Dağliq qarabağda erməNİ terroru



Yüklə 211,52 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix14.06.2018
ölçüsü211,52 Kb.
#49029
1   2   3   4   5   6   7

 

15 


Ağdam  polislərinin komandirinin qollarından tutub  yalvardım ki, təslim  oluruqsa, məni 

güllə  ilə  vur,  əsirlikdə  qalmaq  istəmirəm.  O  tərəddüd  elədi.  Dedim  ki,  əgər  ananın 

düşmən əlinə düşməsini istəmirsənsə, qeyrətli bir oğul kimi çəkinmə, vur məni. Qolundan 

tutub  silkələdim,  avtomatını  yuxarı  qaldırıb  lüləsini  sinəmə  dayadım.  Onun  barmaqları 

tətikdə  idi.  Tətiyi  çəkmək  istəyirdi  ki,  həyat  yoldaşım  İmran  yaxınlaşıb  dedi:  “Oğlum, 

mənim  gözüm  önundə  Həqiqətə  güllə  vurma”.  Hamısını  söyub  təhqir  etdim.  Yerdən 

beşatılan  tufəngimi  götürub  ayağa  qalxdım.  Döyüşə  hazır  vəziyyətdə  dayanıb  dedim: 

“Onda ölənə qədər döyüşəcəyik”.

 

 

Nəhayət, bir-bir çölə çıxmalı olduq. Çölə çıxanda erməni komandirləri əmr etdilər 



ki,  silahları  tökun.  Onda  tam  yəqinlik  hiss  etdim  ki,  bizi  ermənilər  Ağdama  yola 

salmayacaqlar.  Mən  çiynimdə  beşatılan,  belimdə  patron  qatarı  çıxmışdım.  Ermənilərin 

qəzəbli  baxışlarını  veçimə  də  almadım.  Döyüşçülərdən  Ərəstun  silahı  təhvil  vermədi. 

Avtomatını divara vurub sındırdı və kənara atdı. Dedi ki, mən erməniyə silah vermərəm. 

Başqa cavanlardan da belə edənlər oldu. Beləliklə 118 nəfər Qaradağlı mudafiəçiləri əsir 

edildi.  Ermənilər  qocaları  və  qadınları  bir,  cavanları  isə  başqa  bir  maşına  mindirdilər. 

Maşınlar  hərəkətə  gəldi.  Yol  uzunu  bizi  aparan  hərbiçilər  maşını  saxlayır,  yol  kənarına 

yığışmış erməni əhalisinin gözü qarşısında cavanlarımızı güllələyirdilər. Oğullarımızdan 

Ərəstun,  Nəbi,  Nahid  və  İbiş  ölumu  mərdliklə  qəbul  etdilər.  Onlar  sinələrini  açıb 

“əçlaflar, vurun, qoy qanım torpağıma tökülsün”, “İt kimi burdan qovulacaqsız” deyərək 

qışqırır, güllə qabağına gedirdilər.” 

 

Digər  canlı  şahid  Qaradağlı  sakini,  hadisələrin  şahidi  İlqar  Əliyevin  açıqlaması: 



“İlqar Qardaşxan oğlu Hüseynov, 1958-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində 

anadan  olub.  Qaradağlı  kənd  özünümüdafiə  taburunun  tərkibində  öz  kəndlərinin 

müdafiəsi zamanı ermənilər tərəfindən əsir götürülüb. O, həmin hadisələri belə xatırlayır: 

“Xocavənddə  cəmi  5  azərbaycanlı  kəndi  var  idi.  Onlardan  da  biri  41  erməni  kəndinin 

əhatəsində olan Qaradağlı kəndi idi və ən yaxın azərbaycanlı kəndindən 13 km aralı idi. 

Bu  kəndlər  isə  1991-ci  ilin  noyabr  ayında  ermənilər  tərəfindən  işğal  olunmuşdu  və 

Qaradağlı  blokadada  qalmışdı.  Ermənilər  Qaradağlını  tutandan  sonra  əsir  və  girov 

götürdükləri  kənd  sakinlərindən  33  nəfərini  öldürdülər.  Sonra  öldürdükləri  qadın  və 

uşaqların  cəsədlərini  kənd  yaxınlığındakı  Bəylik  bağı  adlanan  yerdə  “silos”  quyusuna 

töküb, üzərini torpaqladılar. Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları 

isə  quyuya  doldururdular.  Mənimlə  birlikdə  yüzdən  artıq  Qaradağlı  kənd  sakini  girov 

götürülmüşdü.  Yolda  dəhşətli  işgəncələrlə  qarşılaşdıq.  Ermənilər  iki  kənd  sakininin 

başını  toxmaqla  yararaq,  onları  əzabla  öldürdülər.  Bizi  əvvəlcə  Lingin  kəndində 

gətirdilər.  Orada  üç  nəfəri,  Malıbəylidə  isə  12  nəfəri  güllələdilər.  Malıbəylidə  hamını 

maşınlardan  töküb,  piyada  Xankəndinə  qədər  apardılar.  Yol  boyu  ermənilərin  təhqirləri 

ilə  qarşılaşırdıq.  Xankəndidə  yerləşən  həbsxanada  8  Qaradağlı  sakininin  acından  öldü. 

Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün 

ermənilər  yüzdən  artıq  adamı  bu  həbsxanaya  gətirdilər.  Sonra  bildim  ki,  onlar  Xocalı 

sakinləridir  və  bu  şəhər  də  işğal  olunub.  Səhəri  gün  gözümün  qabağında  60-a  yaxın 

Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi”.(11) 

 

Qaradağlı  sakini  Oruc  Əliyev  də  kənd  işğal  olunduqdan  sonra  şahidi  olduğu 



hadisələri  belə  xatırlayır:  “Məni  fevralın  17-də  əsir  götürdülər.  Yolda  qohumlarımın 

yarısını  öldürdülər.  Xankəndidəki  həbsxanada  isə  dişlərimi  zorla  çəkdilər.  Hər  gün 

ermənilər  tərəfindən  döyülür,  işgəncəyə  məruz  qalırdım.  Həmin  il  martın  17-də 

Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin 




 

16 


nümayəndələri  həmin  günə  qədər  bir  dəfə  də  olsun  xəstəxanaya  gəlmədilər.  Ermənilər 

sağlam  azərbaycanlı  əsir  və  girovların  daxili  orqanlarını  satırdılar.  Bunu  əvvəlcədən 

tanıdığım ermənilər mənə demişdi”. 

 

O.  Əliyevin  sözlərinə  görə,  Qaradağlının  alınması  əməliyyatına  və  orada  baş 



verən  qətliamlara  Ermənistan  prezidenti  Robert  Köçəryan  rəhbərlik  edib.  O,  bunu 

Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.[1] 

 

Qaradağlı faciəsində ölən, yaralanan, əsir düşənlər haqqında müxtəlif məlumatlar 



var. Məlumatların birində 54 nəfər dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi, 50 nəfərin 

əsir  götürülməsi,    42  ailə  başçısının  itirməsi,  140  uşağın  yetim  qalması,  ümumiyyətlə, 

kənd  sakinlərinin  hər  10  nəfərindən  birinin  şəhid  olması    göstərilir  (12).    Digər 

məlumatda 90 nəfərin şəhid olması, 6 nəfərin itkin düşməsi və 9 nəfərin əsir götürülməsi 

bildirilir (13) 

 

Fikrimizcə  faciənin  miqyası  çox  geniş  olduğundan,  faktların  əsasən  şifahi 



mənbələrə əsaslandığından və rəsmi araşdımalar aparılmadığından belə fərqli məlumatlar 

mövcuddur. Buna görə də bu sahədə rəsmi araşdırmaların aparılmasına ciddi ehtiyac var. 

 

Aşağıda  Qaradağlı  faciəsində  şəhid  olan,  gorov  götürülərək  əzab  və  işgəncə  ilə 



qətlə yetirilənlər və taleyi indiyədək naməlum şəxslərin bir qisminin ad və soyadları qeyd 

olunub:.  

  

Qaradağlı şəhidləri - Tağıyev Bakir, Məmmədov Tohid, Şirinov İltifat, Şirinova 

Qaragöz,  Hüseynova  Səbiqa,  Hüseynova  Məxmər,  Quliyev  Əloğlan,  Quliyev  Gündüz, 

Quliyeva  Nazənim,  Hüseynova  Rahilə,  Hüseynova  Rəxşəndə,  Hüseynova  Qənirə, 

Hüseynova  Gülzəndə,  Babayeva  Validə,  Zeynalov  Nobil,  Hüseynov  Xanalı,  Həsənov 

Altay, Dadaşov Manaf, Hüseynov Əsgər, Bayramov Rəşid, Rüstəmova Zivər, Bayramov 

Arif, Dadaşov Eldar, Hüseynov Şahmurad, Hüseynov Dəmir, Hüseynov Fədail, Kərimov 

Əliqismət,  Doluxanov  Rəhim,  Tağıyev  Telman,    Abbasov  Səlvər,  Bayramov  Elmidar, 

Kazımov Səlim, Tağıyev Elsevər, Süleymanov Elçin, Əzizov İltifat 

 

Girovluqda  olarkən  ermənilər  tərəfindən  əzab  və  işgəncə  verilərək 

amansızlıqla  qətlə  yetirilənlər  -  Hüseynov  İmran,  Şirinov  Böyükkişi,  Tağıyev  Kamil, 

Vəldiyev Fazil, Quliyev Əlaslan, Hüseynov Şura, Nəzərov Şura, Quliyev Kamal 

 

Əsirlikdən  azad  olunduqdan  sonra  işgəncələrə  məruz  qaldıqlarına  görə 

müxtəlif vaxtlarda vəfat edənlər: Şirinov Familət, Hüseynov Zülümxan, Quliyev Yusif, 

Əmirxanova  Minayə,  Hüseynova  Sitarə,  Həsənov  Məhəmməd,  Xəlilov  Vaqif, 

Məmmədov Şəmil, Tağıyev Sərdar, Tağıyev Əvəz, Hüseynova Mirvari, Tağıyeva Güllər, 

Babayev Cavanşir, Babayev İsa, Sadıqova Mina 

 

Taleyi  indiyədək  naməlum  olanlar  -    Əliyev  Vətən,  Axundov  Hafiz,  Dadaşov 

Mikayıl, Hüseynov Əbülfət, Vəliyev Füzuli(14) 

 

Azərbaycanın  müxtəlif  bölgələrində  məcburi  köçkün  kimi  yaşayan  Qaradağlılar 



ata-babalarının  ruhu  dolaşan  müqəddəs  torpaqlara  qayıdacaqları  günü  səbirsizliklə 

gözləyirlər.  Azərbaycan  Respublikasının  iqtisadi  yüksəlişi,  güclü    Milli  Ordu  onların 

qələbəyə inamını daha da  artırır. 

 

Qaradağlıların qələbəyə inamını iki şəhid anası Sevil Əzizovanın aşağıdakı sözləri  



bir daha təsdiq edir: “Tezliklə Qaradağlı, eləcə də işğal altında olan digər torpaqlarımız 

düşməndən təmizlənəcək. Çünki bunu etməyə qadir Azərbaycan ordusu var. Bilirəm ki, 

bu ordu getdikcə düşmənin canına daha böyük qorxu salmaqdadır” (15) 

  

XX  əsrin  sonunda  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Dağlıq  Qarabağda 



yerli azərbaycanlılara qarşı törədilən cinayətlərdən biri olan Qaradağlı faciəsi haqqından 


 

17 


bundan  sonra  da  tədqiqatların  daha  da  genişləndirilməsinə,  yeni  –  yeni  kitabların 

yazılmasına  ehtiyac  var.  Fikrimizcə  bu,  ictimaiyyətə  hələ  də  məlum  olmayan  çoxlu 

faktların, həqiqətlərin ortaya çıxmasına imkan verər. Bu tədqiqatlar həmçinin  düşmənə 

qarşı mərdliklə vuruşmuş, lakin hələ də əksəriyyətə naməlum qalan Telman Tağıyev kimi   

qəhrəmanların üzə çıxarılmasına kömək edə blər. Fikrimizcə Telman Tağıyev və bir çox 

digər  Qaradağlı  şəhidlərinin  göstərdiyi  qəhrəmanlıqlar    gec  də  olsa  dövlət  tərəfindən 

qiymətləndirilməlidir.  Bu  gənc  nəslin  vətənvərvərlik  tərbiyəsində  və  Azərbaycan 

Respublikasının ərazi bütövlüyünün bərpasında mühüm rol oynaya bilər. 

 

           İstifadə olunmuş ədəbiyyat 



           --------------------------------- 

 

1.



 

Yaddan  çıxmaz Qarabağ. Bakı, 2007, s. 9

 

2.

 



 Mahmudov  Y.,  Şükürov  K.  “  Qarabağ”  Bakı  2005;  Abbasoğlu  B.  Qəhrəmanlıq 

zirvəsi(Azərbaycanın  Milli  Qəhrəmanı,  polkovnik-leytenant  Şirin  Mirzəyev 

haqqında).-  B.:  Şuşa,  2006,159  s.;  Abbasoğlu  B.  Ölərkən  dünyaya  gələn  oğullar. 

Qarabağ  müharibəsində  “Azərbaycanın  Milli  Qəhrəmanı  adına  layiq  görülmüş  15 

nəfər  döyüşçü  haqqında.  B.:  Şuşa,  2004,  246  s; 

Abdullayev  Ə.  Azərbaycana  qarşı 

erməni  təcavüzü  və    xarici  havadarləq.  B.:  İqtisad  Universiteti  2004,  214  s.;    Acı 

həqiqətlər:  (Qarabağ  hadisələrinə  dair  məqalələr).-  B.,  1991;

  Dağlıq  Qarabağ:

 

hadisələrin  xronikası  (1988-1994-cü  il).B.  Vətən,  2005,106  s.;

Məhərrəmov  B. 

Ölməzlik  zirvəsi:  (Qarabağ  şəhidləri  haqqında.).-  B.:  Təhsil,  2004.-  159  s.; 

Axundov  Ə.  İkinci  Xocalı.-  B.:  Şuşa,  2004.-  118  s.;  Aşırlı  A.  Türkün  Xocalı 

soyqırımı.-  B.:  Nurlan,  2005.-  152  s.;  Hacıyev  H.  Dağlıq  Qarabağın  tarixindən 

sənədlər  /Red.:  S.Xəlilova.-  B.:  Gənclik,  2005.-190  s.;  Əliyev  C.,  Budaqov  B. 

Türklər,  azərbaycanlılar,  ermənilər:  Tarixi  həqiqətin  soyqırımı.-  B.:  Azərbaycan, 

2003.-  72  s.;  Gəncə-Qarabağ  əyalətinin  müfəssəl  dəftəri.-  B.:  Şuşa,  2000.-  575  s.; 

Xəlilli X. Qarabağ: Etnomənəvi inkişaf tarixi: Ən qədim dövrdən 1920-ci ilə qədər.- 

B.: Günəş, 2006.- 79 s.; Xəlilzadə F. İgidliyin son zirvəsi.- B., Nurlan, 2001.- 74 s.; 

İbayev  V.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  insan  hüquqları 

kontekstində: (Tətbiq oluhüquq və məsuliyyət məsələləri).- B.: Elm, 2001.- 241 s; 

Köçərli T. Qarabağ /Red.: O.S.Məmmədov; AMEA-nın İnsan Hüquqları İnstitutu.- 

B.:  Elm,  2002.-  465  s.;  İsgəndərzadə  E.  Müharibə  adamı:  (Mayor  Azay  Kərimov 

haqqında).- B, Şuşa, 1999.- 110 s.; Ermənilərin Dağlıq Qarabağla bağlı iddialarının 

heç bir hüquqi əsası yoxdur.- B.: Çaşıoglu, 2005.- 22 s;

 Seyidbəyli E. Qarabağtorpaq 

mülkiyyətinə aid arxeoqrafık materiallar. Gövhər ağa Cavanşirin sənədləri /Elmi red.: 

Tahirə Həsənzadə.- B.: Nurlan, 2002.; Zeynalov Niyaz.  İki ay erməni əsirliyində.- B.: 

Azərnəşr,  2000.-  59  s.;Məmmədova  H.Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə 

Yuxarı Qarabağda siyasi vəziyyət.Erməni terrorizminin güclənməsi ( 1918 – 1920)Bakı 

2006, 150 s.; Nəvvab M. M. 1905 – 1906 –cı illərdə erməni – müsəlman davası. Bakı, 

Azərbaycan,  1983,-128  s.

 

Şuşa  qədim  Azərbaycan  diyarı;    Shusa  –  old  Azerbaijan 



land. Baki 2009 

 

 



3.

 

Məmmədova Həvva. Xocalı: Şəhidlər, Şahidlər.- B.: Yeni nəşrlər evi, 2003.-  



 

      197s; Xəlilqızı Əsli. Güllələnmiş uşaqlıq [Mətn]

 

/Ə. Xəlilqızı; Red.: M.   



       Nazimoğlu; Tərcüməçilər: A. Qorina, N. Məmmədov, Dizayner: T. Gəncəliyev.-  

       B.: Çaşıoğlu, 2007.- 295s; 

 



 

18 


4.

 

Krua  l'Eveneman  jurnalı  (Paris),  25  fevral  1992;Sandi  Tayms  qəzeti  (London),  1 



mart  1992;  Faynenşl  Tayms  qəzeti  (London),  9,  14  mart  1992;  Tayms  qəzeti 

(London), 4 mart 1992; Le Mond qəzeti (Paris), 14 mart 1992; Valer aktuel jurnalı 

(Paris), 14 mart 1992 və s.

 

5.



 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)  

“Xocalı  soyqırımı  (sənədlər,  faktlarda  və  xarici  mətbuatda)”  (azərbaycan,  rus, 

ingilis dillərində) Bakı,2006; ASSOCIATION FOR 

CIVIL 

SOCIETY 


DEVELOPMENT    IN  AZERBAIYAN-  TWO  PHOTO-  TALKS  ON  A 

TRAGEDY.BAKU 2010;

 

6.

 



Srebrenitsa  soyqırımının  ildönümünə  həsr  olunmuş  dəyirmi  masada  Xocalı  ilə 

paralellər aparılıb. Media form. 09 iyul 2010  

7.

 

Millətin  Sərdarı  -  Səttarxan  Qaradağlı.  “Bakı  -  Təbriz”  jurnalı,  2005  №  3,  s.  60-



67

;“

Ucar”da Cənubi Azərbaycan izi. “525-ci qəzet



 “ 

12 mart 2010.

 

8.

 



Jan  Junior  "Unudulmuş  qəhrəmanlar.  Çar  Rusiyası  ilə  müharibədə  unudulmuş 

qəhrəmanlarımız."  (azərbaycan  dilinə  tərcümə  edənlər  Əlibala  Hacızadə,  Şahin 

Fazil). Bakı 2004,

 

9.



 

Yeni Musavat  qəzeti, 23 fevral  2007

 

10.


 

Quliyev  N,  Quliyeva  B.  “Xocavənd  həqiqətləri”  Bakı  2007;  Məhəmmədqızı  L. 

“Qaradağlı  -  qəlbi  dağlı”  Bakı  :  Azərbaycan  Tərcümə  Mərkəzi  ,  1994.52  s.;  Q. 

Mehparə  “Qaradağlı  faciəsi...  unudulan  həqiqətlər”    “Təzadlar”  qəz.,  17  fevral 

2009; Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, “Şuşa” nəşriyatı, 2008

11.



 

“Şərq” qəzeti, 16 fevral 2007-ci il 

 

12.


 

 “Azerbaycan” qəzeti, 07 mart 2010

 

13.


 

  “Şərq” qəzeti, 16 fevral 2007-ci il

 

14.


 

“Xalq” qəzeti ,21 fevral 2009 

 

15.


 

 Anaların qürur yeri “Azərbaycan” qəzeti, 07 mart 2010 



 

Yüklə 211,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə