www.ehlibeyt-aka.com
7
Seyid Nəbil Həsən Əl Həsəni
www.ehlibeyt-aka.com
8
GĠRĠġ:
Bəzi zaman və məkanların bir sıra xüsusiyyətlər, o cümlədən, Ģərafət,
dini əlamət, duanın qəbul olması və bu kimi digər dəyərlərlə seçilməsi
Qurani- Kərimin toxunduğu həqiqətlərdəndir. Misal üçün, Məkkə Ģəhərinin
bir sıra zaman və məkana aid olan xüsusiyyətləri vardır. Məkana aid olan
xüsusiyyətlərinə gəlincə, onun Yer üzündə ilk ev olması buna misal ola
bilər: belə ki Allah-taala buyurur: “ġübhəsiz, insanlar(ın ibadəti) üçün
(təməli) qoyulmuĢ ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə
Ģəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət
vasitəsidir.”
5
BaĢqa bir ayədə buyurur: “Allah Kəbəni – o möhtərəm və təhlükəsiz
evi, haram ayı (Həcc ayını və ya dörd haram ayı), niĢanəsiz qurbanlığı və
niĢanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq
vasitəsi etdi...”
6
Bu xüsusiyyətlərlə birlikdə, Qurani-Kərim Ġbrahim peyğəmbərin öz
oğlu ilə birgə Kəbənin əsaslarını necə ucaldıb təmir etdiyindən bəhs edir:
“Və (yada salın) o zaman(ı) ki, Ġbrahim və Ġsmail evin (Kəbənin) təməlini
ucaldırdılar...”
7
Bu, həmin məkandır ki, bütün məxluqatın ağası Həzrət
Muhəmməd (s.ə.s.) orada dünyaya göz açmıĢ, nübüvvət və risalət
məqamına nail olmuĢdur.
Zamana aid olan xüsusiyyətlərə gəlincə isə müsəlman Ģəxs hər gün beĢ
dəfə xüsusi vaxtlarda namaz qılarkən ona tərəf istiqamətlənir. Qurani-
Kərim bu barədə belə buyurur: “...
Harada olsanız, üzünüzü ona tərəf
döndərin...”
8
5
Ali Ġmran surəsi, 96-cı ayə
6
Maidə surəsi, 97-ci ayə
7
Bəqərə surəsi, 127-ci ayə
8
Bəqərə surəsi, 144-cü ayə
www.ehlibeyt-aka.com
9
Məkkə Ģəhəri zaman və məkan Ģərafətini özündə toplamıĢdır; belə ki
ilin xüsusi vaxtında həcc əməlini yerinə yetirmək üçün insanlar ona doğru
üz tuturlar. Məkkədə bir çox yerlər, o cümlədən Kəbə evi, Ərəfat dağı,
Müzdəlifə çölü və bu kimi digər yerlər vardır ki, müəyyən vaxtlarda
ibadətlər məhz orada icra olunur.
Qurani-Kərimin təqdim etdiyi məkana aid xüsusiyyətlərə nail olan
torpaqlardan biri də Musa peyğəmbərin həyatı ilə sıx bağlı olan Tuva
torpağıdır. Allah-taala bu barədə buyurur: “Həqiqətən, sənin Rəbbin
Mənəm! Buna görə də nəleynini (ayağından) çıxart. Çünki sən müqəddəs
Tuva çölündəsən (müqəddəs yerə ayaqqabı ilə girmək olmaz).”
9
Digər bir ayədə buyurur: “...
Beləliklə, onun Rəbbi(nin nuru) dağa
saçdıqda onu parçalayıb toz halına saldı və Musa özündən gedib yıxıldı.
Özünə gəldikdə dedi: “Sən (gözlə görünməkdən) pak (və uzaq)san! Sənə
tərəf qayıtdım (tövbə etdim) və mən ilk iman gətirənəm.”
10
Səma ilə əlaqədar xüsusiyyətləri qazanan bu məkanlar, Ģübhəsiz, dua,
ibadət və Allaha yaxılaĢmaq üçün bir harmoniya, uyğunluq və insanın
dünya və axirət həyatında ehtiyacı olacağı bütün vasitələrə malikdir.
Qurani-Kərimdəki zamana aid olan xüsusiyyətin mahiyyətinə gəlincə
isə bu fenomenin bir çox yerlərdə əks olunduğunu müĢahidə etmək olar. O
cümlədən, Ramazan ayı Allah dərgahında ayların ən üstünü, həmçinin
ayların ən üstünü olmaqla bərabər, gecələrin ən fəzilətlisi olan Qədr
gecəsini də ağuĢuna almıĢdır. Bu həmin gecədir ki, Allah-taala onu digər
gecələrin içindən seçərək həmin vaxt Qurani-Kərimi nazil etmiĢ, mələklər
və Ruhu endirmiĢdir. O, sübh açılana qədər əmin-amanlıq gecəsidir.
9
Taha surəsi, 12-ci ayə
10
Əraf surəsi, 143-cü ayə
www.ehlibeyt-aka.com
10
Həmçinin zamana aid olan xüsusiyyəti özündə əks etdirən fəzilət və
savaba malik gecənin axırıncı üçdə biri də Qurani-Kərimdə bəyan
edilmiĢdir: “Ey libasına bürünmüĢ! Gecə – az bir hissəsi istisna olmaqla,
(namaz və ibadət üçün) ayağa qalx! Gecənin yarısına qədər, yaxud bir
qədər ondan az (onun üçdə birini) azalt; Yaxud yarıya artır (onun üçdə
ikisini), Quranı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!”
11
Fəcr vaxtı Qurani-Kərimin tilavəti ilə əlaqədar olaraq isə belə
buyurulur: “Həqiqətən, sübh namazı (gecə və gündüz mələkləri tərəfindən
yazılmaq üçün) müĢahidə olunur.”
12
BaĢqa bir ayədə isə belə gəlmiĢdir: “And olsun dan yerinə (hər günün
dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına), Və (and
olsun) on gecəyə (ilin ən yaxĢı vaxtları olan Zilhiccə ayının ilk, yaxud
Ramazan ayının axır on gecəsinə), Və (and olsun) cütə və təkə (erkək və
diĢi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin
axırlarında qılınan “Ģəfi” və “vət” namazına)”
13
Ġslam dinində il ərzində bir sıra günlər müstəsna xüsusiyyətlərə
malikdir. Bu sıraya Fitr bayramı, Qurban bayramı, Qədir Xum günü, Ərəfə
günü, ġaban ayının on beĢinci gecəsi, Peyğəmbərin məbəs gecəsi və s.
daxildir. Allah-taala bu əlamətdar günləri – zamanları digərlərindən üstün
edərək ĢərafətləndirmiĢdir. Bu günlər dua və ibadət ilə o qədər çulğaĢıb ki,
onlarsız təsəvvür belə olunmur. Hətta demək olar ki, bu zamanlarda dua və
ibadət öz canlılığını, mənəvi əhəmiyyətini və sevincini qaytarır. Belə ki
həmin vaxtlar bir çox qeybi təsirlərlə, o cümlədən insan ömrünün, ruzinin
miqdarının müəyyən edilməsi, sağlamlıq və xəstəliklərin yazılması ilə
əlaqəlidir.
11
Müzzəmmil surəsi, 1-ci ayədən 4-cü ayəyə qədər
12
Ġsra surəsi, 78-ci ayə
13
Fəcr surəsi, 1-ci ayədən 3-cü ayəyə qədər
Dostları ilə paylaş: |