108
DƏDƏ QORQUD ARAŞDIRMALARI
(qırmaq). Bu da təsadüfi deyil. Çünki “Kitab”da və “Koroğlu”da
elə bir qəhrəman yoxdur ki, daim hərəkətdə verilməsin. Deməli,
qəhrəman və at obrazları həm də bu müstəvidə tədqiq olunmalı-
dır.
Ağ-boz at. “Kitab”da həm Qəflət qoca oğlu Şir Şəmsəddinin
(...ağ-boz atıŋ yalısu üzərində qar turduran Ğəflət qoca oğlı Şir
Şəmsəddin çapar yetdi), həm də Oğuz igidlərinin mindiyi atın adı
kimi verilir: Çaparkən ağ-boz atıŋ büdrəməsün! Bu nümunədəki
“ağ-boz at” ümumiləşdirilmiş at obrazıdır. “Ağ-boz at” zoonimik
vahidi birinci növ təyini söz birləşməsi modelindədir. Birləşmənin
hər üç komponenti türk mənşəlidir: ağ, boz, at. “Kitab”da “Ağ-
boz at” daha çox uğurla, şad xəbərlə bağlı məqamlarda təsadüf
olunur. Bu istiqamətdə sistemli araşdırma aparmış B.Abdulla
yazır: “...Səgrək qardaşı Əgrəki kafirlərin əlindən qurtarmağa
gedəndə anası ona Ağboz atı minməyi məsləhət bilir. Yeynək də
Düzmürd qalasında əsir saxlanılan atasının arxasınca yollanma-
ğa hazırlaşanda yuxusunda bu səfərə Ağboz atlı alplarla getdi-
yini görür. Elə atası uğrunda vuruşa qalxan Uruzun da altında
Ağboz atdır” (B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng sim-
volikası. Bakı, 2004, s. 36). Burada qəhrəmanın taleyinin Atı ilə
əlaqələndirilməsi, həm də eyni kontekstdə təqdim olunması mətn
semantikası müstəvisində təhlil olunur ki, bu da dastan poetika-
sı baxımından dəyərlidir. Ağ və boz sözləri əsasında yaranmış
at adlarının ümumən türk tarixi və etnoqrafiyası ilə bağlı olma-
sı türkologiyada elmi həllini tapmışdır. Burada M.Seyidovun bir
fikrini xatırlatmaq yerinə düşür: “Xaqanlar, böyük sərkərdələr
ağ, hərdən isə boz at minərmişlər. Misal üçün, Gültəkinin iki
atı ağ, üçüncüsü isə boz olmuşdur. Dədə Qorqud boylarının
məşhur qəhrəmanı Beyrək ağ-boz at minərmiş... Başqırd xalq
yaradıcılığındakı yarımilahələr, yarıtanrılar, adlı-sanlı igidlər
ağ-boz, boz ata, eləcə də Altay mifik təbiət qəhrəmanları boz ata
minirmişlər... Manasın atı “ağ qula” və “ağ boz” adlanır. Deməli,
109
Onomastika, Dialektologiya, Etimologiya
bir sıra türkdilli xalqlarda at (hərdən ağ, hərdən boz rəngli) on-
qon sayılmışdır; zaman keçdikcə onları yalnız müqəddəslər və
əfsanəvi qəhrəmanlar minmişlər” (M.Seyidov. Azərbaycan xalqı-
nın soykökünü düşünərkən. Bakı, 1989, s. 159, 231). Bu qeydlər
“Kitab”da intensivliyi ilə fərqlənən “Ağ-boz at” zooniminin
təsadüfi olmadığını təsdiqləyir. Ağ-boz at türkmən folkloru baxı-
mından da səciyyəvidir:
Ak at, Boz at – iki yıldız,
Dəmirgazık – yəkə yıldız,
Yədigənim – yədi yıldız,
Yədi göçər, yədi gonan,
Sanasam, sogabı bar...
Gög bədəvi. “Kitab”da Qaragünənin atının adı kimi çox
az işlənmişdir. Qaragünə oğlu Qarabudağın bədii təyinlərindən
biri “atı bəhri hotazlı”dır (atı mavi qotazlı). Bir sıra mənbələrdə,
xüsusən də M.Kaşğarinin “Divan”ında alpların (igidlərin) öz atla-
rının boyunlarına qiymətli daşlar, muncuqlar asması, eləcə də at-
larının quyruqlarını ipəklə örtmələri göstərilir. Qıpçaq türklərinin
böyük köçündən bəhs edən M.Adcı yazır: “...Lena yaxınlığındakı
şəkillər daha yaxşı qorunub, zamanın onlara rəhmi gəlib. Oklad-
nikovun bu rəsmlər haqqında sözü: “Burada baş süjet at və atlı ob-
razlarının əks etdirilməsidir. Çox vaxtlar yal – kəkillərlə və asma
qotazlarla bəzədilib. Boyunlarında qırxılmış yalların kərtləri –
dişləri görünür. Bəzən atlar xüsusi şəkilli zirehə bürünmüş olur,
eyni geyim atlılarda da olur. Bu köndələninə xətlərlə ifadə olu-
nur. Atlıların əlində ucunda bayraqcıqlar yellənən nizə görünür.
Sanki bu təsvir kifayətdir ki, təsəvvüründə at ayaqlarının tappıl-
tısını eşidəsən, atlıların özünü görəsən. Budur xalqların Böyük
Köçü...” (M.Adcı. Qıpçaq çölünün yovşanı (tərcümə edəni prof.
Tofiq Hacıyev). Bakı, 1997, s. 105). Ş.Cəmşidov “Kitab”dakı
110
DƏDƏ QORQUD ARAŞDIRMALARI
“atı bəhri hotazlı” bədii təyinindən bəhs edərkən bir sıra maraqlı
faktlar, rəsmlər təqdim edir: Bəhri qotazlı at. Nizami Gəncəvi,
“Xəmsə” əlyazması, XV əsr; Atı bəhri qotazlı. Bakı, Abşeron
mədəniyyəti, qəbir başdaşı, XV əsr. Qız qalası Dövlət muzeyi...”
(Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. Bakı, 1977, s. 172-173). Bu-
rada F.Məmmədlinin fikirlərini də xatırlatmaq yerinə düşür: “...
atların yəhər-əsvabına mahir ustalar (sərrac) tərəfindən incə na-
xışlar vurulmuş, atlara gümüş işləməli sinəbəndlər, qayış-quşqun,
gümüş qaşlı yəhər, gümüş dəstəkli qırmanc (tatarı) hazırlanmış-
dır” (F.Məmmədli. Seçilmiş əsərləri, III cild, Bakı, 2004, s.360).
Bu qeydlərin hər birində türk tarixinin böyüklüyü canlanır, həm də
bəhri qotazlı at təkcə “Kitab” yox, ümumən türk mədəniyyətinin
zənginlik göstəricisi, atributu kimi çıxış edir.
“Gög bədəvi” zoonimik modelindəki ərəb mənşəli “bədəvi”
sözü bir sıra şivələrimizdə mühafizə olunur. Məsələn, şərq
şivələrində cins, yaxşı, güclü at anlamlı söz kimi bədo//bədöy
formasında işlənir. Bu, qərb şivələri baxımından da xarakterikdir.
Hətta qərb şivələrində insanla bağlı olaraq işlədilməsinə də rast
gəlinir: Yaman bədöy adamdı. “Kitab”dakı “bədəvi” sözü isə yal-
nız atla bağlı işlədilmişdir: bədəvi at – harın, cins at. Burada bir
cəhəti də qeyd edək ki, Oğuz qəhrəmanlarının dilində “bədəvi at”
birləşməsi ilə yanaşı, “ boynı uzın bədəvi atlar” ifadəsi də tez-tez
təkrarlanır. Bədəvi at ifadəsi türkmən folklorunda “bədəv atlar”
şəklindədir:
Ol obadan pürküm-pürküm çaŋ çıkyarla, Bibican
Bədəv atlar dəŋ gəlişip, dəŋ çıkyarla, Bibicvan,
Şövəş güni ğoç yigitdən gan çıkyarla, Bibican...
“Gög bədəvi” at adının birinci komponenti türk mənşəlidir.
At adlarında müşahidə olunan “göy” sözü, daha dəqiqi, “Gög at”
adı barədə çox bəhs olunub: M.Seyidova görə, göy rəngli atların
Dostları ilə paylaş: |