D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə32/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   28   29   30   31   32   33   34   35   ...   84

118
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Summary
Azizkhan Tanriverdi,
doktor of sciences on philology professor
THE HORSE NAMES İN 
THE BOOK «DEDE QORQUD»
The linguistic features of horse names have been investigated 
in the flatness of text semantics In the article named after horse 
names in the book «Dede Korkut».


119
Onomastika, Dialektologiya, Etimologiya
Türk xalqlarının əlimizə gəlib çatan 
ən qədim yazılı abidələri göytürk Orxon-
Yenisey abidələridir. Bu qədim türk yazılı 
abidələri  türkün  daş  yaddaşıdır.  Türkün 
ən qədim, ən etibarlı, ən saf dil və mədəni 
mirası olması baxımından Orxon-Yenisey 
abidələrinin dəyəri əvəzsizdir. Buna görə 
də çox qədim və zəngin tarixə malik türk 
xalqlarının mədəni irsi kimi bu abidələrin 
tarixi və filoloji aspektdən öyrənilməsi bu 
gün də aktualdır. Orxon-Yenisey abidələri 
tapıldığı  əraziyə  görə  adlandırılmışdır. 
Həmin  abidələr  Mon-qolustanda  Orxon 
çayının,  Sibirdə  Yenisey  çayının  və Al-
tayda  Talas  çayının  sahillərində  aşkar 
edilmişdi. 
Adından da göründüyü kimi Orxon-
Yenisey  abidələri  2  yerə  ayrılır:  Orxon 
abidələri və Yenisey  abidələri. Bu abidələr 
içərisində Kül Tiginin (732-ci il),  Bilgə 
xaqanın (735-ci il) və Tonyukukun (716-
ci il) şərəfinə yazılmış abidələr və Ongin 
abidəsi (731-ci il) informasiya yüklərinə 
görə  digər  abidələrdən  fərqlənir.  Belə 
ki,qədim türklərin bir sıra tayfa adları və 
Aynurə Əliyeva,
elmi işçi 
ORXON-YENİSEY ABİDƏLƏRİNDƏ İŞLƏNMİŞ
ONOMASTİK VAHİDLƏR


120
DƏDƏ QORQUD ARAŞDIRMALARI
çox sayda yer adlarına məhz bu abidələrdə rast gəlinir.
Orxon-Yenisey abidələri tarix, dilçilik və etnoqrafik cəhətdən 
bir sıra tədqiqatçıların tədqiqat predmeti olmuşdur.Orxon-Yeni-
sey  yazılı  abidələrinin  tarixşünaslıq  aspektdən  araşdırılması  ilə 
İ.Markvart, V.V.Bartold, F.Hirt, E.Şavann və başqa tədqiqatçılar 
məşğul  olmuşlar.  Bu  abidələr  ətrafında  arxeoloji  qazıntılar 
A.B.Adrianov,  A.O.Heykel,  S.B.Kiselyov,  L.A.Yevtyuxova, 
L.R.Kızlasov və başqaları tərəfindən aparılmışdır.
Dilçilik baxımından abidələr Q.Aydarov
1
, V.Y.Kondratyev
2

N.Kononov
3
, A.Maxmutov
4
 və b. tərəfindən araşdırılmışdır.
Türk-run əlifbası ilə kitabələrin dilçilik aspektdə tədqiqi ilk 
növbədə A.M.Şerbakın
5
 adı ilə bağlıdır. Orxon-Yenisey abidələri 
dilçilik  baxımından  Azərbaycanda  da  tədqiq  olunmuşdur.  Bu 
sahədə  Orxon-Yenisey  abidələrinin  öyrənilməsi  Ə.Ə  Rəcəbov
6
,  
Y.Məmmədov
7
,  Ə.Şükürlü
8
 və A.Məhərrəmovun
9
 adları ilə bağ-
lıdır. M.S.Məmmədova
10
  isə Orxon-Yenisey abidələrini tarix ba-
xımından tədqiq etmişdir.

Айдаров Г. Язык  Орхонских памятников дрeвнетюркской письменности VIII в, 
Алма-Ата, «Наука», 1971.

Кондратьев  В.Г.  Грамматический  строй  языка  памятников  древнетюркской 
письменности VIII-IX  вв, Л., Изд-во ЛГУ, 1981.

Кононов А.Н. Грамматика языка тюркских рунических памятников VII-IX вв.,    Л., 
«Наука», 1980.

Махмутов А. Как возник древнетюркских алфавит. Исследования по тюркологии. 
Алма-Ата, 1969, с.141-147.

Шербак  А.  Енисейские  рунические  надписи.  К  истории  открытия  и  изучения. 
Тюрколоческий сборник. М., Наука, 1970, с. 111-134)
6
  Rəcəbov  İ.Ə.,  Məmmədov  Y.  Orxon-Yenisey  abidələri  B.,1993;  Qədim  türk  yazısı 
abidələrinin dili (2 cildlik), B., 2006. Ə.Rəcəbli. Qədim türk yazısı abidələri IV cildlik 
B., 2009, 2010.
7  
Məmmədov  Y. Orxon-Yenisey abidələrində adlar. I-II c., B., 1979-1981.

Şükürlü M.Ə. Qədim türk yazılı abidələrinin dili, B,.1993.

Məhərrəmov  A.M. Qədim türk yazılı abidələrinin dili B., 1976.
10 
Məmmədova M.S. Orxon-Yenisey abidələri qədim türk tarixini öyrənmək üçün mənbə 
kimi. Tarix elmləri namizədi alimlik dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya 
işinin avtoreferatı. 1999.


121
Onomastika, Dialektologiya, Etimologiya
Bu  məsələlərə  ayrı-ayrı  tədqiqatçıların  əsərlərində  müəyyən 
dərəcə rast gəlmək mümkündür.
N.Xuduyev  “Azərbaycan  antroponimlərinшт  təşəkkülü  və 
inkişafı (B., 2005) əsərində Orxan-Yenisey abidələrində işlənmiş 
antroponomlərə münasibət bildirmişdir.
Ə.Tanrıverdiyev “Qədim türk mənbələrində yaşayan şəxs ad-
ları” (B., 2009) əsərində Orxon-Yenisey abidələri və “Kitabi-Dədə 
Qorqud“  eposunda  işlənən  antroponimləri  müqayisəli  şəkildə 
tədqiq  etmişdir.  Müəllif  abidələrdə  rast  gəlinən Akbaş Atık  İnal 
Ögə, Alp Urunu Tutuk, Boyla, Kutluğ Yarğan kimi adlar haqqın-
da ilk dəfə elmi fikir bildirmiş, onları təhlil etmişdir. Eyni zaman-
da,  o,  Orxan-Yenisey  abidələrində  işlənmiş  antroponimlərin  bir 
hissəsinin  müasir  türk  dillərində  mühafizə  olunduğunu  bildirir, 
abidədəki antroponimləri Azərbaycan, qazax, qırgız, özbək, tatar, 
çuvaş  və  türkmən  dillərindəki  antroponimlərlə  qarşılaşdırmaqla 
fikrini əsaslandırır. 
V.Yunusova  (namizədlik  dissertasiyasının  aftoreferatı.  Bakı, 
1999)  Orxon-Yenisey  abidələrində  şəxs  adlarını  öyrənmiş,  yeri 
gəldikcə onları Mahmud Kaşğarlının lüğətindəki adlarla müqayisə 
etmişdir. Ə.Quluyev doktorluq dissertasiyasında (Qədim türk ono-
mostikasının leksik-semantik sistemi. Doktorluq dissertasiyasının 
avtoreferatı. B., 2003) Orxon-Yenisey abidələrinin, Turfan uygur-
larının ad sistemini və Qaraxanlı türklərinin onomastik sistemini 
ayrı-ayrılıqda  nəzərdən  keçirmişdir.  Onu  da  qeyd  etməyi  lazım 
bilirik  ki,  Azərbaycanda  qədim  türk  onomastikasını  Ə.Quluyev 
(Amanoglu) qədər geniş öyrənən olmamışdır*. 
*Ə.A.Quliyev. Qədim türk onomastikasının leksik-semantik sistemi. Doktorluq disser-
tasiyasının avtoreferatı. Bakı, 2003; Ə.Quliyev. Qədim türk abidələrinin sözlüyü. Bakı, 
1992;  Ə.Qukliyev. Əski türk yazılı abidələri müntəxəbatı. Bakı, 1993; Ə.Quliyev. Qədim 
türk abidələrinə aid materiallar (N.Xudiyevlə birlikdə). Bakı, 1993; Ə.Quliyev. Əski türk 
onomastik sözlüyü. Bakı, 1999; Ə.Quliyev. Qədim türk onomastikasının leksik-semantik 
sistemi. I-II hissə, 2001; Amanoğlu E. Eski türk onomastigi üzərinə. III Uluslararası Türk 
Dili Kurultayı, Ankara, 1999.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə