Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə104/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   100   101   102   103   104   105   106   107   ...   112

Hevdor Əliyev siyasəti: TOLERANTLIQ
VATİKAN DÖVLƏTİNİN  BAŞÇISI,
ROMA  PAPASI  II  İOHANN  PAVELİN  RƏSMİ 
QARŞILANMA MƏRASİMİNDƏ  NİTQ
22  may 2002-ci il
Zati-Müqəddəsləri!
Sizi Azərbaycanda  salamlamaqdan böyük məmnunluq duyu­
ram.  Dəvətimi  qəbul edib Azərbaycana gəldiyinizə görə Sizə öz 
minnətdarlığımı  bildirirəm.
Siz ölkəmizə çox əlamətdar bir vaxtda gəlmisiniz.
Bilirəm  ki,  mayın  18-də  doğum  gününüzü  qeyd  etmisiniz.  Bu 
münasibətlə  Zati-Müqəddəslərinizi  ürəkdən  təbrik  edirəm.  Sizə 
möhkəm cansağlığı,  uzun ömür,  dünyada sülh,  qarşılıqlı anlaşma 
sahəsində gördüyünüz böyük işlərdə uğurlar arzulayıram.
Sabah,  yəni  mayın  23-də  müstəqil  Azərbaycan  Respublikası­
nın Vatikan dövləti tərəfindən rəsmən tanınmasının 10 ili tamam 
olur.  Məhz belə bir  gündə  Sizin  Azərbaycanda  olmağınız  tarixi 
hadisədir.
Mən  1997-ci  ilin sentyabrında  İtaliyaya  rəsmi  səfərim  zamanı 
Vatikanı  ziyarət etməyimi  və orada Sizinlə  görüşməyimi,  ətraflı 
fikir  mübadiləsi  aparmağımızı  məmnunluqla  xatırlayıram.  Çox 
şadam  ki,  aradan  beş  il  keçəndən  sonra  Sizi  yenidən,  bu  dəfə 
Azərbaycanda  əziz qonağım  kimi  qarşılayıram.
Zati-Müqəddəsləri!
Vatikan  dövlətinin  başçısı  və  Roma  Papası  kimi.  Siz  əsrlər 
boyu  mövcud  olan  ənənələrin  hüdudlarını  cəsarətlə  aşmısınız. 
Siz  dini,  irqi,  milli  mənsubiyyətindən  asılı  olmayaraq,  bütün 
insanların  və  xalqların  dostu  kimi  tanınmış,  bütün  dünyanm 
vətəndaşına çevrilmisiniz.
Həmişə öz dini  dözümlülüyü, tolerantlığı ilə seçilən Azərbay­
can xalqı Sizin fəaliyyətinizin bu nəcibliyini və insanpərvərliyini 
yaxşı başa  düşür və yüksək qiymətləndirir.
450
Hevdar Əliyev siymjti: TOLERANTLIQ
Azərbaycan  da  daxil  olmaqla,  İslam  dininin  geniş  yayıldığı 
ölkələrə  Sizin  səfərləriniz  iki  böyük  dünya  dini  arasında  sülhə 
və qarşılıqlı etimada xidmət edir.
Siz insanlar arasında şəfqət və rəhmdillik ideyaları təbliğ edir, 
ağır fəlakətə düşənlərə səbir və təsəlli diləyirsiniz. Azərbaycanda 
da  belə fəlakət qurbanları  var.  Onlar qonşu  Ermənistanın  Azər­
baycan  torpaqlarını işğal  etməsi nəticəsində öz yurd-yuvalarını 
itirmiş  bir  milyondan  çox  azərbaycanlı  qaçqınlardır.  Bu  insan­
lar Sizin  xeyirxah  sözünüzə,  təsəllinizə ehtiyac duyurlar.  Onlar 
haqqın öz yerini  tutmasında Sizdən də kömək umurlar.
Zati-Müqəddəsləri!
Siz  katolik  kilsəsinin  mövcud  olduğu  iki  min  ilə  yaxın  bir 
müddət ərzində Azərbaycana səfər edən ilk Roma  Papasısınız.
Bu səfəri həyata  keçirdiyiniz üçün Sizə minnətdarlığımı bildi­
rir və "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.
451


Heydor Əliyev şivasoli: TOLERANTLIQ
ROMA PAPASI  II  İOHANN  PAVEL İLƏ 
TƏKBƏTƏK  GÖRÜŞ
Prezident sarayı,  22 may 2002-ci il
Ali  qonağı  səmimiyyətlə,  hörmət  və  ehtiramla  salamlayan 
Prezident Heydər Əliyev onun dəvətini qəbul edib Azərbaycana 
rəsmi  səfərə  gəldiyinə  görə  Zati-Müqəddəsləri  II  İohann Pavelə 
minnətdarlığını  bildirdi.
Azərbaycan  Respublikasının  müstəqilliyinin  Vatikan  dövləti 
tərəfindən  rəsmən  tanınmasının  10-cu  ildönümü  günü  ərəfəsin­
də  Zati-Müqəddəslərinin  ölkəmizə  rəsmi  səfərini  tarixi  hadisə 
kimi  qiymətləndirən  Prezident  Heydər  Əliyev  II  İohann  Paveli 
dinindən, irqindən, milli  mənsubiyyətindən asılı olmayaraq, bü­
tün insanların  və xalqların dostu  kimi  tanıdığını  vurğuladı.
1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfəri zamanı Müqəd­
dəs Vatikanı ziyarət etdiyini, orada Zati-Müqəddəsləri ilə görüş­
düyünü  və  ətraflı  fikir  mübadiləsi  apardığını  xatırlayan  Prezi­
dent Heydər Əliyev II İohann Pavelin Azərbaycana gəlməsindən 
məmnunluq duyduğunu  bildirdi.
Səmimi  sözlərə, Azərbaycana  rəsmi  dəvətə  və ona  göstərilən 
qonaqpərvərliyə  görə  Prezident  Heydər  Əliyevə  minnətdarlıq 
edən II İohann Pavel  bu gözəl ölkəyə gəlməyindən böyük sevinc 
duyduğunu nəzərə çatdırdı.
II  İohann  Pavel  həzrətləri  respublikamıza  rəsmi  səfərinin 
Azərbaycan ilə müqəddəs Vatikan arasında diplomatik münasi­
bətlər yaradılmasının  10-cu  ildönümünə  təsadüf etdiyindən çox 
məmnun qaldığını  vurğuladı.
Vatikan  dövlətinin başçısı  II  İohann  Pavel  Azərbaycan ilə  Va­
tikan arasında qurulmuş əlaqələrdən razılıqla söhbət açdı, Prezi­
dent Heydər Əliyev ilə  1997-ci ildə Vatikanda  keçirdiyi  görüşlə­
ri, apardığı danışıqları həmişə xatırladığını söylədi.
452
НеуЈог Əliyev siyjsoli: TOLERANTLIQ
Prezident  Heydər  Əliyev  müstəqillik  qazandıqdan  sonra 
Azərbaycanda  hüquqi,  demokratik, dünyəvi dövlət quruculuğu 
sahəsində  görülən  işlərdən,  aparılan islahatlardan  ətraflı  söhbət 
açdı.
Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ  münaqişəsindən  bəhs edən dövlətimizin başçısı 
Heydər Əliyev  Ermənistan  silahlı  qüvvələrinin  təcavüzü  nəticə­
sində  torpaqlarımızın  20  faizinin  işğal  olunduğunu,  bir  milyon­
dan  çox  vətəndaşımızın  yerindən-yurdundan  zorla  qovularaq 
uzun  illərdən  bəri  çadırlarda  ağır şəraitdə yaşadığını  nəzərə çat­
dırdı.  Prezident Heydər Əliyev bu  münaqişənin ATƏT-in  Minsk 
qrupu  çərçivəsində  sülh  yolu  ilə  aradan  qaldırılması  sahəsində 
görülən işlərdən, danışıqlar prosesindən söhbət açaraq bildirdi ki, 
dünyanın nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri münaqişə­
nin  tezliklə həll edilməsi sahəsində səylərini artırmalıdırlar.
Səmimilik  və  mehribanlıq  şəraitində  keçən  görüşdə  hər  iki 
tərəfi maraqlandıran bir sıra  məsələlər barədə də geniş fikir mü­
badiləsi  aparıldı.
453


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə