Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hevdor Əliyev sivasoti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə80/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   76   77   78   79   80   81   82   83   ...   112

Hevdor Əliyev sivasoti: TOLERANTLIQ
AZƏRBAYCAN  XRİSTİANLARINA
Hörmətli  həmvətənlər!
Xristianların  müqəddəs  Milad  bayramı  -   İsa  peyğəmbərin 
mövludu  münasibətilə  sizi  ürəkdən  təbrik  edir,  bu  əziz  gündə 
hamınıza ən xoş arzularımı bildirirəm.
Bu  mübarək bayram  2000-ci  ildə bütün  dünyada  olduğu  kimi, 
Azərbaycanda da xüsusi təntənə ilə qeyd edilir.  Xristianlığın ölkə­
mizdə  qədim  tarixi  vardır.  Qafqazda  xristianlığın  ilk  məbədləri 
məhz  Azərbaycan  torpağında  yaradılmışdır.  Əsrlər  boyu  Azər- 
bavcaııda  İslam,  Yəhudi  və  Xristian  dinləri  yanaşı  mövcud  ola­
raq insanlar arasında sülh  və əmin-amanlıq,  mehriban  dostluq və 
qardaşlıq  münasibətlərinin yaranmasında  əvəzsiz  rol oynamışdır. 
Azərbaycan  xalqına  xas  olan  insanpərvərlik  və  tolerantlıq  kimi 
viiksək  mənəvi  keyfiyyətlər  tarixən  Azərbaycanda  milli-irqi  ay­
rı-seçkilik, dini dözümsüzlük zəminində humanizmə zidd halların 
baş verməsini istisna etmişdir.
XX  əsrin  sonunda  dövlət  müstəqilliyini  bərpa  etmiş  Azər­
baycan  Respublikası  bu  gün  də  öz  tarixi  ənənələrinə  sadiqdir. 
Dilindən,  dinindən,  etnik  mənsubiyyətindən  asılı  olmayaraq 
Azərbaycanın  bütün  vətəndaşları  beynəlxalq  prinsiplərə  əsas­
lanan  hüquq  və  azadlıqlara,  o  cümlədən  vicdan  və  dini  etiqad 
azadlığına  malikdir.  Vətəndaş  cəmiyyətinin  əsas  prinsiplərinin 
bərqərar olduğu bir dövrdə ölkəmizdə yaşayan hər bir insana öz 
dini  dəyərlərini,  milli adət-ənənələrini qoruyub saxlamaq, dil və 
mədəniyyətini  inkişaf  etdirmək  üçün  demokratik  hüquqi  siyasi 
şərait yaradılmışdır.
Müstəqilliyimizə  aparan  yollarda  bir  daha  əmin  olduq  ki, 
Azərbaycanda bütün konfessiyaların nümayəndələri həm fərəh­
li,  həm  də  çətin  anlarda  həmişə  bir  yerdə  olmuşlar.  Müstəqil 
Azərbaycan  Respublikasının  tam  və  bərabərhüquqlu  vətən­
daşları  olan  xristian  icması  bu  gün  də  cəmiyyətimizin  ayrılmaz
344
Неуdar Əliyev siyasəti: TOLERANTLIQ
hissəsidir  və  onlar  əsl  vətəndaşlıq  əzmi  ilə  həyatımızın  bütün 
sahələrində yaxından  iştirak  edir,  Azərbaycanın  tərəqqisi  və  in­
kişafı üçün əllərindən gələni əsirgəmirlər.
Əziz  bayramınız  -   İsa  peyğəmbərin  mövludu  münasibətilə 
hamınızı bir daha təbrik edir,  hər birinizə cansağlığı  və xoşbəxt­
lik, ailələrinizə firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şahsri,  6 yanvar 2000-ci il
345


Heydor Əliyev siyasəti: TOLERANTLIQ
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Mərhəmətli,  rəhmli Allahın adı ilə!
Əziz bacı və qardaşlar!
Sizi  dünya  müsəlmanlarının  müqəddəs  Ramazan  bayramı 
münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
On dörd  əsrə yaxındır ki,  ilahi  hikmətlər xəzinəsi  Qurani-Kəri­
min  insanlara  nazil  edildiyi  Ramazan  ayında  bu  əvəzsiz  nemətə 
görə minnətdarlıq  İslam  aləminin  aynlmaz  hissəsi  olan Azərbay­
canda da oruc tutmaq, namaz qılmaq, dualar etməklə bildirilir. Ra­
mazan ayı günlərində müsəlmanlanmız müqəddəs amallar uğrun- 
da  fədakarlıq göstərməyə, öz borc və vəzifələrini yerinə yetirməyə 
hazır olduqlarını nümayiş etdirirlər. İslamın bu  mübarək ayı həm 
də cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmlən­
dirilməsi işinə xidmət edən gözəl bir fürsətdir.
Ramazan ayının başa çatması ilə onun sınağından ləyaqətlə çıx­
mış hər bir müsəlmanm bu gün bayram etməyə, öz müqəddəs bor­
cunu  yerinə  yetirməkdən  doğan  sevinc və  fərəh  hisslərini  bildir­
məyə tam haqqı vardır. Respublikamızın müsəlmanlan bu bayram 
günlərində Allaha inam, vətənə və xalqa sədaqətlərini bir daha nü­
mayiş etdirir, cəmiyyətdə mehribanlıq və qardaşlıq tellərinin möh­
kəmləndirilməsi üçün daha böyük əzmkarlıq göstərirlər.
Həyatdan  getmiş  yaxınların,  xalqımızın  qəhrəman  oğul  və 
qızlarının  -   Azərbaycanın  azadlığı,  müstəqilliyi  və  ərazi  bü­
tövlüyünün  müdafiəsi  uğrunda  öz  canlarını  vermiş  şəhidlə­
rin  xatirələrini  bu  əziz  bayram  günlərində  yad  etmək  gözəl  bir 
ənənəyə  çevrilmişdir.  Öz  adlarını  xalqımızın  qəhrəmanlıq  sal­
naməsinə həmişəlik yazmış şəhidlərimizin hamısına rəhmət, on­
ların ailələrinə və qohum-əqrəbalarına səbir diləyirəm. Əminəm 
ki,  şəhidlərimizin  həyatı  bahasına  əldə  edilmiş  müstəqilliyimiz 
daha  da  möhkəmlənəcək  və  dönməz  olacaq,  respublikamız
346
Heydor Əliyev sivasoti: TOLERANTLIQ
həqiqi demokratik dövlət quruculuğu, sosial-iqtisadi inkişaf yol- 
larmda yeni böyük uğurlar qazanacaq, xalqımız xoşbəxt, firavan 
həyata qovuşacaqdır.
İnanıram ki, ölkəmizdə sülhün və əmin-amanlığın  tam bərqə­
rar olacağı,  işğal  edilmiş  torpaqlanmızın  azad  ediləcəyi,  qaçqın 
və  köçkün  düşmüş soydaşlarımızın  öz ev-eşiklərinə  qayıdacaq­
ları gün uzaqda deyildir.
Xalqımızın  bu  amallarının  gerçəkləşməsi  naminə  hamınızı 
daha  böyük  əzmkarlıq,  qətiyyət  və  həmrəylik  nümayiş  etdir­
məyə çağırıram.
Ulu  Tanrıdan  sizə  möhkəm  cansağlığı,  xoş bayram  əhval-ru­
hiyyəsi,  doğma  Azərbaycanımızın  tərəqqisi  yolundakı işləriniz­
də böyük uğurlar arzulayıram.
Qoy  bu  əziz  günlərdə  etdiyiniz  bütün  pak  niyyətlər  gerçək­
ləşsin!
Bayramınız mübarək olsun!
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri,  7 yanvar 2000-ci il
347


Hevdor Əliyev siyasəti: 
TOLERANI I.IQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Hörmətli həmvətənlər!
Sizi  dünya  müsəlmanlarının  həmrəylik  və  qardaşlıq  günü 
olan  müqəddəs  Qurban  bayramı  münasibətilə  ürəkdən  təbrik 
edir, xalqımıza ən səmimi arzularımı yetirirəm.
Azərbaycan  xalqı  uzun  illər  yad  ideologiya  və  rejimlərin  qa­
dağaları şəraitində yaşamalı olsa da, tarixi köklərindən ayrı düş­
məmiş,  milli-mənəvi  dəyərlərini,  adət-ənənələrini,  dini  bayram 
və  mərasimlərini  qoruyub  saxlamışdır.  Uca  Tanrının  İslamı  bir 
din  kimi  tamamlayıb  insanlar  üçün  hidayət  yolu  seçdiyi  əziz 
gün -  mübarək Qurban bayramının keçirilməsi də daim yaşatdı­
ğımız belə milli-dini adətlərimizdəndir.
Demokratik  prinsiplərin,  dini  etiqad  və  vicdan  azadlığının 
bərqərar edildiyi  müstəqil  Azərbaycan  Respublikasında  qurban 
mərasimləri  hər il  dövlət səviyyəsində ümumxalq bayramı  kimi 
qeyd olunur.
Əziz bacı  və qardaşlar!
Bu  müqəddəs  bayram  günlərində  xalqımızın  rifahı  və  əmin- 
amanlığı üçün etdiyiniz dua və niyyətlərə, arzu və diləklərə şərik 
olduğumu  bildirir  və sizi  əmin etmək istəyirəm  ki,  torpaqlarımı­
zın düşmən  tapdağından azad olunacağı, qaçqınlarımızın doğma 
yurdlarına  qayıdacağı,  xalqımızın  ədalətli  sülhə və  layiq olduğu 
əsl firavan həyata qovuşacağı  gün uzaqda deyildir.
Ulu  Tanrıdan  hər  birinizə  cansağlığı,  ailələrinizə  xoşbəxtlik, 
evlərinizə xeyir-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şahari,  14 mart 2000-ci il
348
AZƏRBAYCANIN  PRAVOSLAV 
XRİSTİANLARINA
Hcydar Əliyev siyasoli: TOLERANTLIQ
Hörmətli həmvətənlər!
Sizi  xristianların  müqəddəs  Pasxa  bayramı  münasibətilə 
ürəkdən  təbrik  edir,  hər  birinizə  cansağlığı,  səadət  və  bayram 
əhval-ruhiyyəsi arzulayıram.
Dilindən,  dinindən,  etnik  mənsubiyyətindən  asılı  olmayaraq 
bütün  vətəndaşların  mehriban  dostluq  və  qardaşlıq  şəraitində 
yaşadığı  müstəqil Azərbaycan  Respublikasında  hökm  sürən  to­
lerantlıq,  konfessiyaların azad  fəaliyyəti,  dini bayram  və  məra­
simlərini sərbəst şəkildə qeyd etməsi günümüzün gerçəkliyidir. 
Hər il ölkəmizdə geniş qeyd olunan  Pasxa bayramı da belə dini 
mərasimlərdəndir.
Pasxa  sülh,  əmin-amanlıq,  həmrəylik və mərhəmət bayramı­
dır. Ölkəmizin pravoslav vətəndaşları digər dini konfessiyaların 
nümayəndələri ilə birlikdə bu amalların gerçəkləşməsi uğrunda 
həmişə  var  qüvvələrini  sərf  etmişlər.  Onlar  bu  gün  də  doğma 
Azərbaycanın  müstəqilliyinin  möhkəmləndirilməsi,  onun  ərazi 
bütövlüyünün  təmin  olunması,  ölkəmizdə  hüquqi  demokratik 
dövlət  quruculuğu  prosesinin  uğurla  həyata  keçirilməsi  işində 
böyük əzmkarlıq,  əsl  vətəndaşlıq mövqeyi  nümayiş etdirirlər.
Ümidvaram  ki,  xristian  həmvətənlərimiz müstəqil  Azərbay­
can Respublikasının qarşısında duran mühüm vəzifələrin yerinə 
yetirilməsi,  cəmiyyətdə  vətəndaş  həmrəyliyinin,  ictimai-siyasi 
sabitliyin  bərqərar  olunması  yolunda  bundan  sonra  da  əllərin­
dən  gələni  əsirgəməyəcək,  xalqımızın  xoşbəxt gələcəyi  naminə 
öz səylərini daha  da  artıracaqlar.
Builki  Pasxanın  bəşər  tarixində  əlamətdar bir hadisəyə -   İsa 
peyğəmbərin  mövludunun  2000-ci  ildönümünə  təsadüf etməsi 
bayram  şənliklərinə xüsusi  rövnəq verir,  arzu  və  istəklərin  ger­
çəkləşməsinə olan inamı  daha  da gücləndirir.
349


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə