Heydor Əliyev sivasoti: TOLERANTLIQ
xalqın, insanların istifadəsinə verildi, o cümlədən yepiskopluq
yaradıldı, səhv etmirəmsə, 1998-ci ildə o, Bakı və Xəzəryanı böl
gə vepiskopluğu statusu aldı. Yeri gəlmişkən, bu, yəni Bakı və
Xəzəryanı bölgə yepiskopluğu Sovet hakimiyyətindən əvvəl də
mövcud idi. 1934-cü ilədək bir çox onilliklər ərzində mövcud ol
muş, amma sonralar bunların hamısı ləğv edilmişdir. Şükür ki,
bunların hamısını bərpa etmək, pravoslav xristianlara və bütün
xristianlara bu dini təşkilatın imkanlarından bəhrələnməyə şə
rait yaratmaq mümkün oldu. Budur, həmin fəaliyyətin nəticəsi
göz qabağındadır və bu qədim məbəd bərpa edilmişdir.
Bu baxımdan böyük iş görülmüşdür. Yepiskop həzrətləri, bu
məbədin bərpası üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkür
edirəm. Əlbəttə, bu məbədin bərpası üçün çox iş görmüş Rusiya
biznesmeni, azərbaycanlı Aydın Qurbanovun fəaliyyəti də yük
sək qiymətə layiqdir.
Bu gün o öz xidmətlərinə görə Rus Pravoslav Kilsəsinin təbrik
məktubunu və yüksək mükafatını aldı.
Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayən
dələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azər
baycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir.
Mən şadam ki, burada hamı bunu qeyd etdi və bu, həqiqətən, belə
dir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir
toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı, 90-cı
illərinin əvvəllərindəki ağır dövrdə belə, heç bir mənfi fakt qeydə
alınmamışdır. Bu gün də, müstəqil Azərbaycanda biz hər bir insa
nın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan
azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsub-
dursa, həmin dinə ibadət edir. Lakin bu, Azərbaycanda insanların
mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasma mane olmur,
burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik
yoxdur.
Yeri gəlmişkən, bununla əlaqədar mən Azərbaycan ruhaniləri,
o cümlədən şeyx həzrətləri Allahşükür Paşazadənin, yepiskop
həzrətləri Aleksandrın və yəhudi icması başçısının birgə fəaliy
490
Hcydar Əliyev siyasoti: TOLERANTLIQ
yətini, onların öz aralarında çox mehriban dostluq münasibətlə
ri, tam qarşılıqlı anlaşma yaratdıqlarını xüsusi qeyd etmək istə
yirəm.
Azərbaycanda dini konfessiyalar arasındakı belə qarşılıqlı
münasibətlər, hesab edirəm ki, bir çox ölkələr üçün nümunə ola
bilər. Mən bu xeyirxah işə görə dini rəhbərlərimizə təşəkkürümü
bildirirəm və inanıram ki, onlar bu əməkdaşlığı daha da inkişaf
etdirəcək və genişləndirəcəklər.
Bir sözlə, rus pravoslav əhali Azərbaycanda özünü normal
hiss edir və Prezident kimi bu gün bəyan edirəm ki, bundan son
ra da Azərbaycanda azad yaşaya, işləyə, sevimli işi ilə məşğul
ola, ölkəmizin ictimai həyatında fəal iştirak edə bilər və mən bu
nun üçün yalnız minnətdar olaram. Zənnimcə, bu Baş Kafedral
kilsənin açılması pravoslav xristianların və bütün xristianların
birləşməsinə kömək edəcək və eyni zamanda, Azərbaycanda
xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlən
məsinə və inkişafına xidmət edəcəkdir.
Bununla əlaqədar mən Rusiya ilə bizim mehriban münasibət
lərimizdən danışmaq istərdim. Rusiya ilə Azərbaycan arasında
dostluq, tərəfdaşlıq münasibətləri mövcuddur. Biz bu münasi
bətləri yüksək qiymətləndiririk, onların inkişafına və möhkəm
lənməsinə çalışırıq, bütün imkanlardan, xüsusilə də iqtisadi
əməkdaşlıqdan istifadə edirik. Rusiya Prezidenti cənab Putinin
Azərbaycana səfəri, Azərbaycan Prezidentinin Rusiyaya cavab
səfəri, digər çoxsaylı görüşlərimiz hər bir mərhələdə münasibət
lərimizi təhlil etməyə və onların inkişafı üçün tədbirlər görməyə
imkan yaradır. Bu gün də bu Baş Kafedral kilsənin açılışı Rusiya
ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin daha da
inkişaf etdirilməsi üçün bir addımdır, özü də böyük addımdır.
Mən bu böyük hadisə münasibətilə sizin hamınızı bir daha
təbrik edirəm, hər bir pravoslav xristianına, Azərbaycanın hər
bir sakininə cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, işində uğurlar
arzulayıram.
491
Hı'ut.'r Olivev 'iv.ıs.ıtı: TOLERANTLIQ
Hörmətli dostlar!
Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr həzrətləri!
Siz Azərbaycandakı pravoslav ruhanilərə başçılıq etməklə ya
naşı, ölkəmizin ictimai həyatında fəal iştirak edir və xalqlarımız
arasında münasibətlərin möhkəmləndirilməsi üçün çox işlər gö
rürsünüz. Bununla əlaqədar, mən öz Fərmanımla Bakı və Xəzər
yanı bölgənin yepiskopu Aleksandrı Azərbaycanın ali mükafatı
- "Şöhrət" ordeni ilə təltif etmişəm.
Fürsətdən istifadə edərək, bu təntənəli gündə sizin hüzuru
nuzda həmin yüksək mükafatı Aleksandr həzrətlərinə təqdim
etmək və ona cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və çox vacib
işində bövük uğurlar arzulamaq istəyirəm.
492
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
RUM PATRİARXI I VARFOLOM EY VƏ
ONU MÜŞAYİƏT EDƏN NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı, 17 aprel 2003-cii il
I Varfolomey:
Cənab Prezident, Sizinlə təkrar görüşməyim
dən böyük şərəf duyduğumu vurğulayıram. İstanbulda NTV
telekanalının bir tədbirində Sizinlə görüşmüşdük. Türkiyənin
doqquzuncu cümhur başqanı hörmətli Süleyman Dəmirəl də
orada idi. Sizə plaket təqdim olundu. Sonra Qocaeli Universi
tetində yeni dərs ilinin açılışında təkrarən görüşdük, hörmət
li Süleyman Dəmirəlin doğum günü idi. Siz gözəl xeyir-dualar
söylədiniz, ona Azərbaycandan hədiyyələr gətirmişdiniz. Mən
də iştirakçılar arasında idim.
493
Heydor Əliyev siyosMi: TOLERANTLIQ
Zati-aliləri, məmləkətimizi Sizin nəqədərsevdiyinizi bilirik və
oradan Sizə salamlar və xeyir-dualarımızı gətirmişik. Dünəndən
bəri Azərbaycanda olmağımızdan son dərəcə məmnunuq. Bu zi
yarətimiz, Azərbaycan ləhcəsi ilə desək, bu səfərimiz dinlərarası
dialoqu daha irəliyə aparmaq üçündür.
Bizə göstərilən səmimi qəbul və qonaqpərvərlik çərçivəsin
də bu ziyarətimizin amalının gerçəkləşəcəyinə ümidvarıq. Sizin
yüksək şəxsinizdə bütün Azərbaycan xalqını məhəbbətlə salam
layırıq, uca Allahdan məmləkətinizi, millətinizi və dəyərli şəxsi
nizi hər pislikdən, çətinlikdən qorumasını niyaz edirik.
Cənab Prezident, son aylarda Amerika Birləşmiş Ştatlarında
əməliyyat keçirdiyinizdən xəbərimiz vardı və Sizə şəfalar dilə
yirik. Bu yaxında qeyd edəcəyiniz doğum gününüzü də indidən
təbrik edirik. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Heydər Əliyev: Zati-müqəddəsləri, əvvəlcə, gözəl sözlərinizə,
bizim keçmişdəki görüşlərimizi xatırladığınıza və çox dəyərli fi
kirlərinizə görə təşəkkür edirəm. İkincisi, Azərbaycana xoş gəl
misiniz, səfa gətirmisiniz. Sizin Azərbaycana gəlməyiniz bizim
xalqımız, ölkəmiz iıçün bir hadisədir. Çünki rəhbərlik etdiyiniz iş
dünyada yeganə bir işdir. Ona görə də belə bir şəxsiyyətin Azər
494
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
baycana ziyarət etməsi, təbiidir ki, böyük maraq doğurur. Mən bi
lirdim ki, siz gələcəksiniz. Televiziya vasitəsilə gördüm, ancaq təy
yarədən düşən kimi, orada danışmağınızdan heyran oldum. Mən
sizi xatırlayıram, sizi tanıyıram, amma türk dilində bu qədər gözəl
danışmağınız məni heyran etdi. Onu da deyim ki, siz Azərbaycan
dilinə yaxın bir ləhcədə danışırsınız. Deyə bilərəm ki, Azərbaycan
ləhcəsində danışırsınız.
1 Varfolomey:
Cənab Prezident, İstanbulda sizin televiziyanın
verilişlərini izləyirəm və yüzdə doxsanını anlayıram.
Heydər Əliyev:
Çünki türk dili ilə Azərbaycan dili keçmişdə
çox yaxın olubdur. Son dövrdə, məsələn, 30-40 il içərisində türk
dilində müəyyən dəyişikliklər olubdur. Ona görə də Azərbaycan
dili ilə fərqi bir az artıbdır.
Süleyman Dəmirəl də sizin kimi danışır, əski türk dilində da
nışırsınız. Əski türk dili də Azərbaycan dilinə daha da yaxındır.
Türk dilindən savayı, bir çox başqa dilləri də bilirsiniz. Çox nadir,
istedadlı şəxsiyyətsiniz. Ancaq, əlbəttə, kim mənim dilimdə, mə
nim millətimin, xalqımın dilində danışırsa, o mənə daha çox xoş
gəlir. Ona görə televiziya ilə gördüm, eşitdim, sizə heyran oldum.
Sizin bu səfəriniz qısadır, amma çox görüşlər keçirmisiniz, çox
işlər görmüsünüz. Görürəm ki, burada istirahətə imkanınız ol
mayıbdır. Ancaq mən arzu edərdim ki, siz Azərbaycanda bir az
da istirahət edəsiniz.
I Varfolomey minnətdarlıq edərək dedi ki, cənab Prezident, biz isti
rahət iiçün gəlməmişik. Bu təmaslarda olmaq iiçiin gəlmişik və bu qədər
faydalı keçdiyi iiçiin Cəfərimizdən çox məmnunuq. İstirahət başqa vaxt
edərəm.
Prezident Heydər Əliyev vurğuladı ki, sizin gördiiyiiniiz işlər dün
yada sülhiin, əmin-amanlığın, millətlərin bir-birinə yaxınlığının, dost
luğunun təmin olunmasına yönəldilibdir. Azərbaycanda tolerantlıq
yüksək səviyyədədir. Burada fərqli dinlər var, amma onların arasında
münasibətlər tamamilə səmimi, dostluq münasibətləridir, heç kəs fərq
qoymur ki, bu, Xristian dininə mənsubdur, bu, Yəhudi dininə mənsub
dur, bu, müsəlman dininə mənsubdur.
495
Hey dor Əliyev siyasəti: TOLERANTLIQ
I Varfoiomey: Zati-aliniz keçən dəfə Rus Ortodoks kilsəsinin
açılışına qatılmışdı. Xalqınıza ən gözəl xidmətləri Siz edirsiniz.
Heydər Əliyev: Bəli, getmişdim. Çünki o kilsə uzun müddət
xarab vəziyyətdə idi. Sonra Rusiyada yaşayan bir azərbaycan
lı biznesmen bu işi üzərinə götürdü, onu çox gözəl bərpa etdi.
Mənə dedilər ki, açılış var, dəvət etdilər. Amma dəvət etməsəy
dilər də, gedəcəkdim. Çünki bu bizim üçün böyük hadisədir.
Orada həddindən çox adam vardı, içəri adamla dolu idi. Yaxşı
ki, ekranlar qoymuşdular, içəridəki mərasimi eşikdə görürdülər.
1 Varfoiomey: Cənab Prezident, dünən həmin kilsəyə gedib
dua etdik. Bakıda Müqəddəs Varfolomeyin şəhid olduğu yerdə,
Qız qalasının yanında yeni bir ortodoks kilsəsi inşa edəcəyik. Biz
buna çox sevindik. İnşallah, ən qısa zamanda bu iş həqiqətə çev
riləcəkdir. Mən Müqəddəs Varfolomeyin ismini daşıyıram.
Heydər Əliyev: Bir halda ki, onun ismini daşıyırsınız, onda o
kilsəni açanda siz də gəlməlisiniz.
I Varfoiomey: Təşəkkür edirəm. Biz zati-alinizi yormaq istə
mirik. Nə qədər məşğul olduğunuzu bilirik. Son olaraq, növbə
ti prezident seçkilərində yenə uğurlar qazanmağınızı diləyir və
bunu istəyirik.
Heydər Əliyev: Siz burada qısa bir zamanda çox məsələləri
dediniz. Birincisi, bizim görüşlərimizi, ikincisi, bizim münasibət
lərimizi, üçüncüsü, bizim ölkəmiz barədə, dördüncü, mənim 80
yaşımın tamam olmasını.
Sizinlə danışmaq çox şirindir. Əgər mən qəbul etdiyim adam
larla belə şirin danışıqlar aparsaydım, çox yaxşı olardı. Bəzən
mübahisə edirsən, sual verirsən, sual alırsan. Amma indi burada
ləzzətli söhbət edirik.
Mən bir daha təşəkkürümü bildirirəm, hər şeyin Azərbay
can xalqının ürəyincə olmasını, uca Allahdan ölkənizin sülh və
əmin-amanlıq içində yaşamasını diləyirəm.
496
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİANLARINA
Hörmətli həmvətənlər!
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmi
mi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və bayram
əhval-ruhiyyəsi arzulayıram.
İnsanları sülhə, əmin-amanlığa çağıran və mərhəmət duy
ğusu oyadan bütün dini bayramlar kimi, bu bayram da əsrlərlə
xristian aləminə mənsub olan insanlar arasında səmimiyyət və
mehribanlığı artırmış, dostluq, qardaşlıq və həmrəylik rəmzinə
çevrilmişdir. Bütün xristianların böyük sevinclə qarşıladıqları
Pasxa bayramı onlara yüksək bəşəri-mənəvi dəyərlərdən fayda
lanmaq imkanı verir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bu
dini mərasimin pravoslav vətəndaşlarımız tərəfindən geniş şə
kildə qeyd edilməsi ölkəmizdə dilindən, dinindən və etnik mən
subiyyətindən asılı olmayaraq, uzun əsrlər boyu bir yerdə yaşa
yan xalqlar arasındakı dini dözümlülüyün parlaq təzahürüdür.
Ölkəmizin pravoslav xristianlarının hazırda Pasxa bayramını
təntənə ilə qeyd etmələri Azərbaycan Respublikasında bu gün
də hökm sürən tolerantlıqdan və konfessiyaların azad fəaliyyəti
üçün yaradılmış imkanlardan bəhrələnməyin gözəl ifadəsi sayı
la bilər.
Builki Pasxa ərəfəsindəki Bakıda Baş Kafedral kilsənin bərpa
edilib istifadəyə verilməsi Azərbaycan pravoslav xristianlarının
həyatında əlamətdar hadisə olmuşdur. Pravoslav əhalinin dini
ayinlərini icra etdiyi bu məbədin keçən əsrin əvvəlində azərbay
canlı xeyriyyəçinin vəsaiti ilə tikilməsi və təxminən bir əsr sonra
digər azərbaycanlı xeyriyyəçinin hesabına bərpa edilməsi ölkə
mizdə dinlərarası dostluq və əməkdaşlıq münasibətlərini səciy
yələndirən əyani misaldır.
497
Ho_\'dor Əliyev siyasəti: TOLERANTLIQ
Ümidvar olduğumu bildirirəm ki, müstəqil Azərbaycanımı
zın daha güclü olması naminə ölkəmizin qarşısında dayanan
ümdə vəzifələrin həllində, cəmiyyətimizdə vətəndaş həmrəyli
yinin tam bərqərar olması işində siz - xristian həmvətənlərimiz
bundan sonra da öz bacarıq və səylərinizi əsirgəməyəcəksiniz.
Bayramınız mübarək olsun!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şahəri, 26 aprel 2003-cü il
498
Heydər Əliyev siyasoti: TOLERANTLIQ
QAFQAZ MÜSƏLMANLARININ XI QURULTAYINA
Hörmətli qurultay nümayəndələri!
Sizi - Qafqaz Müsəlmanlarının Bakı şəhərində keçirilən XI qu
rultayının nümayəndələrini səmimi-qəlbdən salamlayır, qurul
tayınızın işinə uğurlar arzulayıram.
Qafqaz qədim zamanlardan burada məskunlaşmış insanların
formalaşdırdığı ədət-ənənələrin, mənəvi dəyərlərin zənginliyinə
görə dünyanın nadir bölgələrindən biridir. Qafqaz xalqlarının
tarix boyu bəşər mədəniyyətinə verdiyi töfhlələr olduqca san
ballı və qiymətli olmuşdur. İslamın Qafqazda yayılması ilə re
gion xalqlarının tarixində yeni bir dövr başlamış, müqəddəs ki
tabımız Qurani-Kərimin ilahi hökmləri insanların həyat tərzinə,
milli-mədəni dəyərlərinin əsasını təşkil etmişdir. Bu dövrdən
başlayaraq İslam sivilizasiyası Qafqaz xalqlarının sosial-iqtisadi,
ictimai, elmi və mədəni inkişafına güclü təkan vermiş və regi
onun dahi şəxsiyyətləri də həmin sivilizasiyanın zənginləşməsi
yolunda böyük xidmətlər göstərmişlər.
İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir. 2001-ci il
sentyabarın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş fa
ciəli hadisələr bütün sülhsevər qüvvələr kimi, müsəlman din xa
dimləri tərəfindən də birmənalı şəkildə pislənildi, eyni zaman
da, terrorizmə din donu geyindirmək cəhdləri qətiyyətlə rədd
edildi. Həqiqətən də, mərhəmət və şəfqət prinsiplərinə əsasla
nan İslam dini hər hansı zorakılıq və terror halları ilə əlaqəsi ola
bilməz.
Başqa dinlərlə dözümlülük, dinc yanaşı və anlaşma şəraitində
yaşamaq İslam dininin nəcib xüsusiyyətlərindən biridir. Bu, ta
rix boyu Qafqazda da, Azərbaycanda da həmişə öz əməli ifadəsi
ni tapmışdır. Biz iftixar hissi ilə deyə bilərik ki, bölgəmizdə dini
zəmində heç vaxtı qarşıdırma halları olmamışdır. Belə bir hal
Qafqaz müsəlmanlarının həmişə sülh və əmin-amanlığa dəvət
edən İslami dəyərlərə sadiq olduğunu əyani şəkildə nümayiş
etdirir. Bölgəmizdə bəzi siyasi qüvvələrin qərəzli şəkildə törət
dikləri münaqişələrin, o cümlədən Qarabağ münaqişəsinin heç
499
bir dini və ya etnik səbəbi yoxdur. Bu, ölkəmizin müstəqilliyinə,
suverenliyinə və ərazi bütövlüyünə qənim kəsilmiş qüvvələrin
apardıqları separatçılıq siyasətinin nəticəsidir. Bölgədə dini dö
zümlülüyün bərqərar edilməsi, münaqişələrin aradan qaldırıl
ması yolunda Qafqaz Müsəlmanları İdarəsinin, müsəlman din
xadimlərinin göstərdikləri səylər sabitliyin və əmin-amanlığın
bərqərar edilməsi baxımından təqdirəlayiqdir. Azərbaycan öz
müstəqilliyinin bərpa etdikdən sonra demokratik, hüquqi, dün
yəvi dövlət qurmaq yolunu tutmuşdur və bu yolla da irəliləyir.
Azərbaycan dövləti öz vətəndaşları üçün Konstitusiyada təsbit
olunmuş bütün azadlıqların, o cümlədən vicdan azadlığının
təmin edilməsinin öz siyasətinin əsas tərkib hissəsi hesab edir.
Azərbaycanda formalaşmış dövlətin münasibətləri beynəlxalq
aləmdə bu sahədə səmərəli və əlverişli model kimi qəbul edilir.
Azərbaycan vətəndaşlarına islamın gözəl mənəvi dəyərlərinin
aşılanması, onların bu zəmində tərbiyələndirilməsi cəmiyyətdə
sağlam mənəviyyatın hökm sürməsi işinə öz güclü müsbət təsi
rini göstərir. Azərbaycan dövləti müsəlman din xadimlərinin bu
sahədə apardıqları işi yüksək qiymətləndirir.
Hörmətli qurultay nümayəndələri!
Qafqaz Müsəlmanlarının XI qurultayını üçüncü minillikdə keçi
rilən ilk qurultaydır. Yeni əsr cəmiyyətin bütün təbəqələri, o cüm
lədən din xadimləri qarşısında yeni vəzifələrə, yeni tələblər qoyur.
Əminəm ki, siz bu qurultayda Qafqaz müsəlmanlarının gələcək
fəaliyyətinin həmin vəzifələrə uyğun qurulması, Ümumqafqaz
məsələlərinin həll edilməsi, İslam dini dəyərlərinin təbliğ olun
ması üçün daha siz əməkdaşlıq məsələlərinin müzakirə edəcək və
müvafiq qərarlar qəbul edəcəksiniz.
Yüksək amallara xidmət edən nəcib fəaliyyətinizdə sizə böyük
uğurlar diləyir, hər birinizə cansağlığı və səadət arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şahari, 29 iyul 2003-cü il
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
___ _____ ___________________________
500
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Əziz həmvətənlər!
Sizi - respublikamızın yəhudi əhalisini Yeni il bayramınız -
Roş-Ha-Şana - münasibətilə ürəkdən təbrik edir, hamınıza can
sağlığı və səadət arzulayıram.
Əsrlərdən bəri ölkəmizdə məskunlaşıb yaşayan yəhudilər
heç zaman Azərbaycanda təqiblərə və ayrı-seçkiliyə məruz qal
mamış, milli-mədəni özünəməxsusluğunu qoruyub saxlayaraq,
respublikamızın ictimai-siyasi və elmi-mədəni həyatında yaxın
dan iştirak etmişlər. Azərbaycan milli müstəqillik qazandıqdan
sonra respublikamızda yaşayan digər xalqların nümayəndələri
kimi, yəhudilər də demokratik dövlət quruculuğu prosesində
fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir, ölkəmizin tərəqqisi və
inkişafı üçün əllərindən gələni əsirgəmirlər.
Əziz həmvətənlər!
Hər il Azərbaycanda təntənə ilə qeyd olunan Roş-Ha-Şana ye
nilik, tövbə, mənəvi saflıq bayramıdır.
Qoy bu bayram hamınızın həyatına xoş ovqat, ailələrinizə
xoşbəxtlik və sevinc gətirsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şahari, 26 sentyabr 2003-cii il
501
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
VATİKAN DÖVLƏTİNİN BAŞÇISI PAPA
II İOHANN PAVEL HƏZRƏTLƏRİNƏ
Möhtərəm Papa həzrətləri!
Vatikan dövlətinin milli bayramı - Müqəddəs taxta əyləşmə
günü münasibətilə Sizi və bütün katolikləri səmimi-qəlbdən təb
rik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq
münasibətləri, səmimi dialoq xalqımızın iradəsinə uyğun olaraq
bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, humanizm idealları naminə nəcib
fəaliyyətinizdə uğurlar, dost Vatikan xalqına xoşbəxtlik və fira
vanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhgri, 21 oktyabr 2003-cii il
502
Kitab "AzərTAc'ün materialları
əsasında hazırlanmışdır
« E l m v ə t ə h s i l » n ə ş r i y y a t ı n ı n d i r e k t o r u :
p r o f e s s o r N a d i r M Ə M M Ə D L İ
K i t a b ı ç a p a h a z ı r l a y a n l a r :
N a h i d M Ə M M Ə D O V
C a h a n d a r Ə L İ F Z A D Ə
T e x n i k i r e d a k t o r :
O q t a y O R U C O V
Y ı ğ ı l m a ğ a v e r i l m i ş d i r : 1 9 . 0 2 .2 0 1 4
Ç a p a i m z a l a n m ı ş d ı r : 2 6 . 1 2 .2 0 1 4
Ş ə r t i ç a p v ə r ə q i 3 1 . 5 . S i f a r i ş № 2 2 5
K a ğ ı z f o r m a t ı 7 0 x 1 0 0 1 / 1 6 . T i r a j 1 0 0 0
K i t a b « T u r
Dostları ilə paylaş: |