D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə34/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   30   31   32   33   34   35   36   37   ...   84

125
Onomastika, Dialektologiya, Etimologiya
2) Əsl türk mənşəli antroponimlər 
Qədim türklərin mədəni-siyasi əlaqədə olduğu Çin, soğd, Ti-
bet və başqa xalqlara mənsub olan şəxslərin adı abidələrin dilində 
az  da  olsa  türkləşdirilərək  işlənmişdir.  Bəllidir  ki,  alınma  ono-
mastik vahidlər tərcümə edilmir. Görünür, bu qanun Orxon-Ye-
nisey yazılı abidələrində bir neçə alınma şəxs adının yer tapma-
sına təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, sonrakı dövrlərlə 
müqayisədə Orxon-Yenisey abidələri dövründəki dilimizdə alın-
ma antroponimlər olduqca az işlənmişdir.
Bu alınma şəxs adlarından bir neçəsinə nəzər yetirək. Çaŋ
senün  (KTşm  13).  Mətndə  bu  şəxsin  Çin  nümayəndəsi  olduğu 
qeyd edilir. Çaça şenün (KTş 32). Bu şəxs adı da Çin mənşəlidir. 
İşbara  (ŞU  16).  Titul  bildirən  bu  söz  burada  şəxs  adı  kimi 
işlənmiş, sanskrit dilindən alınmışdır. İşiyi (isyi) - (KTşm 12). Bu 
antroponimi bəzən İsyi Liken şəklində qeyd edirlər. Çin dilindən 
alınmışdır. Abidədə onu Çindən Kül tiginin dəfn mərasimində iş-
tirak etmək üçün gəldiyi vurğulanır. Lisün tay senün (BX c 11). 
Mətndən Çin generalı olduğu anlaşılır. On, tutuk (KTş 31, 32: BX, 
25). Çin qoşun sərkərdəsinin adıdır. Aşok (Ton 46) soğd hökmda-
rının adıdır. Bu sözü bəzi tədqiqatçılar, xüsusilə, S.Y Malov suk 
şəklində oxunmuşdur (43, s.64). Lakin türk tədqiqatçısı T.Tekin 
qeyd etdiyimiz kimi, Aşok şəklində oxunmuşdur. Aşok sözünün 
soğd mənşəli olduğunu güman etmək olar. Makaroç tamğacı (KT 
şm 13 ). Tinsi (T 47) Çin dilindən alındığını güman etmək olar. 
Tədqiqatçılardan  bəziləri  Kül  tigin  abidəsində  (KTşm  12)  əsl 
mətndə Neᶇ, şəklində yazılmış antroponimi Nek şəklində oxuyur 
və onun İran dillərindən alınmış bir söz olduğunu göstərirlər (33, 
s.  132).  S.Y.Malov  isə  onu  transkripsiyada  Neᶇ,  tərcümədə  isə 
Nek şəklində vermişdir (43, s, 33, 43), Neŋ,variantı İran mənşəli 
nek vahidindən törəndiyi güman edilir.
Türk tədqiqatçısı O.Sertkayaya görə, Bilgə kağan abidəsində 


126
DƏDƏ QORQUD ARAŞDIRMALARI
adı çəkilən Tay şeŋün (BX s. 11) antroponimi də Çin mənşəlidir 
(54, s. 165). Burada tay Çin dilində “böyük”mənasındadır. Altun 
Tay saŋun (Th SIV) antroponimi haqqında da eyni sözləri demək 
olar.
Göründüyü kimi, Orxon-Yenisey abidələrinin dilində işlən-
miş  antroponimlərin  çox  az  hissəsi  başqa  dildən  alınmadır. 
Abidədə daha çox Çin dilindən, tək-tək hallarda isə soğd dilindən 
alınmış antroponimlər müşahidə olunur.
Abidələrin dilində işlənmiş antroponimlərin böyük bir qismi-
ni isə əsl türk mənşəli antroponimlər təşkil edir.
1.  Rütbə  və  titul  bildirən  leksemlər  əsasında  yaranan 
antroponimlər.
İltiriş kağan. II türk xaqanlığının və ya Göytürk dövlətinin 
qurucusu və hökmdarı İltiriş kağanın doğum ili bəlli deyil. Bilgə 
kağan və Kül tiginin atası olan bu hökmdar 682-ci ildə Göytürk 
dövlətini qurmuş, 692-ci ildə vəfat etmişdir.
Bu  antroponim  s  və  ş  səs  əvəzlənməsi  ilə  bəzən  İlteris 
şəklində  yazılır.  Eyni  zamanda  qədim  türk  dilində  i  və  e  səs 
dəyişməsi olduğuna görə burada İltiriş yerinə Elteriş//Elteris for-
masi da nəzərə çarpır. Hökmdar Aşina soyundan çıxdığına görə 
onun ailə adı Aşina şəklində tanınırdı. Onun adı Çin mənbələrində 
Aşina  Ku-to-lu (Ku-du-lu) şəklində qeyd olunmuşdur (türkcəsi 
Aşina  kutluğ).  İlteriş  kağan  irsən  Todun  çor  titulunu,  bundan 
sonra 682-ci ilədək Kutluğ şad, 683-687-ci illər arasında Kutluğ 
kağan, 687-692-ci illər arasında isə İltiriş kağan titulunu və ya 
adını  daşımışdır  (54,  s.94)  İlteriş/İlteris/Elteriş  antroponiminin 
tərkibi iki leksemdən ibarətdir. Bu antroponimik vahidin I kom-
ponenti  olan  il//el  Orxon-Yenisey  abidələrində  “dövlət”,  “el”, 
“xalq”  anlayışını  ifadə  edir  və  qədim  türk  dövlət  adamlarının 
adlarında  bu  komponentə  yer  verilir.  Orxon  abidələrindən  olan 
Ongin abidəsində təsadüf etdiyimiz Eletmiş yabğu (Oö 4), eləcə 


127
Onomastika, Dialektologiya, Etimologiya
də  II  uyğur  xaqanı  Teᶇride  bolmış  il  etmiş  bilgə  kağan  (ŞU1) 
və s.buna misal göstərmək olar. Adın II komponenti isə qədim 
türk dillərindəki ter//tir (bir yerə toplamaq, yığmaq) felindən və 
-ış,-iş şəkilçisindən  ibarətdir. Qeyd edək ki, tir felinə Orxon-Ye-
nisey  yazılı  abidələrində  müstəqil  mənalı  fel  kimi  rast  gəlinir. 
Məs.; İlgerü, kuriğaru sülep tirmiş. ”Şərqə, qərbə qoşunla yürüş 
etmiş, toplamış ...?! (KTş12). Maraqlıdır ki, tir felinin Yenisey 
abidələrində ter variantına da (Y 42) təsadüf etmək olur. Bu da 
həmin felin VII-VIII əsrlərdə bu abidələrdə iki fonetik variantda 
(İlteriş  və  İltiriş  şəklində)  işlənməsinə  səbəb  olmuşdur.  İlteriş//
İltiriş antroponimindəki –ış ünsürü feldən ad düzəldən morfem-
dir  və  felin  qarşılıqlı–müştərək  növünün  şəkilçisinə  omonim-
dir. Teriş  sözünə  M.Kaşğarinin  “Divanü  lüğat-it  türk”  əsərində 
də rast gəlinir. Ol manga yemiş terişdi.O mənə meyvə yığmağa 
kömək etdi.Ə.Rəcəbli İlteriş//İltiriş antroponimik vahidinin kök 
və şəkilçi morfemlərini tarixi-linqvistik müstəvidə geniş şəkildə 
izah  edir  və  V.Radlova  istinad  edərək  yazır:  ,,...İltəris  //İltəriş 
xüsusi şəxs adını Azərbaycan dilinə tərcümə etsək, El üçün qa-
nun qoyan, El üçün qanun yaradan, Xalq üçün milli dövlət ya-
radan, Elin qanununu özündə təcəssüm etdirən ifadəsi alınır.Bu 
ad keçmiş qəbilə başçısı Kutluğ xanın yeni mövqeyini, ictimai 
vəziyyətini tam ifadə edirdi (17, s. 99).
İlteriş //Elteriş antroponimi ilə bağlı abidədə olan bir cümləyə 
nəzər yetirək: «...kağan inisi (El)çor tigin kelip,ulayu tört tigin 
kelip işbara bilgə Kül iç çorığ yoğlatı» - (Bilgə) xaqanın kiçik 
qardaşı El çor tigin və digər dörd tigin gəlib İşbara Bilgə Kül iç 
çoru dəfn etdilər (KÇ 24). Bu cümlədəki El çor Tigin şəxs adı-
dır. Qeyd edək ki,E.Trıyarski abidəni yenidən oxuyub və tədqiq 
edərkən  (1962)  və  Klausonla  birlikdə  onun  tərcüməsini  nəşr 
edərkən (1971) bu abidədə Bilgə kağanın kiçik qardaşı El çor ti-
ginin adının işləndiyini müəyyən etmişlər.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə