D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə27/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   23   24   25   26   27   28   29   30   ...   84

102
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sabitləşmiş vəziyyətdə olduğu, həm də intensiv şəkildə işləndiyi 
qeyd  olunur:  börklü,  hünərli,  ərdəmli  ...  “Kitab”da  “ayğırlıq” 
sözündə  işlənən  –lıq  şəkilçisi  isə    bu  morfemin  müvaziliyini, 
daha dəqiqi, tam  diferensiasiyaya uğramamış vəziyyətdə oldu-
ğunu təsdiqləyir: -lıq//-lı
4
.
Keçi başlu Keçər ayğır. “Kitab”da iki dəfə işlənmişdir. Ba-
yındır xanın tövləsindən Dədə Qorquda verilmiş iki atdan biri-
nin adıdır. “Keçi başlu Keçər ayğır” zoonimik modelindəki “keçi 
başlu”  ifadəsini  təsadüfi  hesab  etmək  olmaz.  Çünki  at  başının 
keçi, qoyun, maral, dovşan kimi heyvanların başına bənzədilməsi 
qədim  türk  tarixi  və  etnoqrafiyası  baxımından  səciyyəvidir  (bu 
cəhət bir sıra mənbələrdə aydın şəkildə göstərilir). Digər tərəfdən, 
“keçi başlu” söz birləşməsinin semantik tutumu “Kitab”dakı sin-
taktik bütövlər müstəvisində də öz həllini tapır: “...Altundağı alaca 
atuŋ nə ögərsən? Ala başlu keçimcə gəlməz maŋa!” Bu misralar-
da “ala başlu keçinin” kafirin “alaca” atından güclü olması aydın 
şəkildə ifadə edilir. “Kitab”dakı başqa mətnə diqqət yetirək: Dədə 
Qorqud göstəki üzdi. Turmadı, qaçdı. Dəli Qarçar ardına düşdi. 
Toqlı başlu Turı ayqır yoruldı. Dədə Qorqud Keçi başlu Keçər ay-
ğıra sıçradı, bindi. Burada yorulan atın “toqlı başlı...”, güclü atın 
isə “keçi başlu...” olduğu birbaşa ifadə edilir. Bu da təsadüfi deyil. 
Belə ki, “keçi başlu” atda keçinin,  “toğlu başlu” atda isə toğlunun 
gücü,  daha  dəqiqi,  səciyyəvi  cəhətləri  metaforikləşdirilmişdir: 
keçi  sıldırım  qayalarda  sıçraya-sıçraya  gəzir,  sürünün  qabağın-
da gedir, toğluda isə bu xüsusiyyətlərin heç biri yoxdur. Deməli, 
“keçi başlu...” və “toqlı başlu” vahidlərindəki məcazilik birbaşa 
reallığa, konkret desək, real hərəkətə söykənir.
“Keçi başlu Keçər ayğır” zoonimik modeli mürəkkəb quru-
luşlu söz birləşməsi formasındadır, daha dəqiqi, burada iki söz 
birləşməsinin sintezi müşahidə olunur: təyini söz birləşmələrinə 
daxil olmayan ismi birləşmə (keçi başlu), birinci növ təyini söz 


103
Onomastika, Dialektologiya, Etimologiya
birləşməsi (keçər ayğır). “Keçər ayğır” söz birləşməsi iti sürətə 
malik  at  mənasındadır.  Deməli,  “Keçi    başlu  Keçər  ayğır”  at 
adındakı vahidlər təkcə forma deyil ( “k” samitinin alliterasiyası 
nəzərdə tutulur: keçi-keçər; k-k), həm də semantika baxımından 
bir-birini tamamlayır: keçi başlu (güclü at),  keçər ayğır (iti sürətə 
malik  at).Bir  cəhəti  də  qeyd  edək  ki,  “keçər  ayğır”  birləşməsi 
“keçi başlı”nın məntiqi davamı kimi çıxış edir.
Toqlı başlu Turı ayğır. Qeyd olunduğu kimi, Bayındır xanın 
tövləsindən Dədə Qorquda verilmiş ikinci atın adıdır. Əlavə edək 
ki, Yeynəyin atının adı da Turu ayğırdır. “Toqlı başlu Turu ay-
ğır” zoonimik modelindəki sözlərin hamısı türk mənşəlidir (toqlı, 
başlu,turı, ayğır). Burada da təyini söz birləşmələrinə daxil olma-
yan ismi birləşmə ilə birinci növ təyini söz birləşməsinin sintezi 
müşahidə olunur. “Toqlı başlu” birləşməsinin semantik yükündən 
bəhs etmişik (əvvəlki səhifələrə bax!). “Turu ayğır”la bağlı de-
yilmiş fikirləri saf-çürük etdikdə isə bəlli olur ki, tədqiqatçıların 
əksəriyyəti,  demək  olar  ki,  eyni  nəticələri  söyləmişlər.  Bəzi 
fikirləri  təqdim  edirik:  “...Duru  ayğır  və  “Qaraoğlu”  dastanın-
dakı Qor at “Koroğlu” dastanındakı Qırat və Dürat (bu, “Duru 
at” adının qısaldılmış və fonetik dəyişikliyə uğramış formasıdır) 
adlarına  uyğun  gəlir.  Duru  ayğırın  meydana  gəlməsi  haqqında 
folklorda bir məlumat olmasa da, Qor at dərya atından–oddan–
alovdan  törəmişdir.  Qırat  və  Dürat  da  dərya  atı  cinsindəndir” 
(M.Adilov,  A.Paşayev.  Azərbaycan  onomastikası.  Bakı,  1987, 
s.74-75).  M.H.Təhmasibin  fikrincə,  “Qırat  –  “od  at”  deməkdir. 
At qədim təsəvvürdə çox zaman dörd ünsürlü, yəni ab-atəş-xak-
badla əlaqələndirilmişdir.  Od-atəş-ildırımın da  zoomorf  surətdə 
olduğu  kimi  qaranlıqla,  eləcə  də  yağışla,  su  ilə  bağlı  olduğu 
məlumdur...”(M.H.Təhmasib. Azərbaycan xalq dastanları. Bakı, 
1972, s.142.) (bu sitatı “Turı ayğır” zooniminə görə təqdim etdik). 
E.Əzizova görə, Qırat “tünd, boz, boz at”, Dürat isə “tünd kəhər 


104
DƏDƏ QORQUD ARAŞDIRMALARI
at” mənasındadır (E.Əzizov. Azərbaycan dilinin tarixi dialekto-
logiyası. DDA, Bakı, 1990, s. 42)... M.Seyidov yazır: ... bunlar 
elə-belə atlardan deyil. Bunlar dərya atından əmələ gəliblər... dağ 
tanrısının atının “Qırat” adlanması çox təbiidir. “Qırat” – “dağın”, 
“ucalığın atı, yəni “dağ tanrısının atı” deməkdir...” (M.Seyidov. 
Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, s.280-
281). Q.Cəfərov “Qırat”la bağlı bir sıra müəlliflərin, xüsusən də 
M.H.Təhmasib, E.Əzizov kimi alimlərin fikirlərini qəbul etmir, 
əksinə,  M.Kaşğarinin  (qır  at  –  qır  rəngli  at),  N.Marrın  (серая 
лошадь),  E.Karrıyevin  (серый    конь)...  izahlarının  düzgün  ol-
duğunu  göstərir  (Q.Cəfərov.  Azərbaycan  dilinin  zoonimika-
sı.  “Azərbaycan  dilinin  onomastikası”.  Bakı,  1987,  s.158-161). 
Yeri gəlmişkən, M.Kaşğarinin “Divan”ında Qırat zooniminin (at 
adının) deyil, onun apelyativlərinin (qır rəngli at) izahı verilmiş-
dir.  N.Cəfərov  yazır:  “Qırat”  sözünün  müxtəlif  etimologiyaları 
verilmişsə də, fikrimizcə, bu adın “Qara at” (Tobol tatarlarından 
V.Radlovun topladığı bir əfsanədə Koroğlunun – korun oğlunun 
atı  “Qara  at”dır)  adından  törəməsi  daha  çox  özünü  doğruldur” 
(N.Cəfərov. Eposdan kitaba. Bakı, 1999, s.148).
M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri ilə bu məsələlər, 
nəhayət, aydınlığa qovuşacaq, - deyən Ramiz Əskər yazır: “Ko-
roğlunun  atlarının  biri  qır,  digəri  doru  rəngli  olduğu  üçün  on-
lara sadəcə olaraq Qır at və Doru at (eynən Boz at, Ağat kimi) 
deyilməli ikən bunlara barmaqdan sorulan mənalar yüklənmişdir. 
Çünki rəng mənasında qır və doru sözləri ədəbi dilimizdə yox-
dur. Dürat “doru at” sözünün təhrifi, bir vurğu ilə söylənən va-
riantıdır. Bu, adi bir rəngdir, ona dürr, mirvari və s. kimi başqa 
mənalar vermək əllaməçilikdən, hətta elmi avaraçılıqdan başqa 
bir şey deyildir. Qır at isə qır rəngli atdır, bu da türkcə adi bir at 
rəngidir. Qır ata da uydurma rənglər yaraşdırmaq cəhdləri bir za-
manlar çox dəbdə olmuşdur” (M.Kaşğari. Divanü lüğat-it-türk”. 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə