Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə108/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   104   105   106   107   108   109   110   111   112

biı-birinə yardım etmək zəruridir. Sizin imzalayacağınız sənəd bu 
məqsədləri həyata keçirməyə yönəlibsə, mən bunu dəstəkləyirəm. 
Biz xalqımızın mənəvi dəyərlərinin inkişafı üçün dindən də istifa­
də etməyə çalışmalıyıq. İndi bu da çox vacibdir, aktualdır.
Biz  dünyəvi  dövlət  quraraq,  eyni  zamanda,  imkan  verə  bil­
mərik  ki,  milli-mənəvi  dəyərlərimiz  tapdalansın  və  millətimizə, 
milli-mənəvi  dəyərlərimizə yabançı  olan hansısa  dəyərlər tətbiq 
olunsun.  Təəssüf olsun  ki,  gənclər  arasında  belə  işlər  görməyə 
çalışan  qüvvələr  də  vardır.  Ona  görə  də  gənclərin  tərbiyəsinə 
diqqət yetirmək  lazımdır. Gənclərimiz həm fiziki cəhətdən, həm 
də  mənəvi  cəhətdən  sağlam olmalıdırlar.  Bu  da həm  sizin,  həm 
də bizim  vəzifəmizdir.
Heydər Əliyev siyasati: TOLERANTLIQ 
____  
____________
468
AZƏRBAYCANIN YƏHUDİ  İCMASINA
Əziz həmvətənlər!
Sizi  yəhudilərin  qədim  dövrlərdən  bəri  bayram  etdikləri 
Roş-Ha-Şana -  Yeni  il münasibətilə ürəkdən təbrik edir, hamını­
za cansağlığı  və xoşbəxtlik arzularımı yetirirəm.
Müstəqilliyimizin  bərpasından  ötən  illərdə  Azərbaycan­
da  yaşayan  bütün  xalqlann  milli-mədəni  özünəməxsusluğunu, 
adət-ənənələrinin  qorunub  saxlanılması,  dil  və mədəniyyətləri­
nin  inkişafı  üçün  hərtərəfli  hüquqi-demokratik  şərait  bərqərar 
edilmişdir. Digər milli azlıqlar kimi, yəhudilər də Azərbaycanda 
heç zaman ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyə­
tini,  milli  tarixi  irsini  qoruyub  saxlayaraq  respublikamızın  icti­
mai-siyasi  və  elmi-mədəni  həyatında  yaxından  iştirak etmişlər. 
Məmnunluq hissi  ilə qeyd  etmək istəyirəm  ki, yəhudi vətəndaş­
larımız bu gün də müstəqil, demokratik dövlət quruculuğu pro­
sesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir, Azərbaycanın 
tərəqqisi  və  daha  da  çiçəklənməsi  üçün  qüvvə  və  bacarıqlarını 
əsirgəmirlər.
Əziz dostlar!
Roş-Ha-Şana  -   yenilik,  mənəvi  saflıq,  xoş  müjdələr  bayra­
mıdır.  Qoy  bu  əziz gün  hamınızın  həyatına  sevinc,  ailələrinizə 
səadət gətirsin.
_________________________ ____ _____________________ Meydor Əliyev 
5
iv ;ı»ti: TO LERANTLIQ
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şıhari,
  5 
sentyabr 2002-ci il
469


НеуЈлг Oliyev sivnsəli: TOLERANTLIQ
•DEMOKRATİK CƏMİYYƏTDƏ  DİNİN VƏ 
ƏQİDƏNİN  ROLU:  TERRORİZM Ə VƏ 
EKSTREMİZMƏ QARŞI  MÜBARİZƏ 
YOLLARININ ARAŞDIRILMASI”  MÖVZUSUNDA 
BEYNƏLXALQ  KONFRANSDA NİTQ
Giiliistaıı sarayı,  10 oktyabr 2002-ci il
ATƏT, Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisat­
lar və İnsan Hüquqları Bürosu tərəfindən təşkil olunmuş iki gün­
lük konfransda ATƏT-in üzvü olan ölkələrin, bu təşkilatın təsisat 
və  missiyalarının  nümayəndələri,  beynəlxalq  təşkilatların,  qey­
ri-hökumət  və  hüquq  müdafiəsi  təşkilatlarının  ekspertləri,  dini 
konfessiyaların  başçıları,  Milli  Məclisin  deputatları,  Prezidentin 
İcra Aparatının  şöbə  müdirləri,  xarici  ölkələrin Azərbaycandakı 
səfirləri, nazirliklərin  rəhbərləri iştirak edirlər.
Konfrans müasir demokratik cəmiyyətdə, habelə münaqişələ­
rin qarşısının alınmasında və aradan qaldırılmasında, terrorizmə 
və ekstremizmə qarşı mübarizədə dinin və əqidənin rolu haqqın-
470
HeydM Əliyev sıyjşjli: TOLERANTLIQ
da məsələlərin müzakirəsinə, habelə Böyük İpək Yolu  məkanın­
da  dinlərarası  və  mədəniyyətlərarası  dialoqun  əhəmiyyətinə 
həsr olunmuşdur. Konfransın gedişində iştirakçılar ATƏT-in din 
və  əqidə  azadlığı  haqqında  qərarlarının  yerlərdə  daha  səmərəli 
həyata keçirilməsinin üsulları barədə öz təkliflərini verəcək, mü­
naqişələrin həllində və terrorizmə, ekstremizmə və dözümsüzlü­
yə qarşı  mübarizədə dinlər və mədəniyyətlər arasında dialoqun 
rolunu müzakirə edəcəklər.
Heydər Əliyev: Hörmətli konfrans iştirakçıları!
Xanımlar və cənablar!
ATƏT-in  Demokratik  Təsisatlar  və  İnsan  Hüquqları  Bürosu­
nun Azərbaycan  hökumətinin dəstəyi  və yardımı  ilə bu gün Ba­
kıda  keçirdiyi  beynəlxalq konfrans əlamətdar hadisədir.  Müasir 
dövrdə  olduqca  böyük  məna  kəsb  edən  bu  konfransın  iştirak­
çılarını  Azərbaycan  dövləti  adından  salamlayıram,  konfransın 
işinə uğurlar arzulayıram.
11 sentyabr hadisələri dünyanın siyasi mühitində və geostrate- 
ji proseslərdə  əsaslı dəyişikliklər edərək hər bir ölkə üçün böyük 
təhlükə olan terrorizmin dəhşətli simasını bizə bir daha nümayiş 
etdirdi.  Tarixdə  terrorizmin  güclənməsi  ilə  bağlı  bir  çox  dövrlər 
olub,  hətta  bəzi  hallarda  terrorizm  dövlət  səviyyəsinə  qaldırıla­
raq bütöv xalqların varlığına düşmən kəsilib.
11  sentyabr hadisələri  isə bəşər tarixinə misli görünməmiş bir 
faciə kimi əbədi daxil olacaq. Bu dəhşətli terror aktının qurbanla­
rının xatirəsini bu gün bir daha yad etməyi özümə borc bilirəm.
Qloballaşan dünyada hamımız bir-birimizə daha yaxın olmu­
şuq.  Xalqlararası,  mədəniyyətlərarası,  dinlərarası  dialoqun  bu 
gün  dərin  məna  kəsb  etməsi də  məhz  bununla  bağlıdır.  Bu  di­
aloqu  inkişaf etdirərək,  bu dialoqa  dəstək  verərək  biz müəyyən 
mənada  terrorizmin  formalaşmasına  xidmət  edən  bütün  qay­
naqları  araşdırıb onu  kökündən məhv etməyə can atmalıyıq.
Bu  gün  terrorizm bir çox  hallarda din  pərdəsi  altında,  dini  li­
basda  özünü  büruzə verir.  Bu  bizi  onun  əsl  mahiyyətindən  ya­
yındırmamalıdır.
471


Vaxtilə terrorizin Böyük fransız inqilabının bəşəriyyətə bəxş et­
diyi  gözəl  şüarlar altında öz həqiqi  niyyətlərini ört-basdır etmək 
istəyirdi.  "Qırmızı  terror"u  geıkəçləşdirən  komissarlar  kommu­
nist ideologiyası bayrağı altında bunu həyata  keçirirdilər.
Bu gün isə terrorçu qüvvələr qərəzli siyasi  məqsədlərə nail ol­
maq naminə bəzi hallarda hamımız üçün müqəddəs olan ümum­
bəşəri dəyərlərə müraciət edərək bu və ya digər qrupun mənafe­
yini  müdafiə  etmək  üçün  terrora  haqq  qazandırmağa  çalışırlar. 
Bu  gün  terrorizm  müxtəlif  dini  pərdələr  arxasında  gizlənərək 
diqqəti  öz  pozucu  və  dağıdıcı  məqsədlərindən  daha  mahir  bir 
şəkildə yayındırmağa cəhd  göstərir.  Bu pərdə,  bu libas,  bu  xarici 
görkəm  bizi  çaşdırmamalıdır. Bütün bu libaslar altında  terroriz­
min əsl vəhşi sifəti görünür.
Terrorizmə  "yox"  deyən  bəşəriyyət  bütün  səylərini  səfərbər 
edərək onun  mənəvi,  iqtisadi,  siyasi  köklərini  məhv etməyə  can 
atmalıdır.  Əminəm  ki,  sizin  konfransınız  bu  istiqamətdə  atılan 
ciddi  addımlardan  biri  olacaq  və  demokratik  cəmiyyətdə  terro­
rizmə və ekstremizmə qarşı  mübarizə yollarının  araşdırılmasın­
da uğurlar əldə edəcəkdir.
Hörmətli  konfrans  iştirakçılarının  nəzərinə  bir  daha  çatdır­
maq  istərdim  ki,  Azərbaycan  11  sentyabr  hadisələrindən  sonra 
antiterror koalisiyasına qoşuldu  və beynəlxalq  terrorizmlə ciddi 
mübarizə  aparan  bir  ölkə  kimi,  bir  sıra  inzibati  və  təşkilati  təd­
birlərin bilavasitə iştirakçısı  oldu.
Bizim son illər ərzində beynəlxalq konvensiyalara qoşulmağımız 
və mühüm hüquqi sənədlər qəbul etməyimiz göstərir ki, ölkəmizdə 
terrorizmlə mübarizə üçün artıq müvafiq qanunvericilik bazası tam 
formalaşdmlıb. Azərbaycanın Cinayət Məcəlləsində bir sıra dəyişik­
liklər edilib, o cümlədən terrorizmi maliyyələşdirdiyinə görə məsu­
liyyət haqqında xüsusi  maddə əlavə edilib. 2002-ci  ilin may ayında 
mən  xüsusi  bir sərəncamla  terrorizmə  qarşı  mübarizəyə  yönəlmiş 
və  BMT-nin  Təhlükəsizlik  Şurasının  müvafiq  qərarlarına  uyğun 
olan tədbirlər planını təsdiq etmişəm.
Heydor Əliyev siyasoti: TOLERANTLIQ_____   _________ __________________________
472
Hevdor Əliyev siyasəti: TOLERANTLIQ
Əlbəttə,  Azərbaycan  hökumətinin  terrorizmlə  və ekstremizm­
lə bağlı  əməli  fəaliyyəti  yuxarıda  qeyd  etdiyim  konkret  faktlarla 
məhdudlaşmır.  Ölkədə  sərhəd  rejiminin  gücləndirilməsi,  qey­
ri-qanuni  miqrasiya  kanallarının  aşkar edilib  qarşısının  alınması, 
terror  fəaliyyətinin  maliyyələşdirilməsinə  yönəldilməsi  ehtimal 
olunan  maliyyə  vəsaitinin,  müxtəlif  iqtisadi  mənbələrin  aşkar 
edilməsi və digər istiqamətlərdə bir çox işlər görülmüşdür.
Azərbaycan  xalqının  və  ümumən  bizim  bölgəmizin  həyatın­
da  böyük  əhəmiyyət  kəsb  edən  bir  sıra  layihələrin,  o  cümlədən 
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum  neft  və qaz kəmər­
lərinin  təhlükəsizliyinin  təminatı  terrorizmə  qarşı  apardığımız 
mübarizəmizin ayrılmaz bir tərkib hissəsidir.
Beynəlxalq terrorizmlə mübarizəyə yönəlmiş bir sıra layihələrdə 
Azərbaycan  fəal  iştirak edir  və  mən ATƏT-in  üzvü  olan  ölkələrin 
nümayəndələrini bu konfrans vasitəsilə bir daha əmin etmək istər­
dim  ki,  terrorizmin bütün formalarına qarşı mübarizədə Azərbay­
can dövləti sizin etibarlı  müttəfiqinizdir.  Biz hesab edirik ki,  terro­
rizm bəşəriyyətə qarşı yönəldilmiş qəddar əməllərin və niyyətlərin 
gerçəkləşməsinə xidmət etdiyi  üçün  onunla  aparılan  mübarizə də 
ardıcıl, mütəşəkkil və amansız olmalıdır.
Bununla yanaşı, xüsusi qeyd etmək istərdim ki, Dünya Birliyi­
nin terrorizmə qarşı  apardığı mübarizədə fəal iştirak edən Azər­
baycan xalqı  15 ildən artıqdır ki, terrorizmə və ayrı-ayrı terrorist 
təşkilatlarının  qanlı  aksiyalarına  məruz  qalır.  1987-ci  ildən  baş­
layaraq  Azərbaycanın  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  ətrafın­
da  cərəyan edən  hadisələr zamanı  minlərlə  insan  qətlə yetirildi, 
uşaq,  qadın  və qocalar məhv  edildi,  məcburi  köçkünə və qaçqı­
na  çevrildi.  Onların  yeganə  günahı  azərbaycanlı  olduqlarından 
ibarət idi.
Həmin  dövrdə  SSRİ  rəhbərliyi  Dağlıq Qarabağı  Azərbaycan­
dan  qoparmaq  üçün  mərkəzin  yeritdiyi  məqsədyönlü  siyasətə 
qarşı çıxmağa cəsarət edən Azərbaycan xalqına  açıq-aşkar divan 
tutmaq  yolunu  seçdi.  Sovet  ordusunun  böyük  kontingentinin, 
xüsusi təyinatlı bölmələrin  və daxili  qoşunların  1990-cı  il  yanva­
473


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə