Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə76/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   72   73   74   75   76   77   78   79   ...   112

getdiyi  bir  şəraitdə,  Azərbaycanın  Ermənistanla  artıq  12  il  mü­
haribə vəziyyətində olduğu,  Ermənistanın  təcavüzü  nəticəsində 
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı birləşmələri 
tərəfindən  işğal  edildiyi,  bir  milyondan  çox  azərbaycanlının  öz 
yurd-yuvalarından  qovulduğu  bir  şəraitdə,  1988-ci  ildə  Dağlıq 
Qarabağ  üstündə  başlanmış  münaqişənin  respublikada  sosial, 
siyasi  vəziyyəti,  o  cümlədən  dini  vəziyyəti  son  dərəcə  mürək­
kəbləşdirdiyi bir şəraitdə bunu ölkəmizin çox mühüm nailiyyəti 
hesab  edirəm.  Bəzi  insanlar ermənilər  tərəfindən  olan  təcavüzə 
etiraz edərək ekstremizm,  terrorizm həddinə çatmışdılar və təbii 
ki,  tolerantlıq, dözümlülük prinsiplərinə zidd faktlar çox idi.
Amma  1993-cü  ildən  başlayaraq  Azərbaycanda  ictimai-siyasi 
sabitliyə nail olduğumuz və bu sabitliyi pozan, özlərinin cinayət­
kar,  antihumanist  hərəkətləri  ilə  Azərbaycanın  və  Azərbaycan 
xalqının  nüfuzuna  zərər  vuran  qüvvələri  cəmiyyətdən  ardıcı) 
surətdə  təcrid  etməyə  müvəffəq  olduğumuz  dövrdən  etibarən, 
hesab edirəm,  respublikamızda  çox əlverişli  şərait  yaranmışdır. 
Azərbaycanda müxtəlif millətlərə, müxtəlif dinlərə, müxtəlif mə­
dəniyyətlərə  mənsub  olan  insanların  yaşaması  buna  sübutdur. 
Onlar  sülh  və  həmrəylik  şəraitində  yaşayırlar,  bu  və  ya  başqa 
dinə,  bu  və ya  digər mədəniyyətə, Azərbaycanda  məskunlaşmış 
xalqların  adət-ənənələrinə,  mənəviyyatına  dözümsüzlük  göstə­
rilməsi  barədə heç bir fakt yoxdur.  Bu, çox böyük nailiyyətdir.
Azərbaycanın Prezidenti olaraq mən məmnunam ki, bayaq de­
diyim  kimi,  Ermənistanın  təcavüzü nəticəsində mürəkkəb şərait­
də  olmasına,  digər  tərəfdən  müxtəlif  xarici  qüvvələrin  təzyiqinə 
məruz  qalmasına  baxmayaraq,  ölkəmiz  ictimai-siyasi  sabitliyi 
qoruyub saxlayır,  müxtəlif millətlərdən,  müxtəlif dinlərdən olan, 
müxtəlif  adətlərə,  müxtəlif  mədəniyyətə  mənsub  olan  insanlar 
arasında  dostluq  münasibətlərini  təmin edir.  Elə bunun özü  tole­
rantlıqdır, baxmayaraq ki, tolerantlıq çox geniş anlayışdır, özündə 
çox mənaları  birləşdirir.  İndi burada  başqa sahələr  haqqında  da­
nışmaq istəmirəm. Tolerantlıq münaqişələrin, terrorizmin, ekstre­
Hevdor Əliyev siyasoli: TOLERANTLIQ________ ____ _________________________________
328
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
mizmin,  separatizmin olmamasını  tələb edir.  Bunlar  hamısı  tole­
rantlıq anlayışına daxildir.
Ancaq  təəssüf  ki,  Azərbaycanda  1988-ci  ildə  Respublikamız 
Ermənistan  tərəfindən  təcavüzə  məruz  qaldığı  vaxtdan,  1990-cı 
ildə  Sovetlər  İttifaqının  kommunist  rəhbərliyi  öz  xalqına  qarşı 
daxili təcavüz etdiyi vaxtdan başlayaraq, insanların əhval-ruhiy­
yəsində ciddi  dəyişikliklər baş verdi. Açığını deyim ki,  məsələn, 
Azərbaycanda bəzi insanlar indiyədək belə fikirləşirlər və əhaliyə 
də  belə  təlqin  etməyə  çalışırlar ki,  görürsünüz,  1990-cı  ilin  yan- 
varındakı hadisələr Rusiya tərəfindən Azərbaycana qarşı edilmiş 
təcavüzdür,  çünki  rus  əsgəri  tanklarla  və  sairə  ilə Azərbaycana 
daxil olmuş, bir gecədə çoxlu insan həlak olmuş, Bakının küçələ­
rində  qan  tökülmüşdür.  Halbuki  bu,  belə  deyildir.  Bu,  o  zaman 
idi  ki,  biz  hamımız bir dövlətin -  Sovetlər  İttifaqının  tərkibində 
idik,  xalqlar  dostluğu,  beynəlmiləlçilik  prinsipi  mövcud  idi.  Bir 
ordu  -   sovet  ordusu  vardı,  Sovetlər  İttifaqında  yaşayan  bütün 
xalqların  nümayəndələri,  o  cümlədən  də  azərbaycanlılar  onda 
xidmət edirdilər.  Buna  görə  də  Azərbaycana  qarşı  təcavüzü  bu 
sovet ordusu, bu kommunist rejimi həyata keçirmişdir.
Bir də deyirəm, bəzi insanlar ya bunu başa düşməyərək, yaxud 
da  qəsdən,  millətlərarası  münasibətləri  qızışdırmaq  üçün  həm 
o  vaxt,  həm  də  indiyədək  bunu  Rusiyanın,  az  qala  rus  xalqının 
Azərbaycana  təcavüzü kimi  qələmə verməyə çalışırlar.  Mən hə­
mişə bunun qəti əleyhinə olmuşam. Bu hadisə baş verəndə mən 
Moskvada yaşayırdım,  öz mövqeyimi  orada  açıq şəkildə  bildir­
mişdim.  Azərbaycana  qayıdandan  sonra  da  bu  barədə  həmişə 
çox  obyektiv  danışmışam.  Prezident  olaraq  bu  gün  də  deyirəm 
ki, o vaxt heç bir millətlərarası münaqişələr olmamışdır.
Bununla belə,  həmin hadisə bəzi  insanlarda,  ola  bilsin,  əhali­
nin bəzi təbəqələrində iz buraxmışdır.  Bu şəraitdə də,  hətta  mil- 
lətlərarası münasibətlər baxımından bu hadisəyə düzgün qiymət 
verilməsinin  olduğu  şəraitdə  Azərbaycanda  azərbaycanlılarla 
ruslar  arasında  ən  ideal,  çox  gözəl  münasibətlər  mövcuddur. 
Azərbaycanlılarla  yəhudilər  arasında  münasibətlər  çox  gözəl­
329


dir.  Azərbaycanlılarla  ukraynalılar,  osetinlor,  digər  xalqların 
nümayəndələri  arasında  da  münasibətlər beləcə  gözəldir.  Yəni 
məsələn,  mən  hesab edirəm ki, Azərbaycan xalqı  özlüyündə,  tə­
biətinə  görə,  öz  xarakterinə görə yüksək  tolerantlıq  hissinə  ma­
likdir, Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəl­
man dinində, onun kökündə də tolerantlıq var.
Doğrudur,  son  vaxtlar  dünyanın  müxtəlif  regionlarında 
müsəlmanları  ekstremist,  təməlçi,  tolerantlıq  prinsiplərini  tap­
dalayan insanlar kimi göstərməyə cəhdlər edilir.  Bunu bəzi xris­
tian ölkələrində edirlər. Amma bu ədalətsizlikdir.
Şübhəsiz  ki,  hər bir  xalqın  içərisində,  hər  bir  ölkədə  quldur­
lar,  terrorçular,  cinayətkarlar,  ekstremistlər  var.  Ancaq  bunun 
xalqların  dini  kökləri,  yaxud  onların  dini  prinsipləri  ilə  heç  bir 
əlaqəsi yoxdur.
Mən  bu  barədə  danışarkən  -   bu  mövzuda  lap  çox  danışa 
bilərəm,  bu,  bizim  müasir  həyatımız  üçün  çox  mühüm  və  ma­
raqlıdır  -   hesab  edirəm  ki,  bizim  xalqımızın,  dövlətimizin  son 
illərdəki  ən  mühüm  nailiyyətlərindən  biri  odur  ki,  nəinki  han­
sısa  münaqişəyə,  hətta  azərbaycanlılar tərəfindən digər xalqlara 
və  ya  müsəlman  dini  tərəfindən  xristianlığa  və  əksinə,  Xristian 
dini,  Yəhudi  dini  tərəfindən  müsəlman  dininə  pis  yanaşılması 
hallarını tamamilə aradan qaldıra bilmişik.
Bu, Azərbaycanın  reallığıdır.  Bu baxımdan, hesab edirəm, biz 
cəsarətlə deyə bilərik  ki,  Birləşmiş Millətlər Təşkilatının,  UNES- 
CO-nun  tolerantlığa  nail  olmaq  barədə çağırışını  uğurla həyata 
keçiririk.  Bununla belə,  mən  məhz bu  gün sizinlə görüşmək qə­
rarına gəldim, deyim ki, yaxşı -  onsuz da yaxşıdır, ancaq həmişə 
yaxşı olması  üçün, sabah  bugünkündən  daha  yaxşı olması  üçün 
biz nə etməliyik.
Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası,  dinlərara- 
sı,  etnik  vəziyyət  yüksək  qiymətə  layiqdir.  Bu,  hamının  -  həm 
azərbaycanlıların,  həm  rusların,  həm  ukraynalıların,  həm yəhu­
dilərin digər millətlərdən olan insanların, o cümlədən bizim dini 
konfessiyaların -  Azərbaycanda başlıca dinimiz olan İslam dini­
Heydor Əliyev siyasati: TOLERANTLIQ 
__  ___________ ________________________________
330
nin,  Xristian-pravoslav -  Yəhudi  dinlərinin  səyləri  ilə  əldə  edil­
mişdir. Hesab edirəm ki, bizim nəinki əldə olunmuş nailiyyətləri 
möhkəmləndirməyə, həm də daha çox iş görməyə və bütün dün­
yaya  nümayiş  etdirməyə  imkanımız  var  ki,  əhalisinin  əksəriy­
yəti baxımından müsəlman ölkəsi olan Azərbaycanda həqiqətən 
demokratik,  hüquqi,  dünyəvi  dövlət  qurulur,  burada  dünyəvi 
cəmiyyət  artıq  formalaşmışdır,  tolerantlıq  prinsipi  nəinki  möv­
cuddur, həm də hakim  mövqe tutur.
Siz bilirsiniz,  son  vaxtlar müəyyən hallar olub  ki,  bizim  inzi­
bati orqanlar bəzi dinlərin, o cümlədən lüteran, apostol məzhəb­
lərinin  nümayəndələrinə  qarşı  bəzi  inzibati  tədbirlər  görüblər. 
Yəni  bəziləri  hesab  edib  ki,  baptistlərin,  daha  hansısa  sektanın 
ayrı-ayrı  nümayəndələri  azərbaycanlıları  bu  dinə  döndərməyə, 
başqa sözlə,  müsəlmanı xristian, baptist,  katolik,  nə  bilim,  daha 
nə etməyə cəhd göstərirlər. Açıq deyirəm, bu işdə ciddi səhvlərə 
yol verilmişdir.
Mən  bunu  eşidəndə,  xüsusən  də  Amerika  Birləşmiş  Ştatları­
nın  bəzi  konqresmenlərindən,  Azərbaycanın  böyük  dostu,  ABŞ 
senatoru  Braunbekdən mənə bu hallarla əlaqədar narahatlıq bil­
dirən  məktublar  gələndə  Təhlükəsizlik  Şurasının  xüsusi  iclası­
nı  çağırdım.  Müvafiq  rəhbər  işçiləri  dinlədim,  vəziyyətlə  tanış 
oldum,  lazımi  göstərişlər  verdim.  Göstərişlər  isə  ondan  ibarət­
dir  ki,  insan  azaddır,  insan  azadlığı  bütün  sahələrdə  azadlığın 
olmasını  nəzərdə  tutur.  Biz  şəxsiyyət  azadlığını  Azərbaycanda 
demokratik  cəmiyyətin  başlıca  amili  elan  etmişik.  Demokratik­
ləşdirmə  və  demokratik  dövlət quruculuğu,  demokratik cəmiy­
yətin formalaşdırılması hər şeydən öncə şəxsiyyət azadlığını, in­
san  azadlığını,  söz azadlığını,  mətbuat azadlığını,  bir sözlə,  bü­
tün insan azadlıqlarını,  dini etiqad  azadlığını,  vicdan  azadlığını 
nəzərdə tutur. İnsan azaddır.  Hansı Allaha sitayiş etmək istəyir­
sə, qoy ona da sitayiş etsin. İnsanı bir dindən başqa bir dinə keç­
məyə  məcbur  etmək  olmaz.  Əgər  insan  özü  daxilən  bunu  istə­
yirsə,  onda  bunu  heç kim  ona  qadağan  edə  bilməz.  Mən  doğru 
deyirəm, ya yox? Siz mənimlə razısınızmı?
______________________________________ Heydər Əliyev siyasəti: TOLERANTLIQ
331


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə