D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə35/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   31   32   33   34   35   36   37   38   ...   84

128
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İltiriş//Ilteris  antroponiminin  sonundakı  ş  və  s  variantları, 
qədim  türk  yazılı  abidələrinin  dil  materiallarından  göründüyü 
kimi eyni mənşəli olmuş və bu dövrdə hələ tam şəkildə differen-
siallaşmamışdı. Elə buna görə də,müasir dilimizdəki –mış nəqli 
keçmiş zaman şəkilçisi bu abidələrdə həm mış // miş, həm də mıs 
// mis şəklində çıxış etmişdir.
Maraqlıdır  ki,  İlteriş  kağan  titul  kimi  formalaşsa  da,  şəxs 
adı  funksiyasında  işlənmişdir.  Bu  fikri  Terxin  abidəsindən 
gətirdiyimiz aşağıdakı cümlə də təsdiq edir: «...kara bodun turı....
kağan atadı, teŋridə bolmış el etmiş bilgə kağan atadı, el bilgə 
katun atadı”. “...xalq (beləcə) ayağa qalxaraq (məni) kağan adlan-
dırdı, elan etdi, Tanrıdan olmuş Eletmiş bilgə kağan adlandırdı, 
(xanımımı da) Elbilgə xatun adlandırdı” (Terx.c. 3).
Bu  mətndə  uyğur  xaqanının  taxta  çıxarkən  Eletmiş  bilgə 
kağan,  xanımının  isə  Elbilgə  katun  adını  alması  göstərilir. 
Məlumdur ki, İlteriş kağanın xanımı, Bilgə xaqan və Kül teginin 
anası da İlbilgə katun // Elbilgə katun adını, titulunu daşıyırdı: 
Üzə türk teŋrisi, türk ıduk yiri....türk bodun yok bolmazın tiyin, 
bodun bolçun tiyin kaŋım İlteris kağanığ, ögim İlbilgə katunığ 
teŋri töpəsintə tutıp yögerü kötürmis erinç. “Üstdə türk tanrısı, 
türk müqəddəs yeri...türk xalqı yox olmasın deyə atam İlteris xa-
qanı, anam İlbilgə xatunu tanrı təpəsində tutub yuxarı qaldırmış” 
(KTş11).
İlbilgə katun. Bu antroponimin I komponenti İlteris kağan 
antroponimində  olduğu kimi el//il leksemindən təşkil olunmuş-
dur. Bu komponentin apelyativi “dövlət”, “el”, “xalq”anlayışını 
ifadə edir. Antroponimin II komponenti bilgə ünsürü isə bilmək 
felindən və  sifət düzəldən –gə şəkilçisindən yaranmış düzəltmə 
sifətdən ibarətdir. Bilgə sözü “bilici” “müdrik” mənasını bildirir. 
Bu leksem (Bilgə) başqa qədim türk antroponimlərinin tərkibində 
də işlənmişdir. Bilgə şəxs adı müasir türk antroponimikasında da 


129
Onomastika, Dialektologiya, Etimologiya
mühafizə  olunmuşdur.  Belə  ki,  Osmanlı  türklərində  Bilgə  qız 
adı kimi bu gün də işlənməkdədir. Bu antroponimin tərkibində 
işlənmiş katun leksemi, qədim türk antroponimlərinin tərkibində 
işlənmiş qadınlara aid ilk tituldur. Çox güman ki, hökmdarların 
yalnız  baş  hərəmi  katun  titulunu  daşıya  bilirdi.Digər  xanımla-
rı  isə  kunçuy  titulunu  daşıyırdılar.Bu  titulun  apelaytivi  müasir 
Azərbaycan və Türkiyə türkcəsində qadın/kadın şəklində işlənir. 
KTş 25-də rast gəlinən “ögim katun” birləşməsinin  “Altun yaruk” 
və  “Kitabi–Dədə  Qorqud”  abidələrindəki  anası  katun  və  qadın 
ana ifadəsinin qədim qarşılığı olması türk mədəniyyəti tarixində 
katun  apelyativinin  matriarxat,  anaxaqanlıq  dövrünün  izləri  sa-
yıla bilər. S.Əliyarlının bu barədəki fikirləri maraq doğurur: “...
qadın  ana”  tərkibi  işləndikdə  ilk  növbədə  ananın  cəmiyyətdəki 
nəsil  havadarı,  nəsil  başbiləni,  xaqan  ailəsi  sistemində  nəslin 
mücəssiməsi olması nəzərdə tutulurdu. Belə bir yüksək şərafətlə 
o,  xaqan  ata  ilə  yanaşı  qoyulur,  demək  olar  ki,  sonuncu  qədər 
sonsuz ehtiram və pərəstiş edilən ulu bir şəxsiyyət mərtəbəsinə 
yüksəlirdi”(55,  s. 187).
Bəzi tədqiqatçılar qədim türk  dilində rast  gəldiyimiz katun 
titulunun  İran  dillərindən  olan  soğd  dilindən  alınmış  olduğunu 
iddia edirlər (34, s. 67; 42, s. 77). Lakin yuxarıdakı sitatdan gö-
ründüyü kimi, bu söz, titul bildirən leksem türk mənşəlidir və türk 
dillərində qədim bir inkişaf tarixinə malikdir.
İni il kağan. II Göytürk hökmdarı Kapağan xaqanın ikinci 
oğlunun adıdır. Kapağan xaqanın iki oğlu olmuşdur. Birinci oğlu 
Çin qaynaqlarında adı Tuung-o Te-le şəklində qeyd edilən Toŋa 
tigindir.  O,  714-cü  ildə  Beşbalıkda  öldürülmüşdür.  Onun  dəfni 
haqqında Bilgə kağan belə məlumat verir: Anta Toŋra yılpağutı 
bir uğuşuğ Tona tigin yoğınta edirə tokıdım. “Orada tonqra boyu 
alplarından bir qrupu Tonqa tiginin cənazə mərasimində mühasirə 
edib  qırdım”  (BXş31).  Toŋa  antroponiminin  apelyativi  “bəbir, 


130
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qaplan” mənasını bildirir. Kapağan xaqanın II oğlu İni il kağan 
idi. O, 716-cı ildə atası döyüşdə ödürüldükdən sonra taxta çıxdı. 
Lakin əmisi oğlanları bu hadisəni qeyri-qanuni elan edərək onu 
öldürdülər. İni il kağan “kiçik xaqan” mənasını verir.
İn il kağanın adı yalnız Tonyukuk abidəsində, həm də İnel 
şəklində  işlənir.  Ə.Tanrıverdiyev  İnəl  kağan  antroponimini  –
inəl  (xan  əsilli  arvaddan  olan),  kağan  (xaqan,hökmdar)  kimi 
mənalandırır (13, s. 31).
Kül  tigin.  Kül  tigin  göytürk  hökmdarı  Bilgə  xaqanın  ki-
çik  qardaşı,  İltiris  xaqanın  isə  kiçik  oğludur.  O,  dövlətin  hərbi 
işlərinə rəhbərlik edir, böyük qardaşı ilə birlikdə türk dövlətinin 
genişlənməsinə  çalışırdı.  Bu  sahədəki  böyük  xidmətlərinin 
nəticəsində Orxon çayı sahillərində onun şərəfinə möhtəşəm bir 
mavzoley, abidələr ucaldılmışdır. Kül tigin abidəsində hadisələrin 
gedişi böyük qardaş hökmdar Bilgə xaqanın dili ilə təsvir edilir. 
Bilgə xaqan qardaşının qorxmazlığını,düşmənə qarşı amansızlığı-
nı, qəhrəmanlığını canlı səhnələrlə şərh edir.Odur ki, bu abidədə 
Kül tigin antroponimi bir neçə dəfə işlənmişdir (KTş 26, 27, 30, 
31, 32, 33, 34, 40; KT şm.2, 3, 5, 7, 8, 10;  KTşm-ş 1, KTcq 1, 
KTq1). Bu şəxs adı yalnız bir dəfə Bilgə xaqan abidəsində çıxış 
etmişdir. Böyük qardaşı 716-cı ildə göytürk hökmdarı olduqda, 
684-cü ildə anadan olmuş bu türk qəhrəmanı Kül tigin türk or-
dusuna başçılıq etmək vəzifəsini öz üzərinə götürmüşdü. Dövlət 
qarşısında  göstərdiyi  xidmətlərə  görə    Bilgə  kağan  ona  İnançu 
apa yarğan tarkan titulunu vermişdir (İnançu Apa Yarğan tarkan 
atığ birtim, anı ögtürtüm (KTq 2).
Kül tigin antroponiminin tərkibindəki tigin komponentinin o 
dövrdə titul bildirdiyini güman etmək olar. Tigin və onun mənşəyi 
haqqında  elmi  ədəbiyyatda  müxtəlif  fikirlər  vardır.  Ə.Rəcəbov 
Kül tigin antroponiminin tərkibindəki tigin lekseminin apelyati-
vinin abidələrdə “şahzadə,” “xaqanın oğlu ”mənasını bildirdiyini 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə