Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə74/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   70   71   72   73   74   75   76   77   ...   112

HcvJor Oliycv MV.ısoti: TO LERANTLIQ
Bu  bayram bizim  dostlarımızın,  qardaşlarımızın da  bayramı­
dır.  O  cümlədən  bizim  dost,  qardaş Türkiyə  Cümhuriyyətinin, 
türk xalqının bayramıdır. Təsadüfi deyil  ki, bu  təntənələrdə Tür­
kiyə  Cümhuriyyətinin  ən  yüksək  səviyyəli  nümayəndə  heyəti 
iştirak  edir.  Onlar  bizimlə  bərabərdir,  bu  bayram  günlərini  bi­
zimlə birlikdə keçirirlər.
Bu  bayrama  Türkiyənin  çox  yüksək  səviyyəli  nümayəndə 
heyətinin  gəlməsi  ilə  bərabər,  bu  bayramı  Türkiyə  Cümhuriy­
yətinin  Prezidenti, Azərbaycan  xalqının  əziz  dostu,  mənim  qar­
daşım Süleyman Dəmirəl göndərdiyi çox nəzakətli  mesaj ilə təb­
rik etmişdir. Onun  təbriki  dünən  bayram  təntənəsinə toplaşmış 
salonda elan edilərkən xalq, insanlar tərəfindən böyük sevinc və 
məhəbbət hissi  ilə qarşılandı.
Dünən  bizim  təntənəli  mərasim  keçirilən  zaman  əziz  dostu­
muz,  qardaşımız,  zati-aliləri  Süleyman  Dəmirəl  Naxçıvana  te­
lefon etdi, bizi  bu bayram  münasibətilə bir daha  təbrik etdi,  mə­
nimlə  telefonla  danışdı,  Naxçıvan  Ali  Məclisinin  sədri  Vasif Ta­
lıbovla danışdı və özünün bayram  təbriklərini bir daha, bu xalqa 
çatdırmağı xahiş etdi.
Mən dünən dedim və bu gün bir də bildirmək istəyirəm ki, bu 
bayram  günlərini  keçirmək  haqqında  bir  neçə  ay  bundan  öncə
320
НогчЪг ОПуч-у si vasal 
i
: 1 OLERANTLIQ
hörmətli Süleyman  Dəmirəllə danışarkən  biz  razılaşdıq  ki,  bay­
rama bərabər gələcəyik və о, Naxçıvanı bir daha ziyarət edəcək­
dir.  Bu  arzularla  naxçıvanlılar  da  yaşayırdı  və  mən  də yaşayır­
dım.  Ancaq  Türkiyədə  baş  vermiş  zəlzələ  və  onun  nəticəsində 
olan  faciə,  böyük  insan  itkiləri  indi Türkiyə dövlətinin,  Türkiyə 
hökumətinin  bütün  qayğılarını  cəlb  edibdir.  Türkiyənin  Prezi­
denti  bütün xarici  səfərlərini  ləğv edibdir.  Ona görə buraya gəl­
məsi mümkün olmadı.
321


Bu  gün  bu  fürsətdən  istifadə  edərək,  Türkiyə  Cümhuriyyə­
tinin,  Türkiyə  xalqının  üzləşdiyi  ağır  fəlakət,  zəlzələ,  faciə  ilə 
əlaqədar Azərbaycan xalqının kədərini, qüssəsini və başsağlığını 
bir daha bəyan edirəm.
Dünən  biz  təntənəli  mərasimdə  böyük  Atatürkün  hörmətli 
Süleyman  Dəmirəlin  məktubunda  yazılmış sözlərini dərin  min­
nətdarlıq hissi ilə qarşıladıq. O sözlər daim bizim xatirimizdədir. 
Böyük  Atatürk  demişdir:  "Azərbaycanın  ələmi  bizim  ələmimiz­
dir, Azərbaycanın sevinci bizim sevincimizdir". Biz də, Azərbay­
can  Prezidenti  olaraq  mən  də Azərbaycan dövlət  müstəqilliyini 
əldə edəndən  sonra  demişəm:  "Türkiyənin  ələmi,  dərdi,  kədəri 
bizim  dərdimizdir,  bizim  kədərimizdir,  Türkiyənin  sevinci  bi­
zim sevincimizdir".
Ona  görə  o  faciəli  günləri  biz bir  yerdə  keçirdik,  bərabər ol­
duq.  O günlərdə  türk və Azərbaycan xalqlarının  birliyi bir daha 
nümayiş etdirildi.  Biz dərhal yardım əlimizi  uzatdıq  və zəlzələ­
nin  vurduğu  zərərləri  aradan qaldırmaq üçün imkanımız dairə­
sində  yardım  göstərdik.  Bunlar hamısı,  o  cümlədən  bu gün bu­
rada Türkiyənin Diyanət İşləri Başkanlığı tərəfindən inşa edilmiş 
və  Naxçıvana,  Azərbaycana  hədiyyə  olunmuş  gözəl  məscidin, 
camenin  açılması  da Türkiyə-Azərbaycan  dostluğunun,  qardaş­
lığının gözəl nümunəsidir.
Bəli,  biz  dəfələrlə  deyirik:  "Biz  bir  millət,  iki  dövlətik".  Bu, 
bizim  dostluğumuzun,  qardaşlığımızın  mənasını,  məzmununu 
təşkil edir.  Bu  dostluq,  qardaşlıq türk xalqı, Anadolu  türkləri ilə 
Azərbaycan  xalqı,  Azərbaycan  türkləri  arasında  əsrlərdən  əsr­
lərə  gələn  dostluq,  qardaşlıqdır.  Azərbaycanda  sovet  hakimiy­
yəti  qurulandan sonra  biz 70 il  bir-birimizdən  ayrı düşmüşdük. 
Amma  bu  70  il  bizi  bir-birimizdən  qəlbən  ayırmamışdır.  Azər­
baycan öz dövlət müstəqilliyini elan  edən kimi,  müstəqil dövlət 
olaraq  dünyaya  bəyanat  verən  kimi,  sərhədlər  açılan  kimi  Tür­
kiyə  və  Azərbaycan  bir  daha  bir-birinə  qovuşdu  və  əbədiyyətə 
qədər qovuşdu.
Azərbaycan  xalqı  ağır  dövrlərdə  Türkiyənin  və  türk  xalqının 
yardımını görüb və daim buna minnətdardır. Xüsusən 1918-19-cu 
illərdə böyük Atatürkün sərkərdəliyi  və başçılığı ilə istiqlal sava-
Hovdor Əliyev siyasəti: TOLERANTLIQ 
.................................................... .......................... .........
322
___________________ ______________________________ _______ ______________ H e y d w  Ə l i y e v  s i y a s o l i :  T O L E R A N T L I Q
şı  apararkən,  öz  torpağını  ermənilərdən  və  başqa  düşmənlərdən 
təmizləyərkən türk xalqı, Türkiyə Azərbaycana,  Naxçıvana da  öz 
xidmətini göstərdi.
Bəli,  Türkiyə ordusu  -  Ənvər  paşanın, Nuru  paşanın  başçılıq 
etdikləri  Türkiyə  ordusu  Azərbaycana  gəldi  -   Gəncəyə,  Naxçı­
vana,  Bakıya  gəldi  və  Azərbaycanı  o  vaxtkı  fəlakətlərdən  qur­
tarmağa  yardım etdi,  şəhidlər verdi. Ən gərgin  vəziyyət burada 
yaranmışdı.  Çünki  erməni  daşnakları  hücum  edib  buranı  işğal 
edirdilər.  Yenə  də türk qardaşlanmız,  türk ordusu, Mustafa  Ka­
mal  Atatürkün  ordusu  buranı  erməni  daşnaklarından,  bizim 
düşmənlərimizdən xilas etdi.
Burada mənim gənc vaxtımda,  13-16 yaşlarımda, orta məktəbi 
bitirdiyim  illərdə  mənə  dərs  verən,  ana  dili,  türk  dili,  Azərbay­
can  dili  dərsi  verən  müəllimim  oturubdur -   Lətif Hüseynzadə. 
Dünən  təntənəli  mərasimdə öz müəllimlərimi yada salırdım.  60 
il, bəlkə  də  65  il  bundan  öncə mənə  dərs  deyən  müəllimlərdən 
birinci  -  əziz müəllimim  Lətif Hüseynzadənin  adını çəkdim.  O, 
dünən mərasimdə yox idi.
Amma onu yad etdiyimi televiziya ilə eşidib bu gün buraya gəl­
mişdir. Mən burada onunla görüşdüm. Çox məmnunam, çox sevi­
nirəm ki, indiyə qədər yaşayır, öz fəaliyyətini davam etdirir və bö­
yük işlər görür. Xatirimdədir, mən Moskvada Sovetlər İttifaqı kimi 
superdövlətin  başçılarından  biri olduğum zaman  istefaya getdim 
və  məni  Moskvada  təqib  etdilər. Orada  məni çox incitdilər,  hətta 
böyük təhlükələr qarşısında qalmışdım. Türk xalqı onu  da bilmə­
lidir ki,  mən  rus  imperiyası  tarixində,  sovet imperiyası  tarixində, 
sovet superdövlətinin tarixində Kremldə, o dövlətin başında duran 
ilk azərbaycanlı, ilk türk, ilk müsəlman olmuşam.
Xatirimdədir,  1982-ci  ildə -  o vaxt Azərbaycanın  başçısı  idim 
-  məni Moskvaya dəvət edib Siyasi Büronun üzvü və Baş nazirin 
birinci  müavini  vəzifəsinə  təyin  edən  zaman  Türkiyə  qəzetləri 
böyük  sevinclə mənim fotoşəkillərimi  vermiş  və yazmışdılar ki, 
Kreml  sarayının başında  bir türk  oğlu  yüksəldi.  Bəli,  bu,  bizi  -  
azərbaycanlıları,  türkləri,  müsəlmanları  çox  sevindirdi.  Ancaq
323


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə