www.ehlibeyt-aka.com
25
züriyyətinə, yəni Muhəmməd peyğəmbər (s.ə.s.) və onun pak əhli-beytinə
yönəlmiĢdir. Əziz Ġslam peyğəmbəri belə buyurmuĢdur: “Mən atam
Ġbrahimin duasında nəzərdə tutduğu Ģəxsəm”
36
Möminlərin qəlbləri ilə Ġbrahim peyğəmbərin ailəsi arasındakı əlaqənin
sirri onların Allah dərgahında həqiqi namaz əhli olduqlarına görədir. Buna
görə də onlar Kəbə evindən daha əzəmətlidirlər. Çünki Kəbə evi ibadət və
namaz üçün bərpa edilmiĢdir. Allah-taala buyurur: “...Və Ġbrahim ilə
Ġsmailə tapĢırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud
ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin.”
37
Həqiqətən, Kəbə evi Ġslam peyğəmbərinə hörmət olaraq müsəlmanların
qibləsi qərar verilmiĢdir. Qurani-Kərimdə bir ayədə belə buyurulur:
“ġübhəsiz, Biz sənin üzünün (bir iĢin baĢ verməsini gözləyən adam kimi)
göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir
qibləyə tərəf döndərərik...”
38
Əgər Ġslam peyğəmbəri qibləni bəyənməsəydi, onda müsəlmanların
qibləsi üçün ya Beytül Müqəddəs, ya da baĢqa bir məkan müəyyən
edilərdi. Çünki “O (Allah) etdikləri barəsində (heç kəs tərəfindən) sorğu-
suala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarĢısında)
sorğu-sual edilərlər.”
39
Bu ayənin izahı Ġmam Sadiqdən (ə) olan rəvayətdə belə gəlmiĢdir:
“Peyğəmbər Məkkədə olduğu zaman on üç il, Mədinəyə hicrət edəndən
sonra isə yeddi ay Beytül Müqəddəsə doğru namaz qıldıqdan sonra qiblə
dəyiĢmiĢdir.” Sonra belə buyurdu: “(bu müddətdən sonra) Allah-taala
Peyğəmbəri Məkkəyə doğru istiqamətləndirdi. Çünki yəhudilər
Peyğəmbərə eyib tutaraq belə deyirdilər: “Sən bizə tabe olaraq qibləmizə
36
Əbul Həsən Əli ibn İbrahim əl Qumminin “Təfsir” kitabı, cild 1, səh. 62
37
Bəqərə surəsi, 125-ci ayə
38
Bəqərə surəsi, 144-cü ayə
39
Ənbiya surəsi, 23-cü ayə