Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə107/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   104   105   106   107   108   109   110   111   112

HrvtİAT Ölnvv sly.is.
4
i: TOLERANTLIQ
dıcı  qüvvolor  milli  və  dini  ədavət  toxumları  səpir,  qarşıdurma 
ocaqlarının  saxlanılması  üçün  hər  cür  çirkin  vasitələrə  əl  atır­
lar.  Qafqazda  sülhə  və  əmin-amanlığa  təhlükə  törədən  bütün 
əməllərin  qarşısının alınması  hamımızdan sülh naminə daha sıx 
əməkdaşlıq  tələb  edir.  İnanıram  ki,  konfransınız  Ümumqafqaz 
evimizdə  sülhün,  sabitliyin  və  inkişafın  əldə  edilməsi  yolunda 
mühüm bir addım  olacaqdır.
Qoy  Ulu  Tanrı  bölgəmizdə sülhün  və  əmin-amanlığın  bərqə­
rar  olmasına,  bütün  Qafqaz  xalqları  üçün  layiqli  həyatın  təmin 
olunmasına yönəldilmiş nəcib fəaliyyətinizdə sizə  kömək etsin.
Sizə uğurlar diləyirəm.
Heydər Əliyev,
Azərbaycan  Respublikasının Prezidenti 
Bakı şalw i,  17 iyul 2002-d il
464
TÜRKİYƏNİN  DİNİ  İŞLƏR  İDARƏSİNİN RƏİSİ 
MEHMET NURİ  YILMAZIN  BAŞÇILIQ ETDİYİ 
NÜMAYƏNDƏ  HEYƏTİNİ QƏBUL EDƏRKƏN 
SÖHBƏTİNDƏN
---------------------------------------------------- ------- 
Hcydor Əliytfv siy.ısolı: TOLERANTLIQ
Prezident sarayı,  22  iyul 2002-ci il
M ehmet  Nuri  Yılmaz:  Hörmətli  cumhur başqanım,  hər  dəfə 
Azərbaycana  gəldikdə  ölkənizin  daha  da  inkişaf etdiyini  görü­
rük.  Bu  dəfə do Bakını gəzdik,  həqiqətən,  ölkənizdə böyük  inki­
şaf olduğunu müşahidə etdik. Təbiidir ki, zati-alinizin rəhbərliyi 
sayəsində Azərbaycan  daha  da  irəli  gedəcək,  inkişaf edəcəkdir. 
Allahdan  Sizə  cansağlığı  diləyir,  gələcəkdə  do  uğurlar  əldə  et­
məyinizi  arzulayırıq.  Azərbaycanın  indi  qarşılaşdığı  ən  böyük 
çətinlik torpaqlarınızın bir hissəsinin işğal edilməsi  və bir milyo-
465


na  qadar  insanın  qaçqın  durumunda olmasıdır.  Dağlıq Qarabağ 
problemi  həll  edildikdən  sonra  qaçqınlığın  aradan  qaldırılması 
nəticəsində  Azərbaycanın  inkişafına  mane  olan  əngəl  aradan 
qaldırılacaqdır.
Bizim buraya gəlməyimiz Tbilisidəki beynəlxalq toplantı keçi­
rilməsi  ilə bağlıdır.  Bu  toplantı çox yararlı oldu  və Şeyxin  dəvəti 
ilə  Azərbaycanı  ziyarət etməyi  qərara  aldıq.  Əslində,  Azərbay­
can  türkdilli cümhuriyyətlər içərisində ən çox dəyər  verdiyimiz 
ölkədir.  Həm  ölkənizi  ziyarət  etmək,  həm  də  dini  məsələlərlə 
bağlı  Şeyxülislamla  və  cənab  Rafiq  Əliyevlə  görüşlər  keçirmək 
məqsədilə  gəlmişik.  Onlarla  görüşlərimiz  çox  yararlı  oldu.  Bu­
rada  bizim  din  xadimlərimiz  xidmət  etməkdədirlər.  Yeni  qəbul 
etdiyiniz  qanuna  uyğun  olaraq,  bunları  bir  əsasa  bağlamaq  la­
zımdır.  Bununla  bağlı  bir  anlaşma  hazırladıq.  İnşaallah,  yaxın 
vaxtlarda, Türkiyədə imzalayıb həyata  keçirəcəyik.
Biz  hər  cür  fanatizmin  əleyhinəyik.  Azərbaycanda  xidmət 
göstərən  din  xadimlərinin  də  buna  mühüm  diqqət  və  həssaslıq 
göstərmələrini  istəyirik.  İlahiyyat  fakültəsində  həm  Türkiyədən, 
həm də Azərbaycandan dərs deyən müəllimlər, məscidlərdə xid­
mət  edən  din  xadimləri  çox  diqqətlə  seçilməlidir.  Din  insanlara 
düzgün anladıldıqda  ölkələr inkişaf edər.  Lakin  din  xurafata bü­
rünmüş halda  insanlara  anladılarsa,  o vaxt  hər bir ölkə geri  qala 
bilər.  Biz  Türkiyədə  və  Azərbaycanda  din  anlayışları  arasında 
fərq olmadığını görürük və bundan da  məmnunluq duyuruq.
Heydər Əliyev: Türkiyə  ilə  bizim  aramızda  dostluq,  qardaş­
lıq əlaqələri çox yüksək səviyyədədir. Biz bunu qiymətləndiririk. 
"Biz  bir  millət,  iki  dövlətik"  demişik  və  işlərimizi  bu  prinsiplər 
əsasında  qururuq və bundan sonra da  quracağıq.
Cəmiyyətdə  dinin  rolu  haqqında  söylədiyiniz  fikirlər  tama­
milə  doğrudur.  Türkiyə  ilə  Azərbaycan  arasındakı  fərq  ondan 
ibarətdir  ki,  Türkiyədə  din  heç  vaxt  yasaq  olmayıbdır.  İnsanlar 
həmişə dinə  inamlarını, etiqadlarını  həyata  keçiriblər və  dindən 
ayrılmayıblar.  Amma  sovet  hakimiyyəti  qurulandan  sonra,  tək­
Hcydor 
Əliyev siyasdti: 
TO L E R A N T L IQ _______________ __________
466
Heydər Əliyev siy.is.ni: TOLERANTLIQ
cə Azərbaycanda deyil, Sovetlər İttifaqının bütün ərazisində din 
yasaq edildi, onunla mübarizə aparıldı. Ona görə də dini idarələ­
rin  hamısı  ya  dağıdıldı,  ya da  məhv oldu. Amma  din  insanların 
qəlbində yaşadı,  nəsildən-nəslə keçməklə yaşadı.
Sovet  İttifaqı  dağılandan,  Azərbaycan  müstəqilliyini  əldə 
edəndən sonra  insanlara  vicdan azadlığı, yəni  din azadlığı  veril­
di.  Ötən  on  il  ərzində Azərbaycanda  bu  siyasət  həyata  keçirilir. 
Doğrudur, bundan mənfi hallar üçün istifadə etmək istəyən qüv­
vələr də var. Yaxud  da  ki,  ayrı-ayrı  ölkələrdən Azərbaycana  dini 
fanatizmi,  dini  ekstremizmi yaymaq istəyənlər də var.
Məlumdur  ki,  dünyada  dindən  istifadə  edərək  terrorizmlə 
məşğul olan qüvvələr də var. Buna görə də dini ekstremizm, eyni 
zamanda,  terrorizmlə  də  bağlanıbdır.  Bu  da  müxtəlif  ölkələrdə 
həm  insanlara,  xalqlara,  həm  də  dövlətlərə  çox  zərər  verir.  Biz 
çalışmalıyıq ki, ölkələrimizdə xalqlarımızın vicdan azadlığını  tə­
min edərək, eyni zamanda, xaricdən, yaxud da daxildən ayrı-ay­
rı  qüvvələr  tərəfindən  dini  fanatizmin,  ekstremizmin  və  bunun 
altında  terrorizmin  həyata  keçirilməsi hallarına yol  verməyək.
Bu  işi  biz  Azərbaycanda  aparırıq  və  aparacağıq.  Bu,  bizim 
üçün  əsas  məsələlərdən  biridir.  Ancaq  məlumdur  ki,  sizin  də 
bəzi din xadimləriniz ayrı-ayrı dairələrlə əlaqədə olaraq öz plan­
larını  həyata  keçirmək istəyirlər.  Lakin Türkiyədə bunun qarşısı 
çox ciddi almır.  Biz bunu  bilirik.
Bizim  müstəqil  dövlətdə  din  dövlətdən  ayrıdır.  Din  dövlətin 
işinə  qarışa  bilməz.  Dövlət  də  dinin  işinə  qarışa  bilməz.  Ancaq 
təəssüflər olsun, bəziləri istəyir ki, Azərbaycanda  idarəetmə işləri 
din  qaydasında  olsun,  yaxud  da  burada  İslam  dövləti  yaransın. 
Bunlar  xəyaldır,  kim  belə  düşünürsə,  bu  yollara  getmək  istəyir­
sə,  o, böyük  risk edir.  Çünki  bunların  qarşısını biz kəskin şəkildə 
alacağıq.  Biz Azərbaycanda  demokratik,  hüquqi,  dünyəvi  dövlət 
yaradırıq.  Biz  heç  vaxt  imkan  vermərik  ki,  yaratdığımız  bu  gənc 
dövlətin  xarakteri  hansısa  qüvvələr  tərəfindən  dəyişdirilə  bilsin. 
Bu  məsələlərdə  Türkiyə  ilə  Azərbaycan  arasında  əməkdaşlıq,
467


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə