Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə103/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   99   100   101   102   103   104   105   106   ...   112

Hovıi
.4
 Olivvv siv.ısoli: TOLERANTLIQ
sevincinə  ortaq  olmuşlar.  Yəhudi  xalqının  müsibəti  günündə 
Azərbaycan  xalqı  adından  kədərinizə  şərik  olduğumu  bildirir, 
irticanın günahsız qurbanlarına Allahdan  rəhmət diləyirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şahari, 8 aprel 2002-ci il
<144
H m l o r   O l i y c v   s ı y , ı s . ı l ı :   T O L E R A N T L I Q
VATİKAN  DÖVLƏTİNİN AZƏRBAYCANDA 
APOSTOI, NUNSİSİ  KLAUDİO 
QUCEROTTİNİN  ETİMADNAMƏSİNİN 
TƏQDİM  OLUNMASI  MƏRASİMİ
Prezident sarayı,  12 aprel 2002-ci il
Ö z  etimadnaməsini  Heydər  Əliyevə  təqdim  etməkdən  şərəf 
duyduğunu  bildirən  Klaudio  Qucerotti  dedi  ki,  Müqəddəs  Ata 
Azərbaycana  qarşıdakı səfərini  həyata  keçirməyi  ürəkdən  arzu­
layır  və  bu  səfərə  çox  həvəslə  hazırlaşır,  Sizin  gözəi  xalqınızın 
və ölkənizin tarixini öyrənir. Vatikan dövlətinin başçısı II İohann 
Pavelin  Azərbaycan  xalqına  sülh  və  əmin-amanlıq  arzuladığını 
söyləyən  cənab  Klaudio  Qucerotti  bu  səfərin  baş  tutması  üçün 
göstərdiyi  köməyə  görə  dövlətimizin  başçısına  minnətdarlığını 
bildirdi.
445


Hcvdor Əliyev siyasdti: TOLERANTLIQ
Apostol  nunsi  hələ  tələbəlik  illərində,  institutun  Şərq  elmləri 
fakültəsində oxuyarkən Azərbaycanın dahi  şairi  Nizami Gəncə­
vinin  əsərlərini  tərcümə  etdiyini  bildirərək  dedi  ki,  güman  et­
məzdim  ki,  mən  nə  vaxtsa  Azərbaycanı  görəcəyəm.  Cənab  Kla- 
udio  Qucerotti  Prezident  Heydər  Əliyevi  əmin  etdi  ki,  Vatikan 
dövləti  ilə Azərbaycan  arasında  münasibətlərin  və  qarşılıqlı  an­
laşmanın  inkişaf etdirilməsi üçün çalışacaqdır.
Prezident  Heydər  Əliyev  cənab  Qucerottini  Vatikan  dövləti­
nin Azərbaycanda  səfiri  təyin olunması  münasibətilə  təbrik etdi 
və  gələcək  işlərində  ona  uğurlar  arzuladı.  Dövlətimizin  başçısı 
ümidvar  olduğunu  bildirdi  ki,  səfirin  Azərbaycanda  fəaliyyəti 
müqəddəs  taxt-tac  ilə  ölkəmiz  arasında  əlaqələrin  inkişafım  tə­
min edəcəkdir.
Müqəddəs Atanın Azərbaycana  səfərinin  ölkəmizdə səbirsiz­
liklə gözlənildiyini vurğulayan dövlətimizin başçısı Heydər Əli­
yev bildirdi ki, bu,  xalqımız və dövlətimiz üçün tarixi bir hadisə 
olacaqdır.  Müqəddəs  Atanın  Azərbaycana  qarşıdakı  səfərə  ha­
zırlaşmasından,  ölkəmiz  haqqında  əlavə  məlumat  toplamasın­
dan  məmnun  qaldığını  bildirən  prezident  Heydər  Əliyev  dedi 
ki,  bu  səfər  Vatikan  dövlətinin  başçısına  respublikamızla  tanış 
olmaq  imkanı verəcəkdir.  Bu  da  ölkələrimiz arasında  əlaqələrin 
inkişafına  kömək edəcəkdir.
♦   *  *
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər Əliyev  apos­
tol nunsi  Klaudio Qucerotti ilə xatirə şəkli çəkdirdi.
Sonra  dövlətimizin  başçısı  ilə  apostol  nunsi  arasında  səmimi 
söhbət oldu.
Apostol nunsi bildirdi ki, o, ilk dəfə 1976-cı ildə Azərbaycanda 
qısamüddətli səfərdə olmuşdur.
Prezident Heydər Əliyev dedi  ki, o vaxt Azərbaycan müstəqil 
dövlət deyildi. Azərbaycanın artıq on ildir müstəqil dövlət oldu­
ğunu,  1994-cü  ildə Vatikanla  diplomatik əlaqələr qurduğunu  və 
bunu inkişaf etdirdiyini bildirən dövlətimizin başçısı 1998-ci ildə
446
Heydar Əliyev siyasoti: TOLERANTLIQ
İtaliyaya rəsmi səfəri zamanı müqəddəs taxt-tacı ziyarət etdiyini, 
Müqəddəs Ata  ilə görüşdüyünü,  səmimi söhbət etdiyini  və onu 
Azərbaycana dəvət etdiyini xatırlatdı. Azərbaycan Prezidenti bu 
dəvətin qəbul edilməsindən məmnun olduğunu vurğuladı.
Azərbaycan  Prezidentinin  Vatikana  səfərini  Müqəddəs  Atanın 
yaxşı  xatırladığını  bildirən  apostol  nunsi  dedi  ki,  o, Azərbaycana 
səfər etmək və Sizinlə yenidən görüşmək arzusundadır.
Cənab  Klaudio  Qucerotti  vurğuladı  ki,  Vatikan  dövlətinin 
başçısı  bəzi  ölkələrdə  xristianlar  və  müsəlmanlar  arasında  baş 
verən münaqişələrdə və müharibələrdə heç bir dini əsas görmür. 
Roma Papası müxtəlif dinlərə mənsub olan insanların sülh şəra­
itində yaşamasmı arzulayır.
Azərbaycanın həm Şərqə, həm də Qərbə açılan qapı olduğunu 
söyləyən cənab Qucerotti dedi  ki, bu ölkə müxtəlif dinlərə mən­
sub insanların birlikdə sakit yaşamasının  rəmzidir.
447


Hcydsr Əliyev sıy.ıseti  TO LERA NTLIQ
ROMA  PAPASI  II  İOHANN  PAVEL HƏZRƏTLƏRİNƏ
Əlahəzrət!
Ad gününüz münasibətilə Sizi səmimi-qəlbdən  təbrik edirəm.
Siz  bütün  ömrünüz  boyu  humanizm  ideallarına  sədaqətlə 
xidmət  edərək,  insanlar  arasında  qarşılıqlı  anlaşma,  mərhəmət, 
şəfqət hisslərini, dostluq və əməkdaşlığı  tərənnüm edirsiniz.
Sizə  möhkəm  cansağlığı,  uzun  ömür,  müqəddəs  işinizdə 
uğurlar diləyirəm.
Tezliklə Sizi Bakıda gözləyirəm.
Hörmətlə,
Heydər Əliyev, 
Azərbaycan Respublikasının  Prezidenti 
18 may 2002-ci il
448
lleyder Əliyev siyaseiı: TOLERANTLIQ
HEYDƏR ƏLİYEVİN  DƏVƏTİ  İLƏ VATİKAN 
DÖVLƏTİNİN  BAŞÇISI, ROMA  PAPASI  II  İOHANN 
PAVELİN AZƏRBAYCANA RƏSMİ  SƏFƏRİ
22 may 2002-ci il
Vatikan  dövlətinin başçısı, Roma Papası II İohann  Pavel Azər­
baycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  dəvəti  ilə 
ölkəmizə rəsmi səfərə gəlmişdir.
Binə beynəlxalq  hava  limanı  Vatikanın  və Azərbaycanın döv­
lət bayraqları ilə bəzədilmişdi, binanın önündən Roma Papasının 
iri  portreti və "Zati-Müqəddəsləri, Azərbaycana xoş gəlmisiniz" 
sözləri yazılmış  transparant asılmışdı.
Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti  Heydər Əliyev ali qo­
nağı qarşılamaq üçün hava  limanına gəldi.
Dövlətimizin başçısı  Heydər Əliyev Vatikan dövlətinin başçı­
sını təyyarənin pilləkəninin yanında səmimiyyətlə, mehribanlıq­
la salamladı.
Milli geyimli uşaqlar pontifikə gül-çiçək və sinidə Azərbaycan 
torpağı təqdim etdilər. Roma Papası dodaqları ilə bu torpağa eh­
tiramla  toxundu.
Prezident Heydər Əliyev və Roma Papası II İohann Pavel uçuş 
meydanında qoyulmuş xüsusi tribunada əyləşdilər.
Vatikanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin  rəisi dövlət başçılarına  raport verdi.
449


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə