Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

25

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014

Ətraf mühit

Biz əməliyyatlarımızda tullantıların meydana gəlməsini aradan 

qaldırmaq, onları azaltmaq və təkrar istifadə etmək məqsədilə 

tullantıların idarə edilməsində bütün layihə dövrünü əhatə edən 

yanaşma qəbul etmişik. 

Tullantıların  idarə olunması 

2014-cü il ərzində Azərbaycandakı 

əməliyyatlarımızda ümumilikdə 368 839 ton bərk 

və maye tullantı formalaşıb. Təhlükəli tullantıların 

nəzərəçarpan artımına səbəb sahədən kənarda 

təmizlənməyə və utilizasiya edilməyə göndərilən 

lay sularının əhəmiyyətli həcmdə olmasıdır.  

Təhlükəsiz tullantıların təxminən 42%-i (5 690 ton), 

təhlükəli tullantıların isə 20%-i (63 314 ton)  təkrar 

emal edilib və ya podratçılarımız tərəfindən təkrar 

istifadə olunub. Kağız, taxta, plastik materiallar, 

əlvan və qeyri-əlvan metallar kimi əsas təhlükəsiz 

tullantılar yerli şirkətlər tərəfindən təkrar emal edilir. 

Qazma şlamlarının təxminən 49 722 tonu 

Sərəncədəki təhlükəli tullantıların idarə edilməsi 

obyektində dolayı termal desorbsiya qurğularında 

və 2014-cü ildə quraşdırılmış yeni, daha səmərəli 

termomexaniki şlamtəmizləyici ilə emal edilib. 

Nəticədə qazma məhlulunun əsasını təşkil edən  

6 065 ton həcmində maye karbohidrogen 

regenerasiya edilib ki, bunun da 857 tonu yanacaq 

kimi təkrar istifadə olunub, 4 476 tonu isə neft 

ixrac boru kəmərlərinə vurulub.

 2014-cü ildə 69 193 ton tullantını Sumqayıtdakı 

təhlükəli tullantılar poliqonuna göndərməklə, 

əvvəlki illərdən Sərəncə obyektində saxlanılan 

emal edilmiş təhlükəli qazma şlamlarının tullantı 

poliqonunda basdırılmasını davam etdirdik. 

Sərəncədən Sumqayıtdakı təhlükəsiz tullantılar 

poliqonuna təhlükəsiz qazma şlamları 

göndərilməyib. 

Qazma şlamları 

2014-cü ildə intensivləşdirilmiş qazma proqramımız 

dənizə atılan qazma şlamlarının həcminin üç 

dəfəyə yaxın artımına (39 714 ton) gətirib çıxartdı. 

Xüsusi tələblərə cavab verən dənizə atqı Çıraq 

platformasından sintetik əsaslı qazma məhlulu  

(SiQM), bütün digər platformalardan və səyyar 

qazma qurğularından isə su əsaslı qazma məhlulu 

(SuQM) ilə qarışmış qazma şlamları üçün nəzərdə 

tutulub. 

İl ərzində Azəri-Çıraq-Dərinsulu Günəşli yatağında 

yenidən laya vurma quyularına 9745 ton şlam 

vurulub. Qalan 31 252 ton qazma şlamı (2013-cü 

illə müqayisədə 8% çox) Sərəncədəki təhlükəli 

tullantıların idarə edilməsi obyektinə gətirilib.  

Çirkab suları 

2014-cü ildə çirkab sularının təmizlənməsi 

qurğusunun təmizlənməmiş çirkab sularının 

dənizə atqısı ilə nəticələnən dayandırılması hallarını 

daha da azaltdıq (21-dən 12-dək). Buna 

baxmayaraq axıdılan həcm 5% artaraq  

195 m


3

-dən 204 m

3

-ə çatıb.  



Biz müntəzəm olaraq çirkab sularının 

təmizlənməsi qurğusunun fəaliyyətini və 

təmizlənmiş suyun keyfiyyətinin monitorinqini və 

analizini aparırıq. Əksər dəniz platformalarında 

bağırsaq çöpü bakteriyaları üzrə nəticələr 

müəyyən edilmiş normanı keçib. Şahdəniz 

platformasında asılı bərk hissəciklərin ümumi 

miqdarı və oksigenə bioloji tələbat normadan artıq 

olub. Monitorinqlərin keçirilməsi tezliyini artırmışıq 

və səbəblərin təhlilini davam etdiririk. 

Səngəçal terminalında təmizlənmiş çirkab sularının 

monitorinqinin nəticələri il boyu tələb olunan bütün 

parametrlərə uyğunluğu göstərib. İxrac boru 

kəmərləri boyunca biotəmizləmə nohurlarında 

bağırsaq çöpü parametrlərinin yüksəlməsi ilə bağlı 

problem 2014-cü ildə davam edib. Nohurların 

ərazisi boyunca suyun keyfiyyətinin 

qiymətləndirilməsi üçün xüsusi monitorinqə 

başlanılıb.

Hasil edilmiş lay suyu 

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağında lay 

suyu artmaqda davam etdi. 2014-cü ildə Səngəçal 

terminalında ümumilikdə 5 263 662 ton AÇG lay 

suyu separasiya edildi. Bu, illik 18,5% artımın 

göstəricisidir. Təmizləndikdən sonra bunun 5 077 

256 tonu yenidən laya vurulmaq üçün dənizə 

qaytarıldı. Qalan 186 406 ton isə üçüncü tərəfə aid 

təmizləyici qurğuya göndərildi. 

Şahdəniz yatağından hasil edilmiş lay suyu 

həcmləri AÇG-də olduğundan xeyli az oldu. 

2014-cü ildə təxminən 30 906 ton separasiya 

edilərək Səngəçal terminalındakı xüsusi saxlama 

nohurlarına vurulub. 

Oktyabr ayında Şərqi Azəri platforması AÇG 

əməliyyatları ərzində ilk dəfə hasil edilmiş lay 

suyunun separasiyasına başladı. Bu əməliyyat 

sahilə göndərilən neftin tərkibindəki suyun 

kəmiyyətini azaltmaq üçün edilir. Ümumilikdə 

Şərqi Azəri platformasında 64375 ton lay suyu 

separasiya edilib. Bu həcmlər yenidən kollektora 

vurulmaq məqsədilə Mərkəzi Azəri kompressiya 

və suvurma platformasına nəql edilir. 

Hasil edilmiş lay suyunun ümumilikdə 5 059 108 

tonu və ya 94,4%-i yenidən laya vurulub. Bu həcm 

2013-cü ildəkindən 16% çoxdur.  

Dənizə lay suyu atqılarının 70,6% artaraq 82 523 

tona çatdığını müşahidə etdik. Bu həcmin, demək 

olar ki, hamısı (98,9%-i) 2014-cü ilin yanvarında 

Qərbi Azəri platformasında bir dəfəyə atıldı.  

Əməliyyatlar zamanı suya  atılmış qazma şlamları  

(ton) 


Yataq / qurğu

SuQM-li

qazma şlamları

SiQM-li  

qazma şlamları

 Qazma

 şlamlarının cəmi

Çıraq


0

881,1


881,1

Mərkəzi Azəri 

3 121,3

0

3 121,3



Qərbi Azəri 

807,4


0

807,4


Şərqi  Azəri 

808,7


0

808,7


Dərinsulu Günəşli və Qərbi Çıraq 

0

0



0

Şahdəniz


9 145,7

0

9 145,7



“Dədə Qorqud” qazma qurğusu

3 995,5


0

3 995,5


“İstiqlal” qazma qurğusu

12 897,0


0

12 897,0


“Heydər Əliyev” qazma qurğusu

8 057,7


0

8 057,7


Cəmi

38 833,4

881,1

39 714,4

Əməkdaşımız Səngəçal terminalında lay suyu 

nümunələrinin laboratoriya analizini aparır. 

16%

2014-cü ildə yenidən laya 

vurulan lay suyunun həcmində 

2013-cü ilə nəzərən artımdır.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə