Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hevdor Əliyev sivjsoli: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə70/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   66   67   68   69   70   71   72   73   ...   112

Hevdor Əliyev sivjsoli: TOLERANTLIQ
AZƏRBAYCANIN  YƏHUDİ  İCMASINA
Əziz həmvətənlər!
Sizi dünya yəhudilərinin ən qədim bayramlarından olan Roş- 
Ha-Şana -  Yeni il  münasibətilə ürəkdən  təbrik edir, bu əziz gün­
də hamınıza xoşbəxtlik,  cansağlığı arzularımı yetirirəm.
Tarixən müxtəlif xalqların,  milli  azlıqların  mehriban  ailə  kimi 
yaşadıqları  Azərbaycan  bu  gün  hüquqi  demokratik  dövlət  qu­
ruculuğu və milli müstəqillik yolu ilə inamla addımlamaqdadır. 
Hər bir xalqın dil  və mədəniyyətini,  milli adət-ənənələrini qoru­
yub saxlamaq,  insan  haqları  və  azadlıqlarının  təminatı  üçün əsl 
demokratik hüquqi  baza  yaradılmışdır.  Respublikamızın bütün 
xalqları  kimi,  yəhudi  əhalisi  də  ölkəmizdə  gedən  bu  tarixi  pro­
seslərin  fəal iştirakçısıdır.
Əminəm  ki,  müstəqil  Azərbaycanın  ictimai-siyasi  və  mədə­
ni  həyatında,  dövlət  müstəqilliyimizin  daha  da  möhkəmləndi­
rilməsində  bundan  sonra  da  yaxından  iştirak  edəcək,  doğulub 
yaşadığınız  vətənə  övladlıq  borcunu  layiqincə  yerinə yetirəcək­
siniz.
Mənəvi paklıq, tövbə günü və həyatın başlanğıcı kimi bayram 
etdiyiniz Roş-Ha-Şana  qoy  hər  birinizin  həyatında  əmin-aman­
lıq, xoş müjdələr ili olsun.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şshari, 9 sentyabr 1999-cu il
302
Heydar Əliyev slyasoti: TOLERANTLIQ
“İSLAM  MEMARLIĞI  MİNİLLİKLƏR AYRICINDA” 
BEYNƏLXALQ  SEMİNARININ  İŞTİRAKÇILARINA
Hörmətli seminar iştirakçıları!
Sizi  -   "İslam  memarlığı  minilliklər  ayrıcında"  mövzusunda 
paytaxtımız  Bakı  şəhərində  keçirilən  beynəlxalq  seminarın  işti­
rakçılarını  müstəqil Azərbaycan  torpağında  səmimi-qəlbdən sa­
lamlayıram.
Dünya  sivilizasiyasının  formalaşıb  inkişaf  etməsində  İslam 
elminin  və  mədəniyyətinin  böyük  rolu  danılmazdır.  Müxtəlif 
müsəlman xalqlarının birgə səyləri ilə təşəkkül tapmış İslam mə­
dəniyyətinin  ən  mühüm  tərkib  hissələrindən  biri  isə  memarlıq­
dır. Xalqlarımızın uzun əsrlər boyu  yaratdıqları nadir memarlıq 
abidələri  öz əzəmətli,  orijinal üslubu  və yüksək sənətkarlıq key­
fiyyətləri ilə mütəxəssisləri bu gün də heyran edir. İslam memar­
lıq  məktəbinin  bəşəriyyətə  bəxş  etdiyi  misilsiz sənət  inciləri  di­
nimizin  humanist  fəlsəfi dəyərlərinin  parlaq  ifadəsi,  müsəlman­
ların daim qurub-yaratmaq eşqinin əyani maddi təcəssümüdür.
Bu  mötəbər  beynəlxalq  forumun  erkən  İslam  mədəniyyəti 
mərkəzlərindən  biri  sayılan  Bakı  şəhərində  keçirilməsini  ölkə­
mizin dünya memarlığında  tutduğu yerə verilən yüksək qiymət 
kimi dəyərləndirir və onu müstəqil Azərbaycan Respublikasının 
mədəni  həyatında  əlamətdar  hadisə  hesab  edirəm.  Avropa  və 
Asiyanın  qovşağında  yerləşən  ölkəmizdə  dünya  və  İslam  me­
marlığının  ən  yaxşı  ənənələri  ilə  milli  xüsusiyyətlərin  sintezini 
özündə əks etdirən güclü  memarlıq məktəbi təşəkkül  tapmışdır. 
Zənn edirəm ki,  seminarın keçirildiyi günlərdə Azərbaycan me­
marlarının  yaratdıqları  bəzi  sənət  nümunələri  ilə  əyani  şəkildə 
tanış olmağa  imkan tapıb buna əmin olacaqsınız.
XXI əsrin astanasında öz müstəqilliyini bərpa etmiş Azərbayca­
nın qarşısmda geniş  inkişaf perspektivləri açılmışdır.  Həyatın bü­
tün sahələrində mühüm dəyişikliklər baş verir. Azərbaycan bütün
303


Ht’vdorƏlivovsiyjsoti: TOLERANTLIQ
postsovet  məkanına  xas olan  mürəkkəb  sosial-iqtisadi  problemlə­
rin  həlli  ilə  yanaşı,  cəmiyyətdə  milli-mənəvi  dəyərlərin  bərpa  və 
bərqərar edilməsi sahəsində ciddi iş aparır.  İnanıram  ki, İslanı me­
marlığının  inkişafı  məsələlərinə  həsr olunmuş  seminarınız  da  bu 
yolda  atılmış  mühüm addımlardan biri  olacaq,  xalqlarımızın  mə­
dəni və intellektual inkişafma yardım edəcəkdir.
Seminarınızın  işinə böyük uğurlar arzulayır,  hər birinizə can­
sağlığı, xoşbəxtlik  və yeni nailiyyətlər diləyirəm.
Heydər Əliyev,
Azərbaycan  Respublikasının  Prezidenti 
Bakı şəhəri, 21  sentyabr 1999-cıı il
304
Hcyd.ır Əliyev siyasoli: TOLERANTLIQ
NAXÇIVAN  ŞƏHƏRİNİN SARVANLAR 
MƏHƏLLƏSİNDƏ  İRAN  İSLAM 
RESPUBLİKASININ  “BONYADƏ MOSTEZƏFİN” 
FONDU TƏRƏFİNDƏN TİKİLMİŞ  ‘HƏZRƏTİ 
ZƏHRA (S.Ə)” MƏSCİDİNİN TƏNTƏNƏLİ 
AÇILIŞI  MƏRASİMİNDƏ  NİTQ
10 oktyabr 1999-cıı il
Əziz naxçıvanlılar!
Əziz müsəlmanlar!
Əziz qonaqlar!
Bu  gün  Naxçıvan  Muxtar  Respublikasının,  Azərbaycan  Res­
publikasının  həyatında  çox  böyük  hadisə  baş  verir.  Biz  Naxçı­
vanda  yeni  bir  məscidin,  Allah evinin  açılışına  toplaşmışıq.  Bu, 
bizim  üçün  böyük  bayramdır.  Xüsusən  onu  qeyd  etmək  istə­
yirəm  ki,  bu  günlər  Naxçıvan  Muxtar  Respublikasının  yaran-
305


masının  75  illiyi  keçirilir.  Məscidin  məhz  bu  günlərdə  açılması 
75  il ərzində Naxçıvan Muxtar Respublikası  vətəndaşlarının,  in­
sanlarının,  müsəlmanlarının -  naxçıvanlıların öz İslam dininə nə 
qədər  bağlı  olduğunu  və  İslam  dininin  ənənələrini  yaşatdığını 
göstərir.
Mən bu əlamətdar hadisə münasibətilə sizin  hamınızı,  Naxçı­
van  Muxtar  Respublikasının  əhalisini,  İran  İslam  Cümhuriyyə­
tindən  bizə  təşrif  gətirmiş  hörmətli  qonaqlarımızı  ürəkdən  təb­
rik edirəm və əmin olduğumu bildirmək istəyirəm  ki, bu məscid 
yüz  illərlə  yaşayacaq,  Naxçıvan  Azərbaycan  xalqının  öz  İslam 
dini  ilə daim  birlikdə olmasına xidmət göstərəcək  və xalqımızın 
mənəvi  dəyərlərini inkişaf etdirəcəkdir.
Məscidin  yaranması,  tarixi  haqqında  burada  məlumatlar  ve­
rildi. Ancaq  mən də bu  barədə  demək  istəyirəm.  Çünki  mən  bu 
gün böyük sevinc,  iftixar hissi  keçirirəm. Ona görə  ki, bu  məsci­
din burada,  Naxçıvanda  tikilməsinin, yaranmasının təşəbbüska­
rıyam.  Mən  bu  məscidin  memarıyam,  mən  bunun  təməlini  qo­
yanam.
O illərdə və xüsusən  1992-ci ildə, Allah-Təalanın əmri ilə mən 
Naxçıvan Muxtar Respublikasında  yaşadığım və bu  muxtar res­
publikaya  rəhbərlik  etdiyim  zaman  Naxçıvan  məscidini  daim 
ziyarət  edirdim,  dindarlarla  görüşürdüm.  Mən  o  məscidi  yax­
şı  tanıyıram.  Çünki  uşaq  ikən  atam,  anam  məni  həmin  məsci­
də  aparırdı.  Doğrudur,  o  vaxt biz sovet  hakimiyyəti  dövründə, 
kommunist ideologiyasını  həyata  keçirən  bir ölkədə yaşayırdıq. 
O vaxt din qadağan edilmişdi,  ardıcıl  surətdə din  əleyhinə, yəni 
ateist  təbliğatı  aparılırdı,  insanları  dindən  ayırmağa  çalışırdılar. 
O  vaxtkı  dövlət  buna  zahirən  müəyyən  qədər  nail  ola  bilirdisə 
də, daxilən  heç bir şey əldə edə bilmirdi.
Mənim  atam  da,  anam  da  namaz qılırdılar.  Onlar daim  məs­
cidə gedirdilər, uşaq ikən  məni də məscidə aparırdılar. Mənim o 
uşaqlıq  dövrümdə məktəbdə aldığım  təhsil,  tərbiyə  ilə  bərabər, 
məscidə getməyim  paklıq, sədaqət formalaşmasında  da  öz əksi­
ni  tapıbdır.
Hoydor Oliycv 
siyjSı>ti: 
TOLERANTLIQ 
____________
306
Hoycfor Ə liyev 
SİVJS.4I- 
T O LER A N T LIQ
Xatirimdədir, o məscidin həyəti var idi. Onun bir tərəfini mək­
təb  etmişdilər.  Çünki  o  vaxt  Naxçıvanda  məktəblər  yaranırdı, 
bina  isə  yox  idi.  Məscid  binasının  indi  görünən  tərəfinin  arxa­
sında  böyük  bir həyət  var  idi,  həyətin  yan  tərəfində binalar var 
idi  -   yəqin  onlar  da  məscidin  binaları  imiş.  Ancaq  mən  görən 
zaman orada  məktəb  var idi.  Uşaqlar məktəbdən çıxıb məscidin 
həyətinə,  oradan  da  məscidə  girirdilər.  O  məscidin  həyətində 
Aşura  günlərinin  keçirilməsi  mənim  xatirimdədir.  Mən  onların 
hamısını görmüşdüm.
Mən  imanımı  heç vaxt itirməmişəm,  mənsub olduğum  millə­
tin  İslam  dini  ilə  həmişə  fəxr etmişəm.  Şübhə etmirdim  ki,  vaxt 
gələcək,  bizim  ölkədə  də  insanlar  tam  azad  olacaqlar,  o cümlə­
dən  insanlara vicdan azadlığı veriləcək və onda onlar öz arzu və 
istəklərini daha da açıq bildirə biləcəklər.
Mən  gənc  vaxtlarımdan  uzun  müddət  idi  ki,  Naxçıvandan 
ayrılmışdım.  Bakıda  işləyirdim,  Azərbaycana  rəhbərlik  edir­
dim.  Ondan  sonra  Moskvada  işləyirdim,  Sovetlər  İttifaqının,  o 
böyük  superdövlətin  rəhbərlərindən  biri  idim.  O dövlətə  10-12
307


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə