Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


HevdıU Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə102/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   98   99   100   101   102   103   104   105   ...   112

HevdıU Əliyev siyasəti: TOLERANTLIQ
AZƏRBAYCANIN  PRAVOSLAV İCMASINA
Əziz həmvətənlər!
Sizi  -  ölkəmizin  bütün  pravoslav  xristianlarını  İsa  peyğəmbə­
rin  mübarək mövludu  günü  münasibətilə səmimi-qəlbdən  təbrik 
edirəm.
Avropa  ilə Asiyanın  qovuşuğunda,  Böyük  İpək  Yolunun  üzə­
rində  xüsusi  coğrafi-siyasi  məkanda  yeriəşən  Azərbaycan  dün­
yanın  bütün səmavi  dinlərinin  yüksək  mənəvi  dəyərlərini  özün­
də  əks etdirən zəngin  mədəni  irsə  malikdir.  Məhz buna  görə  də 
dinlər və  mədəniyyətlər arasında  dialoqa  səsləyən çağırışlar dini 
və  etnik  mənsubiyyətindən  asılı  olmayaraq,  hər bir  azərbaycanlı 
tərəfindən tam dəstəklənir və Azərbaycan bu nəcib işin gerçəkləş­
məsi  naminə əlindən gələni etməyə hazır olduğunu  bütün müna­
sibətlərdə bəyan edir, əməli  işində nümayiş etdirir.  Müxtəlif kon­
fessiyalar  arasında  dostluq  və  əməkdaşlıq  ab-havasmm  həmişə 
hökm  sürdüyü  ölkəmizdə  dini  dözümlülük  və  tolerantlıq  artıq 
xalqımızın  mənəvi  mənliyini  səciyyələndirən  tarixi  ənənəyə,  bir 
həyat tərzinə çevrilmişdir.
XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etmiş Azər­
baycan Respublikasının bütün vətəndaşları ölkə Konstitusiyasının 
onlara  verdiyi bərabər hüquqlardan bəhrələnərək dini bayram və 
mərasimlərini sərbəst şəkildə qeyd edir, ölkəmizdə gedən hüquqi, 
demokratik  dövlət quruculuğu  prosesində  yaxından  iştirak  edir­
lər.  Cəmiyyətimizin  ayrılmaz  hissəsi  olan  xristian  icmasının  nü­
mayəndələri  də Vətənə olan  övladlıq borclarını  tam  məsuliyyətlə 
dərk  edərək,  müstəqil  Azərbaycanın  tərəqqisi  və  inkişafı,  vətən­
daş cəmiyyətinin bərqərar edilməsi naminə aparılan böyük işlərin 
həyata  keçirilməsi üçün var qüvvələrini sərf edirlər.
İsa  peyğəmbərin  mövludu  günündə  hər  birinizə cansağlığı  və 
xoşbəxtlik, alilələrinizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şahari, 5 yanvar 2002-ci il
440
Heydor Əliyev siynsoti: TOLERANTLIQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Əziz bacı və qardaşlar!
Sizi dünya müsəlmanlarının mübarək Qurban bayramı müna­
sibətilə səmimi qəlbdən  təbrik edirəm.
Bəşər  tarixinin  ən  parlaq  səhifələrindən  birini  təşkil  edən  bu 
gün İslamın bir din kimi tamamlanması və insanlara  mükəmməl 
həyat məramnaməsi olaraq təqdim edilməsi ilə əlamətdardır. İs­
lam  aləmi  xalqlarının  neçə-neçə  nəsli  bu  ilahi  hikmətin  işığında 
yaşayıb-yaratmış,  onun  yüksək  mənəvi  dəyərlərindən  faydala­
naraq  dünya  sivilizasiyasına  layiqli  töhfələr  vermişdir.  Bütün 
müsəlmanların  böyük təntənə  ilə  qeyd  etdikləri  Qurban bayra­
mı həm də insanın ən çətin  məqamlarda düzgün mövqe seçmək, 
ülvi amallar uğrunda  hər cür fədakarlığa  hazır olmaq  qüdrətini 
təcəssüm etdirir.
İslamın  humanizm,  bərabərlik  və  qardaşlıq  prinsiplərinə  sə­
daqətini  həmişə  nümayiş  etdirmiş Azərbaycan  xalqı  əsrlər boyu, 
hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz gün­
lərindən biri  kimi  qeyd etmişdir.  Azərbaycanın dövlət  müstəqilli­
yinin  bərpası ilə bu  mübarək günün müsəlmanlarımız  tərəfindən 
layiqincə bayram edilməsi üçün də əlverişli şərait yaranmışdır. Bu 
gün müsəlmanlarımız öz müqəddəs borc və vəzifələrini yerinə ye­
tirməkdən  doğan  sevinci  sərbəst  şəkildə  bölüşür,  yaxınlarını  yad 
edir, əzizlərinin ruhlarına dualar oxuyurlar.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canla­
rından  keçərək şəhid  olmuş övladlarımıza  bu  bayram  günlərin­
də Allahdan  rəhmət  diləyir,  onların  yaxınlarına  və bütün  xalqı­
mıza səbir arzulayıram. İnanıram ki, erməni  təcavüzü nəticəsin­
də  işğal  olunmuş  torpaqlarımızın  azad  edilməsi,  didərgin  düş­
müş soydaşlarımızın öz doğma yurdlarına qayıtması, ölkəmizdə 
sülhün və əmin-amanlığın  tam bərqərar edilməsi,  xalqlarımızın
441


Hevdor Oliycv şiyasjti: TOLERANTLIQ
layiq  olduğu  firavan  həyata  qovuşması  üçün  Qurban  bayramı 
günlərində  edilən  ən  ümdə  arzu  və  diləklərimiz gerçəkləşəcək­
dir.  Qoy  bu  mübarək  bayram  müstəqil  Azərbaycan  Respubli­
kasının  tərəqqisi  naminə  xalqımızın  qəhrəmanlıq  və  fədakarlıq 
qüdrətini  daha  da  artırsın,  cəmiyyətdə  milli  həmrəyliyin  möh­
kəmləndirilməsi işinə öz töhfəsini versin!
Bu əziz bayram günündə hər birinizə möhkəm cansağlığı, ailə 
səadəti  və işlərinizdə uğurlar diləyirəm.
Bayramınız mübarək olsun!
Heydər Əliyev, 
Azərbaycan  Respublikasının  Prezidenti
21 fevral 2002-ci il
442
Hcydar Oliycv siyas.Hİ: TOLERANTLIQ
AZƏRBAYCANIN YƏHUDİ  İCMASINA
Hörmətli həmvətənlər!
Hər il bütün  mütərəqqi bəşəriyyət tərəfindən yəhudi xalqının 
müsibəti və qəhrəmanlıq günü qeyd olunur, faşizmin yəhudilərə 
qarşı həyata keçirdiyi soyqırımı siyasətinin günahsız qurbanları­
nın xatirəsi ürək ağrısı ilə yad edilir.
İkinci Dünya müharibəsi zamanı altı milyon mülki əhali yəhudi 
xalqına  mənsub olduğu  üçün  dəhşətli  ayrı-seçkilik siyasətinə mə­
ruz qalmış, qəddarlıqla kütləvi surətdə məhv edilmişdir.
1943-cü ilin aprelində Varşava gettosu məhbuslarının faşizmə, 
milli-dini ayn-seçkiliyə qarşı ölüm-dirim mübarizəsinə qalxması 
yəhudilərin  öz  milli  və  insani  ləyaqəti uğrunda  tarixi  etiraz  ak­
siyası idi.
Faşizmin bu qanlı cinayətinə zamanında hüquqi-siyasi qiymət 
verilsə  də,  faciənin  dəhşətləri  hələ  də  tarixin  yaddaşında  qara 
ləkə kimi yaşamaqdadır. Təəssüf ki, bütövlükdə bəşər sivilizasi­
yasını hədəf götürmüş belə anti insani aksiyalar bu gün də təkrar 
olunur.  Son on dörd  ildə  Ermənistanın Azərbaycana  hərbi  təca­
vüzü,  xalqımıza  qarşı  həyata  keçirilən deportasiya  və soyqırımı 
siyasəti,  misli  görünməmiş  Xocalı  müsibəti  XX  əsrdə  dünyanın 
ən böyük milli fəlakətlərindəndir.
Bütün bunlar yalnız bir xalqın milli faciəsi hesab edilə bilməz. 
Bu,  bütövlükdə  insanlığa  qarşı  cinayət kimi  qiymətləndirilməli, 
bəşəriyyət  faşizmin,  nasizmin  hər cür  təzahüründən  birdəfəlik 
xilas  edilməlidir.  Azərbaycan  Respublikası  dünyamızın  əmin- 
amanlığı uğrunda bütün mütərəqqi  qüvvələrlə əməkdaşlığa ha­
zırdır və bu yolda əlindən gələni əsirgəməyəcəkdir.
Əziz həmvətənlər!
Azərbaycanda  dilindən,  dinindən  asılı  olmayaraq  bütün 
xalqlar  tarixən  mehriban  ailə  kimi  yaşamış,  bir-birinin  dərdinə,
443


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə