45
Camaat bunu eşitdi gəldilər bunu döydülər, söydülər, ney-
lədilər, axır kənddən çıxmalı oldu.
Vilayətdən çıxandan sonra başına çox oyunlar gəldi.
Oda atdılar Allahın yarikarlığıynan gül baxçasına döndü hə-
min oturduğu od. Çox müsübətlərdən sonra İbrahim pey-
ğəmbərin yaşadığı ölkənin şahı dedi:
– Mən Allaham, səni öldürə də billəm, dirildə də billəm.
Dedi:
– Öldürədə bilərsən, dirildədə bilərsən, amma Allah ki-
mi öldürüb-dirildə bilməzsən.
Gətirdi məhbusları bunu öldürün. Neylədilər, bu qəbul
eləmədi. Allahsansa, neynək, Günəşi şərqdən çıxatma, qərb-
dən çıxart, şimaldan çıxart. Bunu eliyə bilməyəcəksən. Odur
ki, kənddən, vilayətdən çıxmalı oldu. Vilayətdən çıxandan
sonra Sara adlı yoldaşı oldu. Çox gözəl qız idi. Gözəlliyinə
görə qorxdu ki, bunu mənim əlimdən alarlar. Sandığda apardı
onu. Nə təhərnən getdi başqa vilayətlərdə məskən salmağa.
Ümumiyyətlə, bunun günü-güzaranı o oldu ki, Allahın bir-
liyini tanıtdırmağ. Nəhayət, övladı da olmurdu. Saranın özü-
nün Həcər adı kənizi var idi. Bağışdadı buna. İbrahim
Əleyhisalam kənizi götürdü, yaşamağa başladılar. Bundan bir
dənə oğlu oldu – İsmayıl adlı. Olmamışdan qabağ Sara dedi:
– Bunu mənim gözüm görməsin.
İbrahim Peyğəmbər gətirdi onnarı Məkkə çölündə –
Məkkənin düzənliyində atdı.
Həcər dedi:
– Məni kimə tapşırırsan?
Dedi:
– Səni Allaha tapşırıram.
Dedi:
46
– Allaha tapşırırsansa, eybi yoxdur, onda qəbulumdu.
Nəhayət, İbrahim Əleyhisalam qocaldı. İsmayıl orda ev-
ləndi.
İbrahim gəldi İsmayılın evinə, gördü ki, yoldaşı nəsə iş
görür dedi:
– Sənin yoldaşın haradadı?
Dedi ki, iş dalınca gedib. Dedi, necə keçinirsiz? Necə
keçinəcəyik, pis. Dolanışığımız pisdi. Dedi:
– Yoldaşın gələndə deyərsən ki, qapının kəndirini də-
yişdirsin.
Bu gedəndən sonra İsmayıl Əleyhisalam gəldi. Yoldaşı
dedi ki, bir nəfər kişi gəlmişdi dedi ki, qapının kəndirini də-
yişdirsin.
Dedi:
– O, mənim atam imiş. O, sənnən narazı gedib. O, deyib
ki, yoldaşuvı dəyişdir.
Odu ki, başqasıynan evləndi.
İbrahim Peğəmbər gəldi, yenə də yolu düşdü həmən ye-
rə. Nağayrırsuz, neynürsüz, necə keçinirsiz? Gələn kimi bu
gəlin başladı su gətirdi, bunun ayağlarını yumağa. Bunun qul-
luğunda dayananda dedi ki, necə dolanırsız? Dedi, şükr Alla-
ha, dolanırıq. Lap yaxşı dolanırıq. Zəhmətimiz hədərə getmir.
Dedi:
– Onda yoldaşın gələndə deyərsən ki, qapının
kəndirindən bərk yapışsın.
Odur ki, İbrahim Əleyhisalam qayıdandan sonra İsmayıl
evə gəldi. Yoldaşı elənçik dedi ona. İbrahim Əleyhisalamın
sözündən sonra İsmayıl Əleyhisalam dedi ki, o, mənim atam
imiş. O, səndən razı gedib. Allah da sənnən razı olsun. O,
mənə tapşırığ verib ki, səndən möhkəm yapışım.
47
Nuh Peyğəmbər
Min ilə qədər Nuh Peyğəmbərin ömrü olubdu. Allah tə-
rəfindən ona Peyğəmbərlik göndərilib. Amma buna qulaq
asanlar olmuyub. Çox təbliğatlar aparıbdı, qəbul olunmuyub-
du. Nəhayət, Peyğəmbərlər qarğış eləməzlər heç vaxt. Amma
Nuh Peyğəmbər Allahnan nida eliyib ki, Ya Allah, mən artıq
bunlarnan bacara bilmirəm. Neyniyim, özün bilən məsləhətdi.
Bunların dində olanını bağışla, dində olmayanların cəzasını
özün ver. Odu ki, Allahdan nida gəldi ki, Ya Nuh, sənə ina-
nanları yığ bir yerə, mən inanmayanların haqı-sabını özüm
eliyərəm. Sənniy döyül, sənin gücün çatmaz olara.
Odur ki, Nuh Peyğəmbər böyük bir gəmi düzəldir. Ucu-
bunağ adlı ustaya, ustanın adı olub. Usta hər cürə materiallar
yığdı yanına, gəmi düzəltdi. Lazım olan heyvanlardan cüt-cüt,
öz yanlarında götürdülər. Biri onu qəbul eləmirdi. Dini qəbul
eləmirdi, o qaldı. Qalanını isə götürdü, gəmiyə mindirdi. Bular
gəmiyə minəndən sora gəmi dəryaya düşdü. Və o gəmi uca yer
hardaydısa orda dayanmışdı. Allahın izni ilə elə sel gəldi, elə su
gəldi, elə yağdı, elə tufan oldu ki, dərya əmələ gəldi. Gəldi
dəryaya gəmi üzdü. Nə qədər qaldılar o suyun üstündə. Onun bir
oğlu da özüynən idi. Amma inanmadığına görə suda boğuldu.
Allah dedi, sən onu qəbul eləməginən. O, sənin dinivi
qəbul eləmir. O biri balalarıynan Peyğəmbər Cüdə dağının
başında qərar tutdu. Sonra isə təzədən dünya yarandı.
Qarı əhvalatı
Bi dənə rəvayət var. Allah rəhmət eləsin mənim bibimi.
O da belə şeylərdə pis deyildi. O danışıb, mən eşitmişəm ki,
48
bir qarı varmış. O bi dənə qarı həmişə Allahı yada salarmış.
O, Allahı yada saldığı üçün o, axşam yatıb yuxuya qalıb, Nuh
Peyğəmbərnən o gəmidə olmuyub. Axşam yatıb, evdə elə su-
dərya əmələ gələndə rəvayətə görə qadının xəbəri olmuyub.
Ancax qarı sağ-salamat qalıb. Nəhayət, bir də ayılıb qarı ge-
dib təndir başına ki, çörəy bişirsin, görüb təndirin yarısı suda.
Balam bu nə olubdu, yağıb nə olub?
Nuh Peyğəmbər dəryadan çıxandan sonra, dünya üzrə
gələndən sonra o, qarını tapıb. O, qarını tapıb ki, Allahın rizası
varmış ürəyində. Ona görə bu heç dəryanın suyundan xəbəri
olmuyub. İndi o, Allahı tanımaq, Allaha istaiş eləmək bir başqa
şeydi. Gündə üç dəfə Allahı yaduva salmalısan. Allaha ibadət
eliyirsən. Namazdakı sözlər Allaha yalvarışlardı. Allahdan nəsə
diləməylərdi. Namazı qılmıyanlar helə bil Allahı yada salmır.
Hz. Məhəmmədin Namaz Ricası
Peyğəmbər Salavatullah meyraca getmişdi. Məbəs gecə-
sinə. Həmin Məbəs gecəsində Peyğəmbər Salavatullah Uraq
adlı atla Cəbrayıl Əleyhisalamı göyün yeddinci qatına apardı.
Qatların hamısında Peyğəmbərlərə rast gəlir. Cürbəcür Pey-
ğəmbərlərə rast gəldi, keçmiş Peyğəmbərlərə. Göyün ən yük-
sək qatında isə Allahtalaynan Peyğəmbər Salavatullahın ara-
sında pərdə bir şey olub. Bircə dənə Amənə Rəsulu var Qu-
randa “Bəqərə” surəsində. Axırıncı ayələridi. İkinci ayədir.
Həmən o Amənə Rəsulda.
Allah-tala Peyğəmbər Salavatullahnan şəxsən özü danı-
şıb. Allahın öz səsiynən, amma üzünü görmüyüb. Pərdə arxa-
sından Allah-tala Rəsulla danışdı. Allahın yanından qayıdan-
da yolda Musa Əleyhisalam soruşdu:
Dostları ilə paylaş: |