134
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bildirən söz, böyük qohum)
Külük Tutuk-külük (şanlı, şöhrətli, məşhur), tutuk (rütbə
adı,vali)
Kara çor-kara (qara, böyük), çor (hərbi rütbə adı)
Kuşu Tutuk-kuş (quş), tutuk (rütbə adı)
Oğul Tarkan –oğul (oğul,övlad), tarkan (rütbə adı)
On Tutuk-on , tutuk (rütbə adı)
Öz Apa Tutuk-öz (ayıq-sayıq, xüsusi,cins), apa (rütbə bildirən
söz, böyük qohum), tutuk (rütbə adı)
Ozmış tigin-ozmış (xilas olmaq, qurtulmaq, azad olmaq), ti-
gin (şahzadə)
Ögə Bert Tutuk-ögə (müdrik, ağıllı), bert-ber (vermək), tutuk
(rütbə adı)
Tay bilgə tutuk-tay (ayğır), bilgə (bilikli, müdrik), tutuk
(rütbə adı).
Bukağ Tutuk - bukağu (qandal), tutuk (rütbə adı)
Edçü Sanun Tirə-edçü, Sanun apelyativinin çin dilində “ge-
neral” mənasında olduğu göstərilir, tirə (dirəmək, dayamaq, dirək
qoymaq)
Yavaş Tutuk-yavaş (yavaş, həlim xasiyyətli), tutuk (rütbə adı)
Kuğ Sənün-kuğu (qu quşu), sənün (hərbi rütbə adı)
Təkəş-təkə (buynuzundan yay düzəldilən erkək maral), (rütbə
məzmunu bildirən arxaik şəkilçi).
Tör apa-tör (evin və ya çadırın, otağın ən mühüm yeri, baş
tərəfi), apa (rütbə bildirən söz, böyük qohum)
Ulun şad-ulun (təmrənsiz ox), şad (rütbə adı)
2. Müdriklik, aqillik, xoşbəxtlik, gözəllik və s. anlayışı ilə
bağlı olan antroponimlər
Orxon-Yenisey abidələrində şəxs adlarının formalaşmasında
müdriklik anlayışı ifadə edən bilgə leksikemindən geniş istifadə
edilir. Məs.; Bilgə Kağan, Bilgə tamğacı, İlbilgə//Elbilgə, İnan-
135
Onomastika, Dialektologiya, Etimologiya
çu Bilgə, Tay Bilgə tutuk, Tölış Bilgə, Bilgə Tuğma və s. Bilgə
sözü haqqında Ə.Rəcəbov yazır: “Bilgə sözü bilmək felindən
əmələ gəlmişdir”. Orxon-Yenisey abidələri mətnlərində, qədim
türk qəbilələrinin, müasir türk xalqlarının dillərində də eyni
mənada – bilmək feli mənasında işlənmişdir. -gə sifət düzəldən
şəkilçidir. Bilgə sözü “biliyi olan, ağıllı, bilikli” deməkdir. Biz
onu Azərbaycan dilində “müdrik” sözü ilə əvəz edirik (18, s.47).
Bilgə leksemi Orxon-Yenisey abidələrində həm titul,həm də
ad bildirən söz kimi işlənmişdir; Bilgə kağan (KTc 1; KTş 23;
KTq 1; BXş 1; BXc 13; BXq 2), Bilgə tirig (Y43), Bilgə çikşen
(Y13), Bilgə tamğaçı (KTşm 13), İşbara bilgə Kül iç çor (KÇ24)
və s.Tədqiqatçılardan bəziləri Ongin abidəsindəki tçm işarələrini
Taçam şəxs adı şəklində transkripsiya edirlər. Ə.Rəcəbov haqlı
olaraq qeyd edir ki,Taçam sözü bizdə şübhə oyadır. A.fon Qaben
bunu ataçım kimi oxuyur (18, s. 57).
Türkiyəli tədqiqatçı O.F.Sərtqaya bu sahədəki araşdırma-
larını ümumiləşdirərək yazır: “Ongin abidəsində Bilgə Taçam
kimi oxunaraq şərəfinə Ongin abidəsi qoyulan türk xanı şəklində
mənalandırılan ibarə və yaxud söz bilgə ataçım şəklində düz-
gün transkripsiya edildikdə “müdrik babacığım” şəklində doğ-
ru tərcümə edilə bilir, ataç ismi qədim türk dilində ata sözünün
kiçiltmə formasıdır” (54, s. 210).
Beləliklə, məlum olur ki, Ongin abidəsindəki “bilgə ataçım
lü yılka bilgə külüg er edgu kan ataçım ölti”cümləsində şəxs adı
işlənməyibdir. Bilgə sözü titul kimi antroponimlərin sonunda da
nəzərə çarpır: İnançu bilgə (Y. 26). Öz bilgə (Y. 31). Sonuncu
antroponim bəzən Öz bilgə çansı şəklində də işlənir.
Antroponimlərin tərkibində bilgə leksemindən istifadə
ənənəsi Ötüken uyğur abidələrində də davam etdirilmişdir. Belə
ki, Bilgə kağan uyğur xaqanlarının xanədən adı olaraq işlədilmiş,
eyni zamanda Moyun çorun qardaşının adı da Tay Bilgə tutuk
136
DƏDƏ QORQUD ARAŞDIRMALARI
olmuşdur (21, s. 12).
Orxon –Yenisey abidələrində “müdrik, ağıllı, bilici” mənasını
ifadə edən öge sözündən də istifadə edilmişdir. Bu leksik va-
hid eyni zamanda antroponimlərin tərkibində çıxış etmişdir:
Küç ögə (Talas VIII), Ögə bört tutuk (Th SIV). Ögə qədim türk
cəmiyyətində ən yüksək titullardan biri sayılırdı. M.Kaşğari də
“Divanü lüğat-it-türk” əsərində Öge leksemindən bəhs etmişdir.
O, öge titulunun tigindən bir dərəcə aşağı olduğunu və bu titulun
xalqdan olub, görkəmli yaşlı və ağıllı şəxslərə verildiyini bildirir
(44,s 90).
Kutluğ-kutluğ (xoşbəxt, bəxtəvər)
Yolığ Tigin – yolığ (xoşbəxt, bəxtiyar), tigin (titul).
Külük Apa – külük (şanlı, şöhrətli, məşhur), opa (rütbə
bildirən söz, böyük qohum) və s.
3) Zoonimlər əsasında yaranan antroponimlər. Qədim
türklərdə bəzi heyvanlar müqəddəs sayılmış, bəzən də totemis-
tik xarakterə malik olmuşdur. Belə heyvan adları əsasında bir
çox şəxs adları da yaranmışdır. Məsələn, bars leksemi abidələrin
dilində Bars beg (KT ş 20), Bars kan saŋun (Th, 16), Bars uruŋu
(ThSI, b), Oğul bars (Talas 1), El iç çor bars (Y 14), Tüz bay küç
bars (Y 17) kimi şəxs adlarının tərkibində işlənmişdir.
Bars beg. Bu şəxs adına Kül tiginin şərəfinə yazılmış abidədə
rast gəlinir: Bars bağ erti, kağan at bunta biz birtimiz, siŋlim kun-
çuyug birtimiz, özi yaŋıltı, kağanı ölti, bodunı küŋ-kul boltı; Bars
bəy oldu. Burada xan rütbəsini (ona) biz verdik, kiçik bacımızı
ona xanımlığa verdik, (ancaq) o yanlış yolla getdi, (o) xan öldür-
dü, xalqı qul, kəniz oldu (15, s. 229, 235). Bu cümlədən aydın
olur ki, göytürk hökmdarı qəbilə başçısı olan Bars bəy adlı şəxsə
öz bacısını ərə vermiş, həm də onu türgis xalqına xaqan təyin
etmiş, lakin o xəyanət etdiyinə görə edam edilmişdir. Bu antro-
ponim haqqında N.A.Baskakov, Q.Qeybullayev, Ə.Tanrıverdiyev
Dostları ilə paylaş: |