118
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Summary
Azizkhan Tanriverdi,
doktor of sciences on philology professor
THE HORSE NAMES İN
THE BOOK «DEDE QORQUD»
The linguistic features of horse names have been investigated
in the flatness of text semantics In the article named after horse
names in the book «Dede Korkut».
119
Onomastika, Dialektologiya, Etimologiya
Türk xalqlarının əlimizə gəlib çatan
ən qədim yazılı abidələri göytürk Orxon-
Yenisey abidələridir. Bu qədim türk yazılı
abidələri türkün daş yaddaşıdır. Türkün
ən qədim, ən etibarlı, ən saf dil və mədəni
mirası olması baxımından Orxon-Yenisey
abidələrinin dəyəri əvəzsizdir. Buna görə
də çox qədim və zəngin tarixə malik türk
xalqlarının mədəni irsi kimi bu abidələrin
tarixi və filoloji aspektdən öyrənilməsi bu
gün də aktualdır. Orxon-Yenisey abidələri
tapıldığı əraziyə görə adlandırılmışdır.
Həmin abidələr Mon-qolustanda Orxon
çayının, Sibirdə Yenisey çayının və Al-
tayda Talas çayının sahillərində aşkar
edilmişdi.
Adından da göründüyü kimi Orxon-
Yenisey abidələri 2 yerə ayrılır: Orxon
abidələri və Yenisey abidələri. Bu abidələr
içərisində Kül Tiginin (732-ci il), Bilgə
xaqanın (735-ci il) və Tonyukukun (716-
ci il) şərəfinə yazılmış abidələr və Ongin
abidəsi (731-ci il) informasiya yüklərinə
görə digər abidələrdən fərqlənir. Belə
ki,qədim türklərin bir sıra tayfa adları və
Aynurə Əliyeva,
elmi işçi
ORXON-YENİSEY ABİDƏLƏRİNDƏ İŞLƏNMİŞ
ONOMASTİK VAHİDLƏR
120
DƏDƏ QORQUD ARAŞDIRMALARI
çox sayda yer adlarına məhz bu abidələrdə rast gəlinir.
Orxon-Yenisey abidələri tarix, dilçilik və etnoqrafik cəhətdən
bir sıra tədqiqatçıların tədqiqat predmeti olmuşdur.Orxon-Yeni-
sey yazılı abidələrinin tarixşünaslıq aspektdən araşdırılması ilə
İ.Markvart, V.V.Bartold, F.Hirt, E.Şavann və başqa tədqiqatçılar
məşğul olmuşlar. Bu abidələr ətrafında arxeoloji qazıntılar
A.B.Adrianov, A.O.Heykel, S.B.Kiselyov, L.A.Yevtyuxova,
L.R.Kızlasov və başqaları tərəfindən aparılmışdır.
Dilçilik baxımından abidələr Q.Aydarov
1
, V.Y.Kondratyev
2
,
N.Kononov
3
, A.Maxmutov
4
və b. tərəfindən araşdırılmışdır.
Türk-run əlifbası ilə kitabələrin dilçilik aspektdə tədqiqi ilk
növbədə A.M.Şerbakın
5
adı ilə bağlıdır. Orxon-Yenisey abidələri
dilçilik baxımından Azərbaycanda da tədqiq olunmuşdur. Bu
sahədə Orxon-Yenisey abidələrinin öyrənilməsi Ə.Ə Rəcəbov
6
,
Y.Məmmədov
7
, Ə.Şükürlü
8
və A.Məhərrəmovun
9
adları ilə bağ-
lıdır. M.S.Məmmədova
10
isə Orxon-Yenisey abidələrini tarix ba-
xımından tədqiq etmişdir.
1
Айдаров Г. Язык Орхонских памятников дрeвнетюркской письменности VIII в,
Алма-Ата, «Наука», 1971.
2
Кондратьев В.Г. Грамматический строй языка памятников древнетюркской
письменности VIII-IX вв, Л.,
Изд-во ЛГУ, 1981.
3
Кононов А.Н. Грамматика языка тюркских рунических памятников VII-IX вв., Л.,
«Наука», 1980.
4
Махмутов А. Как возник древнетюркских алфавит. Исследования по тюркологии.
Алма-Ата, 1969, с.141-147.
5
Шербак А. Енисейские рунические надписи. К истории открытия и изучения.
Тюрколоческий сборник. М., Наука, 1970, с. 111-134)
6
Rəcəbov İ.Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri B.,1993; Qədim türk yazısı
abidələrinin dili (2 cildlik), B., 2006. Ə.Rəcəbli. Qədim türk yazısı abidələri IV cildlik
B., 2009, 2010.
7
Məmmədov Y. Orxon-Yenisey abidələrində adlar. I-II c., B., 1979-1981.
8
Şükürlü M.Ə. Qədim türk yazılı
abidələrinin dili, B,.1993.
9
Məhərrəmov A.M. Qədim türk yazılı abidələrinin dili B., 1976.
10
Məmmədova M.S. Orxon-Yenisey abidələri qədim türk tarixini öyrənmək üçün mənbə
kimi. Tarix elmləri namizədi alimlik dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya
işinin avtoreferatı. 1999.