Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə106/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   102   103   104   105   106   107   108   109   ...   112

laşmalarına,  təmizlənmələrinə  yardım  göstərirlər.  Düşünürəm 
ki, bütün  bu  nəcib işləri  görmək,  böyük  və müdrik Sözü  demək 
Sizin  də  səfərinizin  başlıca  məqsədlərindən  biridir.  İki  gün  ər­
zində Sizinlə təmasda olan, ibrətli kəlamlarınızı dinləyən hər bir 
azərbaycanlı Sizin timsalınızda yer üzündə insan ömrünün necə 
yaşanmalı  olduğu  haqqında  daha  dərindən fikirləşəcəkdir.
Bu mühüm və məsuliyyətli anlan minlərlə Azərbaycan vətən­
daşına yaşatdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Təşək­
kür edirəm.
HfVfi.ır Əliyev siyawli: TO LERA N TLIQ  
_________________________________________
*   *   *
Sonra  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  ölkəmizin  ta­
nınmış elm,  mədəniyyət, incəsənət,  idman xadimlərini pontifikə 
təqdim etdi, II İohann Pavel onlara xatirə hədiyyələri təqdim etdi 
və ən yaxşı nemətlər dilədi.
458
Heydar Əliyev siy.vuMi: TOLERANTLIQ
VATİKAN  DÖVLƏTİNİN  BAŞÇISI,  ROMA  PAPASI 
II  İOHANN  PAVELİN AZƏRBAYCANA RƏSMİ 
SƏFƏRİ  BAŞA ÇATDIQDAN  SONRA TƏNTƏNƏLİ 
YOLASALMA MƏRASİMİ
23  may 2002-ci il
Vatikan dövlətinin başçısı 
II 
İohann Pavel və Azərbaycan Res­
publikasının  Prezidenti  Heydər Əliyev Binə beynəlxalq  hava  li­
manına gəldilər.
Azərbaycanın  və  Vatikanın  dövlət  bayraqları  ilə  bəzədilmiş 
Binə hava  limanının  binasında  Roma  Papasının  iri  portreti  asıl­
mışdı.
Ali  qonağın  şərəfinə  hava  limanının  uçuş  meydanında  fəxri 
qarovul  dəstəsi  düzülmüşdü.
Fəxri  qarovul dəstəsinin  rəisi  Vatikan  dövlətinin  başçısı 
II 
İo­
hann Pavelə və Azərbaycan  Respublikasının  Prezidenti  Heydər 
Əliyevə raport verdi.
459


Hovdor Əliyev siv.ısoti: TO LERA NTLIQ
460
Hey dor Əliyev siyosoti: TOLERANTLIQ
Prezident Heydər Əliyev və Roma Papası II İohann  Pavel üçüş 
meydançasında qurulmuş xüsusi  tribunada əyləşdilər.
Hərbi  orkestrin  ifasında  Vatikanın  və  Azərbaycanın  dövlət 
himnləri səsləndi.
Yolasalma mərasimində iştirak edən Milli Məclisin sədri  Mur­
tuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Apara­
tının rəhbəri Ramiz Mehdiyev, nazirlər, dini konfessiyaların baş­
çıları,  Azərbaycanda  akkreditə  olunmuş bir  sıra  xarici  ölkələrin 
səfirləri və beynəlxalq  təşkilatların  nümayəndələri  Vatikan döv­
lətinin başçısı, Roma Papası II İohann Pavellə, ali qonağt səfərdə 
müşayiət  edən  şəxslər  Azərbaycan  Respublikasının  Prezidenti 
Heydər Əliyevlə mehribancasına sağollaşdılar.
Azərbaycan  Respublikasının Prezidenti  Heydər Əliyev  Roma 
Papasına  onun  ölkəmizə  rəsmi  səfərini  əks  etdirən  fotoalbom 
təqdim etdi.
Dövlət başçılan fəxri qarovul dəstəsinin qarşısmdan keçdilər.
Milli  geyimli  uşaqlar  II  İohann  Pavelə  gül-çiçək  dəstəsi  təq­
dim etdilər.
Heydər Əliyev: Sizə  çox  təşəkkür edirəm.  Azərbaycana  səfər 
etdiyiniz  üçün  Sizə  minnətdarlıq  edirəm,  səfəriniz  çox  vaxşı 
keçdi.  Mən  çox  məmnunam.  Sizin  səfəriniz  Azərbaycanda  çox 
yaxşı  qarşılanmışdır.  Siz  gördünüz,  bu  gün  Sizinlə  görüşməyə 
nə  qədər adam  gəlmişdi.  Sizin  səfərinizə çox  böyük  maraq  var. 
Bir daha Sizə təşəkkür edirəm, işlərinizdə uğurlar,  cansağlığı  və 
yaxşı yol  arzulayıram.
II  İohann  Pavel:  Bakıya  səfərimin  yüksək  səviyyədə  təşkil 
olunmasından  məmnun  qaldığımı  bildirirəm.  Mənə  göstərilən 
qonaqpərvərliyə görə Prezident  Heydər Əliyevə  və Azərbaycan 
xalqına dərin  minnətdarlığımı  bildirirəm.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vatikan döv­
lətinin  başçısı,  Roma  Papası  II  İolıaım  Pavel  ilə  təyyarənin  pilləkəni 
ı/anında səmimiyyətlə sağollaşdı.
Roma Papası Azərbaycan Dövlət Hava  Yolları Şirkətinə məxsus xü­
susi təyyarə ilə Bolqarıstana yola diişdıi.
461


Hevdar Əliyev siyasoti: TOLERANTLIQ
*  *  *
Klaudio  Qucerotti  (Vatikan  dövhtinitı  Azərbaycandakı  apostol 
ııımsisi): Cənab Prezident,  Sizin tərəfinizdən edilən bu  xeyirxah­
lıq Müqəddəs Ataya böyük təsir bağışladı. Siz onun da şahidi ol­
dunuz  ki,  müəyyən  çətinliklərə  baxmayaraq,  Müqəddəs Atanın 
özü  istəyirdi  ki,  bu  səfər  baş  tutsun.  Biz  böyük  sevinc  hissi  ilə 
demək  istəyirik ki,  O,  buraya  gələndə  hətta  Sizin  gözlərinizdən 
sevinc hissi  duyulduğunun şahidi olduq.
Cənab  Prezident,  Bakıda  katolik  kilsəsinin  tikilməsi  üçün  yer 
ayırdığınızı eşidəndə çox şad olduq. Hesab edirik ki, bu kilsə belə 
bir gözəl  ölkədə belə gözəl xalq  üçün öz töhfəsini  verəcəkdir.
Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən də çox şadam 
ki,  nəhayət,  Roma  Papası,  Zati-müqəddəsləri  II  Iohann  Pavelin 
Azərbaycana  səfəri  baş  tutdu.  O,  Azərbaycanda  çox  böyük  se­
vinc hissi ilə qarşılanıbdır. Siz gördünüz ki, onu nə qədər məhəb­
bətlə, nə qədər hərarətlə qarşılayırdılar.
Dünən  Azərbaycanın  elm,  mədəniyyət,  incəsənət  xadimləri 
ilə görüşümüz də  çox yüksək səviyyədə  keçdi  və  insanlar bunu 
çox  müsbət qiymətləndirirlər.  Bu  gün  İdman  sarayında  keçirdi­
yiniz tədbir də camaatda çox  böyük maraq doğurmuşdur.
Poma  Papasının Azərbaycana bu səfəri  tarixi hadisədir.  Bu  bi­
zim  xalqımızın  tarixinə  yazılıbdır.  Mən  bütün  bunlara  görə  çox 
təşəkkür edirəm.
Klaudio  Qucerotti:  Cənab  Prezident,  çox  sağ olun.  Bircə  onu 
demək  istəyirəm  ki,  dünənki  görüşümüzdə  gördük  ki,  Azər­
baycanın  həqiqətən  çox  yaxşı  uşaqları  vardır.  Onların  oxuduğu 
mahnıları eşitdik.  Bunlar həmişəlik  bizim  qəlbimizdə qaldı.  Cə­
nab Prezident,  mən sevinirəm  ki, Siz öz xalqınızla  fəxr edirsiniz.
İosif  Daniil  Pravda  (Bakıdakı  katolik kilsəsinin  rəhbəri):  Cənab 
Prezident,  Müqəddəs Atanı  Azərbaycana  dəvət etdiyinizə, səfə­
rin  yüksək  səviyyədə  təşkil  olunmasına  və  bu  ziyarətin  uğurla 
başa  çatmasına  görə  Sizə  və Azərbaycan  xalqına  dərin  təşəkkü­
rümü  bildirirəm.
462
Heydar Əliyev siyasaıi: TOLERANTLIQ
“QAFQAZDA SÜLH  NAMİNƏ ƏMƏKDAŞLIQ” 
MÖVZUSUNDA BEYNƏLXALQ  KONFRANSA
Hörmətli  konfrans iştirakçıları!
Sizi -   qardaş Gürcüstanın  paytaxtı  Tbilisi  şəhərində keçirilən 
beynəlxalq  konfransın  iştirakçılarını  səmimi salamlayır, hamını­
za sülh, cansağlığı, səadət və xoşbəxtlik arzulayıram.
Gürcü  Pravoslav  Kilsəsi,  Qafqaz  Müsəlmanları  İdarəsi  və 
Gürcüstanın  Etnik  və Konfessional  Əlaqələr Mərkəzi  tərəfindən 
Tbilisi  Dövlət  Universiteti  ilə  birlikdə  belə  bir  konfransın  keçi­
rilməsi  faktı  öz-özlüyündə çox yüksək qiymətə  layiqdir.  Din  və 
elm  xadimlərinin,  müxtəlif  konfessiya  və  xalqların  nümayən­
dələrinin belə səmərəli əməkdaşlığı, şübhəsiz ki, dinlərin və mə­
dəniyyətlərin  dialoqunda  yeni  uğurların  qazanılmasına  xidmət 
edəcəkdir.
Məlumdur ki, Qafqaz öz coğrafi-siyasi  mövqeyinə,  dini, etnik 
və dil mənzərəsinin rəngarəngliyinə görə dünyanın nadir guşələ­
rindən biridir.  Məhz burada, Avropa  ilə Asiyanın qovuşuğunda 
uzun  əsrlər  boyu  təşəkkül  tapmış  dialoq  və  qarşılıqlı  anlaşma 
mühiti  dini  və  mənəvi  dəyərlərin  nadir  sisteminin  yaranması­
na  gətirib çıxarmış,  tarixə Qafqaz mədəniyyəti  kimi daxil  olmuş 
belə  nadir  bir  fenomeni  formalaşdırmışdır.  Bu  fenomeni  səciy­
yələndirən yüksək etnik  və dini  tolerantlıq, qarşılıqlı ehtiram  və 
mehriban  qonşuluq  ənənələri,  milli  və  ümumbəşəri  dəyərlərin 
ahəngdar birləşməsi, sözsüz  ki,  konfransınızın  uğurlu  işini şərt­
ləndirən amillərdəndir.
Bu  gün  dövlətlərimiz  keçid  dövründə  bütün  postsovet  res­
publikalarına  xas  olan  bir  çox  siyasi,  sosial,  iqtisadi  və  mədəni 
problemlərlə  üzləşirlər.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  bu 
problemlərin  həll  olunması  burada  mürəkkəb  münaqişələrin 
mövcud  olması  ilə  daha  da  çətinləşir.  Bölgədə  sülhün  və əmin- 
amanlığın  bərqərar  olmasında  maraqlı  olmayan  müxtəlif dağı­
463


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə