Dağliq qarabağda erməNİ terroru



Yüklə 211,52 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.06.2018
ölçüsü211,52 Kb.
#49029
1   2   3   4   5   6   7

 

13 


gələnləri  və  harada  olduğumu  muəyyənləşdirə  bildim.  Gecə  yarı  yerimdən  durub 

meşələrin  içi  ilə  Ağdamın  Abdal  Gulablı  kəndinə  gəlib  çıxdım.  Sonradan  öyrəndim  ki, 

həmin  hadisə  olan  yerdə  sağ  qalan  ermənilər  bizim  maşında  olan  silahsız  adamları 

avtomat atəşinə tutmuş, 33 nəfəri qətlə yetirmişlər.” 

 

Hadisənin  digər  canlı  şahidi  Telman  Tağıyevin  atası  Aslan  Tağıyev  ermənilər 



tərəfindən Xankəndinə aparılarkən yolda oğlu Telmanın qəhrəmanlığının şahidi olmuş və 

2  ay  erməni  əsirliyində  qaldıqdan  sonra  qaytarılmışdır.  Aslan  Tağiyev  hadisələri  belə 

xatırlayır: 

 

“ Fevral ayının 14-də ermənilər kəndimizi hər tərəfdən mühasirəyə alıb artilleriya 



atəişnə  tutmuşdular.  Bu  zaman  kənddə  120-dən  çox  mudafiəçi  var  idi.  90  nəfərə  yaxın 

gənc  və  cəsur  oğlanlar  gecə-gündüz  səngərlərdə  dayanıb  erməni  hücumlarının  qarşısını 

alırdılar.  Oğlum  Telman  15  nəfərlə  Qağarza  istiqamətindəki  3  saylı  postda  vuruşurdu. 

Onların qəhrəmanlıqla vuruşduğunu ondan bilirəm ki, bizi əsr aparan erməni döyüşçüsü 

deyirdi: “Ara, sənin oğlun olan postun uşaqları bizdən 64 nəfəri öldurub”. Telman hərbiçi 

idi.  O,  çox  dəqiq  və  sərrast  atəş  açırdı.  Onun  çox  təsadufi  hallarda  gülləsi  boşa  çıxa 

bilərdi. Döyüşlərin 3-cü günü, yəni fevralın 16-da patron qurtarmaq üzrə idi. Qərargahda 

isə ehtiyat patron qalmamışdı. Axşam saat 20.00 radələrində döyüşün komandiri Ədalət 

Məmmədov  butun  postlarda  olan  döyüşçülərin  qərargaha  yığışmasını  əmr  etdi. 

Mudafiəçilər bir-bir geri çəkilib qərargaha yığışdılar. Telman da qərargaha gəldi. Bundan 

sonra qərargahın həyətinə gəlib çıxmış erməni quvvələri ilə mudafiəçilər arasında qızğın 

döyüş başladı. Döyüş səhərə qədər davam etdi. Mudafiəçilər son patronlarını işlədirdilər. 

Bunu  hiss  edən  ermənilər  qərargahın  həyətinə  doluşmuşdular.  Fevralın  17-si  səhər  saat 

10-  00  -a  qədər  döyüş  davam  etdi.  Daha  biz  tərəfdən  atəş  açmağa  imkan  qalmamışdı. 

Həyətdən  erməni  komandirləri  azərbaycanca  və  rusça:  “Çölə  çıxın,  təslim  olun”  -  deyə 

əmr  etdilər.  Mən  Telmanın  dayandığı  yerə  gəldim.  O,  hərbi  formada,  başını  dik  tutub 

vuqarla dayanmışdı. Düşündüm ki, onun hərbi paltarı ermənıləri qızışdıra bilər. Odur ki, 

cəld hərəkətlə dəri gödəkçəmi və köhnə şalvarımı soyunub Telmana uzatdım və paltarını 

dəyişməsini  tələb  etdim.  O,  mənə  tabe  olub  hərbi  formasını  mənə  verdı  və  mənim 

verdiyim  paltarları  geyindi.  Bu  zaman  mən  onun  paltarın  altında  qranat  gizlətdiyini 

gördüm.  Dedim  ki,  oğlum,  üst-başımızı  axtaranda  onu  səndə  tapsalar  axırına  az  qalar. 

Onu  bir  kənara  at.  Telman  kövrək  səslə  dedi:  “Yox!  Ata,  o  mənə  lazım  olacaq.  Hələ 

döyüş dayanmayıb. Onsuz da ermənilər bilirlər mən kiməm” 

 

Bayırdan  ermənilər  öz  tələblərini  tez-tez  və  daha  qəzəbli  səslə  təkrar  edirdilər. 



Komandirimiz  Ədalət  Məmmədov  ermənilərlə  danışıqdan  qayıtdı.  Beş  dəqiqəlik 

məsləhətləşmədən  sonra  çölə  çıxmaq  qərara  alındı.  Bir-bir  çölə  çıxır,  sılahlarımızı  qapı 

ağzında  yerə atır sıraya  düzülürdük. Yenidən əmr verildi ki,  kimdə silah, sənəd, pul  və 

qiymətli  əşya  varsa  yerə  töksun.  Pul  və  sənədlərdən  böyuk  bir  qalaq  alınmışdı.  Arxada 

dayananlardan  başlayaraq  bizim  adamların  üst-başlarını  əlləri  ilə  yoxlamağa  başladılar. 

Təxminən  15  nəfər  yoxlandı,  onlardan  heç  nə  tapılmadı.  Telmana  növbə  çatmamış 

yoxlamanı davam etdirməyı lazım bilmədilər. Ürəyim bir az sakitləşdi. 

 

Qərargahın  həyətində  “Ural”  və  KAMAZ  markalı  iki  yuk  maşını  dayanmışdı. 



Əmr  etdilər  ki,  cavanlar  “Ural”  maşınına,  qocalar  və  qadınlar  isə  KAMAZ  maşınına 

otursunlar. Mən, Telmanı da KAMAZ maşınına mindirmək istədim. Erməni zabiti etiraz 

etdi.  Turkcə  danışan  başqa  bir  erməni  zabiti  mənə  yaxınlaşıb  dedi  ki,  onda  gödəkçəni 

mənə  ver.  Soyunub  verdim  və  onun  köhnəsini  əynimə  geydim.  Bundan  sonra  o  yenə 

Telmana  o  biri  maşına  oturmağı  əmr  etdi.  Mən  yenidən  ona  yaxınlaşıb  yalvarmaq 



 

14 


istədim.  Onda  Telman:  “Ata,  yalvarma,  lazım  deyil”,  -  deyib  “Ural”  maşınına  mindi. 

Hamı maşınlara oturmuşdu. Yaralılarımız yerdə çabalayırdılar. Onlara fikir verən yox idi. 

 

Maşınlara hərəkət əmri verildi. Heç 100 metr getməmişdik ki, qonşu kəndlərindən 



gələn adamların tələbi ilə maşınları saxladılar. Hər maşından bir nəfər düşürüb hamının 

gözü qarşısında güllələdilər. 

 

Maşınlar  yenidən  hərəkətə  gəldi.  Qarşıda  Tut  Bağı  deyilən  yerdə  çoxlu  erməni 



qadın və kişilər toplaşmışdı. Onlara çatanda, Silos quyularının yanında, yenə də maşınlar 

saxlanıldı. Biz cavanlar gələn maşından 20 metr irəlidə idik. Erməni komandirlərinin səsi 

gəldi:  “Kim  öz  vətənində  ölmək  istəyirsə  maşından  düşsün”.  Eyni  zamanda  iki  nəfər 

erməni  avtomatlardan  cavanlar  olan  maşına  atəş  açdı.  Onda  cavanlardan  bir  neçəsi 

maşından düşdü. Mən Telmanın  da düşdüyünü  gördüm.  O, maşından düşüb mənə tərəf 

baxdı.  Nə  demək  istədiyini  bilmədim.  Camaatı  süzdü.  Birdən  ermənilərin  yığcam 

dayandığı yerə tərəf qaçdı. Bir göz qırpımında o ermənilərə çırpıldı və dərhal da partlayış 

baş  verdi.  Gözlərimiz  qarşısında  10  erməni  yaraqlısı  parça-parça  oldu.  Daha  bir  neçə 

erməni də yaralanıb yerə sərildi. Telman özü də aldığı qəlpə yarasından yerindəcə öldü. 

Sağ qalan ermənilər özlərinə gələn kimi həmin yerdə 33 nəfəri güllələdilər. İgidlərimizin 

“Yaşasın Azərbaycan”, “Allahu Əkbər” deyə qışqırtısı indi də qulaqlarımdan getmir. 

 

Nəhayət maşınlar Xankəndinə tərəf  yenidən hərəkətə başladı. 2 ay Xankəndində 



girovluqda  qaldım.  Ermənilər  əsirlikdə  igid  oğullarımızı  işgəncələrlə  məhv  etdilər.  48 

nəfər  qadın,  qoca  və  şikəst  uşaqlar  isə  iki  ay  müddətində  girovluqdan  azad  olundular. 

Meyidləri isə öldurülən yerdə köhnə silos quyularında basdırıb üstlərini torpaqlamışdılar. 

Sonralar biz 14 meyidi həmin quyulardan çıxarıb dəfn edə bildik. Hamısının basdırıldığı 

yerləri bilirəm. Qarabağ azad olan kimi sümüklərini çıxarıb layiqincə dəfn etdirəcəyəm. 

Sağlıq olsun. İgidlərimiz sağ olsun. Biz qalib gələcəyik.” 

 

Hadisələrin  digər  canlı  şahidi  Həqiqət    Hüseynova  əvvəlcə  rabitəçi  vəzifəsini 



yerinə  yetirirdi.  Son  iki  gündə  isə  rabitə  əlaqəsi  kəsilmiş  və  kömək  gəlməsinə  ümid 

azalmışdı.  Bundan sonra H. Hüseynova beşatılan tüfəng götürərək, əri İmran Hüseynovla 

çiyin-çiyinə  düşmənə  qarşı  döyüşlərdə  bilavasitə  iştirak  etmişdir.  Həqiqət    Hüseynova 

hadisələr barədə bunları deyir: 

 

“İki  aya  yaxın  idi  ki,  100  nəfərdən  çox  kişiyə  qulluq  edirdik.  Biz  qadınların  işı 



kişilərinkindən  çox  idi.  Elə  gün  olurdu  ki,  12  dəfə  təndir  qalayır,  çörək  bişirirdim.  O 

qədər paltarı əllə yumaq asan iş deyil ki. Hələ cırılan-sökülən yerləri də tikmək lazım idi. 

Əsas  işim  isə  rabitə  idi.  Mən  güllə  yağışı  altında  gəzir,  ratsiya  ilə  döyüş  meydanından 

postlar arasında əlaqə yaradır, kənara məlumat verirdim. Bütün Türk dunyasına üz tutub 

yalvarırdım ki, bizə kömək etsinlər. Ümidimi heç vaxt üzmürdüm. Nəhayət, 5 gün qanlı 

döyüşdən sonra döyüşçülərin patronları azalmışdı. Hərənin 5-6 patronu qalırdı. Komandir 

Ədalət Məmmədov göstəriş verdi ki yavaş-yavaş qərargaha yığışın. Fevralın 16-da axşam 

hamı qərargaha toplaşdı. Səhərə qədər də atışıb erməniləri yaxına buraxmadıq.

 

Fevralın 



17-də  səhər  tezdən  ermənilər  qərargahın  həyətinə  doluşdular.  Onlar  danışıq  üçün 

numayəndə tələb etdilər. Mən dedim cavab verməyin, barışıq-zad baş tutan iş deyil. Buna 

baxmayaraq  Ədalətlə  Alik  danışıq  üçün  çölə  çıxıb  ermənilərin  yanına  getdilər.  10-15 

dəqiqədən  sonra  Ədalət  qanı  qara  halda  qayıtdı.  Dedi  ki,  bizi  Xocavənddən  ötürməyə, 

Ağdama  yola  salmağa  söz  verirlər.  Mən  dedim  ki,  yalandır,  erməni  sözunə  inanmaq 

olmaz.  Hər  döyüşçü  özü  üçün  bir  patron  saxlamışdı.  Hamısı  özunu  vurmağa  hazır  idi. 

Onda Alik  gəldi. O da dedi  ki,  ermənilər bizi  Ağdama öturəcəklərinə  çox möhkəm söz 

verirlər.  Gördüm  hamı  razılaşır.  Onda  etiraz  etdim  ki,  ermənilərin  sözunə  inanmayın. 




Yüklə 211,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə