Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə77/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   73   74   75   76   77   78   79   80   ...   112

Cavab:  Razıyıq.
Heydər Əliyev: Ona görə də mən tədbirlər gördüm  və göstə­
riş verdim.  Hesab edirəm  ki, belə səhvlərə yol  verilməyəcəkdir.
Amma bunun  özü  Azərbaycandakı  iri  konfessiyalar  arasında 
baş vermir -  siz, onların liderləri buradasınız.  Həmin hallar han­
sısa xırda sektalar, yaxud onlara bənzər qruplarla bağlıdır, ancaq 
bu,  nədənsə,  kimisə  narahat  edir.  Doğrudur,  bəziləri  mənə  de­
yirdilər ki,  həmin  sektalardan  tək-tək gəncləri  təkcə bu  məqsəd 
üçün  deyil,  sonradan  onları  hansısa  pis  işlər  görməyə  göndər­
mək üçün  cəlb edirlər ki,  müəyyən cinayətlər törətsinlər,  yaxud 
terrorçu  olsunlar  və  sair.  Hesab  edirəm  ki,  əvvəla,  din  çətin  ki, 
bu işlə məşğul  ola bilsin,  ikincisi isə, əgər hətta bu baş versə də, 
onda biz vicdan azadlığına qarşı deyil, məhz ona qarşı  mübarizə 
aparacağıq. Vicdan azadlığı  toxunulmazdır.
Bu fakt barədə ona görə deyirəm ki, siz yəqin ki, bilirsiniz, xü­
susən də ona görə ki, bu, bir qədər yayılmışdır, əks-sədası Birləş­
miş Ştatlardan  mənə gəlib  çatmışdı.  Həm  də  ona  görə  deyirəm 
ki,  siz  biləsiniz,  mən  sizə  şərh  etdiyim  mövqelərdə,  prezident 
seçildikdən  sonra  and  içdiyim  mövqelərdə dururam  və bundan 
sonra da duracağam. Həmin faktlar Azərbaycanda azadlıq -  şəx­
siyyət azadlığı, vicdan azadlığı haqqında  ümumi vəziyyəti, tole­
rantlığın  vəziyyətini xarakterizə edə bilməz.
Bir  daha  demək istəyirəm  ki,  tolerantlıq  geniş  anlayışdır.  O, 
təkcə dinlərin  bir-birinə dözümlülüyü  deyil,  həm  də bir-birinin 
adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözüm­
lülük deməkdir.  Mədəniyyətlərə dözümlülüyə gəldikdə  isə, bu­
rada, ümumiyyətlə, dözümlülükdən söhbət gedə bilməz.  Deyək 
ki,  azərbaycanlıların  rus  mədəniyyətinə,  Qərb  mədəniyyətinə, 
yəhudi mədəniyyətinə məhəbbətindən və ya əksinə söhbət gedə 
bilər. Mən bilirəm ki, vaxtilə İsrailə köçüb getmiş bakılılar, Azər­
baycan vətəndaşları orada  "Bakılı"  adlanan böyük cəmiyyət ya­
radıblar. Onlar bir yerə yığışır, Azərbaycan mahnıları oxuyurlar, 
Azərbaycan  müsiqisi,  muğamları  səslənir.  Yaxud  da  bilirəm  ki, 
bizim  muğamımızı,  musiqimizi  Gürcüstanda  olduqca  çox  se­
Heydər Əliyev siyasəti: TOLE R A N T L IQ _________________________ ________________________
332
НоуЈог Əliyev siyjşjti: TOLERANTLIQ
virlər.  Təəssüf  ki,  biz  Ermənistanla  münaqişə  vəziyyətindəyik. 
Hesab edirəm  ki,  nə  vaxtsa  biz bu  münaqişəni  də  aradan qaldı­
racağıq.  Ermənistanda  Azərbaycan  musiqisinin  erməni  musiqi­
sindən daha  çox sevildiyi  vaxtlar yadımdadır. Toylarda, adətən, 
Azərbaycan  musiqisi,  Azərbaycan  rəqsləri  ifa  olunardı.  Ümu­
miyyətlə,  bütün  bunlar  dözümlülük  çərçivəsindən  çox  kənara 
çıxır,  bu,  artıq  mədəniyyətlərin  dostluğu,  mədəniyyətlərin  qar­
şılıqlı təsiri, qarşılıqlı əlaqəsidir.
Yenə  deyirəm,  bunlar  hamısı  Azərbaycanda  müxtəlif  millət­
lərdən  olan  insanların  uzun  illər  ərzində  yaşamasının  müsbət 
nəticəsidir.  Bu,  təkcə  XX  əsrdə deyil,  həm  də XIX  əsrdə,  keçmiş 
dövrlərdə  də  olmuşdur.  Ancaq indi,  Azərbaycanın  8  ildən  artıq 
bir müddətdə müstəqil dövlət olduğu  vaxtda bunun xüsusi  əhə­
miyyəti  var. Çünki şübhəsiz, hər bir müstəqil dövlət milli  mədə­
niyyətinin,  milli  dilinin,  milli  adətlərinin  və s. prinsiplərini  inki­
şaf etdirir və təkmilləşdirir.  Bu, təbiidir. Amma bu,  heç də başqa 
dillərə,  başqa  dinlərə,  əqidələrə,  başqa  mənəviyyata,  adətlərə, 
necə deyərlər,  müqavimət göstərməməlidir.
Mən şadam  ki, Azərbaycanda  belə əlverişli  vəziyyət var. Tək­
rar edirəm,  buna  hamımız birlikdə,  birgə səylərlə nail  olmuşuq. 
Bu  gün,  dözümlülük  günündə  mən  sizi  salamlayıram.  Demək 
istəyirəm  ki,  biz  bundan  sonra  da  bu şəraiti inkişaf etdirəcək  və 
dərinləşdirəcəyik.  Dözümlülük  günü  münasibətilə  sizi  təbrik 
edirəm.
Allahşükür  Paşazadə  (Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri, 
Şeyxülislam): Bismillahir-rəhmanir-rəhim!
Cənab  Prezident!  Bu  gün  bizim  buraya  bu  tərkibdə  gəlmə­
yimizin  elə  özü  müstəqil  Azərbaycanımızda  dini  qarşıdurma­
nın  yox,  aramızda  çox  yaxşı  münasibətlərin  olduğunu  göstə­
rir.  Bu  dostluq  münasibətləri  gündən-günə  genişlənir.  Bizim 
bir-birimizə  çox  köməyimiz  dəyir.  Hətta  elə  məsələlər  var  ki, 
biz birlikdə  yığışıb  bunları  aradan  qaldıra  bilirik.  Məsələn,  bu 
məsələlər xristianlığa və ya yəhudiliyə aid olanda da biz yığışıb 
onları  həll edirik.
333


Mon  deyərdim  ki,  indi  dünyada  elə  ölkə  yoxdur ki,  bayram- 
larda,  moizə  olanda  orada  bir  məsciddə  həm  müsəlman,  həm 
xristian,  həm  də  yəhudi  bir  yerə  toplaşsın.  Yaxud  şeyxülislam 
gedib  kilsədə  çıxış etsin,  bir yerdə  dualar oxunsun.  Bunu  bizim 
Azərbaycanımızda görmək olar.  Mən tam qətiyyətlə deyirəm ki, 
bunu  başqa  yerdə  görmək  çətindir.  Ərəb  ölkələrində  nə  qədər 
müsəlman  dövləti  olsa  da,  bugünkü  gündə  onlarda  bunu  gör­
mək çox çətindir.
Azərbaycanda  hətta  xırda  dini  icmalar da  diqqətdən  kənarda 
qalmır.  Məsələn,  elə  bu  gün  də  hər  üç  yəhudi  icmasının  -   dağ 
yəhudilərinin,  Avropa yəhudilərinin  və gürcü  yəhudilərinin  nü­
mayəndələri  burada  iştirak  edirlər.  Dini  icmanın  böyük-kiçikli­
yindən asılı olmayaraq, hamı vicdan azadlığı hüquqlarından tam 
istifadə edir. Bu sahədə bizim  hüquqlarımız tam  təmin olunur.
İndi daxildə qarşıdurma yaratmaq istəyən, Azərbaycanda vic­
dan  azadlığı  olmadığı  barədə  xaricdə  yalan  məlumatlar  yayma­
ğa  çalışan  bəzi  şər qüvvələr var.  Onlar ölkəmizdə  demokratiya­
nı, hətta  bugünkü  həyatımızı görmək  istəmirlər.
Mən  Sizə  açıq  deyim  ki,  hazırda  Azərbaycanda  sünni-şiə 
məsələsi  yoxdur.  Halbuki  dünyanın  başqa  yerlərində  bununla 
bağlı  çox  çətinliklər  yaranır,  qarşıdurmalar  var.  Ümumiyyətlə, 
ölkəmizdə  məhzəblor  arasında  çəkişmələr  yoxdur.  Bütün  bun­
lar  isə  Sizin  rəhbərliyiniz,  siyasətiniz,  göstərdiyiniz  yol,  habelə 
Azərbaycan  xalqının  özünün  mentaliteti  sayəsində mümkün ol­
muşdur.
Bəzi sektaların Azərbaycana gəlməsindən və bəzilərinin onlara 
olan  münasibətindən danışsaq,  kimisə məcburən  müsəlman -  şiə 
və ya sünni etmək olmaz, buna heç bir qanunda  icazə verilmir.
Heydər Əliyev:  Məcburən ola  bilməz axı!
Allahşükür  Paşazadə:  Ona  görə  buraya  gələn  bəzi  adamlar 
hansılar  ki,  Avropadan  müdafiə  olunurlar  -   ayrı-ayrı  ailələrin 
çətinliklərindən  istifadə  edərək  onları  xristianlığa,  yaxud  başqa 
dinə  keçməyə  məcbur  edirlər.  Belə  hallar  olubdur.  Mən  onların 
dediklərinin hamısı  ilə razı deyiləm. Baxın, hansı müstəqil dövlət­
Heydor Əliyev siyawti: TOLERANTLIQ------------ ------------------------------------------ --------- ------------
334
də son vaxtlar yeni bir yeparxiya yaranıb? Gürcüstandamı, Özbə- 
kistandamı,  Qazaxıstandamı,  Türkmənistandanu,  Ermənistanda­
mı  yaranıb? Azərbaycanda  xristian  kilsəsinin yeni  bir yeparxiyası 
yaranmasının  özü  sübut  deyilmi  ki,  burada  xristian-müsəlman, 
rus-azərbaycanlı söhbəti yoxdur?!
20 Yanvar  hadisələri  zamanı  Qorbaçov  bu  damğanı  bizə  vur­
muşdu,  ona  lazım  idi  desin  ki,  guya  burada  İslam  ekstremizmi 
vardır.  Şəhidlər  xiyabanında  uyuyanların  arasında  azərbaycanlı­
larla  yanaşı,  yəhudi  də,  rus  da,  tatar da  var.  Biz  onları  rus  kilsəsi 
ilə  birlikdə  dəfn  etdik.  Kilsənin  nümayəndəsi  orada  çıxış  edəndə 
azərbaycanlılardan bir nəfər də ağır söz demədi. Sovet rejimi, onun 
başında duran Qorbaçov isə bizi  bütün dünyaya ekstremist kimi 
göstərmək  istəyirdi.
Bizi  bu  gün  belə  qələmə  vermək  istəyənlər  var.  İslama  qarşı 
belə münasibət indi  də var. Qoy bütün dünya bilsin və mən  Pre­
zidentim  kimi  Sizə  də  deyirəm:  bizim  Allahımız  və  Quranımız 
var.  Biz  hər  hansı  dövlətin  siyasətini  qəbul  etməyəcəyik.  Bizim 
Azərbaycan dövlətimiz var, öz mədəniyyətimiz,  İslam  əqidəmiz 
var. Biz öz milli  adətlərimiz,  ənonələrimizlə İslam qayələrinə ça­
lacağıq.  Başqa  dövlətlərin  o  şəkildə  İslami  havadarlığı  da  bizə 
lazım deyil, bunu  istəmirik.
Xristian  və  Yəhudi  dinlərindən  olanlar  bizim  qardaşlarımız­
dır. Çünki Quran bunu bizdən tələb edir. Orada deyilir ki, Allaha 
iman  gətirən  bütün  adamlar qardaşdırlar.  Əgər biz Adəm-Həv­
va  ailəsindəniksə  və  Musaya,  İsaya,  Məhəmməd  aleyhissəlama 
iman gətiririksə,  hamımız qardaşıq.
Cənab  Prezident,  mən  Sizi  başa  düşürəm  və  çox  minnətdar­
lığımı  bildirirəm  ki,  bizi  qəbul  edib  bu  qardaşlığı  daha  da  möh­
kəmləndirməyi  tapşırırsınız.  İnanın  ki,  inşallah,  bu  qardaşlıq 
davam  edəcəkdir.  Siz  çox  yaxşı  dediniz  ki,  bəzən  xırda  şeylər 
olur.  Əsas odur ki,  bizim  birliyimiz,  inamımız  və  imanımız  var, 
müqəddəs kitablarımız -  Quran,  Tövrat,  İncil  var.  Bunlara  əsas­
lanaraq  İslamın  və başqa  dinlərin  bizə buyurduqlarını,  inşallah, 
yerinə yetirəcəyik.  Çünki  Allah-Təala  bizə əmr edib  ki,  hamınız
___ ___________________________________________ Hcydor Əliyev siy,ısoli: TOLERANTLIQ
335


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə