www.ehlibeyt-aka.com
100
ki, bu miqdarla kifayətlənilsin. Həmçinin ümid niyyəti ilə su və
yaxud hər hansı bir maye ilə qarıĢdırıb istifadə etmək olar;
6)
Müqəddəs Kərbəla türbətini Ģəfa məqsədi ilə istifadə etdikdə udmaq,
ya da su və hər hansı bir mayedə həll edib içmək mümkündür;
7)
Ġnsan türbəti ya özü götürməli, ya lazımi qaydada və miqdarda
götürüldüyünə əmin olmalı, yaxud iki adil Ģahidin sözünə
əsaslanmalıdır. Etimadlı bir Ģəxsin və ya türbət sahibinin sözü
insanda əminlik yaradarsa, kifayətdir. Vacib ehtiyat budur ki, əminlik
və iki Ģahid olmasa, türbət su və ya mayedə tam qarıĢdırılaraq istifadə
edilsin.
ÜÇÜNCÜ MƏTLƏB: Müqəddəs Kərbəla türbətində Ģəfa axtarılan zaman
oxunan dualar
Əhli-beytdən (ə) gələn hədislərdə Ġmam Hüseyn (ə) türbətini Ģəfa
məqsədi ilə istifadə edərkən oxunması tövsiyə olunan çoxsaylı dualar nəql
olunmuĢdur. Bu dualar fiqh, hədis və dua kitablarında öz əksini tapmıĢdır.
Biz isə burada onlardan bəzilərini xatırlatmaqla kifayətlənirik:
1)
Ġbn Quləveyh Ġmam Sadiqin (ə) belə buyurduğunu nəql edir:
“Sizlərdən kimsə Ġmam Hüseynin (ə) qəbrinin türbətindən qəbul
etdikdə bu sözləri desin: “Ey mənim Allahım, səni and verirəm bu
türbəti daĢıyan mələyin, onu qəbul edən Peyğəmbərin və orada olan
vəsinin haqqına, onu bütün xəstəliklərə Ģəfa et (və həmin xəstəliyin
adını çəkirsən)”.
157
2)
Əbu Cəfər əl Mosuli Ġmam Baqirdən (ə) belə nəql edir: “Ġmam
Hüseynin (ə) qəbrinin türbətini götürdükdə de: “Ey mənim Allahım,
səni and verirəm bu türbətin, bu türbətə vəkil olunmuĢ mələyin və bu
157
İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 469
www.ehlibeyt-aka.com
101
türbəti qazımıĢ mələyin haqqına, orada olan vəsinin haqqına,
Muhəmməd və onun Əhli-beytinə salavat göndər. Bu türbəti mənim
üçün bütün xəstəliklərdən Ģəfa, bütün qorxulardan əmin-amanlıq
et.”
158
3)
Hədislərdə həmçinin nəql olunur ki, türbəti götürən zaman bu sözləri
demək lazımdır: “Ey mənim Allahım, səni and verirəm bu pak
türbətin və pakizə təpənin haqqına, bu türbətdə dəfn olunmuĢ vəsinin
haqqına, onun babasının, ata-anasının, qardaĢının, onu əhatə edib
yardım etməyi gözləyən, qəbri üzərində ibadətdə olan mələklərin
haqqına, onu mənim üçün bütün xəstəliklərdən Ģəfa, bütün
qorxulardan əmin-amanlıq, bütün məhrumiyyətlərdən qurtuluĢ, hər
cür zəlalətdən çıxıĢ və izzətə çatma vasitəsi et. Onun vasitəsilə
mənim ruzimə bolluq, cismimə sağlamlıq əta et.”
159
4)
Əli ibn Əbi Müğeyrənin Haris ibn Müğeyrə əl Nəsridən nəql etdiyi
rəvayətdə deyilir ki, Haris Ġmam Sadiqə (ə) deyib: “Mənim bir çox
xəstəliklərim var, bütün dava-dərmanlardan istifadə etmiĢəm, lakin
faydası yoxdur.” Ġmam Sadiq (ə) ona buyurub: “Hüseynin (ə)
qəbrinin türbətindən istifadə etməyə nə deyirsən? Çünki o, bütün
xəstəliklərin Ģəfası, bütün qorxulardan əmin-amanlıqdır. Onu (türbəti)
götürən zaman de: “Ey Allahım, səni and verirəm bu türbətin və onu
daĢıyan mələyin haqqına, onu təhvil alan Peyğəmbərin haqqına, onda
dəfn edilən vəsinin haqqına, Muhəmməd və onun əhli-beytinə salavat
göndər və onu bütün xəstəliklərin Ģəfası, bütün qorxulardan əminlik
vasitəsi et!”
Hədisin ardında imam (ə) buyurur: “Türbəti daĢıyan mələyə gəlincə,
bu, Cəbraildir (ə). Cəbrail (ə) onu Peyğəmbərə (s.ə.s) göstərərək
demiĢdir: “Bu, sənin balanın türbətidir, səndən sonra ümmətin onu
158
İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 470
159
İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 472
www.ehlibeyt-aka.com
102
qətlə yetirəcək.” Onu (türbəti) təhvil alan peyğəmbər Muhəmməd
peyğəmbərdir (s.ə.s). Orada dəfn edilən vəsi isə Ģəhidlərin ağası
Hüseyndir (ə)”.
Ġmam (ə) sözünə davam edərək buyurur: “Hökmdardan və ya baĢqa
bir kəsdən qorxun olduğu zaman Ġmam Hüseynin (ə) türbətini özünlə
götürmədən evdən çıxma. Belə de: “Ey Allahım, bu sənin vəlinin oğlu
Hüseynin (ə) qəbrinin türbətidir. Onu qorxduğum və qorxmadığım Ģeylər
üçün götürmüĢəm.” Belə etsən, həqiqətən də, səni qorxutmayacaq Ģeylərlə
üzləĢərsən.”
Ravi deyir ki, türbəti imamın (ə) dediyi qaydada götürdüm. Allah-taala
mənim səhhətimi sağaltdı və bu türbət məni bütün qorxduğum və
qorxmadığım Ģeylərdən amanda saxladı. Allaha həmd olsun ki, ondan
sonra heç bir pislik və xəstəlik görmədim.
160
5)
Əbu Həmzə əl Somali Ġmam Sadiqdən (ə) belə nəql edir: “Ġmam
Hüseynin (ə) qəbrinin torpağını götürmək istəsən, “Fatihə”, “Nas”,
“Fələq”, “Ġxlas”, “Kafirun”, “Qədr” və “Yasin” surələrini, həmçinin
“Ayətül-kürsü”nü oxu, sonra isə de: “Ey mənim Allahım, səni and
verirəm
qulun,
həbibin,
peyğəmbərin, rəsulun və əminin
Muhəmmədin, peyğəmbərinin qardaĢı, qulu, möminlərin ağası Əli
ibn Əbutalibin, Sənin vəlinin zövcəsi, peyğəmbərinin qızı Fatimənin
haqqına, Həsən və Hüseynin haqqına, düzgün yolda olan imamların
haqqına, bu türbətin haqqına, bu türbətə vəkil olunmuĢ mələyin
haqqına, orada dəfn edilən vəsinin haqqına, torpağın ağuĢuna aldığı
cəsədin haqqına, torpağın ağuĢuna aldığı nəvənin haqqına, bütün
mələklərinin, peyğəmbərlərinin və rəsullarının haqqına, Muhəmməd
və onun əhli-beytinə salavat göndər! Bu türbəti mənim və onda Ģəfa
axtaranların hamısı üçün bütün xəstəlik və pisliklərdən Ģəfa, bütün
160
İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 473-474
www.ehlibeyt-aka.com
103
qorxulardan əmin-amanlıq vasitəsi et! Ey mənim Allahım,
Muhəmməd və onun əhli-beyti haqqına, bu türbəti faydalı elm, bol
ruzi, bütün xəstəlik, bəla, pislik və ağrılardan Ģəfa vasitəsi et!
Həqiqətən, Sən hər Ģeyə qadirsən! Ey mənim Allahım, ey mübarək və
xoĢbəxt türbətin, ora nazil olan mələyin, orada dəfn olunmuĢ vəsinin
Rəbbi, Muhəmməd və onun əhli-beytinə salavat göndər və onun
vasitəsilə mənə fayda ver! Həqiqətən, Sən hər bir Ģeyə qadirsən!”
161
DÖRDÜNCÜ MƏTLƏB: Kərbəla türbəti ilə Ģəfa tapmağa əngəl olan
Ģeylər
Bütün əməllərin qəbulu, Allah dərgahına ucalması və savablarının
dəfələrlə artması üçün müəyyən Ģərtlər mövcud olduğu kimi, Ġmam Hüseyn
(ə) türbəti ilə Ģəfa tapmağın da Ģərtləri vardır. Allah-taala Kərbəla
türbətinin qeybi təsirlərinin onda Ģəfa axtaranlara həqiqətən nəsib olması
üçün bir sıra Ģərtlər müəyyən etmiĢdir. Həmin Ģərtlər Əhli-beytdən gələn
hədislərdə öz əksini tapıb:
1)
Bir nəfər Ġmam Sadiqdən (ə) soruĢub: “EĢitmiĢəm ki, siz Ġmam
Hüseyn (ə) türbətinin misilsiz məlhəm, bütün xəstəlikləri aradan
qaldıran dərman olduğunu deyirsiniz. Bu doğrudurmu?” Ġmam (ə)
buyurub: “Bəli, demiĢəm. Sən nə düĢünürsən?” KiĢi türbətdən
istifadə etdiyini, lakin heç bir faydasını görmədiyini deyib. Ġmam
Sadiq (ə) onun cavabında buyurub: “Bil ki, türbətin duası var. Kim
onu qəbul edib duanı oxumasa, demək olar ki, ondan faydalanmaz.”
KiĢi soruĢub: “Bəs onu qəbul edən insan hansı sözləri deməlidir?”
Ġmam (ə) buyurub: “Hər Ģeydən əvvəl onu öpüb gözlərinin üzərinə
qoy və bir noxud həcmindən artıq qəbul etmə. Kim bundan artıq
qəbul edərsə, sanki, bizim ətimizi yeyib, qanımızdan içmiĢdir. Onu
qəbul edərkən belə de: “Ey mənim Allahım, səni and verirəm türbəti
161
İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 475-476
www.ehlibeyt-aka.com
104
gətirən mələyin, onu qoruyan Peyğəmbərin və o torpaqda dəfn edilən
vəsinin haqqına, Muhəmməd və onun əhli-beytinə salavat göndər! Və
onu (türbəti) mənim üçün bütün xəstəliklərdən Ģəfa, bütün
qorxulardan əmin-amanlıq, bütün pisliklərdən qorunma vasitəsi et!”
Bu sözləri deyəndən sonra onu möhkəm bir Ģeyin içinə qoyub saxla
və üzərinə “Qədr” surəsini oxu. Dediyim bu dua türbətin götürülməsi
üçün icazə, “Qədr” surəsi isə xitamdır.”
162
2)
Əbu Həmzə əl Somali rəvayət edir ki, Məkkədə olduğu zaman Ġmam
Sadiqdən (ə) soruĢub: “Sənə fəda olum, bizim səhabələr Ġmam
Hüseynin (ə) qəbrinin kənarından türbət götürür və onunla Ģəfa
diləyirlər. Görəsən, o türbətdə Ģəfa verəcək qabiliyyət varmı?” Ġmam
(ə) buyurub: “Qəbrin dörd mil əhatəsindəki türbətlə Ģəfa diləmək
olar.
Həmçinin
babam Peyğəmbərin, Həsənin, Əlinin və
Muhəmmədin (Ġmam Baqirin) qəbrlərinin türbəti ilə də Ģəfa tapmaq
mümkündür. O (türbət) hər bir dərdin dərmanı, hər bir qorxunun
qalxanıdır. Duadan baĢqa heç bir Ģey ona tay ola bilməz. Türbətlə
Ģəfa tapmağa mane olacaq Ģeylərdən biri onun töküldüyü qab və ya
Ģəfa diləyən insanda yəqinin azlığı ola bilər. Türbətin dərdə dərman
olduğuna tam əmin olan insan üçün isə, Allahın izni ilə, o kifayət
edər. Türbətin təsirini aparan Ģeylərdən biri də küfr əhlindən olan
cinlər və Ģeytanlardır. Onlar hər Ģeyə toxunub qoxulayarlar. Cinlər və
Ģeytanlar Adəm övladlarına paxılllıq edir və türbətə toxunaraq onun
qoxusunu aparırlar. Türbət Ġmam Hüseyn (ə) cənnətindən kənara
çıxmamıĢ saysız-hesabsız cin-Ģeytan dəstələri ona toxunub təsirini
aradan aparmaq üçün toplaĢırlar. Lakin onlar mələklərlə birgə bu
cənnətə daxil ola bilmirlər. Türbətdən bir qədəri onların
toxunuĢundan qorunsa, dərdinə dərman axtaran insan üçün kifayət
edər. Onu götürən kimi gizlət və bacardığın qədər üzərinə Allahın
162
Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 24, səh. 229
www.ehlibeyt-aka.com
105
zikrindən de. EĢitmiĢəm ki, türbəti götürən bəzi insanlar ona laqeyd
münasibət bəsləyirlər. Hətta bəziləri onu dəvə, inək və uzunqulağın
yemək torbasına, yemək qablarına atırlar. Bəziləri isə yeməyə
bulaĢmıĢ əlləri ilə türbətə toxunur, yaxud onu xurcuna qoyurlar. Belə
olan halda onunla necə dərdə çarə ola bilər? Qəlbində yəqini olmayan
Ģəxslər də öz xeyrlərinə olan bu Ģeyə səhlənkar yanaĢaraq onun
təsirini aradan aparırlar.”
163
BEġĠNCĠ MƏTLƏB: Kərbəla türbətindən düzəldilmiĢ təsbehin qeybi
təsirləri
Müqəddəs Kərbəla təsbehi bir çox qeybi təsirlərə malikdir. Əhli-
beytdən gələn hədislərdə bu xüsusiyyətlərə və qeybi təsrilərə də iĢarə
olunur. Bəzi hədislərdə onun bütün qorxulardan əmin-amanlıq vasitəsi
olduğu, digərlərində isə onunla zikr edən Ģəxsin savabının qat-qat artıq
olduğu qeyd edilir.
1)
Kərbəla türbətindən düzəldilmiĢ təsbeh bütün qorxulardan əmin-
amanlıqdır:
Rəvayətə görə, Ġmam Sadiq (ə) Ġraqa daxil olan zaman insanlar onun
ətrafına toplaĢaraq deyiblər: “Ey bizim ağamız, Ġmam Hüseyn ağanın
türbəti bütün xəstəliklərdən Ģəfadır, görəsən, o, bütün qorxulardan da əmin-
amanlıqdırmı?” Ġmam (ə) buyurub: “Bəli, sizlərdən kimsə bütün
qorxulardan amanda qalmaq istəsə, türbətdən düzəldilmiĢ bir təsbeh
götürsün və “Leylətül-məbit” duasını üç dəfə oxusun. Həmin dua belədir:
“Ey mənim Allahım, hiylə ilə sarsılmayan, məğlubedilməz və möhkəm
olan pənahında gecələdim. Yaratdığın istər samit (cansız), istərsə də natiq
(canlı) olan hər bir Ģeydən baĢ verə biləcək bütün müsibət və pis
hadisələrdən, bütün zalım və qəsbkarların Ģərindən Sənə pənah gətirib,
163
İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 470-471
www.ehlibeyt-aka.com
106
Sənə yaxınlaĢdım. Peyğəmbər əhli-beytinin məhəbbətini möhkəm libas tək
əynimə geyib onların haqqını etiraf edərək, ixlasın möhkəm divarına
sığınıb onların ipindən yapıĢaraq mənə əziyyət etmək istəyən hər kəsdən
özümü qoruyuram. Əminəm ki, haqq onlarladır, onlardadır və onların
vasitəsilə bərqərar olunur. Onların dost tutduqlarını mən də dost tutur,
uzaqlaĢdırdıqları Ģəxslərdən mən də uzaqlaĢır, düĢmən bildiklərini mən də
düĢmən bilirəm. Ey Allahım, Muhəmməd və onun əhli-beytinə salavat
göndər. Ey mənim Allahım, onların vasitəsilə məni qorxduğum bütün
varlıqların Ģərindən Öz pənahında saxla. Ey əzəmət sahibi, bütün
düĢmənlərimi yeri-göyü yaradanın vasitəsilə özümdən uzaqlaĢdırdım.
Biz
onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən)
örtdük (yaxud gözlərini kor etdik). Buna görə də onlar görmürlər (“Yasin”
surəsi, ayə 9- red.)” Sonra təsbehi öpüb gözlərinin üzərinə qoysun və
desin: “Ey mənim Allahım, Səni and verirəm bu türbətin və onun sahibinin
haqqına, onun babası, ata-anası, qardaĢı və məsum övladlarının haqqına!
Onu (türbəti) bütün xəstəliklərdən Ģəfa, bütün qorxulardan amanda qalma,
bütün pisliklərdən qorunma vasitəsi et.” Sonra türbəti cibinə qoysun. Əgər
bunu sübh vaxtı etsən, gecəyə qədər, gecə vaxtı etsən, sübh çağına kimi
Allahın amanında olarsan.”
164
2)
Allah-taala Ġmam Hüseyn (ə) türbəti ilə zikr edənin savabını artırır:
a)
Rəvayətə görə, Ġmam Sadiq (ə) buyurmuĢdur: “Kimdə Ġmam Hüseyn
(ə) qəbrinin türbətindən təsbeh olarsa, zikr etməsə belə, zikr
edənlərdən hesab olunar.”
165
b)
Həmçinin rəvayət olunur ki, kim Ġmam Hüseyn (ə) türbətindən
düzəldilmiĢ təsbehi əlində fırladaraq bu sözləri desə: “Sübhanəllah,
164
Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 83, səh. 276
165
Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 82, səh. 340, 28-ci hədis
www.ehlibeyt-aka.com
107
vəlhəmdulillah və la ilahə illəllah, vallahu əkbər”, Allah-taala
təsbehin hər bir dənəsinə görə ona altı min yaxĢılıq yazar və ondan
altı min pislik silinər. Onun məqamı altı min dəfə ucalar və ona bir o
qədər Ģəfaət nəsib olar.
166
c)
Ġmam Sadiq (ə) buyurmuĢdur: “Ġmam Hüseyn (ə) türbətindən
düzəldilmiĢ təsbehi özündə daĢımaq müstəhəbdir. Bu təsbehin otuz
üç dənəsi olur. Kim onunla zikr edərsə, hər dənəyə görə ona qırx
yaxĢılıq, zikr etmədən əlində fırladarsa, iyirmi yaxĢılıq verilər. Heç
bir təsbehlə zikr etmək türbətdən götürülmüĢ təsbehlə zikr etməkdən
daha fəzilətli deyil.”
167
d)
Ġbn Məiyyə Ġmam Sadiqin (ə) belə buyurduğunu deyir: “Kim Ġmam
Hüseyn (ə) türbətindən olan təsbehlə zikr etsə, Allah-taala ona dörd
yüz yaxĢılıq yazar və dörd yüz pisliyini pozar. Onun dörd yüz hacəti
qəbul olunar, məqamı dörd yüz dəfə ucalar. Bu təsbeh göy ipə
düzülmüĢ otuz dörd daĢdan ibarətdir. Bu, bizim nənəmiz Fatimeyi-
Zəhranın təsbehidir. Fatimeyi-Zəhra Həmzə qətlə yetirilən zaman
onun qəbrinin türbətindən təsbeh düzəldib zikr edərmiĢ.”
168
e)
Ġmam Kazim (ə) buyurmuĢdur: “Bizim Ģiələrimizin daim dörd Ģeyə
ehtiyacı var: üzərində namaz qıldıqları xurma
169
, barmaqlarına
taxdıqları üzük, diĢlərini fırçaladıqları fırça və Əba Abdullah
Hüseynin (ə) qəbrinin türbətindən düzəldilmiĢ, otuz üç daĢı olan
təsbeh. Bu təsbehlə zikr edəndə hər bir daĢına qırx yaxĢılıq, heç bir
zikr etmədiyin halda isə iyirmi yaxĢılıq yazılar.”
170
f)
Abdullah ibn Cəfər əl Himyəri deyir ki, Ġmam Kazimə (ə) məktub
yazaraq ondan Ġmam Hüseynin (ə) qəbrinin türbəti ilə zikr etməyin
fəziləti barədə soruĢub. Ġmam (ə) belə cavab verib: “Zikr edə
166
Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 82, səh. 340, 29-cu hədis
167
Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 82, səh. 340, 30-cu hədis
168
Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 82, səh. 341, 32-ci hədis
169
Xurma ağacının yarpaqlarından alınan iplərlə tikilmiş balaca səccadə.
170
Şeyx Tusinin “Təhzibul əhkam” kitabı, cild 6, səh. 75
www.ehlibeyt-aka.com
108
bilərsən, ondan düzələn təsbehdən üstün heç nə yoxdur. Onun
fəzilətlərindən biri də budur ki, zikr edən Ģəxs bəzən təsbehi
fırladaraq zikri unutsa, həmin zikrin savabı ona yazılar.”
171
NƏTĠCƏ:
Kərbəla türbəti bir sıra üstünlüklərə malikdir. Bura Məryəm bint
Ġmranın ora pənah aparması, bu türbətin Müqəddəs Rabva olması və
ümumiyyətlə, oranın yer üzündəki digər torpaqlardan daha üstün, Ģərafətli
və fəzilətli olaraq əmin-amanlıq hərəmi qərar verilməsi aiddir. Həmçinin
bu türbət Cəbrail (ə) tərəfindən daĢınması və Peyğəmbərin (s.ə.s.) onu
öpərək göz yaĢlarına qərq etməsi nəticəsində bir çox qeybi və fiziki təsirlər
kəsb etmiĢdir. Məhz buna görə də Əhli-beyt (ə) və bütün möminlər bu
türbəti ilahi feyz və bərəkətin cəlb edilməsi üçün vasitəyə çevirmiĢlər.
Ötən bəhslərdə Əhli-beyt imamlarının (ə) bu türbətə nə qədər
əhəmiyyət verdiyindən danıĢdıq. Bu baxımdan Ġmam Sadiqdən (ə) nəql
olunan rəvayət xüsusi əhəmiyyətə malikdir. Belə ki Ġmam Sadiq (ə) namaz
qılan zaman özü ilə daĢıdığı kisədən Kərbəla türbətini çıxarıb səccadənin
üzərinə tökər və onun üzərinə səcdə edər, həmçinin ondan təsbeh düzəldib
özü ilə gəzdirər, bunu Ģiələrinə də tövsiyə edərək buyurarmıĢ: “Kimdə
Ġmam Hüseynin (ə) qəbrinin türbətindən təsbeh olarsa, zikr etməsə belə,
zikr edənlərdən hesab olunar.”
172
Kərbəla türbətinə bütün bu üstünlüklərin və Ģərafətli xüsusiyyətlərin
verilməsinin səbəbi bu torpağın Ġslam Peyğəmbərinin (s.ə.s.) balası və
reyhanəsi Ġmam Hüseyni (ə) öz ağuĢuna almasıdır. Məhz buna görə də
171
Şeyx Tusinin “Təhzibul əhkam” kitabı, cild 6, səh. 76
172
Şeyx Səduqun “Mən la yəhduruhul fəqih”, cild 1, səh.268
www.ehlibeyt-aka.com
109
bütün bu xüsusiyyətlərin, o cümlədən dərdlərə çarə, bütün qorxulardan
əmin-amanlıq vasitəsi olma, günahların örtülməsi və bu kimi digər qeybi
təsirlərin özünü doğrultması Ġmam Hüseynin (ə) haqqının tanınması,
imamətinin qəbul edilməsi ilə bağlıdır. Belə ki Ġmam Sadiq (ə) buna iĢarə
edərək buyurmuĢdur: “Xəstə olan bir mömin Əba Abdullahın (ə) haqqını,
hörmətini və vilayətini tanıyaraq onun qəbrindən barmaq ucu boyda torpaq
götürsə, o torpaq ona məlhəm olar.”
173
“...mənim uğurum yalnız Allahın köməyi ilədir. Ona təvəkkül etdim və
Ona tərəf qayıdacağam.”
174
173
İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh.460
174
“Hud” surəsi, 88-ci ayə
www.ehlibeyt-aka.com
110
www.ehlibeyt-aka.com
111
Dostları ilə paylaş: |