xeyriyyəçilik  işləri  görürsünüz.  Bu  çox  gözəldir.  Azərbaycana 
gəlməyinizdən də mən çox məmnunam. Bilirsiniz ki, mən ölkədə 
yox idim, Avstriyaya getmişdim, dünən  axşam  dönmüşəm.  Mən 
ölkədə olmayanda  da  işlər çox  tökülür qalır.  Hörmətli  Şeyxülis­
lam  xahiş etdi  ki, sizinlə görüşüm.  Proqramın çox çətin olmasına 
baxmayaraq,  mən  də  sizinlə  görüşməyə  vaxt  tapmışam.  Buyu­
run, sizi dinləyirəm.
354
НдуЈаг 
Əliyev 
siy.
15
.
1
li: TOLERANTLIQ
Əbd  əl-Əziz  Səd  əl-Babteyn  (Kihvytdm  yalıııiş  ıııaşlııtr  xey- 
iyyaçi  IV  iş  adamı,  şeyx):  Qiymətli  vaxtınızdan  bizə  ayırdığınız 
.içün  mən  öz  adımdan  və  həmkarlarım,  qardaşlarım,  dostlarım 
ıdından Sizə təşəkkürümü bildirirəm. Sizinlə birlikdə olmaqdan 
'zümüzü  xoşbəxt  sayırıq.  Mənim  üçün  şərəfdir  ki,  ölkəmizin 
'aşçısı,  əlahəzrət  şeyx  Cabir  əl-Əhmədin  salamını  sizə  yetirim. 
Jmumiyyətlə  isə,  bütövlükdə  ərəb xalqının  salamlarını  sizə ye- 
irirəm.
Eyni  zamanda,  xüsusi  olaraq  Küveyt  xalqının  salamlarını 
izə  yetirirəm.  Azərbaycan  xalqının  Ermənistan  tərəfindən  tə- 
avüzə  məruz qaldığı  dövrdə  keçirdiyi  hissləri  Küveyt  xalqı  da 
əcavüzlə  qarşılaşarkən  keçirmişdir.  Biz  hər  dəfə  Azərbaycana 
əfər  edərkən  qəlbimizdəki  məhəbbətiniz  daha  da  artır.  Xüsu­
silə, ölkənizdə bu cür irəliləyişi  hər dəfə görəndə özümüzü daha 
oşbəxt  hesab edirik.
Şəxsən  mən  bir  neçə  dəfə  sizin  ölkənizə  gəlmişəm  və  bura- 
va sərmayə  qoymaq  fikrim  olubdur.  Körfəz ölkələrində də  belə 
'ikirdə  olanlar  az  deyildir.  Təbii  ki,  sərmayə  qoymaq  üçün  sər­
mayədarlar  ölkədə  sabitlik  olmasını  istəyirlər.  Biz  bunun  şahi­
355


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə