111
Onomastika, Dialektologiya, Etimologiya
qoruyucusu Abaqan dağının qarlı təpəsində yaşayır (M.Seyidov.
Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, s.285).
B.Ögəlin fikrincə, Göy at Tanrıya məxsusdur, göy rəngli atı
kömək edəcəyi kimsəyə Göydən göndərib (B.Ögəl. Türk mifo-
logiyası. Ankara, 1989, s. 313-314). Göy atın öndə gedən, tez
sürülən, yara tez yetirən və s. kimi mənalarda işləndiyini konkret
faktlarla əsaslandıran B.Abdulla yazır: “...göy rəngli atdakı “göy”
də Tanrı ilə qutsal bilinən Göy – səma ilə və onların simvolu sa-
yılan göy-mavi rənglə bağlıdır. Etiqada görə, göy at da Göydən,
səmadan gəldiyi üçün Göy-səma atı olmasına bayatılarda da tuş
oluruq: Göy atım göy üzündə, Ceyran otlar düzündə, Mən yarımı
tanıram, Qoşa xal üzündə (B.Abdulla. “Kitabi-Dədə Qorqud”da
rəng simvolikası. Bakı, 2004, s. 113). “Kitab”dakı “Göy bədəvi”
zoonimi, eləcə də göy komponentli at adlarının semantik yükü
yuxarıda təqdim etdiyimiz sitatlarda aydın şəkildə ifadə edildiyi
üçün burada yalnız bir cəhəti qeyd etməklə kifayətlənirik: Göy
bədəvi zooniminin “göy” komponenti ilə Qaragünə oğlu Qara-
budağın “atı bəhri hotazlı” bədii təyinindəki “bəhri” sözü eyni
semantik yuvaya daxil olan sinonimlər kimi çıxış edir: Göy
bədəvi-bəhri hotazlı – bəhri (dəniz rəngində, mavi) – mavi qo-
tazlı. Digər tərəfdən, Qaragünə və Göy bədəvi adlarında “g” sa-
mitinin, bədəvi və bəhri sözlərində isə “b” samitinin alliterasiyası
müşahidə olunur.
Təpəlqaşğa ayğır. “Kitab”da Tondazın (Dondarın) atının adı
kimi cəmi bir dəfə işlənmişdir: Təpəlqaşğa ayğırına Tondaz bin-
di. Mürəkkəb quruluşlu “Təpəlqaşğa” zoonimindəki “təpəl” ağ
ləkəsi olan heyvan, qaşğa (qaşqa) isə alnı ağ tüklü at mənasındadır.
M.Kaşğarinin lüğətində qaşqa sözünün məna yükü belə təqdim
olunur: kaşqa at = üzü ağ, gözlərinin çevrəsi qara olan at: bu-
nun bir adı “pəçəli at”dır. Başının ortası ağ olan dəvəyə də belə
deyirlər. Maraqlıdır ki, “qaşqa” sözü Azərbaycan dili şivələrində
ilkin fonetik tərkibi və semantikasını, demək olar ki, eynilə sax-
112
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lamışdır. Müasir dilimizdə “Qaşqa at” zoonimi də işlənməkdədir.
Qara ayğır. Burla xatunun mindiyi at kimi təqdim olu-
nur: Qırq incə bellü qız – oğlan ilə Qara ayğırın tartdırdı, bütün
bindi.”Qara ayğır” həm də Dəli Qarcarın atının adı kimi verilir:
Qara ayğırı yarağla gətürdilər. Dəli Qarçarı bindirdilər. “Qara ay-
ğır” zoonimi birinci növ təyini söz birləşməsi modelindədir. Bu
modeldə hər iki komponent türk mənşəlidir: qara, ayğır.
“Qara at” zoonimi sonrakı dövr abidələrimiz üçün də xarak-
terikdir. Məsələn, “Koroğlu” dastanında Alı kişinin iki ayğırından
birinə ”Qara at” adı verilir. Vəsfi-hallarda da “Qara at” adı tez-tez
təkrarlanır:
Qara at nalı neylər,
Qaraqaş xalı neylər,
Vəfalı yarı olan,
Dövləti, malı neylər.
Göründüyü kimi, “Kitab”, “Koroğlu” dastanı və vəsfi-halda
işlənmiş “Qara at” zoonimi müsbət anlamlıdır. Bir cəhəti də qeyd
edək ki, “Kitab”da qara rəngli atlar məşhur atlar hesab olunur,
bu atların sürətli, iti qaçışı xüsusi olaraq qabardılır. “Qara at”,
xüsusən də “yelisi qara at”ın bütövlükdə “Kitab”ın poetik struk-
turunu əhatə etməsi B.Abdulla tərəfindən sistemli şəkildə araşdı-
rılmışdır: “...Qərar tuta bilməyən Uruzun anası Boyu uzun Bur-
la xatun Qara ayğırı minir və bu iti qaçan atın hesabına döyüş
meydanına bəylərdən tez yetişir. Al ayğırın sahibi olan Bəkil iti
qaçmasına görə ova həmişə Yelisi qara qazlıq (Qazlıq – Ə.T.)
atını minir. Selcanı istəməyə yollanan Qanturalı da uzaq səfərə
Yelisi qara qazlıq ata minir. Əlbəttə, belə-belə örnəklər “Kitab”da
çoxdur. Və bunların hamısının doğurduğu qənaət qara rəngli
atın uğur simvolu olması ilə yekunlaşır (B.Abdulla. “Kitabi-
Dədə Qorqud”da rəng simvolikası. Bakı, 2004, s. 80). “Kitab”