Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hovdur Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə100/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   96   97   98   99   100   101   102   103   ...   112

Hovdur Əliyev siyasəti: TOLERANTLIQ
AZƏRBAYCAN YƏHUDİ  İCMASINA
Hörmətli həmvətənlər!
Sizi  yəhudi  təqvimi  ilə  yeni  il  -   Roş-Ha-Şana  münasibətilə 
ürəkdən  təbrik  edir,  respublikamızın  bütün  yəhudi  vətəndaş­
larına  ən  səmimi  arzu  və  diləklərimi  yetirirəm.  Azərbaycan 
yəhudiləri,  respublikamızın  digər  milli  və  dini  azlıqları  kimi, 
öz  bayram  və  mərasimlərini  azad  və  sərbəst  şəkildə,  böyük 
təntənə  ilə  qeyd  edirlər.  Bu,  Azərbaycanda  tarixən  formalaşmış 
tolerantlığın,  xoşməramlı  milli-dini  münasibətlərin,  mehriban 
dostluq  və  qardaşlıq  mühitinin  göstəricisidir.  Müstəqil  Azər­
baycan  Respublikasında  yaşayan  milli  azlıqlara öz  tarixi  köklə­
rini,  adət-ənənələrini  qoruyub  saxlamaq,  dil  və  mədəniyyətini 
inkişaf etdirmək  üçün beynəlxalq normalara  uyğun  demokratik 
hüquqi-siyasi şərait bərqərar edilmişdir. Bu gün hər bir Azərbay­
can vətəndaşı  milli mənsubiyyətindən,  dini etiqadından asılı ol­
mayaraq,  milli  dövlətçiliyimizin  və  demokratiyanın  bu  əvəzsiz 
bəhrələrindən yararlanmaqdadır.
Əsrlərdən bəri ölkəmizdə məskunlaşıb yaşayan yəhudüər Azər­
baycanda  heç  zaman  təqiblərə,  ayrı-seçkiliyə  məruz  qalmamış, 
milli-mədəni adət və ənənələrini qoruyub saxlamışlar. Hazırda yə­
hudi vətəndaşlarımız respublikamızın elmi-mədəni,  ictimai-siyasi 
həyatında  yaxından  iştirak edir,  müstəqil dövlət quruculuğu pro­
sesində vətəndaşlıq borclannı sədaqətlə yerinə yetirirlər.
Əziz həmvətənlər!
Roş-Ha-Şana  xoş  diləklər,  mənəvi  saflıq  bayramıdır.  Qoy  bu 
bayram  hər birinizin həyatına  xoşbəxtlik  və  sevinc gətirsin,  həm­
vətənlərimizin dostluq və həmrəyliyinin təntənəsinə çevrilsin.
Bayramınız mübarək olsun!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şshari,  15 sentyabr 2001-ci il
430
Hcydor Əliyev siyaşjii: TOLERANTLIQ
VATİKAN  DÖVLƏTİNİN  BAŞÇISI  PAPA  IIİOHANN 
PAVEL HƏZRƏTLƏRİNƏ
Möhtərəm Papa həzrətləri!
Vatikan  dövlətinin  milli  bayramı  -   Müqəddəs  taxta  əyləşmə 
günü münasibətilə Sizi və bütün katolikləri ürəkdən təbrik edirəm.
Əminəm  ki, Azərbaycan  Respublikası  ilə Vatikan dövləti  ara­
sında  təşəkkül  tapmaqda  olan  dostluq  münasibətləri  daim  inki­
şaf edəcək və genişlənəcəkdir.
Sizə uzun  ömür,  möhkəm  cansağlığı,  humanizm  idealları na­
minə fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının  Prezidenti 
Bakı şəhari,  16 oktyabr 2001-ci il
431


HeyAır Əüvev sivjsoli: TOLERANTLIQ
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Əziz bacı və qardaşlar!
Sizi dünya müsəlmanlarının əziz bayramı -  Ramazan bayramı 
münasibətilə səmimi-qəlbdən  təbrik edirəm.
İslamın Allah-Təala  tərəfindən bəşəriyyət üçün  din  olaraq se­
çildiyi  və  onun  müqəddəs  kitabı  Qurani-Kərimin  nazil  edildiyi 
Ramazan  ayı  dünya  xalqlarının  mənəviyyatı  tarixinə  böyük  tə­
sir  göstərmiş  mübarək  aylardan  biridir.  Sülhün,  əmin-amanlı­
ğın,  qardaşlığın  bərqərar  edilməsinə  dəvət  edən  İslam  dininin 
həmin müqəddəs ayında  müsəlmanlar bu  humanist prinsiplərin 
təntənəsi  naminə  hər  cür  sınaqlara,  məhrumiyyətlərə  sinə  gər­
mək  qabiliyyətlərini  nümayiş  etdirirlər.  Qəlblərindəki  imanın 
gücü  ilə ağır  sınaqlardan  ləyaqətlə çıxmış  bacı  və  qardaşlarımı­
zın  fərəh  və  qürur  hissini  bir-biri  ilə  bölüşdürmək  üçün  böyük 
bayram  büsatı qurmağa  tam  haqları  vardır.
Azərbaycanın  öz  dövlət  müstəqilliyini  bərpa  etməsi  ilə  xalqı­
mız  öz  zəngin  milli  və  dini  dəyərlərindən  lazımınca  faydalan­
maq  imkanını  əldə  etmişdir.  Artıq  on  ildir ki,  Azərbaycan  xalqı 
Ramazan  ayının  mübarək günlərində öz  dini  ayinlərini  azad  və 
sərbəst  şəkildə  keçirir,  bu  müqəddəs  bayramı  təntənə  ilə  qeyd 
edir.  Ramazan  ayının  sınaq  günlərində öz  borcunu  yerinə yetir­
miş  müsəlmanlarımız  bu  gün  şadlıq  edir,  bir-birlərinə  ehtiram 
və məhəbbət bildirərək sıx həmrəylik nümayiş etdirir,  həyatdan 
getmiş yaxınlarını  yad edirlər.
Bu  müqəddəs  gündə  Azərbaycanın  azadlığı,  müstəqilliyi  və 
ərazi  bütövlüyü  uğrunda canlarından  keçmiş Vətən  övladlanna 
rəhmət, şəhidlərimizin ailələrinə və yaxınlarına səbir diləyirəm.
Azərbaycan  Respublikasından  kənarda  yaşayan  bütün  soy­
daşlarımıza  təbriklərimi  və  ən  xoş arzularımı  yetirirəm.  Doğma 
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütöv­
432
Heydar Əliyev siyasoti: TOLERANTLIQ
lüyünün  tam  bərpa  edilməsi,  xalqımızın  layiq  olduğu  xoşbəxt 
həyata  qovuşması naminə hamınızı  sıx əməkdaşlığa  və həmrəy­
liyə çağırıram.
Yeni minilliyin və yeni əsrin bu ilk Ramazan bayramı münasi­
bətilə ulu Tanrıdan sizə cansağlığı, xoş əhval-ruhiyyə, ölkəmizin 
tərəqqisi  yolunda  fəaliyyətinizdə böyük uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!
Heydər Əliyev, 
Azərbaycan  Respublikasının Prezidenti 
Bakı şılwri,  15 dekabr 2001-ci il
433


HovJ.'r 0!i\v. siyjsdti: TOLERANTLIQ
MÜQƏDDƏS RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
MÜSƏLMAN  DÖVLƏTLƏRİNİN -   İRAN, TÜRKİYƏ, 
SƏUDİYYƏ ƏRƏBİSTANI,  PAKİSTAN,  LİVİYA, 
MİSİR.  İRAQ  VƏ ÖZBƏKİSTANIN  BAKIDAKI 
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ  SƏFİRLƏRİ  İLƏ 
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı,  17 dekabr 2001 -ci il
Heydər Əliyev:  Hörmətli səfirlər!
Mən sizin hamınızı və sizin vasitənizlə təmsil etdiyiniz ölkələ­
rin  xalqlarını,  dövlətlərini  müsəlmanların  müqəddəs bayramla­
rından  biri  olan  Ramazan  bayramı  münasibətilə  təbrik  edirəm 
və  sizin  hamınıza,  xalqlarınıza,  millətlərinizə  sülh,  əmin-aman­
lıq və  rifah arzulayıram.
Müsəlmanlar  bu  bayramı  böyük  ruh  yüksəkliyi  ilə qeyd  edir­
lər.  Azərbaycan  dövlət  müstəqilliyini  əldə  edəndən,  öz  milli 
adət-ənənələrini, milli dəyərlərini, dini dəyərlərini bərpa edəndən
434
Hoy.lorƏli'v, 4İy.,s.,|ı: TOLERANTLIQ
sonra  azərbaycanlılar  bütün  müsəlmanlara  xas  olan  bayramları, 
o  cümlədən  Ramazan  bayramını  geniş  qeyd  edirlər.  Siz  burada 
bunu görürsünüz.  Hesab edirəm  ki, bu da bizim dövlət müstəqil­
liyimiz nəticəsində əldə etdiyimiz nailiyyətlərdən biridir.
Mən  sizin  ölkələrin dövlət başçılarına  təbrik  məktubları  gön­
dərmişəm.  Eyni  zamanda,  bu  gün  sizinlə  bilavasitə  görüşüb 
həm  sizi  təbrik  etmək,  həm  də  sizin  vasitənizlə  bir  daha  sizin 
ölkələrinizi,  xalqlarınızı,  dövlətlərinizi  təbrik  etmək  istəyirəm. 
Hesab  edirəm  ki,  belə  bayramlar  gərək  müsəlman  dininə  itaət 
edən  xalqların  inkişafına,  tərəqqisinə  yardım  etsin  və  xalqların 
bir-birinə daha da dost olmasına, mehriban əlaqələr saxlamasına 
yardım etsin,  ümumi  birliyimizə yardım etsin.
Mən sizə bir daha cansağlığı, səadət arzu edirəm.  Bayramınız 
mübarək olsun! Orucunuz qəbul olunsun.
Naser  Məhəmməd  Abdu  Sami:  Mərhəmətli,  rəhimli  Allahın 
adı  ilə!
Zati-aliləri  cənab Prezident Heydər Əliyev!
Mən  bu  mübarək  bayram  münasibətilə  öz  adımdan  və  həm­
karlarım  -   müsəlman  ölkələrinin  Azərbaycan  Respublikasın­
da  akkreditə  olunmuş  səfirləri  adından  Sizi  salamlamaqdan  və 
təbrik  etməkdən  məmnunluq  duyuram.  İslam  dininin  ən  gözəl
435


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə