251
Pedaqogika, Fəlsəfə, Psixologiya
Digər tərəfdən cəza və tənbeh üsulu ilə yanaşı rəğbətləndirmə
metodundan da abidələrdə geniş istifadə olunur. Mogilya-
nın şərəfinə tərtib edilmiş abidədə daxili və xarici düşmənlə
mübarizədə türk xanının qorxmaz və mətin davranışları əksini
tapır, çətin vəziyyətlərdə xanın əzmkarlığı qüvvətli tərbiyəvi
əhəmiyyət daşıyır: «…Doqquz oğuz xalqı mənim xalqım idi.
Göy, yer bir-birinə qarışdığından paxıllıq etdiyinə görə (mənə)
düşmən oldu. Bir ildə dörd dəfə vuruşdum. …Türk xalqının ayağı
gücdən düşdü, pis vəziyyətə qalmaq qorxusu ilə qarşılaşdı. Bizi
yan keçən, qələbə çalmağı arzu edən düşməni qovdum. Orada
məhv olmağa yaxın olanların hamısını həyata qaytardım» (1;
265).
III. Orxon-Yenisey yazılı abidələrində türk davranış norma-
larının daha qabarıq və daha özünəməxsus xarakterli təzahürü
dövlət qurma siyasətində ifadə olunur. Burada uğur və nöqsan-
larının dərindən öyrənilməsi hallarını müşahidə edirik. Xan və
bəylər, bilici şəxslər müxtəlif mətnlərdə türk xalqının mənfi
xüsusiyyətlərini göstərərək onlardan ibrət almağı, bu vəziyyətləri
aradan qaldırılmağı məsləhət edirlər. Məsələn, Ongin abidəsində
oxuyuruq: «Əcdadımız Bumın xan (dünyanın) dörd tərəfini qıs-
namış, yıxmış, (onlara) qalib gəlmiş, əzmiş. O xan yox olduqdan
sonra el(imiz) məhv olmuş, dağılmış, qaçmış… xanlıq edən xa-
nını qovmuş». (1; 214) Abidələrdə mənfi cəhətlər geniş açıqlanır
və nəticələri xalqa izah edilir, edilən yalnış hərəkət və davranış-
lar dəfələrlə vurğulanır. Xaqanların dili ilə xalqa göstərilən yollar
və edilən məsləhətlər əhəmiyyətli tərbiyəvi xarakterilə seçilərək
müasir dövrümüz üçün də ictimai davranış tərbiyəsinin təməlini
təşkil edə bilər. Məsələn, Kül-Tiginin şərəfinə yazılmış abidədə
türk xalqının maraqlı xarakterik xüsusiyyətləri açıqlanır: «Sən
yoxsul olan zaman aclıq və toxluq haqqında düşünmürsən; bir
dəfə doysan aclıq haqqında düşünmürsən, onun üçün ki, (səni)
yüksəltmiş xanının məsləhətini eşitməyərək hər tərəfə dağılıb
252
DƏDƏ QORQUD ARAŞDIRMALARI
getdin, orada çox zəiflədin, əldən düşdün… Xan olmaqla yox
(dərəcəsinə qələn) müflis xalqı ortaya çıxardım, yoxsul xalqı
varlı etdim, az xalqı çox etdim» (1; 220). Abidədə türk xalqına
və oğuz bəylərinə müraciət edilərək onların Tanrı qarşısında gü-
nahları göstərilir və bu günahın başlıca xüsusiyyəti qüdrətli bir
dövlətin məhvində səbəbkar olma kimi ictimai-siyasi problem
olaraq bildirilir: «Əldə edilmiş, yaradılmış elimiz, dövlətimiz
belə oldu. (Ey) türk, oğuz bəyləri, xalqı, eşidin. Yuxarıdan tan-
rı basıb əzmədisə, aşağıda yer dəlinmədisə, türk xalqının elini,
dövlətini kim məhv etdi? (Ey türk xalqı), peşman ol. Sən günah
işlətdin, gözəl el birliyinə olan sədaqətin xatirinə səni yüksəldən
bilici xanına (qarşı) alçaqlıq etdin. Silahlı (adamlar) haradan
gəlib səni sürüb apardılar? (Ey) müqəddəs Ötükən meşəli dağının
(camaatı), gah doğuya (şərqə) tərəf gedənlərdən oldun, gah batıya
(qərbə) tərəf gedənlərdən oldun. Getdiyin yerlərdə (qazandığın)
yaxşı (şey) bu oldu: qanın su kimi axdı, sümüklərin dağ kimi yı-
ğıldı, əyilməz kişiliyin, nəslin qul oldu» (1; 235).
Qeyd edilən nümunələr türk yazılı abidələrin pedaqo-
ji əhəmiyyətini bir daha sübut edərək müasir cəmiyyətdə
vətənpərvər, mərd, ədalət, cəsarət və s. kimi milli xarakterik
keyfiyyətlərin inkişafına təkan vermək üçün əlverişli vasitə ol-
duğunu üzə çıxardı. Milli-mənəvi təfəkkürün doğru istiqamətdə
tərbiyəsində qədim abidələr dövlətçilik məsələlərinin təşkilində
davranış probleminin açıqlanması baxımından əhəmiyyətli üsul-
lar təqdim edir. Bilik, müdriklik, ağıl, qürur, iradə bu üsulların
mahiyyətində dayanan mənəvi amillərdir.
Tədqiqat işinin ikinci istiqaməti Orxon-Yenisey yazılı
abidələrində ailədaxili davranış tərbiyəsi məsələlərinin araş-
dırılmasına həsr edilmişdir. Yazılı abidələrin mətnində ailə
münasibətləri yüksək bağlılıq, sevgi, hörmət və ehtiram üzərində
qurulması ilə diqqəti cəlb edir. Milli psixologiyanın inkişafı üçün
bu əlaqələrin dəyəri əvəzedilməz olduğu qədər gələcək nəslin
253
Pedaqogika, Fəlsəfə, Psixologiya
əxlaq tərbiyəsində və davranış normalarının formalaşmasın-
da ailənin mükəmməl mənəvi məzmunu, yüksək etik mahiyyəti
mühüm əhəmiyyət daşıyır. Qədim yazılı abidələr türk xalqları-
nın məişətində və ictimai həyatında ailənin xüsusi mövqeyini
üzə çıxarır. Ailə daxilində ata, ana, qardaş, əmi, həyat yoldaşı
olan şəxslər hörmətlə dəyərləndirilir, mənəvi bağlılıq, qiymət və
məhəbbət ailə üzvlərinin dövlətin əsas sütunları kimi qabardıl-
ması diqqəti cəlb edir. Məsələn, «ulu atam-babam», «xan atam»,
«Humay kimi qadın anam», «xan əmim», «xatun ana» və s.
ifadələrə rast gəlinir. Hörmətlə anılan ailə üzvləri türklər arasın-
da Tanrı bəxşişi kimi qiymətə malik idi. Kül-Tiginin şərəfinə ya-
zılmış abidədə oxuyuruq: «Türk xalqının adı, şərəfi yox olmasın
deyə tanrı xan atamı, xatun anamı ucaltdı. El bəxş edən tanrı türk
xalqının adı, şərəfi yox (olmasın deyə həmin tanrı özümü) xan
etdi» (1; 235), və yaxud, «Ata-babamıza məxsus olan vətənimiz
sahibsiz qalmasın deyə bir az xalqı təşkil edib, qaydaya salıb.
Bars bəyə burada xan rütbəsini biz verdik, kiçik bacımızı ona xa-
nımlığa verdik». (1; 235)
Mənbələrdə ailədaxili hörmət siyasi məqsədlərdən də irəlidir.
Burada hakimiyyətə birbaşa varis olanların öz böyüklərinə
səmimiliklə etimadı və itaəti gözəl insani sifətlər kimi üzə çıxır.
Məsələn, Bilgə xaqan özü hakimiyyətə birbaşa varis olmasına
baxmayaraq əvvəl əmisini taxta çıxarır və onun hakimiyyəti al-
tında canla-başla çalışır: «Əmim xan olduqda (mən) özüm tarduş
xalqı üzərində şad idim. Xan əmimlə birlikdə doğuda (şərqdə)
Yaşıl çaya, Şantun çölünədək qoşun çəkdik, batıda (qərbdə)
Dəmir Qapıyadək qoşun çəkdik, Kögmən yurdunu keçərək Qır-
ğız ölkəsinədək qoşun çəkdik.» (1; 235), və ya: «(Ey) müqəddəs
Ötükən meşəli dağının (camaatı), gah doğuya (şərqə) tərəf
gedənlərdən oldun, gah batıya (qərbə) tərəf gedənlərdən oldun.
Getdiyin yerlərdə (qazandığın) yaxşı (şey) bu oldu, qanın su kimi
axdı, sümüklərin dağ kimi yığıldı, əyilməz kişiliyin, nəslin qul
Dostları ilə paylaş: |