Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə106/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   102   103   104   105   106   107   108   109   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 270 -
qeyd etmək lazımdır ki, mövcud elmi nəzəriyyələrin heç biri Tunc döv-
rünün beşiyini Avropa ərazilərindən kənarda axtarmır. Dəqiq tipoloji 
tədqiqatların nəticələri bu beşiyin Şərqdə, Asiyada olduğunu göstərir. 
Çox böyük ehtimallara görə, bu yeni mədəniyyət məhz orada yaranmış 
və bir neçə marşrut üzrə Avropaya çataraq burada yayılmışdır».
139
 
L.Niderle  qənaətlərini  təsdiqləmək  üçün  görkəmli  alman  alimi  Rudolf 
Virxovun  (1821-1902)  Qafqaz  ərazisindəki  arxeoloji  araşdırmalarının 
nəticələrinə də müraciət etmiş, öz nəzəriyyəsi üçün əlavə təsdiqləyici sübut-
lar müəyyənləşdirmişdir. Belə ki, R.Vixrovun qənaətinə görə, Qafqaz yeganə 
və əsas səbəb üzündən Tunc dövrünün vətəni sayıla bilməz: Bu ərazidə qalay 
yoxdur. Buradakı məzarlıqlardan aşkar olunan tunc əşyalar tamamilə fərqli 
xarakteristikaya malikdir və onların mənşəyini Asiyanın içərilərində axtar-
maq lazımdır: «
Tunc dövrü mədəniyyəti Qərbə iki istiqamət üzrə daxil 
olmuşdur. Birincisi, Ural dağlarından səmt götürmüş,  digəri isə Xəzər 
dənizinin cənub sahilləri ilə Kiçik Asiyaya gətirilmiş və oradan (tarixi 
Azərbaycan ərazilərindən – A.Q.)
  Avropaya yayılmışdır. Bu marşrutlar-
dan ən əhəmiyyətlisi və təsirlisi ikinci yol olmuşdur».
140
 Macarıstanda və 
Sibirdə tapılmış tunc əşyalar arasındakı yaxınlıq vaxtilə danimarkalı arxe-
oloq Safus Otto Mülleri də (1846-1934) ciddi maraqlandırmışdır. Bu fakt 
hər iki ərazi arasında qədim mədəni bağlılığın mövcudluğundan xəbər ve-
rir. Lübor Niderle bu barədə bildirir: «
Avropada Tunc dövrünə aid silah 
və məişət alətlərinin böyük hissəsi yalnız Sibir və Macarıstana aiddir. 
Onların içərisində ikiağızlı baltalara (təbərzin, sakaris)çəkic-baltalara 
(bozdoğan, çomak), 
oraqlara və s. ən çox Sibirdə, Rusiyanın cənubunda, 
sonra  isə  Macarıstanda  və  digər Avropa  ərazilərində  rast  gəlinir.  Bu 
marşrutun özü Tunc dövrü mədəniyyətinin harada formalaşmasından 
və necə yayılmasından xəbər verir». Və alimin son qənaəti belə olmuşdur: 
«Beləliklə, bu mədəniyyət Mərkəzi Asiyada yaranmış, Sibirdə yüksək 
inkişaf səviyyəsinə çatdırılmış və oradan Qərbə, Avropaya doğru səmt 
götürmüşdür».
141
139
  Л.Нидерле. «Человечество в доисторические времена» (доисторическая археология Европы и 
славянских земель). Санкт-Петербург, 1898.
140  
Yenə orada.
141
 Л.Нидерле. «Человечество в доисторические времена» (доисторическая археология Европы и 
славянских земель). Санкт-Петербург, 1898.
 


Damğalar, rəmzlər… mənimsəmələr
- 271 -
Cədvəl 11.  Qərbi Azərbaycan ərazisindəki «erməni heroqliflərinin»  
ortaq türk damğa işarələri və Göytürk hərfləri vasitəsilə semantik izahı

Qərbi 
Azərbaycan 
işarələri 
Mərkəzi, 
Ön
 Asiya 
və 
Avr
opadakı türk 
damğaları
Damğa semantikası  və
 Göytürk
 əlifbası 
ilə
 müqayisəsi

Qərbi 
Azərbaycan 
işarələri
Mərkəzi, 
Ön
 Asiya 
və 
Avr
opadakı türk 
damğaları
Damğa semantikası  və
 Göytürk
 əlifbası 
ilə
 müqayisəsi
1
 
 
  
 
Damğa adları: «Qaba Ağac», 
«Dirilik Ağacı», «Töz Ağac», 
«bayterek», «baytörə», «dirək» 
və s. «Şəcəreyi-Tərakimə» 
əsərinə görə, bu işarə Oğuzun 
salur boyunun da damğası 
olmuşdur. Göytürk yazılı 
mətnlərində yalnız «iç» (daxili) 
sözünü bildirmək üçün istifadə 
edilir. 
27
Damğa adları: «balta», 
«çəkic», «kərki», «təbər», 
«sakar» (ikiağızlı 
saka-skif baltası). 
Mərkəzi Asiyanın, Şimali 
Qafqazın və Krımın 
qıpçaq tayfaları arasında 
daha çox yayılmışdır. 
«Təvarixi al-i Səlcuq» 
əsərinə əsasən, oğuzların 
çəbni tayfasının da 
damğası olmuşdur. 
2
Türk damğa işarələri təsnifatında 
«sənək» (qoşa ucluqlu nizə, 
ikidişli döyüş yabası) adını 
daşıyır. «Cami ət-Təvarix» 
əsərində oğuzların yazar 
boyunun damğası 
 kimi 
göstərilir. Səfəvi xanədanında 
«durbaş» (kənara çəkil) kimi də 
tanınmışdır. Etnik rəmz olaraq, 
Qızıl Orda dövlətində və Krım 
xanlığında, karalar (karaimlər) 
arasında daha geniş yayılmışdır. 
Qədim türk əlifbasında cingiltili 
«l» samitini bildirir. 
28
Damğa adı: «and» 
(qardaşlaşmaq, qana 
and içmək). Müxtəlif 
variantları 
 
 
 
 Mərkəzi və 
Ön Asiyada, Cənubi 
Qafqazda geniş 
yayılmışdır. Əmir 
Teymurun dövlət rəmzi 
olmuşdur. Onun dairə və 
ya yarımdairə daxilində 
olan təsvirindən 
 
 
Göytürk əlifbasında «nt» 
və «nd» səs birləşməsini 
göstərmək üçün istifadə 
edilmişdir.
3
    
   
 
Qədim türk damğalarından, 
qoruyucu sakral işarələrdən 
(nəzərlik), ilahi rəmzlərdən 
sayılır. Semantikasını tiyəsi 
düz qılınc (tiq) kimi də yozmaq 
olar. Qobustan, Gəmiqaya 
təsvirlərində, Midiya. Manna 
işarələrində, Tyan-Şan, 
Saymalıtaş, Tamqalıtaş, Sülek 
qayaüstü rəsmlərində də rast 
gəlinir. Oğuzun əfşar tayfasının 
damğası («Cami ət-Təvarix»).
29
 
Bu işarənin xristian dini 
ilə əlaqəsi yoxdur. İlahi 
qüdrət, Yaranış, bolluq 
anlamlarını daşıyır. 
Damğa adları: «Dirilik 
Ağacı», «Qaba Ağac», 
«Həyat Ağacı». Türk 
xalqlarının yaşadıqları 
ərazilərdə etnik damğa 
işarələri və tətbiqi sənət 
ornamentləri kimi tanınır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə