128
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İltiriş//Ilteris antroponiminin sonundakı ş və s variantları,
qədim türk yazılı abidələrinin dil materiallarından göründüyü
kimi eyni mənşəli olmuş və bu dövrdə hələ tam şəkildə differen-
siallaşmamışdı. Elə buna görə də,müasir dilimizdəki –mış nəqli
keçmiş zaman şəkilçisi bu abidələrdə həm mış // miş, həm də mıs
// mis şəklində çıxış etmişdir.
Maraqlıdır ki, İlteriş kağan titul kimi formalaşsa da, şəxs
adı funksiyasında işlənmişdir. Bu fikri Terxin abidəsindən
gətirdiyimiz aşağıdakı cümlə də təsdiq edir: «...kara bodun turı....
kağan atadı, teŋridə bolmış el etmiş bilgə kağan atadı, el bilgə
katun atadı”. “...xalq (beləcə) ayağa qalxaraq (məni) kağan adlan-
dırdı, elan etdi, Tanrıdan olmuş Eletmiş bilgə kağan adlandırdı,
(xanımımı da) Elbilgə xatun adlandırdı” (Terx.c. 3).
Bu mətndə uyğur xaqanının taxta çıxarkən Eletmiş bilgə
kağan, xanımının isə Elbilgə katun adını alması göstərilir.
Məlumdur ki, İlteriş kağanın xanımı, Bilgə xaqan və Kül teginin
anası da İlbilgə katun // Elbilgə katun adını, titulunu daşıyırdı:
Üzə türk teŋrisi, türk ıduk yiri....türk bodun yok bolmazın tiyin,
bodun bolçun tiyin kaŋım İlteris kağanığ, ögim İlbilgə katunığ
teŋri töpəsintə tutıp yögerü kötürmis erinç. “Üstdə türk tanrısı,
türk müqəddəs yeri...türk xalqı yox olmasın deyə atam İlteris xa-
qanı, anam İlbilgə xatunu tanrı təpəsində tutub yuxarı qaldırmış”
(KTş11).
İlbilgə katun. Bu antroponimin I komponenti İlteris kağan
antroponimində olduğu kimi el//il leksemindən təşkil olunmuş-
dur. Bu komponentin apelyativi “dövlət”, “el”, “xalq”anlayışını
ifadə edir. Antroponimin II komponenti bilgə ünsürü isə bilmək
felindən və sifət düzəldən –gə şəkilçisindən yaranmış düzəltmə
sifətdən ibarətdir. Bilgə sözü “bilici” “müdrik” mənasını bildirir.
Bu leksem (Bilgə) başqa qədim türk antroponimlərinin tərkibində
də işlənmişdir. Bilgə şəxs adı müasir türk antroponimikasında da
129
Onomastika, Dialektologiya, Etimologiya
mühafizə olunmuşdur. Belə ki, Osmanlı türklərində Bilgə qız
adı kimi bu gün də işlənməkdədir. Bu antroponimin tərkibində
işlənmiş katun leksemi, qədim türk antroponimlərinin tərkibində
işlənmiş qadınlara aid ilk tituldur. Çox güman ki, hökmdarların
yalnız baş hərəmi katun titulunu daşıya bilirdi.Digər xanımla-
rı isə kunçuy titulunu daşıyırdılar.Bu titulun apelaytivi müasir
Azərbaycan və Türkiyə türkcəsində qadın/kadın şəklində işlənir.
KTş 25-də rast gəlinən “ögim katun” birləşməsinin “Altun yaruk”
və “Kitabi–Dədə Qorqud” abidələrindəki anası katun və qadın
ana ifadəsinin qədim qarşılığı olması türk mədəniyyəti tarixində
katun apelyativinin matriarxat, anaxaqanlıq dövrünün izləri sa-
yıla bilər. S.Əliyarlının bu barədəki fikirləri maraq doğurur: “...
qadın ana” tərkibi işləndikdə ilk növbədə ananın cəmiyyətdəki
nəsil havadarı, nəsil başbiləni, xaqan ailəsi sistemində nəslin
mücəssiməsi olması nəzərdə tutulurdu. Belə bir yüksək şərafətlə
o, xaqan ata ilə yanaşı qoyulur, demək olar ki, sonuncu qədər
sonsuz ehtiram və pərəstiş edilən ulu bir şəxsiyyət mərtəbəsinə
yüksəlirdi”(55, s. 187).
Bəzi tədqiqatçılar qədim türk dilində rast gəldiyimiz katun
titulunun İran dillərindən olan soğd dilindən alınmış olduğunu
iddia edirlər (34, s. 67; 42, s. 77). Lakin yuxarıdakı sitatdan gö-
ründüyü kimi, bu söz, titul bildirən leksem türk mənşəlidir və türk
dillərində qədim bir inkişaf tarixinə malikdir.
İni il kağan. II Göytürk hökmdarı Kapağan xaqanın ikinci
oğlunun adıdır. Kapağan xaqanın iki oğlu olmuşdur. Birinci oğlu
Çin qaynaqlarında adı Tuung-o Te-le şəklində qeyd edilən Toŋa
tigindir. O, 714-cü ildə Beşbalıkda öldürülmüşdür. Onun dəfni
haqqında Bilgə kağan belə məlumat verir: Anta Toŋra yılpağutı
bir uğuşuğ Tona tigin yoğınta edirə tokıdım. “Orada tonqra boyu
alplarından bir qrupu Tonqa tiginin cənazə mərasimində mühasirə
edib qırdım” (BXş31). Toŋa antroponiminin apelyativi “bəbir,
130
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qaplan” mənasını bildirir. Kapağan xaqanın II oğlu İni il kağan
idi. O, 716-cı ildə atası döyüşdə ödürüldükdən sonra taxta çıxdı.
Lakin əmisi oğlanları bu hadisəni qeyri-qanuni elan edərək onu
öldürdülər. İni il kağan “kiçik xaqan” mənasını verir.
İn il kağanın adı yalnız Tonyukuk abidəsində, həm də İnel
şəklində işlənir. Ə.Tanrıverdiyev İnəl kağan antroponimini –
inəl (xan əsilli arvaddan olan), kağan (xaqan,hökmdar) kimi
mənalandırır (13, s. 31).
Kül tigin. Kül tigin göytürk hökmdarı Bilgə xaqanın ki-
çik qardaşı, İltiris xaqanın isə kiçik oğludur. O, dövlətin hərbi
işlərinə rəhbərlik edir, böyük qardaşı ilə birlikdə türk dövlətinin
genişlənməsinə çalışırdı. Bu sahədəki böyük xidmətlərinin
nəticəsində Orxon çayı sahillərində onun şərəfinə möhtəşəm bir
mavzoley, abidələr ucaldılmışdır. Kül tigin abidəsində hadisələrin
gedişi böyük qardaş hökmdar Bilgə xaqanın dili ilə təsvir edilir.
Bilgə xaqan qardaşının qorxmazlığını,düşmənə qarşı amansızlığı-
nı, qəhrəmanlığını canlı səhnələrlə şərh edir.Odur ki, bu abidədə
Kül tigin antroponimi bir neçə dəfə işlənmişdir (KTş 26, 27, 30,
31, 32, 33, 34, 40; KT şm.2, 3, 5, 7, 8, 10; KTşm-ş 1, KTcq 1,
KTq1). Bu şəxs adı yalnız bir dəfə Bilgə xaqan abidəsində çıxış
etmişdir. Böyük qardaşı 716-cı ildə göytürk hökmdarı olduqda,
684-cü ildə anadan olmuş bu türk qəhrəmanı Kül tigin türk or-
dusuna başçılıq etmək vəzifəsini öz üzərinə götürmüşdü. Dövlət
qarşısında göstərdiyi xidmətlərə görə Bilgə kağan ona İnançu
apa yarğan tarkan titulunu vermişdir (İnançu Apa Yarğan tarkan
atığ birtim, anı ögtürtüm (KTq 2).
Kül tigin antroponiminin tərkibindəki tigin komponentinin o
dövrdə titul bildirdiyini güman etmək olar. Tigin və onun mənşəyi
haqqında elmi ədəbiyyatda müxtəlif fikirlər vardır. Ə.Rəcəbov
Kül tigin antroponiminin tərkibindəki tigin lekseminin apelyati-
vinin abidələrdə “şahzadə,” “xaqanın oğlu ”mənasını bildirdiyini
Dostları ilə paylaş: |