Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə78/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   74   75   76   77   78   79   80   81   ...   112

birlikdə Allahın nurundan yapışın və ondan ayrılmayın. Söz ve­
ririk ki, bundan sonra da belə olacaqdır.
Heydər Əliyev: Sağ olun, Şeyx.
Aleksandr Ata (Rus Pravoslav Kilsəsi Bakı  və Хзгзгуат   Yeparxi- 
yasımıı yepiskopu): Zati-aliləri, çox hörmətli  cənab Prezident!
İcazə  verin,  bu  görüşə  imkan  yaratdığınıza  görə  Sizə  dərin 
minnətdarlığımı  bildirim  və  hazırda  Azərbaycanda  mövcud 
olan müasir dini həyatın problemləri barəsində fikrimi söyləyim.
Azərbaycan xalqı həqiqətən çox tolerantlı xalqdır.  Bu ilin yan­
varında  Moskvada  mənə  Bakı  və  Xəzəryanı  yepiskopu  rütbəsi 
verilərkən  söylədiyim  xüsusi  nitqdə  bunu  vurğulamışam.  Bu 
gün  burada  eşitdiklərimizə  əsasən  inamla  demək  olar  ki,  BMT- 
nin, UNESCO-nun elan etdiyi bu bayram -  tolerantlıq günü həm 
də Azərbaycanın milli bayramıdır. Çünki tolerantlıq Azərbaycan 
xalqının özünəməxsus, xarakterik xüsusiyyətidir.
Bizim Azərbaycanda  dini  həyatın  problemlərinə  Sizin belə  də­
rindən diqqət yetirməyiniz məni çox sevindirdi.  Başqa cür ola bil­
məzdi.  Sizin  kimi  müdrik  bir  siyasətçi  Azərbaycan  Respublikası 
xalqının həyatının bu sahəsinə də diqqət yetirməyə bilməz.
Son vaxtlar ərzində baş vermiş hadisələr ilk növbədə onu göstərir 
ki, Azərbaycan hökuməti  vicdan azadlığına, dini etiqad  azadlığına 
əməl olunması prinsipləri üzərində həqiqətən möhkəm dayanır. Bir 
çox din xadimlərinin onilliklər ərzində mübarizə apardığı məsələlər 
Azərbaycanda  təkcə kağız üzərində bəyan edilmir,  həm  də  həyat­
da yerinə yetirilir, Azərbaycan Respublikasının ictimai həyatının əsl 
qanunudur. Azərbaycanda pravoslav kilsəsinin nümayəndəsi kimi
mən buna şahidlik edə bilərəm.
Təəssüf ki, mövcud qanunun çərçivəsindən kənara  çıxan bəzi 
hadisələr son  vaxtlar bizim  dini  həyatımızda  xoşagəlməz  ovqat 
yaratmışdır.  Lakin  zənnimcə,  baş  vermiş  və  dini  həyatımıza 
müəyyən  uyğunsuzluq  gətirmiş  həmin  hadisələrin Azərbaycan 
ərazisində yayılmış ənənəvi  dinlərə heç bir dəxli  yoxdur.  Çünki 
Azərbaycanda  ənənəvi  dünya  dinləri  liderlərinin  qarşılıqlı  ün­
siyyəti,  həm  də  təkcə  onların  deyil,  sıravi  dindarların  ünsiyyəti
Hevdor Əliyev sıyasoti: 
TOLERA N T L I Q __________________________________________
336
Hgydar Əliyev siyasolı: TOLERANTLIQ
göstərir ki, Azərbaycanda dini dözümlülüyə və dini həyatımızın 
bu sahəsindəki qanunvericiliyin əsas normalarına  əməl olunur.
Amma kütləvi informasiya vasitələri həmin hadisələrə, o cüm­
lədən lüteran icmasında və daha haradasa baş vermiş hadisələrə 
ayrı  cür  don  geyindirməyə  çalışmışlar.  Bəzən  bizə  də  müraciət 
edir  və  buna  bənzər  hadisələri  şərh  etməyimizə  cəhd  göstərir­
dilər.  Mən  cavab  verməli  olurdum  ki,  kütləvi  informasiya  va­
sitələrinin  siyasi  şərhçisi  deyiləm,  cənab  Prezidentin  hərəkətlə­
rinin  şərhçisi  deyiləm  -  bundan ötrü  Prezidentin  mətbuat katibi 
var. Həmin məsələlər barəsində bu gün Sizin dedikləriniz də sü­
but edir ki, Siz bu problemlərin ədalətli həllinə çox böyük maraq 
göstərmisiniz.
Mən Sizə həm öz şəxsi minnətdarlığımı, həm də dindar pravos­
lav xristianların -  təkcə pravoslavların deyil, bizdə xristian  məz­
həbləri  çoxdur,  molokanlar,  baptistlər,  adventistiər  də var -   di­
gərlərinin  də  dərin  minnətdarlığını  bildirmək  istəyirəm.  Bizim 
Azərbaycan  Respublikasında  onların  hamısı  eyni  hüquqlardan 
istifadə edirlər və Azərbaycan Respublikasının dini etiqad  azad­
lığı haqqında qanunvericiliyi müxtəlif dinlərin nümayəndələrinə 
eyni dərəcədə şamil olunur.
Cənab  Prezident,  biz  bilirik  ki,  İstanbula  zirvə  görüşünə  ge­
dirsiniz,  orada  həm Avropa,  həm  də Asiya  dövlətlərinin müasir 
siyasi  həyatının  bir  çox  problemləri  həll  ediləcəkdir.  Sizin  zəh­
mətinizə Allahdan  kömək diləyir və arzu edirəm ki,  zirvə görü­
şündə bu  problemləri  uğurla  və Azərbaycan  Respublikası  üçün 
faydalı şəkildə həll etməyinizə Tanrı özü yardımçı olsun.
Siz  burada  əmin-amanlığın  bərqərar  olması,  xalqın  rifahının 
yüksəlməsi,  insan hüquqlarına  dair əsas  beynəlxalq  normaların 
Azərbaycan  Konstitusiyasında  öz  ifadəsini  tapması  üçün  çox 
iş  görmüsünüz.  Arzu  edirəm  ki,  Siz  bu  dəfə  də,  İstanbul  zirvə 
görüşündə  Azərbaycan  xalqının  nümayəndəsi  və  Azərbaycan 
Respublikasının  başçısı  missiyanızı  uğurla  yerinə yetirəsiniz  və 
Azərbaycan  həmin  toplantıda  əldə olunacaq  xeyirxah  bəhrələr­
dən istifadə edə bilsin. Sizə təşəkkür edirəm.
337


Hfvdor 
Əliyev siyasoli: 
TOLERANTLIQ
Heydər Əliyev: Çox sağ olun.
Semyon  İxiilov  (Dağ  Yəhudiləri  Dini  İcmasının  başçısı):  Çox 
hörmətli cənab Prezident, Zati-aliləri!
Biz çox mütəəssir olduq ki, Siz məhz belə bir gündə, belə cid­
di konfransa -  zirvə görüşünə getmək ərəfəsində, UNESCO-nun 
elan  etdiyi  dözümlülük  günündə  bizi  dəvət  etməyə  və  tole­
rantlıq  mövzusunda  söhbətə  vaxt  tapmısmız.  Tolerantlıq  ciddi 
məsələdir.
Azərbaycanda  yaşayan  yəhudilərin  hüquqları  heç  vaxt  nə 
rəhbərlik  tərəfindən,  nə  də  sadə  insanlar  tərəfindən  pozulma­
mışdır, biz həyatımızda antisemitizmin nə olduğunu heç zaman 
bilməmişik.
Bizim  işimizə  gəldikdə  isə,  əsas  konfessiyalar  dostluq  şərai­
tində  fəaliyyət  göstərirlər.  Onlar  İslama  etiqad  edən  Şeyxülis­
lam  Allahşükür  Paşazadə  həzrətlərinin,  pravoslavlığa  etiqad 
edən möhtərəm  Aleksandr ata həzrətlərinin və bizim -  iudaizmə 
etiqad  edən  yəhudilərin  şəxsində  təmsil  olunmuşlar.  Həqiqətən 
də  şeyximiz  başda  olmaqla,  bizim  fəaliyyətimizdə  hər  şey  elə 
əlaqələndirilmişdir  ki,  heç yerdə  və  dünyanın  heç bir şəhərində 
belə dostluq, həmrəylik yoxdur. Buraya  kim gəlirsə gəlsin -  istər 
ATƏT-dən, istərsə də digər nümayəndə heyətləri, hətta Amerika­
dan, İsraildən, başqa ölkələrdən gələn yəhudi nümayəndə heyət­
ləri, sadəcə, heyrətlənirlər, bəziləri isə heyran qalırlar. Zənnimcə, 
bunun arxasında hansısa həsəd  də var. Tamamilə mümkündür.
Başqa  bir  cəhəti  də  vurğulamaq  istəyirəm.  Əgər  hansısa  bir 
məsələ  qalxırsa,  hansısa  icmanın  daxilində  kiçik  münaqişə  ya­
ranırsa,  biz,  şeyx  başda  olmaqla,  yığışır  və  bunları  dərhal  həll 
edirik. Siz bir dəfə belə bir  fikir demişdiniz:  Mən Azərbaycanda 
din sarıdan məsələsi və ya hansısa münaqişə olursa, üçü bir yerə 
yığışır,  müzakirə  edirlər  və  hər  şey  qaydasına  düşür.  Siz  bunu 
demisiniz və həqiqətən  də belədir. Allaha şükürlər olsun ki, biz­
də hər şey belə yaxşıdır.
338
Heydor Olıyev slv.ls.ni: TOLERANTLIQ
Hesab edirəm  ki, heç bir ölkədə,  hətta keçmiş SSRİ ərazisində 
heç  bir  Prezident  vaxt  tapmaz,  xatırlamaz  ki,  tolerantlıq  nədir, 
xüsusən belə ciddi səfər ərəfəsində din xadimlərini dəvət etməz, 
bu mövzuda  danışmaz.  Zənnimcə,  bu,  bizim  həmişə  və  indi  də 
inandığımız cənab Prezidentimizin böyük üstünlüyüdür. Biz yə­
hudilər bir nəfər kimi  Sizə  səs vermişik.  Nə  üçün? Ona  görə  ki, 
Sizin  siyasi  xəttinizi  başa  düşürük,  belə  xətt  zəruridir.  Əslində 
biz də elə bununla yaşayırıq.
Biz inanırıq ki,  Siz Türkiyəyə zirvə görüşünə gedərkən  Lissa­
bon  sammitindən olduğu  kimi,  oradan  da  sevinclə qayıdacaqsı­
nız. Xatirimdədir, o zaman çox böyük sevinc vardı, Siz bu barədə 
çox danışmısınız. Ancaq istərdik ki, bu sevinc indi Lissabon sam- 
nıitindəkindən daha yaxşı  olsun.  İstəyirik ki,  hər şey Azərbayca­
nın xeyrinə qurtarsın,  torpaqlarımız geri qayıtsın.
Bilirik ki, Qarabağ məsələsi Sizin üçün ən ağrılı  məsələdir. O, 
çox mürəkkəbdir. Aydındır ki,  onu  belə asanlıqla həll  etmək ol­
maz,  bundan  ötrü  illər  lazımdır.  Bəlkə  də  həmin  il  gəlib  çatıb, 
ola  bilsin,  insanlar,  nəhayət,  başa  düşəcəklər  ki,  bir  milyondan 
artıq  adam  qeyri-insani  şəraitdə,  çadırlarda  yaşaya  bilməz.  Ola 
bilsin  tolerantlıq  sözünü  onlar  da  yaxşı  mənada  başa  düşəcək­
lər.  Çox  istəyirik  ki,  bu  məsələ,  nəhayət,  həll  edilsin.  Mən  çox 
istəyirəm  ki, Azərbaycanda yaşayan bütün xalqlar biz yəhudilər 
kimi inansınlar ki, Qarabağ məsələsi yaxın gələcəkdə həll oluna­
caq  və  qaçqınlarımız öz  evlərinə,  doğma  ocaqlarına  qayıdacaq­
lar.  Zənnimcə,  onda  hər  şey  şəhərdə  də,  kənddə  də  qaydasına 
düşəcəkdir.
Ən  başlıcası  odur  ki,  Siz  heç  vaxt  hiss  etməmisiniz  və  eşit- 
məmisiniz  ki,  dini  zəmində  bizim  hansısa  münaqişəmiz  olsun. 
Bu,  heç vaxt olmayıb  və zənnimcə,  heç zaman  da  olmayacaqdır. 
Çünki  bizə Sizin  kimi  Prezident və  Şeyxülislam Allahşükür Pa­
şazadə həzrətləri kimi insan başçılıq edir.
Cənab  Prezident,  mən  Sizə  çox  minnətdaram.  İlk  növbədə 
ona görə  ki,  Siz bizim  hamımıza  eyni  gözlə baxırsınız.  İstər yə­
hudilərin,  istərsə də hər hansı başqa millətin bayramı olsun,  Siz
339


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə