Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə21/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   17   18   19   20   21   22   23   24   ...   112

və hər birimiz çalışmalıyıq ki,  insanlanmızın həyatını  müəyyən qə­
dər  yüngülləşdirək.  Sizin  indiyədək  göstərdiyiniz  xidmətləri  mən 
yüksək qivmətləndirirəm.  Ancaq  zavodun  qarşısında  duran  vəzifə 
indi  bütün  imkanlann,  burada  olan  zəngin  potensialın  hesabına 
mövcud  vəziyyətdən  çıxmaq  və  müəssisəni  işlətməkdir.  Bu  həm 
kollektivin  həyat şəraitinin  yüksəlməsinə  kömək edər,  həm də bü­
tövlükdə  respublikamızın  iqtisadiyyatının dirçəldilməsinə öz müs­
bət təsirini göstərər.
İndiki şəraitdə əhalimizin sosial vəziyyətinin ağır olduğu  mə­
lumdur.  Bir  dövlət  başçısı  kimi  mən  bunu  bilirəm.  Ən  ağır  və­
ziyyətdə olanlar bizim  qaçqınlarımızdır.  Onların  bir hissəsi  hələ 
də çadırlarda yaşayır. Bu yaxınlarda Şuşa  və Laçının Ermənistan 
tərəfindən  işğalının üç ili tamam oldu. Üç ildir ki, insanlar həmin 
rayonlardan  didərgin  düşüblər,  orada-burada  birtəhər yerləşib­
lər.  Dağlıq  Qarabağın  özündən  azərbaycanlılar  dörd  il  bundan 
qabaq,  Ermənistanda yaşamış azərbaycanlılar 1988-ci ildə, yeddi 
il  bundan  qabaq  qovulublar,  öz  doğma  yurdlarından  didərgin 
salınıblar.  Sonrakı  illərdə,  1992-93-cü  illərdə  də  qaçqınlarımız 
olubdur.  Bu vətəndaşlarımız da indi ağır şəraitdə yaşayırlar. O n­
ların bəziləri  öz qohum-əqrəbalarının yanında,  bəziləri  ауп-ауп 
məktəblərdə,  sanatoriya  binalarında,  müxtəlif  tikililərdə  yerlə­
şiblər. Ancaq böyük bir qismi çadırlarda yaşayır.
Buna görə də bizim  hamımız həmin  insanlara qayğı göstərməli­
yik. Şübhəsiz ki, mən bunun zavod  fəhləsinin qaçqınlarımıza qayğı 
göstərməsi  üçün  demirəm.  Mən  bu  gün  bu  fürsətdən  istifadə edib 
üzümü  bütün  ictimaiyyətə,  dövlət  orqanlarma,  cəmiyyətimizə  tu­
taraq  deyirəm  ki,  bizim  ağır  dövrümüzdə  ən  çox  qayğıya  ehtiyacı 
olanlar şəhid  ailələridir,  müharibə əlilləridir, qaçqın düşmüş adam­
lardır. Onlara xüsusi diqqət olmalıdır.
Biz dövlət  tərəfindən  lazımi  tədbirləri  görürük.  Beynəlxalq  təş­
kilatların  humanitar yardımları ölkəmizə  gəlir və  qaçqınlarımızın 
vəziyyətini müəyyən səviyyədə saxlamağa  kömək edir.
Lakin  bizim  ayırdığımız  vəsaitlər,  humanitar  yardımlar,  xey­
riyyəçilər və müxtəlif təşkilatlar tərəfindən edilən köməklər bəzən
Heydor Əliyev siyasəti: TOLERANTLIQ 
_________________ _________ _____________
94
Heydor Əliyev siyasoli: TOLERANTLIQ
qaçqınlara  çatdırılmır.  Ayrı-ayrı  vəzifəli  adamların  öz  vəzifələ­
rindən  sui-istifadə  etdiklərinə,  səhlənkarlıqlarına,  bu  məsələlərə 
laqeyd olduqlarına, görə yardımlar qaçqınlara çatdırılmır. Bu, dö­
zülməz haldır.  İndi  həyatımızda ən dözülməz və ən mənfi  hallar­
dan biri  məhz budur.
Ona görə də mən bu gün fürsətdən istifadə edərək bir tərəfdən 
dövlət  orqanlarından,  hakimiyyət  orqanlarından  tələb  edirəm 
ki, qaçqınlar yaşayan yerlərə xüsusi  fikir verilsin, xüsusən çadır­
larda yaşayan  insanlara,  şəhid  ailələrinə,  əlillərə daha  çox qayğı 
göstərilsin.
Çadır  şəhərciklərinə  daim  getmək  lazımdır.  Həmin  çadırların 
hamısı  kənd  rayonlarımızda  yerləşibdir.  Mən  bu  gün  buradan, 
Səttarxan  adına  zavoddan üzümü həmin rayonların icra hakimiy­
yəti başçılanna  tutaraq  deyirəm:  qaçqınların  vəziyyəti  üçün  onlar 
şəxsi  məsuliyyət  daşıyırlar.  Bütün  yerli  hakimiyyət  orqanlarına 
deyirəm  ki,  onlar qaçqınların vəziyyəti  ilə əlaqədar şəxsi  məsuliy­
yət  daşıyırlar.  Tələb  edirəm  ki,  onlar  bu  işlə  hər gün  məşğul  ol­
sunlar.  Mən  əmr  verməyə  məcbur  olacağam  ki,  yerli  hakimiyyət 
orqanları  başçılarının  hamısı  gedib çadırlarda  qaçqınlarla  bir yer­
də yaşasınlar.  Həmin adamlar onda dərk edəcəklər ki, qaçqınların 
vəziyyəti  necədir.  Qoy  onlar  müharibənin  sonunadək  öz evlərini 
şəhid  ailələrinə, qaçqınlara versinlər, özləri isə köçsünlər çadırlara 
müharibə qurtarana qədər, qaçqınlar öz evlərinə qayıdana kimi 
orada yaşasınlar. Onda onlar anlayacaqlar ki, çadırda yaşayanların 
vəziyyəti necədir.
Eyni  zamanda,  mən  bu  gün  respublika  təşkilatlarından  tələb 
edirəm. Qaçqınların  işi  ilə məşğul  olan  dövlət  komitəsi  var,  Na­
zirlər Kabinetində mən xüsusi olaraq baş nazirin müavinini təyin 
etmişəm,  orada  İzzət  Rüstəmov  bu  işlə  məşğul  olur.  Nazirliklə­
rin rəhbərlərindən tələb edirəm ki, bu  məsələlərə ciddi yanaşsın­
lar,  təcili  tədbirlər görsünlər.  Bu  günlərdə  mən  qaçqınların  yer­
ləşdiyi  şəhərciklərə,  yerlərə  komissiyalar  göndərəcəyəm.  Onlar 
gedib yerlərdə vəziyyəti öyrənməlidirlər.
95


Bu  gün  demək  istəyirəm  ki,  qaçqın  və  əlil,  şəhid  ailəsi  üçün 
ayrılmış  yardımı  mənimsəmək  ən  böyük  cinayətdir.  Xalq  sözü 
var,  bunu  yeyən  bilməlidir ki,  o,  ilan  sümüyü  kimi  onun  boğa­
zında qalacaqdır. Bundan böyük xəyanət, bundan böyük cinayət 
ola bilməz!
Güman  edirəm  ki,  siz  də  mənim  fikirlərimlə  həmrəysiniz, 
yəqin  din  xadimləri  də  düşərgələrdə  olacaqlar,  qaçqınlarla  gö­
rüşəcəklər,  çadırlarda  yaşayanların  vəziyyətini  öyrənəcəklər  və 
hamımız  həmin  adamların  həyat  şəraitinin  yaxşılaşması  üçün 
əlavə tədbirlər görəcəyik.
İndi  həyatımız  çox  rəngarəngdir.  Bir  tərəfdən  biz  müstəqil 
dövlətdə yaşayırıq. Bir neçə gündən sonra 28 May İstiqlal gününü 
bayram  kimi qeyd edəcəyik.  Üç il yanmdan artıqdır ki, Azərbay­
can  müstəqil  dövlət kimi  yaşayır.  Digər tərəfdən,  görürsünüz ki, 
bu  dövr nə qədər problemlər,  nə qədər çətinliklər yaradıb, nə qə­
dər ağır bir yolla  gedirik. Ancaq bilin və inanın ki, bu  ağırlığı  siz 
də çəkirsiniz, mən də çəkirəm.  Bəlkə mən sizdən də çox  çəkirəm. 
Çünki mənim üzərimə düşən ağırlıq bütün ölkənin, bütün xalqın 
çətinliyi və dərdidir.
Xalqımın,  Azərbaycanın,  doğma  Vətənimin,  torpağımızın dər­
dini  çəkmək,  onun  qayğısına  qalmaq  mənim  üçün  ən  şərəfli  və­
zifədir. Ona görə də mən bu yolu sizinlə bir yerdə keçirəm və bir 
yerdə  də  gedəcəyik.  Bu  yolda  kim  bizə  mane  olacaqsa,  onların 
qarşısı indiyədək alındığı  kimi, bundan sonra  da  alınacaqdır. Biz 
düz yolla, haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokrati­
ya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Biz istəyi­
rik ki, Azərbaycanda haqq-ədalət olsun, Azərbaycan müstəqil ya­
şaya  bilsin,  xalqımız milli azadlığını həmişə qoruyub saxlaya bil­
sin.  Biz  istəyirik  ki,  respublikamızda  insan  hüquqları  qorunsun, 
demokratiya  tamamilə  bərqərar  olsun,  hər  kəs  öz  sözünü  deyə 
bilsin,  hər kəs  öz  hüququnu  müdafiə  etməyi bacarsın,  heç  kəsin 
hüququ tapdanmasın və heç kəs heç kəsi istismar etməsin. Biz bu 
yolla  gedirik və bu yolla da gedəcəyik.  İnarun ki, tutduğumuz bu 
yol  bizi  Azərbaycanın  çox  gözəl  gələcəyinə  aparıb  çıxaracaqdır.
Hcydor Əliyev sivAsoti: TOLERANTLIQ__________ _ ______________________________________
96
Heydor Əliyev siyasoli: TOLERANTLIQ
Biz sizinlə bu gələcəyə çatacağıq və gələcək nəsillərimiz bizim et­
diyimiz işlərin bəhrəsini görəcəklər.
Bir  daha  sizinlə  görüşməyimdən  məmnun  olduğumu  bildi­
rirəm,  hacıları  təbrik  edirəm.  Səttarxan  adına  zavodun  kollek­
tivinə  uğurlar  arzulayıram.  Sizin  hamınıza,  bütün  Azərbaycan 
xalqına  həyatımızın  bu  ağır  dövründə  dözüm,  eyni  zamanda, 
fədakarlıq, xoşbəxtlik və səadət arzu edirəm. Sağ olun!
97


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə