Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə98/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   94   95   96   97   98   99   100   101   ...   112

Hevıior Əliyev şiy.i!4Mı: TOLERANTLIQ
II Aleksi: Sağ olun. Çox hörmətli Heydər Əliyeviç, sağ olun ki, 
öz fikirlərinizi bölüşdünüz. Çünki Qafqazda baş verən hadisələr 
bizi  narahat etməyə bilməz.  Çünki  Qafqaz  xüsusi,  bərəkətli,  xe­
yir-dualı torpaqdır, burada isti Cənub günəşi altında torpaq bəh­
rələr  verir.  Bu  torpaqlar  viran  edildikdə  və  insanlar  bir-biri  ilə 
qarşı-qarşıya  durduqda qan  tökülür.  Əlbəttə, bu  bizi  narahat et­
məyə bilməz. O ki  qaldı  bizim  üçtərəfli  qarşılıqlı  münasibətlərlə 
bağlı  problemlərə,  qardaşım  Şeyx  həzrətləri  mənə  dedi  ki,  belə 
görüşün keçirilməsinin zəruriliyi barədə fikir yeni katolikos tərə­
findən də səslənmişdir. Zənnimcə, burada din  xadimləri belə bir 
yekdil  fikirdədirlər ki, görüşmək,  məsələnin dincliklə həlli yolla­
rını axtarmaq  lazımdır.
Çeçenistanda  baş  vermiş  faciə  zamanı  biz  də  həmişə  bu  fa­
ciəyə cəlb edilmişik. Törədilən  terror aktları,  hətta  Qafqazın  hü­
dudlarından  kənarda  da yayılırdı.  Moskvada,  Buynakskda evlə­
rin  partladılması dinc sakinlərin  həlak olmasına  gətirib çıxartdı. 
Orada  insanların  girov götürülməsi  kimi  mənəviyyata  çox  zidd 
olan biznes həyata keçirilir. Biz də üç keşiş itirdik. Onlar Qroznı- 
da xidmət edirdilər və girov götürülərək, çeçen əsirliyində həlak
420
H m U r aliy g r siy.is.ili: TOLERANTLIQ
oldular.  Bu  da  başımıza  gələn  faciədir.  Dolanacaq  imkanların­
dan  məhrum  olmuş  və  indi  müxtəlif  ətraf  rayonlarda  yaşayan 
qaçqınların məsələləri də bu qabildəndir.
Lakin burada, Azərbaycan torpağında olarkən ilk əvvəl kömək 
etmək  lazımdır  ki  -   bu  məsələdə  qardaşımız  Şeyxülislamla  ta­
mamilə  həmrəyik  -   münaqişənin  həlli  üçün  mümkün  olan  hər 
bir iş görülsün.
Biz siyasi qərar qəbul edə bilmərik,  lakin mənəviyyat, insanlıq 
baxımından  dövlət xadimlərinə üz tutacağıq ki,  bu  problem  həll 
olunsun.  Çünki bu  problemin  arxasında  milyonlarla  insanın  ta­
leyi  durur.
Sizin  çox  obrazlı  dediyiniz  kimi,  onlar  çadırlarda,  başları  üs­
tündə  dam  olmadığı  bir  şəraitdə  doğulur,  yeni  ailələr  qurur, 
həyatdan  gedirlər.  Bax,  bu,  həmin  məsələnin  həllinə  çağırmaq 
üçün  bizi  mümkün  olan  bütün  tədbirləri,  bizdən  asılı  olan  təd­
birləri  görməyə bir daha sövq etməlidir.
Azərbaycana  dəfələrlə  dəvət  etdiyinizə  görə  Sizə  səmimi 
təşəkkürümü  bildirmək istərdim. Düşünürəm  ki,  hər şey  zama­
nın xeyrinə edilir.  Məsələn,  Vladimir Vladimiroviç də XXI əsrdə, 
üçüncü  minillikdə xaricə ilk səfərini Azərbaycana etmişdir.
Bu,  XXI  əsrdə,  üçüncü  minillikdə  mənim  Moskvadan  kənara 
ilk səfərimdir.  Bu,  yaxşı başlanğıcdır və o, davam etdiriləcəkdir. 
Burada  gördüyümüz qonaqpərvərlik də çox səmimi  oldu, qəlbi­
mizi  riqqətə  gətirdi.  Biz  onu  heç  vaxt unutmayacağıq.  Qardaşı­
mız  Şeyxülislam  Paşazadə ilə,  Sizin  tapşırığınızla  bizi  müşayiət 
etmiş  dövlət  müşavirinizlə  bu  giinlar  ərzində  həmişə  birlikdə 
olduğumuza görə minnətdarıq.  Biz Azərbaycanın bir çox dövlət 
xadimləri  ilə görüşdük, onların sülhə sadiqliyinin və Sizin  müd­
rik  rəhbərliyinizlə  Azərbaycanın  çiçəklənməsini  istədiklərinin 
şahidi olduq.
Heydər 
Əliyev: Sağ olun.
421


Hcvıtor Əlivev siyasoti: TOLERANTLIQ
AZƏRBAYCAN  RESPUBLİKASININ  DİNİ 
QURUMLARLA İŞ  ÜZRƏ  DÖVLƏT KOMİTƏSİNİN 
YARADILMASI  HAQQINDA FƏRMAN
Azərbaycan  Respublikası  Konstitusiyasının  48-ci  maddəsinin 
həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1.  Azərbaycan Respublikasının  Nazirlər Kabineti yanmda Dini 
İşlər  İdarəsinin  əsasında  Azərbaycan  Respublikasının  Dini 
Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılsın.
2.  Müəyyən  edilsin  ki,  Azərbaycan  Respublikasının  Dini  Qu­
rumlarla İş üzrə Dövlət Komitəsinin əsas vəzifələri Azərbay­
can  Respublikası  Konstitusiyasının  48-ci  maddəsinin  həya­
ta  keçirilməsi  üçün  müvafiq  şəraitin  yaradılmasından,  dini 
etiqad  azadlığı  ilə bağlı  olan  qanunvericilik aktlarma  riayət 
olunmasına  nəzarətin təmin edilməsindən və dini qurumla­
rın dövlət qeydiyyatına alınmasından ibarətdir.
3.  Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət 
Komitəsi Azərbaycan Respublikasının din etiqad azadlığı ilə 
bağlı  qanunvericilik aktlarının  tələblərinə  riayət olunmasını 
təmin  etmək  məqsədi  ilə qanunla  nəzərdə  tutulmuş  forma­
larda dini qurumların fəaliyyətinə müdaxilə edə bilər.
4.  Müəyyən  edilsin  ki,  Azərbaycan  Respublikasının  Dini  Qu­
rumlarla  İş  üzrə  Dövlət  Komitəsi  Azərbaycan  Respublikası 
Konstitusiyasının 48-ci maddəsinə uyğun olaraq Azərbaycan 
Respublikası vətəndaşlarının dini etiqad məsələlərinə və on­
ların birləşdiyi dini qurumların işinə əsassız müdaxilə etmir, 
dini qurumlara heç bir maddi yardım göstərmir.
5.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bir ay  müd­
dətində:
422
6.  Azərbaycan  Respublikasının  Dini  Qurumlarla  İş  üzrə  Döv­
lət  Komitəsinin  Əsasnaməsinin  layihəsini  hazırlayıb  Azər­
baycan Respublikasının Prezidentinə təqdim olunmaq üçün 
təqdim etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll 
etsin.
7.  Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şdhsri, 22  iyun 2001-ci il
Heydor Əlivev sivasıti: TOLERANTLIQ
423


Hevd.v Oltyov sivnsoti: TOLERANTLIQ
MtLLİ-MƏMƏVİ  DƏYƏRLƏR VƏ ƏNƏNƏLƏR
A zərbay can   P ez id en ti H ey d ə r Ə liy ev in  bəy an atı 
14 
a v q u s t 
2001-ci 
il
Hörmətli  vətəndaşlar!
Ölkəmizin  ictimaiyyətini  və  məni  narahat edən  bir  hadisə  ilə 
əlaqədar öz münasibətimi bildirmək istəyirəm. Bir neçə gün bun­
dan öncə "Etimad" qəzetində Azərbaycanın dini rəhbəri, Qafqaz 
•Müsəlmanlarının Şeyxülislamı Allahşükür Paşazadənin ünvanı­
na  təhqirli yazılar yazılıbdır.  Biz bu yazılarla əlaqədar ölkəmizin 
ictimaiyyətinin  müxtəlif  təbəqələrinə  mənsub  olan  şəxslərdən 
yüzlərlə məktublar almışıq. Bütün məktublarda insanlar belə bir 
hadisə ilə əlaqədar öz hiddətlərini bildirirlər və mənə,  Azərbay­
can  Prezidentinə  müraciət edirlər  ki,  Azərbaycanın  dini  rəhbəri 
Şeyxülislamı  təhqir edən  qəzet  cəzalansın.  Mən  bütün  bu  fikir­
lərlə razıyam.
Azərbaycanda  söz  azadlığı,  mətbuat  azadlığı  demokratiyanın 
əsas  prinsiplərindən  biri  olaraq,  tam  bərqərar  olunubdur.  An­
caq  təəssüflər  olsun  ki,  bəzi  qəzetlər,  ауп-ауп  şəxslərə  mənsub 
olan qəzetlər, yaxud  müstəqil qəzetlər,  müxtəlif partiyalara mən­
sub olan  qəzetlər Azərbaycanın  Konstitusiyasının,  Azərbaycanın 
qanunlarının  mətbuat  azadlığı,  söz  azadlığı  haqqında  yaratdığı 
şəraitdən  sui-istifadə  edirlər.  Biz qəzetlərdə  cox  tez-tez  ayrı-ayn 
insanların  təhqir olunması,  onların  haqqında  böhtanlar, yalanlar 
yazılmasının şahidiyik.  Mənim özümü də, Azərbaycan Preziden­
tini də bəzi  hallarda təhqir edirlər, mənə böhtanlar atırlar. Mənim 
haqqımda  müxtəlif uydurmalar yayırlar. Ancaq mən bunlara dö­
zürəm.  Dözürəm  ona  görə yox  ki,  mən  bunlara  qarşı  qanun  çər­
çivəsində  tədbir  görə  bilmərəm.  Ona  görə  ki,  mən belə  yazıların 
müəlliflərinin  hərəkətlərini  Azərbaycanın  mənəviyyatına,  Azər­
baycanın dövlətçiliyinə zidd  hərəkətlər kimi qəbul edirəm.
424
Hcyli.ır Oliyev sivjsoli: TO LERANTLIQ
Azərbaycan  Prezidenti  Azərbaycan  dövlətinin  simvoludur. 
Azərbaycanın  dini  rəhbəri  bizim  müsəlman  dinimizi  nəinki 
Azərbaycanda,  bütün  Qafqazda  təmsil  edən  ən  yüksək  vəzifəli 
şəxsdir.  Əgər  Azərbaycanın  dini  rəhbəri  bütün  Qafqaz  müsəl­
manlarının  Şeyxülislamı  adını  alıbsa,  demək,  bu  bizim  üçün 
böyük  iftixar  hissidir.  Məlumdur  ki,  cənab  Allahşükür  Paşaza­
də tutduğu  bu  vəzifədə 20 ildən artıqdır xalqa  sədaqətlə xidmət 
edir, Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan 
istifadə  edərək  iştirak  edir  və  Azərbaycanın  dövlətçiliyinə  xid­
mət edir.  Onun  haqqında  bu  cür  əxlaqsız,  mənəviyyatsız sözlə­
rin yazılması bunun müəlliflərinin və o qəzetin nə qədər düşgün 
vəziyyətdə olduğunu  nümayiş etdirir.
Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyər­
ləri  var.  Biz  öz  milli-mənəvi  dəyərlərimizlə,  öz  dini  dəyərləri- 
mizlə,  adət-ənənələrimizlə  fəxr  edirik.  Bizim  xalqımız  yüz  il­
lərlə,  min  illərlə  adət-ənənələrimizi,  milli-mənəvi  dəyərlərimizi 
yaradıbdır və bunlar indi  bizim  xalqımızın  mənəviyyatını  təşkil 
edən amillərdir. Əgər insan mənsub olduğu millətin milli-mənə­
vi  dəyərlərini  anlaya  bilmirsə,  yaxud  onları  qəsdən  təhrif  edir­
sə,  əgər  vəziyyət o  dərəcəyə  çatırsa  ki,  hətta Azərbaycanın  dini 
rəhbəri  təhqir  olunur,  onda,  təbiidir  ki,  bu  bizi  narahat  etməli­
dir.  Mən  bunu  nə  üçün  deyirəm?  Çünki  bu,  indi  Şeyxülislama 
yönəldilmiş  bir  təhqirdir.  Amma  ümumiyyətlə,  təhqir,  yalan, 
böhtan  bizim bir çox  mətbuat orqanlarında  adi  hala  çevrilibdir. 
Nə  məqsəd  daşıyırlar? Ölkədə,  insanlarda  müxtəlif fikir forma­
laşdırmaq.  Buna nail ola bilməyəcəklər!
Azərbaycan  artıq  bu  il  öz  müstəqilliyinin  onuncu  ilini  qeyd 
edəcəkdir.  Son  8  ildə  Azərbaycanda  yaranmış  ictimai-siyasi  sa­
bitlik,  xalqın  rifah  halının  günü-gündən  yaxşılaşması,  iqtisa­
diyyatın  inkişaf  etməsi,  şəhərlərimizin,  kəndlərimizin,  yaşayış 
yerlərimizin  abadlaşması  və  inkişaf  etməsi  tam  təsdiq  edir  ki, 
Azərbaycan  müstəqil  dövlət  kimi  yaşayır  və yaşayacaqdır.  Hər 
bir  vətəndaşın  borcu  bu  istiqamətdə  xalqına  xidmət  etməkdən 
ibarət olmalıdır.
425


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə