Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə105/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   101   102   103   104   105   106   107   108   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 268 -
larda rast gəlirik. Heç də təsadüfi deyildir ki, SSRİ Elmlər Akademiyasının 
akademiki, tanınmış arxeoloq və şərqşünas, Dövlət Ermitaj Muzeyinin di-
rektoru  Boris  Piotrovski  (1908-1990)  erməniləri  qədim  qayaüstü  işarələri 
özününküləşdirmək, onlara inanılmaz yozumlar vermək və bu işarələri «bü-
tün əlifbaların anası» kimi tanıtmaq  səylərindən hiddətlənərək Ermənistan 
Elmlər  Akademiyası  Rəyasət  Heyətindəki  çıxışında  bunları  bildirmişdir: 
«Mesamor  hay  heroqlifləri  haqqında  geniş  reklam  olunan  və  təəssüf 
ki, mötəbər elmi jurnalların da səhifələrinə çıxarılan mif dağılmışdır. 
Halbuki,  Mesamor  petroqliflərinin  «deşifrəsi»  əsasında  guya  dünya-
nın  bütün  əlifbalarının  mesamor-giksos-qədim  erməni  yazılarından 
törənməsi barədə məsuliyyətsiz qənaətlər irəli sürülürdü».
133
 O, indiki 
Ermənistan  ərazisində  orta  əsrlərə  aid  məzar  daşları  üzərindəki  epiqrafik 
yazıları, məsələn, «Əli... Qasım xan» sözlərini «qədim erməni əlifbası və 
mətni nümunələri» kimi təqdim edən və onları «… sonra Od evi. İki dəfə 
xeyir-dua alan və bulaqlı torpaqların əbədi sahibi olan Akop» kimi yozan 
Suren Ayvazyana xitabən ərəb əlifbası ilə yazılmış mətnləri soldan-sağa de-
yil, sağdan-sola oxunmasını tövsiyə etmişdir. B.Piatrovski  sonra demişdir: 
«Ayvazyan kufi xətti ilə DAMĞA NİŞANLARINA bənzəyən işarələrlə 
yazılmış «Məhəmməd», «Həsən», «Əli» sözlərini və buynuzlu heyvanla-
rın təsvirlərini də «hay heroqlifləri» adlandırmış və belə bir yozum ver-
mişdir:  «Yay  çölü…  dövlətlilər  gəldi-gedərdi…  əsas  zəngin  binalar…  
buynuzlu heyvanlar qurban kəsilmişdir… Qoy zəngin evlər cəhənnəmin 
yolunu bağlasınlar».
134
 B.Piotrovskinin son qənaəti, daha doğrusu, Ayvaz-
yan saxtakarlığına diaqnozu isə belə idi:  «
Onun ortaya atdığı fərziyyələrin 
çərçivəsi
 və dəhşətli savadsızlığın əlamətləri heyrət doğurmaya bilməz». 
İndi isə Kür-Araz mədəniyyətinin hələ də cavabsız qoyduğu suallarla ta-
nış olaq. Məlumdur ki, bu mədəniyyət Erkən Tunc dövrünə, yəni tuncun me-
tal xəlitə olaraq qədim insanların  təsərrüfat fəaliyyətinə daxil olduğu çağlara 
(e.ə. IV minilliyin sonu – III minillik) təsadüf edir.
 Məlumdur ki, tunc misin, 
qalayın və sürmənin qatışığından alınan möhkəm metaldır. Ötən əsrin 50-ci 
illərində alimlərimizin apardığı arxeoloji qazıntılar nəticəsində sübut olun-
muşdur ki, təkcə tarixi Azərbaycan ərazilərində deyil, ümumiyyətlə, Qafqaz 
və Cənubi Qafqazda Erkən Tunc dövrü eramızdan əvvəl III minillikdə baş-
lanmışdı. İndiyədək tuncdan hansı ölkədə ilk dəfə istifadə edilməsi dəqiq 
133
 Ф.Ахундов. «Разрушители фалсификаций»,  http://nofalsify.com/.
134
 Изв. АН Арм.ССР, Науки о Земле, XVII, 6


Damğalar, rəmzlər… mənimsəmələr
- 269 -
müəyyən edilməsə də, bu bir həqiqətdir ki, məhz mis və qalay yataqlarının 
yaxın olduğu region Tunc dövrünün ilk vətənidir. Qafqaz və Cənubi Qaf-
qaz ərazilərində isə qədim qalay mədənləri olmamışdır! Lakin bu, hələ də 
elmi müzakirələr mövzusu olsa da, arxeoloji materiallar, qədim metal əşya 
nümunələrinin analizləri həmin qənaəti təsdiqləməkdədir. Qeyd etmək la-
zımdır ki, Tunc dövründə Qafqazda qalay xüsusi qiymətə malik idi. Məsələn, 
regionda aşkar olunmuş tunc əşyaların tərkibində qalayın miqdarı nadir hal-
larda 10%-i keçirdi. Bu faktın özü də qalayın regionda az tapılan metal ol-
duğunu və kənardan gətirildiyini təsdiqləyir.
135
 Tanınmış arxeoloq, professor 
İ.Səlimxanov Azərbaycanda metallurgiyanın və metalişləmənin məhz yerli 
zəmin əsasında təşəkkül tapdığını bildirsə də, bütövlükdə Qafqaz regionun-
da metallurgiya dövrünün xəlitələrdən başladığını sübuta yetirmişdir. Yəni 
tuncun hazırlanmasında istifadə edilən qalay buraya kənardan gətirilmişdir. 
Lakin haradan? Tunc istehsalını yerli əhaliyə öyrədənlər kimlər olmuşlar?    
Azərbaycan ərazisində qalayın olmamasını vurğulayan digər azərbaycanlı 
arxeoloq Yusif Səfərov bu qənaəti bölüşərək, qalayın Ön Asiyadan daşınması 
fikrindədir.
136
 Akademik Boris Piotrovski isə Qafqazda qədim qalay yataq-
larının mövcud olmamasına dair rəylərlə razılaşmayaraq, bu metalın qədim 
dövrlərdə  kassiterit  mineralından  alınmasını  və  qədim  Urartu  dövlətinə  
Urmiyə gölünün şərq sahilindən  gətirilməsini iddia etmişdir.
137
 Lakin kassi-
terit emalı texnologiyasının mürəkkəbliyi səbəbindən bu ideya hətta ehtimal 
səviyyəsində təsdiqini tapmamışdır. Bu fikri dağıstanlı alim Ömər Davudov 
dağınıq  şəkildə  olsa  da,  bölüşür:  «Məlumdur  ki,  o  dövrdə  də  Dağıstanda 
kassiterit mineralı vardı, lakin açıq qalay yataqları haqqında məlumat yox-
dur.  Qalay  buraya  kənardan,  məsələn,  Böyük  Britaniya,  İtaliya,  İspaniya 
(?) və ya Qazaxıstan ərazilərindəki mədənlərdən çatdırıla bilərdi».
138
 Tunc 
dövrü mədəniyyətinin konkret ünvanını, ilkin mənbəyini isə təqribən 110 
il bundan əvvəl Praqa Universitetinin professoru, arxeoloq, etnoqraf, Çex 
Elmlər Akademiyasının üzvü Lübor Niderle (1885-1944) göstərmişdir. Av-
ropada Tunc dövrü mədəniyyəti haqqında nəzəriyyələri dərindən təhlil edən 
alim özünün yeni nəzəriyyəsini irəli sürərək bunları yazırdı: 
«İlk növbədə 
135
  А.Мнацаканян, И.Селимханов. «Исследование некоторых оловянных предметов, наиденных в 
Армении», http://hpj.asj-oa.am/1633/1/1971-1(285).pdf
136  
Y.Səfərov. «Qədim Azərbaycan:  nə bilirik», Bakı, 1989.
137  
Б.Б.Пиотровский. «История и культура Урарту». Ереван, 1944.
138    
О.Давудов. «Прикаспийская торговая дорога и археологические материалы», http://
dagistanhistory.livejournal.com/11308.html


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə