Hovıi
.4
Olivvv siv.ısoli:
TOLERANTLIQ
sevincinə ortaq olmuşlar. Yəhudi xalqının müsibəti günündə
Azərbaycan xalqı adından kədərinizə şərik olduğumu bildirir,
irticanın günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şahari, 8 aprel 2002-ci il
<144
H m l o r O l i y c v s ı y , ı s . ı l ı : T O L E R A N T L I Q
VATİKAN DÖVLƏTİNİN AZƏRBAYCANDA
APOSTOI, NUNSİSİ KLAUDİO
QUCEROTTİNİN ETİMADNAMƏSİNİN
TƏQDİM OLUNMASI MƏRASİMİ
Prezident sarayı, 12 aprel 2002-ci il
Ö z etimadnaməsini Heydər Əliyevə təqdim etməkdən şərəf
duyduğunu bildirən Klaudio Qucerotti dedi ki, Müqəddəs Ata
Azərbaycana qarşıdakı səfərini həyata keçirməyi ürəkdən arzu
layır və bu səfərə çox həvəslə hazırlaşır, Sizin gözəi xalqınızın
və ölkənizin tarixini öyrənir. Vatikan dövlətinin başçısı II İohann
Pavelin Azərbaycan xalqına sülh və əmin-amanlıq arzuladığını
söyləyən cənab Klaudio Qucerotti bu səfərin baş tutması üçün
göstərdiyi köməyə görə dövlətimizin başçısına minnətdarlığını
bildirdi.
445
Hcvdor Əliyev siyasdti: TOLERANTLIQ
Apostol nunsi hələ tələbəlik illərində, institutun Şərq elmləri
fakültəsində oxuyarkən Azərbaycanın dahi şairi Nizami Gəncə
vinin əsərlərini tərcümə etdiyini bildirərək dedi ki, güman et
məzdim ki, mən nə vaxtsa Azərbaycanı görəcəyəm. Cənab Kla-
udio Qucerotti Prezident Heydər Əliyevi əmin etdi ki, Vatikan
dövləti ilə Azərbaycan arasında münasibətlərin və qarşılıqlı an
laşmanın inkişaf etdirilməsi üçün çalışacaqdır.
Prezident Heydər Əliyev cənab Qucerottini Vatikan dövləti
nin Azərbaycanda səfiri təyin olunması münasibətilə təbrik etdi
və gələcək işlərində ona uğurlar arzuladı. Dövlətimizin başçısı
ümidvar olduğunu bildirdi ki, səfirin Azərbaycanda fəaliyyəti
müqəddəs taxt-tac ilə ölkəmiz arasında əlaqələrin inkişafım tə
min edəcəkdir.
Müqəddəs Atanın Azərbaycana səfərinin ölkəmizdə səbirsiz
liklə gözlənildiyini vurğulayan dövlətimizin başçısı Heydər Əli
yev bildirdi ki, bu, xalqımız və dövlətimiz üçün tarixi bir hadisə
olacaqdır. Müqəddəs Atanın Azərbaycana qarşıdakı səfərə ha
zırlaşmasından, ölkəmiz haqqında əlavə məlumat toplamasın
dan məmnun qaldığını bildirən prezident Heydər Əliyev dedi
ki, bu səfər Vatikan dövlətinin başçısına respublikamızla tanış
olmaq imkanı verəcəkdir. Bu da ölkələrimiz arasında əlaqələrin
inkişafına kömək edəcəkdir.
♦ * *
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev apos
tol nunsi Klaudio Qucerotti ilə xatirə şəkli çəkdirdi.
Sonra dövlətimizin başçısı ilə apostol nunsi arasında səmimi
söhbət oldu.
Apostol nunsi bildirdi ki, o, ilk dəfə 1976-cı ildə Azərbaycanda
qısamüddətli səfərdə olmuşdur.
Prezident Heydər Əliyev dedi ki, o vaxt Azərbaycan müstəqil
dövlət deyildi. Azərbaycanın artıq on ildir müstəqil dövlət oldu
ğunu, 1994-cü ildə Vatikanla diplomatik əlaqələr qurduğunu və
bunu inkişaf etdirdiyini bildirən dövlətimizin başçısı 1998-ci ildə
446
Heydar Əliyev siyasoti: TOLERANTLIQ
İtaliyaya rəsmi səfəri zamanı müqəddəs taxt-tacı ziyarət etdiyini,
Müqəddəs Ata ilə görüşdüyünü, səmimi söhbət etdiyini və onu
Azərbaycana dəvət etdiyini xatırlatdı. Azərbaycan Prezidenti bu
dəvətin qəbul edilməsindən məmnun olduğunu vurğuladı.
Azərbaycan Prezidentinin Vatikana səfərini Müqəddəs Atanın
yaxşı xatırladığını bildirən apostol nunsi dedi ki, o, Azərbaycana
səfər etmək və Sizinlə yenidən görüşmək arzusundadır.
Cənab Klaudio Qucerotti vurğuladı ki, Vatikan dövlətinin
başçısı bəzi ölkələrdə xristianlar və müsəlmanlar arasında baş
verən münaqişələrdə və müharibələrdə heç bir dini əsas görmür.
Roma Papası müxtəlif dinlərə mənsub olan insanların sülh şəra
itində yaşamasmı arzulayır.
Azərbaycanın həm Şərqə, həm də Qərbə açılan qapı olduğunu
söyləyən cənab Qucerotti dedi ki, bu ölkə müxtəlif dinlərə mən
sub insanların birlikdə sakit yaşamasının rəmzidir.
447