Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hcvdor Əliyev siyasati: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə79/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   75   76   77   78   79   80   81   82   ...   112

Hcvdor Əliyev siyasati: TOLERANTLIQ
bunlardan  heç  birini  unutmur,  bizi  həmişə  təbrik edirsiniz.  Elə 
bir  hal  olmayıb  ki,  hansısa  bir  tədbirdə  Siz  bizimlə  salamlaşıb 
görüşməyəsiniz, soruşmayasınız ki, işləriniz necədir, nə kimi ye­
niliklər var? Allaha şükür,  hər şey yaxşıdır və biz həmişə vəziy­
yətimizə görə fəxr edirik. Camaatın gözü qarşısında, o cümlədən 
səfirlərin  də  iştirak  etdikləri  tədbirlərdə  hər  dəfə  bizə  müraciət 
etməyiniz bizdə fərəh hissi  doğurur.
Çox  sağ  olun.  Sizə  yaxşı  yol  arzulayırıq.  Allahın  köməyi  ilə 
xoş xəbərlərlə qayıdm, biz Sizi qarşılayacağıq.
Mixail  Bekker  (Avropa  Yəhudiləri  Dini  İcmasının  başçısı):  Za­
ti-aliləri, əziz Heydər Əlirzaoğlu!
Avropa  yəhudiləri  icması  Sizə  Mustafa  Kamal  Atatürk  adına 
Beynəlxalq Sülh Mükafatının təqdim olunması münasibətilə Sizi 
təbrik  edir.  Bu,  siyasi  lider  kimi  Sizin  görkəmli  xidmətlərinizin 
şəksiz  etirafı  və  bizim  dövlətimizin  beynəlxalq nüfuzunun  şək­
siz etirafı  deməkdir.
Müdrik  və  düşünülmüş  milli  siyasətinizə  görə  Sizə  minnət­
darıq. Siz bilirsiniz ki, Avropa yəhudiləri  uzun müddət müxtəlif 
ölkələrdə təqiblərə və zülmə məruz qalıblar. Biz yalnız Azərbay­
canda,  yəhudilərə  həmişə  səmimi  münasibət  göstərilən  ölkədə 
özümüzə əsl Vətən tapmışıq.
Azərbaycan həmişə çoxmillətli dövlət olub və olacaqdır. Azər­
baycanda həmişə müxtəlif millətlərin nümayəndələri yaşayıb və 
yaşayacaqdır.  Bizim  tolerantlığı öyrənməyə ehtiyacımız yoxdur, 
bilirik ki, Azərbaycan xalqı digər xalqlara qarşı həmişə tolerantlı 
olmuşdur.  Biz,  sadəcə,  müxtəlif  xalqlar,  müxtəlif  konfessiyalar 
və mədəniyyətlər arasındakı bu dostluq, əməkdaşlıq ənənələrini 
inkişaf etdirməliyik.
Siz  "Bakılı"  Cəmiyyəti  haqqında  danışdınız.  Bəli,  bizim  belə 
bir dairəmiz,  bakılı deyilən  camaatımız yaranmışdır.  Zənnimcə, 
belə şey heç yerdə yoxdur. Keçmiş Sovet İttifaqı ərazisində bəlkə 
də  yalnız  odessalı  və  mən  dediyim  kimi,  bakılı  ola  bilər.  Bu  iki 
"millətə"  dünyanın  bütün  ölkələrində  xüsusi  hörmət  bəsləyir­
340
Heydor Oliyev siyaseti: TOI.ERANTUQ
lər. Yəhudilər "Bakılı"  Cəmiyyətini ona görə yaradıblar ki, onlar 
həqiqətən Bakını xatırlayırlar, Azərbaycana doğrudan da kömək 
etmək  istəyirlər və bütün  qüvvə və imkanlardan istifadə edərək 
kömək göstərirlər.
Mən  "Bakılı"  Cəmiyyətinin  qəzetini  oxumuşam,  Nyu-Yorkda 
çıxan,  Birləşmiş  Ştatlann  digər  yerlərində çıxan  qəzetləri  oxumu­
şam.  Hazırda Azərbaycandakı yəhudilər haqqında  kitab yazıram, 
material toplayıram, həmin qəzetlər evimdədir.  Hamı Azərbaycan 
xalqına  çox  səmimi  və  çox  dostcasına  yanaşır,  çünki Azərbaycan 
xalqı özü hamıya  belə münasibət bəsləyir. Azərbaycan xalqı digər 
xalqlara daim belə yanaşmış, başqa xalqm ağrı-acısını həmişə başa 
düşmüşdür.  Bu,  bizim üçün, yəhudilər üçün çox qiymətli,  çox va­
cibdir.  Çünki  biz  tez-tez  əzab çəkmişik,  ona  görə  də  başqalarının 
əzablarının nə demək olduğunu bilirik.
Biz  inanırıq  ki,  regionumuzda  sülh  olacaqdır.  Sülhün  bərqə­
rar olması  ilə  təkcə Azərbaycanın  deyil,  həm  də  bizimlə  qonşu 
olan  bütün  dövlətlərin  tərəqqisi  başlanacaq,  Azərbaycan  ərazi­
sində yerləşən bütün cəmiyyətlərin,  icmaların tərəqqisi  başlaya­
caqdır. Biz Azərbaycanın həmişə məşhur olan mədəniyyəti, elmi 
və  incəsənətinin  yenidən  yüksəlişini  görəcəyik.  Ümid  edirik  ki, 
bu, baş verəcəkdir.
Biz  İstanbul  səfərində  Sizə  yaxşı  yol  arzulayır,  böyük  uğur­
lar diləyirik. Arzu edirik ki, regionumuzda, nəhayət, sülh olsun. 
Hər şeyə görə çox sağ olun.
Mark Palaqaşvili (Ciircii Yəhudiləri Dini İcmasının başçısı): Hör­
mətli Heydər Əlirza oğlu, həmişə olduğu  kimi,  söz demək üçün 
mənə  çox  az  vaxt  qalır.  Biz,  o  cümlədən  də  mən  burada,  Sizin 
görüşünüzdə olduğumuza,  təbriklərinizi  eşitdiyimizə görə Sizə 
minnətdarıq.  Biz  özümüz  də  çox  şey  demək  istəyirik.  Hər  hal­
da,  mən  istəyirəm  ki,  belə görüşlər digər dövlətlər üçün etalon, 
nümunə olsun. Qoy hamı bizə baxsın, bizə həsəd aparsın və heç 
olmasa,  nəyisə  təkrar edə  bilsinlər.  Bu,  bizim  fəxarətlərimizdən 
biri olardı.
341


Mən Bakıda doğulmuşam və 65 illik həyatımda heç bir pozun­
tu, ekstremizm, antisemitizm və s. hiss etməmişəm. Ona görə də 
Azərbaycanda  yaşayan  gürcü  yəhudiləri  adından  Sizə  bir  daha 
dərin  minnətdarlığımı  bildirirəm.  Habelə  ümid  edirəm  ki,  biz 
əldə etdiklərimizlə kifayətlənməyəcək, daim irəliləyəcəyik.
Sizə  yaxşı  yol  olsun,  respublikamız  üçün  zəruri  bütün  təşəb­
büsləriniz və yaxud arzularınız yerinə yetsin. Çox sağ olun.
Heydər Əliyev: Hörmətli dostlar, əvvəla, ümumən və o cüm­
lədən  Azərbaycanda  dinin  vəziyyəti,  ölkəmizdə  ictimai-siyasi 
şərait  haqqında  çox  qiymətli  sözlərinizə,  çox  qiymətli  fikirləri­
nizə görə sağ olun.
Bilirəm  ki, siz həmişə bizim xəttimizi dəstəkləyirsiniz, həmişə 
obyektiv  və  ədalətli  mövqe  tutursunuz.  Yəni  Siz  bizim  xəttimi­
zi  kor-koranə  dəstəkləmirsiniz,  məhz  obyektivlik,  ədalətlilik 
mövqeyindən  dəstəkləyirsiniz.  Əminəm  ki,  biz  sizinlə  bundan 
sonra da belə əməkdaşlıq edəcəyik.
Mən məmnunam ki, biz bu gün görüşə bildik. Siz doğru dedi­
niz,  mən sabah İstanbula  uçuram. Məsələlər olduqca çoxdur. Bu 
gün mənim bir dəqiqə də vaxtım yoxdur, elə əvvəlki günlərdə də 
olmamışdır.  Ancaq  dünən  dedim  ki,  din  xadimlərini toplamağa 
çalışsınlar.  Mənə dedilər ki, Şeyxülislam  xaricə gedir.  Dedim  ki, 
əgər  mümkündürsə,  qoy  bir  gün  gözləsin,  biz  görüşək.  Çünki 
məhz bu  gün görüşmək,  danışmaq, bugünkü sözlərimizi demək 
lazım idi.
Mən Azərbaycanın dövlət təhlükəsizliyini möhkəmləndirmək 
üçün hər şey edirəm.  Bu  sülhdür.  Mən hər şey edirəm ki,  Ermə­
nistan-Azərbaycan  münaqişəsini sülh  yolu  ilə  aradan  qaldıraq, 
işğal  olunmuş  torpaqları  sülh  yolu  ilə  azad  edək,  vətəndaşları­
mızı -  azərbaycanlıları öz doğma yerlərinə qaytaraq. Sülh isə to­
lerantlığın  ən  başlıca  amilidir.  Mən  bunu  edirəm  və  edəcəyəm, 
ümidvaram ki, biz qarşıya qoyduğumuz məqsədə nail ola biləcə­
yik. Biz həmişə sizin də dəstəyinizdən, sizin dualarınızdan istifa­
də etmişik.  Hesab edirəm  ki,  sizin bugünkü,  İstanbula ATƏT-in 
Zirvə görüşünə yola düşməyim ərəfəsindəki dualarınız bu və bir
Heydər Əliyev siyəsoli: T O L E R A N T L IQ ______________________________ __________________
342
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
çox başqa məsələləri həll etməkdə mənə kömək olacaqdır.
Hamınıza təşəkkür edirəm. Hamınıza cansağlığı arzu edirəm. 
Siz öz dini  icmalarınıza  -  həm  müsəlmanlara,  həm xristianlara, 
həm  yəhudilərə  və  başqa  icmaların  hamısına  mənim  bugünkü 
sözlərimi  çatdırın,  mənim  hörmət-ehtiramımı,  səmimi  salamla­
rımı çatdırın. Sağ olun.
343


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə