Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə75/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   71   72   73   74   75   76   77   78   ...   112

Hevdar Əlivcv şiyasoti: TOLERANTLIQ
düşmənlərimizi kədərləndirdi. Mən beş il  orada  çalışandan son­
ra məcburi  istefaya getdim.  Mənim  əleyhimə, o cümlədən ermə­
ni  düşmənlərimiz  tərəfindən  müxtəlif  təxribatlar,  fitnələr və ya­
lanlar,  böhtanlar edilirdi.  Moskvada  üç  il  ağır bir şəraitdə  yaşa­
yandan sonra öz vətən torpağıma, Azərbaycana dönməyi qərara 
aldım.  Gəldim  Bakıya. Təəssüflər olsun  ki,  orada  da  namərdlər, 
nadürüst  insanlar  mənim  yaşamağıma  imkan  vermədilər.  Bura­
ya,  Naxçıvana  gəldim.  Burada  məni  qucaqladılar,  qoyunlarına 
aldılar, burada  məni yaşatdılar.
Bu  hekayəti  ona  görə  deyirəm  ki,  mən  o  ağır  dövrdə  Naxçı­
vana  gəldim.  Burada  bacım  yaşayırdı,  onun  kiçik  komasında 
yerləşdim.  Məni sayan adamlar gəlib görüşür,  kiçik bir həyətdə, 
demək olar ki, səhərdən axşama kimi məni ziyarət edirdilər. Mə­
nim  müəllimim  Lətif  Hüseynzadə  gəldi.  O  qədər  sevindim  ki! 
Çünki  ondan 39-cu  ildə ayrılmışdım, bu isə 90-cı  i! idi. Oturduq, 
çox söhbət etdik.  Mən onun  o  vaxt dediyi  sözləri  sizə bildirmək 
istəyirəm.  Dedi  ki,  əzizim  Heydər,  sən çalış ki,  erməni  düşmən­
lərimizin  burada  qarşısını  al,  Naxçıvana  təcavüzə  imkan  vermə. 
Çünki  18-ci  ildə onlar Naxçıvana  hücum etdilər,  əgər türk ordu­
su  buraya  gəlməsəydi,  Kazım  Qarabəkir  paşanın  ordusu  Nax­
çıvana  gəlməsəydi  hamımızı  qıracaqdılar.  Bu,  mənim  gözümün 
qabağında  hadisədir.
Yəni  1990-cı  ildə  Lətif  müəllim,  Lətif  Hüseynzadə  1918-ci  ili 
yadına  saldı  və  o  illərin  şahidi  olaraq  mənə  bir  ağsaqqal,  müəl­
lim kimi öz tövsiyələrini verdi. Mən ona dedim: Əziz müəllimim, 
mən böyük  həyat yolu  keçmişəm.  Bu  gün  Naxçıvana  məcburiy­
yətdən  gəlmişəm,  amma  eyni  zamanda  gəlmişəm  ki,  sizinlə bir 
yerdə  olum,  bərabər  olum,  öz  həmvətənlərimlə  bir  yerdə  olum 
və vətənimi qoruyum. Əgər qoruya bilərəmsə - qoruyacağıq, qo­
ruya bilməyəcəmsə - hamımız bir yerdə şəhid olacağıq.
Türk ordusunun, xüsusən  Kazım Qarabəkir paşanın adı Azər­
baycanda,  ələlxüsus  bu  bölgədə  məşhurdur  və  həmişə  böyük 
hörmət-ehtiramla yad edilir.  1921-ci  ildə yenə də  Naxçıvan  ətra­
fında  mübarizə  gedirdi.  Ermənilər  buranı  öz  əllərinə  keçirmək
324
istəyirdilər. Ancaq Naxçıvan xalqı öz iradəsini göstərirdi.  1921-ci 
ildə  Qarsda  Azərbaycan  xalqı  üçün  çox  əhəmiyyətli  olan  Qars 
anlaşması,  müqaviləsi imzalandı. Onu Türkiyə imzaladı,  Rusiya 
imzaladı, Azərbaycan imzaladı,  Ermənistan imzaladı.
Bu  imzalarla  Naxçıvanın Azərbaycanın  tərkibində olması  təs­
diq  edildi.  Burada  da  əsas  rolu  Türkiyə  oynadı.  Həmin  o  Qars 
müqaviləsinin altında bizim hörmətli  paşamız Kazım Qarabəkir 
paşanın  imzası  var.
1988-ci ildə Ermənistan Azərbaycana təcavüz edən zamandan, 
-   Azərbaycan  hələ  Sovetlər  İttifaqının  daxilində  idi,-  Türkiyə 
Azərbaycanla bir yerdə oldu, Azərbaycana dayaq durdu, erməni 
təcavüzkarlarını pislədi, qınadı. Türkiyə Ermənistan kimi dövlə­
ti indiyə qədər tanımır,  Ermənistanla öz sərhədlərini açmayıb və 
Azərbaycanla  bir yerdədir.
90-93-cü  illərdə,  mən  burada yaşayarkən,  Ermənistanla  Azər­
baycan  arasında  müharibə  gedərkən,  Naxçıvan  ağır  blokada 
şəraitində  olarkən  Naxçıvanın  başçısı  kimi  mən  yenə  də  əlimi 
Türkiyəyə  uzatdım.  Əziz  dostum  Süleyman  Dəmirələ  müraciət 
etdim,  ona  telefon  etdim.  O,  dərhal  köməyə  gəldi.  Biz  bərabər, 
bir  yerdə  körpü  tikdik  -   "Ümid  körpüsü",  "Həsrət  körpüsü" 
tikdik.  O  körpü  Türkiyə  ilə Azərbaycanı  birləşdirdi.  İndi  o  kör­
pü  vasitəsilə siz,  əziz qonaqlarımız, buraya  keçib gəlmisiniz,  biz 
Türkiyəyə  gedib-gəlirik.  1992-ci  il  may  ayının  28-də  bu  körpü­
nün təntənəli açılışını da biz -  başda Süleyman Dəmirəl olmaqla 
Türkiyə hökuməti  və  Naxçıvan  hökuməti,  mən  -  bir yerdə  bay­
ram etdik. Əziz dostum Süleyman Dəmirəllə mənim çox söhbət­
lərim  olub.  Xüsusən  bu  bölgə  haqqında,  Kazım Qarabəkir paşa 
haqqında.  O,  bir  dəfə  mənə  dedi  ki,  bir  kitab  var -   "Suyu  ara­
yan  adam",  onu  sənə  göndərərəm,  oxu.  Mənim  məlumatlarım 
var  idi,  amma  o  istəyirdi  daha  da  çox  olsun.  Aldım,  oxudum, 
çox gözəl bir kitabdır, çox gözəl! Buradakı hadisələr, o cümlədən 
Kazım  Qarabəkir  paşanın  fəaliyyəti,  o  dövr  çox  gözəl  əks  olu­
nubdur. Yəni, hörmətli Süleyman Dəmirəllə mənim aramda olan 
dostluq əlaqələri çərçivəsində biz bu  tarixi bir yerdə təhlil etmiş, 
bir yerdə düşünmüşük.
___________________________________  _________Heydar Əliyev siyasdti: TOLERANTLIQ
325


İndi  xoşbəxtlikdir,  bəxtiyarlıqdır  ki,  biz  bu  günlərə  gəlib  çat­
mışıq.  Türkivə-Azərbaycan  dostluğu,  qardaşlığı  möhkəm  olub, 
sarsılmazdır və əbədi  olacaqdır!
Hörmətli  Diyanət  İşləri  başkanı  dedi  ki,  bu,  Heydər  Əliye­
vin  əsəridir.  Mən  buna  çox  məmnunam,  amma  eyni  zamanda, 
həqiqət də budur ki, mən burada işləyərkən körpünü açdıq, yol­
lar  açıldı,  getdik-gəldik.  Mən  rica  etdim  ki,  Türkiyə  buraya  hər 
türlü  yardımlar  edir,  amma  burada  bir  məscid,  came  də yaran­
sın.  Çünki  xalqımız 70  il  dindən  ayrı  düşüb.  Yəni  qəlbində  dini 
saxlayıb,  amma din  yasaq,  qadağan olunubdur,  Naxçıvanda Al­
lah  evi  azdır,  bunu  etmək  lazımdır.  Mənim  bu  ricam  da  qəbul 
edildi. Diyanət İşləri Bakanlığının qərarı ilə bu camenin tikilməsi 
üçün  yer  axtarıldı.  Biz  birlikdə  bu  yeri  tapdıq.  Sonra  camenin 
layihəsini  gətirdilər,  baxdıq və onun əsası qoyuldu.
Sonra  mən  Bakıya  getdim,  Azərbaycana  rəhbərliyə başladım. 
Amma  daim  maraqlanırdım  ki,  burada  inşaat,  tikinti  necə  ge­
dir,  nə  vaxt  qurtaracaq.  Çünki  tələsirdim  ki,  gəlib  bu  cameni 
görüm  və  onun  açılışında  iştirak  edim.  Allah  bu  qisməti  mənə 
verdi. Ona görə mən böyük iftixar hissi ilə bu  təntənəli, hörmətli 
məclisdə iştirak edirəm və bu hadisə münasibətilə sizin hamınızı 
ürəkdən  təbrik edirəm.
Türkiyədən  gələn  qonaqlarımızın  hamısı  bizim  üçün  əzizdir. 
Ancaq buraya gələnə və Türkiyənin böyük elçisi mənə məlumat 
verənə  qədər  heç  bilmirdim  ki,  hamımız  üçün  çox  qiymətli  bir 
insanın -  Kazım Qarabəkir paşanın qızı da buradadır, o da bura­
ya  gəlibdir.  Əziz bacım,  siz bizim  üçün  çox qiymətlisiniz,  Azər­
baycan  xalqı  üçün  qiymətlisiniz,  naxçıvanlılar  üçün  qiymətlisi­
niz. Çünki sizin qəhrəman atanız Azərbaycan xalqı  üçün,  Naxçı­
van üçün böyük xidmətlər göstərib və böyük irs qoyub gedibdir. 
Ona görə də mən  təşəkkür edirəm ki, siz buradasınız. Sizi xüsusi 
salamlayır və öz təşəkkürümü  bildirirəm.
Əziz  dostlar,  sizi  bir  daha  təbrik  edirəm.  Güman  edirəm  ki, 
artıq biz lenti bərabər kəsməliyik. Sağ olun.
Heydər Əliyev siyasəti: TOLERANTLIQ 
__  
_____ ___  __ _____ _______
326
Heydor Əliyev siyjs.ılı  TOLERANTLIQ
AZƏRBAYCANDAKI  DİNİ  KONFESSİYALARIN 
BAŞÇILARI  İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı,  16 noyabr 1999-cıı il
Heydər  Əliyev: 
Siz  bilirsiniz  ki,  Birləşmiş  Millətlər  Təşkila­
tının  UNESCO  təşkilatı  1995-ci  ildə  özünün  qərarı  ilə noyabrın 
16-ıu  dünyada  dözümlülük  günü,  səbirlilik,  tolerantlıq  günü 
elan  etmişdir.  XX  əsrin  sonunda  demokratikləşmə  prosesinin 
Yer kürəsinin  bir çox ölkələrini  əhatə etdiyini  və  insan hüquqla­
rının mühüm amil kimi ön plana çəkildiyini nəzərə alsaq, bu, çox 
vacib qərardır.  Bu  münasibətlə də mən istədim sizinlə görüşəm, 
ölkəmizdə bu məsələnin nə vəziyyətdə olduğunu, qısaca da olsa, 
birlikdə təhlil edək, mən sizi dinləyim və öz fikirlərimi deyim.
Bildiyiniz  kimi,  tolerantlıq,  dözümlülük  çox geniş anlayışdır. 
O,  həm  insani  münasibətlərin,  həm  insan  cəmiyyətində  gedən 
proseslərin,  həm  də  dövlətlərarası,  millətlərarası,  dinlərarası 
münasibətlərin bir çox cəhətlərinə aiddir.
Bilirəm  ki,  siz  -   hörmətli  Şeyx  Allahşükür  Paşazadə,  bizim 
Qafqaz  Müsəlmanları  İdarəsi,  Azərbaycanın  Xristian  Pravoslav 
konfessiyası, Azərbaycanın Yəhudi konfessiyası və bütün başqa­
ları -  öz işinizi məhz bu istiqamətdə aparırsınız, buna böyük əhə­
miyyət  verirsiniz.  Bununla  belə,  görünür,  bayaq  dediyim  kimi, 
UNESCO-nun  1995-ci  il  iyun  ayının  16-da  qəbul  etdiyi  qərara 
hörmət  edərək,  zəmanəmizin  bu  vacib  tələbinin  həyata  keçiril­
məsinə hamımız daha böyük diqqət yetirməliyik.
Mən  məmnunam  ki,  ölkəmizdə,  müstəqil  Azərbaycanda 
müxtəlif  millətlərə  mənsub  olan  insanlar  Azərbaycanın  vətən­
daşları  olaraq  sülh  və  əmin-amanlıq  şəraitində  yaşayır,  bir-bi­
rinə hörmət bəsləyirlər. Bir dinin nümayəndələrinin digərinə, bir 
konfessiyanın  başçısına  hörmətsiz  münasibət  bəsləməsinə  dair 
heç bir  fakt yoxdur.  Cəmiyyətimizdə çox  mürəkkəb proseslərin
327


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə